Məhkəmə qərarları › İş №2-1(102)-3756/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3756/2025

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3756/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Hüquqi varis (İddiaçı hüquqi varisi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Iş üzrə icraatın dayandırılması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı Hüquqi varis (İddiaçı hüquqi varisi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Üçüncü şəxs məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı Üçüncü şəxs məxsus, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Apellyasiya instansiyasında icraat zamanı üçüncü şəxs Üçüncü şəxs məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “A.A.Bakıxanov adına kinoteatr binasının altında və ətrafında yerləşən 2518,6 ha torpaq sahəsinin özəlləşdirilməsində əsas olmuş registrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia tələbi hakim Leyla Mirzəyevanın icraatındadır. Hazırda icraatda olan *-*(***)-**/**** nömrəli işin, mübahisənin həllinin tamamilə həmin dövrdə baxılan, digər inzibati mübahisənin predmetini təşkil edən iddia tələbi Sumqayıt Inzibati Məhkəməsinin icraatında olduğundan, *-*(***)-**/**** nömrəli iş üzrə icraatın həmin mübahisənin həll edilməsi barədə Sumqayıt Inzibati Məhkəməsində yekun qərar qəbul edilənədək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra üçüncü şəxs yenidən vəsatət təqdim edərək, vəsatəti onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən qeyri-yaşayış binası inşa edildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ##.##.2014-cü il tarixdə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınan zaman 0,0189 ha torpaq sahəsinə dair verilmiş çıxarışda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ümumiyyətlə, qeyd edilməmişdir. Texniki pasportda isə qeyri-yaşayış binasının koordinatları yarımçıq (natamam) şəkildə qeyd edilərək texniki səhvlər buraxılmışdır. Qonşuluqda yerləşən, əvvəllər A.A.Bakıxanov adına kinoteatr olmuş, hazırda isə “Nərgis plaza” şadlıq sarayı kimi fəaliyyət göstərən binanın sahibi Hüquqi varis ilə aralarında olan torpaq mübahisəsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının icraatında olan işlə bağlı * saylı Xaçmaz Ərazi Idarəsinin mühəndisi Salman Abbasovun ## ###### 2024-cü il tarixdə verdiyi mütəxəssis rəyində qeyd edilən, ona məxsus 0,0189 ha torpaq sahəsinə dair çıxarışın döngə nöqtələrinin koordinatları ilə ona məxsus qeyri-yaşayış binasının tikilməsinə əsas olmuş 0,0168 ha torpaq sahəsinə dair verilmiş, MA seriyalı, № *******, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il tarixli çıxarışın döngə nöqtələrinin koordinatlarının rəqəmləri uyğun gəlmir. Bu da onu göstərir ki, mühəndis Salman Abbasov yuxarıda qeyd edilən mütəxəssis rəyini yanlış döngə nöqtələrinin koordinatları əsasında vermişdir və ya sonradan 2016-2018-ci illərdə DƏDRX-nın bazası elektronlaşdırılan zaman ona məxsus 0,0189 ha torpaq sahəsinin və qeyri-yaşayış binasının koordinatları bazada yalnışlıqlara yol verilməklə işlənilmişdir. O, bununla bağlı, ona məxsus 0,0189 ha torpaq sahəsinin və üzərində yerləşən qeyriyaşayış obyektinin koordinatları barədə sənədlərin verilməsi vəzifəsinin iş üzrə cavabdehin üzərinə qoyulması barədə inzibati məhkəməyə ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda isə e-*-*(***)-****/**** nömrəli iş hakim X1 icraatındadır. Hesab edir ki, işin icraatının həmin məsələ öz həllini tapana qədər dayandırılması barədə qərardad qəbul edilməlidir. Bundan əlavə bir daha bildirir ki, iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin, hazırkı inzibati mübahisənin predmetini təşkil edən 2008-ci ildə özəlləşdirilməsinə əsas olmuş registrdən çıxarışın və texniki pasportun qismən ləğv edilməsiylə bağlı Sumqayıt Inzibati Məhkəməsində e-*-*(***)- ****/**** nömrəli iş üzrə iddia tələbi hakim Leyla Mirzəyevanın icraatındadır. Beləliklə də, Sumqayıt Inzibati Məhkəməsinin icraatında olan qeyd edilən mübahisələr, hazırkı mübahisənin predmetini təşkil etdiyindən, Sumqayıt Inzibati Məhkəməsində həmin iddia tələblərinə hüquqi qiymət verilənədək, *-*(***)-**/**** nömrəli işin icraatının dayandırılmasını xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/ G.İ.Cabbarova və V.E.Əzizova) ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı Üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “A.A.Bakıxanov adına kinoteatr binasının altında və ətrafında yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə dair verilən registrdən çıxarışın və ## ###### 2008ci il tarixli, ****** nömrəli, A.A.Bakıxanov adına kinoteatr binasına dair işlənmiş texniki pasportun onun mülkiyyətində olan 0,0189 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” tələbinə və iddiaçı Üçüncü şəxs cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “qeyriyaşayış binasına dair döngə nöqtələrinin koordinatları barədə sənədlərin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisələr üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır.

7. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, iddiaçı Üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “A.A.Bakıxanov adına kinoteatr binasının altında və ətrafında yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə dair verilən registrdən çıxarışın və ## ###### 2008-ci il tarixli, ****** nömrəli, A.A.Bakıxanov adına kinoteatr binasına dair işlənmiş texniki pasportun onun mülkiyyətində olan 0,0189 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” tələbinə və iddiaçı Üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,01668 ha torpaq sahəsi üzərində 2011-2013-cü illərdə qeyri-yaşayış binası tikilməsinə əsas olmuş, MA seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il tarixli çıxarışın döngə nöqtələrinin koordinatlarına uyğun olaraq RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli çıxarışa əsasən, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,0189 ha torpaq sahəsinə və ##.##.2014-cü il tarixdə işlənilmiş texniki pasporta əsasən qeyri-yaşayış binasına döngə nöqtələrinin koordinatları barədə sənədlərin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı, üçüncü şəxs Üçüncü şəxs məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edir. Göründüyü kimi, üçüncü şəxs tərəfindən iddia qaldırılaraq, A.A.Bakıxanov adına kinoteatr binasının altında və ətrafında yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə dair verilən registrdən çıxarışın və ## ###### 2008-ci il tarixli, ****** nömrəli, A.A.Bakıxanov adına kinoteatr binasına dair işlənmiş texniki pasportun onun mülkiyyətində olan 0,0189 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi tələb edilmişdir. Eləcə də, üçüncü şəxs başqa bir iddia qaldıraraq, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,01668 ha torpaq sahəsi üzərində 2011-2013-cü illərdə qeyri-yaşayış binası tikilməsinə əsas olmuş, MA seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il tarixli çıxarışın döngə nöqtələrinin koordinatlarına uyğun olaraq, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli çıxarışa əsasən, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,0189 ha torpaq sahəsinə və ##.##.2014-cü il tarixdə işlənilmiş texniki pasporta əsasən qeyri-yaşayış binasına dair döngə nöqtələrinin koordinatları barədə sənədlərin verilməsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Işdən görünür ki, sözügedən inzibati işlər hazırda Sumqayıt Inzibati Məhkəməsinin icraatındadır. Beləliklə də, üçüncü şəxs tərəfindən ilkin olaraq iddiaçıya məxsus sənədlər mübahisələndirilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq sənədlərin tərtib edilməsi zamanı yalnışlığa yol verilməsinə istinad olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən inzibati mübahisə üzrə iddia uğurlu olacağı təqdirdə hazırkı inzibati mübahisənin nəticəsinə birbaşa təsir edə bilər. Eləcə də, üçüncü şəxs tərəfindən qeyri-yaşayış binasına dair döngə nöqtələrinin koordinatları barədə sənədlərin verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırılmış, koordinatların dəqiqləşdirilməsinə nail olmaq istənilmişdir. Kollegiya hesab edir ki, həmin inzibati mübahisə də hazırkı iddia tələbi ilə birbaşa əlaqəli olmaqla, sözügedən inzibati mübahisənin həlli hazırkı iddia tələbinin əsaslarına və mübahisənin həllinə birbaşa təsir göstərir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli yuxarıda qeyd edilən inzibati mübahisələrin predmetini təşkil edən məsələlərin həllindən asılı olduğundan vəsatət əsaslıdır və təmin edilməlidir.

8. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

9. Iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, 11 sentyabr tarixli iclasda onun vəkili artıq ekspertiza təyin olunmasını bildirdikdə, hakim Ismayıl Quliyev bunu inkar etmişdir. Elə hakimin özünün təşəbbüsü ilə 31 iyul tarixli iclasın videoçəkilişinə baxılmışdır. Həmin iclasda hakimlər ekspertiza təyin olunması barədə onun vəkilinin vəsatətini müzakirə edirlər, üçüncü şəxs də ekspertiza təyin olunması ilə razılaşır və hakim Ismayıl Quliyev iclası yekunlaşdıraraq, deyir: “müzakirə olunmuş suallar üzrə ekspertiza təyin olunur...” Bütün bunlara baxmayaraq, hakim sonradan fikrini dəyişmiş və icraatı dayandırmışdır. Şikayətçinin mövqeyinə görə, məhkəmə iclasında ekspertizanın təyin edilməsi məzmununda prosessual nəticə elan edilsə də, ekspertiza təyin edilməsi haqqında ayrıca qərardad elektron məhkəmə sisteminə işlənməmiş və iş ekspertiza keçirilməsi üçün müvafiq ekspertiza idarəsinə göndərilməmişdir. Göstərilənlə əlaqədar, Ali Məhkəmənin məhkəmə kollegiyasından 31 iyul tarixli məhkəmə iclasının videoçəkilişinə diqqətlə baxılmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin bu kobud prosessual pozuntuya yol vermiş hakimləri barəsində müvafiq qanuni tədbirlərin görülməsini xahiş edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Üçüncü şəxs Üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. Iş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. Inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 29-1. Məhkəmə ekspertizası Inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 98. Ekspertiza təyin edilməsi haqqında qərardadın məzmunu 98.1. Ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. 98.2. Ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar göstərilməlidir: məhkəmənin adı; ekspertizanın təyin edilməsi vaxtı; baxılan iş üzrə tərəflərin adı; ekspertizanın adı; təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar; ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti. Maddə 102. Əlavə və təkrar ekspertiza 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. ... Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

13. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

14. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən, təkrar ekspertiza keçirilməsi barədə vəsatətin prosessual taleyini qanunun tələblərinə uyğun yekunlaşdırmamış, digər tərəfdən isə hazırkı iş üzrə icraatın dayandırılmasını şərtləndirən Inzibati Prosessual Məcəllənin 7.1ci maddəsində nəzərdə tutulmuş asılılığın mövcudluğunu lazımi qaydada müəyyən etməmişdir.

15. Kollegiya apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və işə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsini şərtləndirən aşağıdakı prosessual halların qeyd olunmasını zəruri sayır.

16. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı üçüncü şəxs Üçüncü şəxs məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvinə nail olmaqdır. Iddianın faktiki əsası üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi və tikilinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlillərə söykənir.

17. Iş materiallarından görünür ki, tərəflərə məxsus daşınmaz əmlakların sərhədlərinin, döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üzrə ekspert və mütəxəssis rəyləri alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyində tərəflərə məxsus torpaq sahələri və qeyri-yaşayış binalarının koordinatlarının sənəd üzrə üst-üstə düşmədiyi, lakin faktiki istifadə vəziyyətinə görə üçüncü şəxsin 0,0189 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının 13,18 kv.m hissəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Eyni rəydə iddiaçı tərəfin istifadəsində olan tikilinin genişləndirilməsi və əlavə tikililərin inşa edilməsi səbəbindən faktiki vəziyyətlə texniki pasportdakı ölçülərin müqayisəsinin mümkün olmadığı və qoyulmuş suallardan biri üzrə müəyyən tədqiqatın aparıla bilmədiyi qeyd edilmişdir. Işdə olan əvvəlki mütəxəssis rəylərinin də fərqli nəticələr əks etdirməsi nəzərə alındıqda, bu ziddiyyətlərin aradan qaldırılması mübahisənin həlli üçün əhəmiyyət daşıyır.

18. Məhz bu səbəbdən, iddiaçının nümayəndəsi və vəkili apellyasiya icraatında təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. ## #### 2025-ci il tarixli məhkəmə iclasının gedişindən görünür ki, həmin vəsatət tərəflərin iştirakı ilə müzakirə edilmiş, sədrlik edən tərəfindən ekspertizanın təyin ediləcəyi, tərəflərin ekspert qarşısında qoyulmasını təklif etdikləri sualları 10 gün müddətində təqdim etməli olduqları bildirilmiş, daha sonra isə “reyestrin mütəxəssisinin iştirakı olmadan ekspertiza təyin olunsun” məzmununda mövqe elan edilmişdir. Iclas tərəflərin ekspert qarşısında qoyulacaq suallarla bağlı təkliflərini təqdim etməsi məqsədilə başa çatdırılmışdır.

19. Inzibati Prosessual Məcəllənin 29-1-ci maddəsi ilə birlikdə tətbiq olunan Mülki Prosessual Məcəllənin 98-ci və 102-ci maddələrinin mənasına görə, məhkəmə ekspertizanın təyin olunması qənaətinə gəlmişdirsə, bu barədə qanunda nəzərdə tutulan məlumatları ehtiva edən qərardad qəbul etməli və həmin prosessual qərarın icrasını təmin etməlidir. Əgər məhkəmə ## #### 2025-ci il tarixli iclasda ekspertizanın təyin edilməsi barədə yekun qərar qəbul etmədiyi qənaətində idisə, bu halda təkrar ekspertiza keçirilməsi barədə vəsatət həll edilməmiş qalırdı və həmin vəsatət sonradan təmin edilmədiyi halda onun rədd edilməsinə dair əsaslandırılmış qərardad qəbul edilməli idi.

20. Lakin iş materiallarından bu prosessual variantlardan hər hansı birinin tamamlandığı görünmür. Ekspertiza təyin edilməsi haqqında ayrıca qərardad elektron məhkəmə sisteminə işlənməmiş, iş ekspertiza keçirilməsi üçün ekspertiza idarəsinə göndərilməmiş, eyni zamanda təkrar ekspertiza keçirilməsi barədə vəsatətin rədd edilməsinə dair əsaslandırılmış qərardad da qəbul edilməmişdir. Beləliklə, mübahisənin həlli üçün əhəmiyyətli sayılmış sübutetmə məsələsi prosessual baxımdan yekunlaşdırılmamışdır.

21. Bundan sonra, üçüncü şəxs ## ###### 2025-ci il tarixli məhkəmə iclasında hazırkı iş üzrə icraatın yeni qaldırdığı inzibati iddianın nəticəsinədək dayandırılmasını xahiş etmişdir. Həmin iclasda apellyasiya instansiyası məhkəməsi təkrar ekspertizanın təyin edilməsi məsələsinin müzakirə olunduğunu, bu mərhələdə icraatın dayandırılmasının məhkəmə prosesini əsassız olaraq yubada biləcəyini nəzərə alaraq icraatın dayandırılmasına zərurət olmadığı qənaətinə gəlmiş və vəsatəti təmin etməmişdir.

22. ## ######## 2025-ci il tarixli iclasda məhkəmə 31 iyul tarixli iclasın audio-video yazısını tərəflərlə birlikdə araşdırmış, konkret ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilmədiyi mövqeyini bildirmiş, bununla yanaşı mövcud ekspert rəyini tərtib etmiş ekspertin növbəti iclasa dəvət olunmasını və bundan sonra zəruri prosessual addımların müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir. Deməli, həmin tarixdə də ekspertiza ilə bağlı sübutetmə məsələsi başa çatdırılmamış və onun həlli üçün əlavə prosessual hərəkətlərin aparılması nəzərdə tutulmuşdur.

23. Buna baxmayaraq, ## ######## 2025-ci il tarixli qərardadla ekspertiza barədə vəsatətin prosessual taleyi həll edilmədən, mövcud ekspert rəyinin tədqiqi başa çatdırılmadan və ## ###### 2025-ci il tarixli iclasda icraatın dayandırılmasına zərurət olmadığı barədə verilmiş hüquqi qiymətin hansı yeni hallara görə dəyişdiyi izah edilmədən iş üzrə icraat dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli üçün mühüm sübutetmə məsələsinin bu şəkildə natamam saxlanılması IPM-in 12-ci və 58.7-ci maddələrində təsbit edilmiş obyektiv araşdırma və sübutların tam və hərtərəfli araşdırılması tələbləri ilə uzlaşmır.

24. Bununla bağlı qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iş üzrə icraatın dayandırılmasını şərtləndirən əsasların mövcudluğunun müəyyən edilməsi zamanı da tətbiq olunur. Məhkəmə icraatın dayandırılması barədə vəsatətdə göstərilən hallarla kifayətlənməməli, hazırkı mübahisənin həllinin digər inzibati mübahisədə müəyyən ediləcək hüquq münasibətindən, həqiqətən, asılı olub-olmadığını xidməti vəzifəsinə görə araşdırmalı və gəldiyi nəticəni əsaslandırmalıdır.

25. IPM-in 7.1-ci maddəsinə əsasən, icraatın dayandırılması üçün digər inzibati işlə hazırkı iş arasında sadəcə faktiki və ya mövzu əlaqəsinin mövcudluğu, yaxud digər iş üzrə qəbul ediləcək qərarın hazırkı mübahisəyə müəyyən təsir göstərə bilməsi kifayət deyil. Hazırkı mübahisənin həlli tamamilə və ya qismən digər inzibati mübahisənin predmetini təşkil edən konkret hüquq münasibətinin mövcudluğundan və ya olmamasından asılı olmalıdır. Bundan əlavə, həmin maddənin ikinci cümləsi məhkəmədən iş üzrə icraatın davam etdirilməsinin məqsədəuyğunluğunu ayrıca qiymətləndirməyi tələb edir.

26. Apellyasiya instansiyası məhkəməsinin dayandırmaya əsas götürdüyü işlərdən biri üçüncü şəxsin ona məxsus qeyri-yaşayış binasına və torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları barədə sənədlərin verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə aiddir. Bu tələbin mahiyyəti hazırkı iş üzrə əhəmiyyət daşıya biləcək texniki məlumat və sənədlərin əldə edilməsinə yönəlmişdir. Həmin sənədlərin mövcudluğu və məzmunu hazırkı mübahisənin həllinin asılı olduğu ayrıca hüquq münasibətini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi IPM-in 12.2-ci və 82-ci maddələrinə əsasən, həmin sənədləri hazırkı iş üzrə özü tələb edə, onların ekspertiza və digər sübutlarla birlikdə tədqiqini təmin edə bilər. Buna görə həmin inzibati işin mövcudluğu öz-özlüyündə IPM-in 7.1-ci maddəsində nəzərdə tutulan dayandırma əsasını yaratmır.

27. Digər inzibati iş üçüncü şəxsin A.A.Bakıxanov adına kinoteatr binasının altında və ətrafında yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə dair registrdən çıxarışın və ## ###### 2008-ci il tarixli texniki pasportun onun mülkiyyətində olan 0,0189 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbinə aiddir. Həmin mübahisənin hazırkı işlə hüquqi əlaqəsi istisna olunmasa da, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qərarın məhz həmin işdə həll olunacaq konkret hüquq münasibətindən hansı səbəbdən asılı olduğunu müəyyən etməmişdir. Qərardadda yalnız həmin iddianın uğurlu olacağı təqdirdə hazırkı mübahisənin nəticəsinə birbaşa təsir edə biləcəyi göstərilmişdir. Halbuki mümkün təsirin mövcudluğu zəruri preyudisial asılılıqla eyniləşdirilə bilməz. Məhkəmə, xüsusilə, həmin sənədlər qüvvədə olduğu şəraitdə hazırkı mübahisənin niyə həll edilə bilmədiyini, digər işdə hansı hüquqi məsələnin əvvəlcədən həllinin hazırkı iş üzrə qərar qəbul edilməsinin hüquqi şərti olduğunu açıqlamamışdır.

28. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddia 2022-ci ildə qaldırılmış, icraatın dayandırılmasına əsas göstərilən inzibati iddialar isə apellyasiya baxışının davam etdiyi 2025-ci ilin avqust ayında verilmişdir. Digər iddianın məhkəməyə təqdim edilməsi və icraata qəbul edilməsi faktı onun mümkün və əsaslı olduğunu, habelə hazırkı mübahisənin həmin işin nəticəsi olmadan həll edilə bilməyəcəyini öz-özlüyündə təsdiq etmir. IPM-in 7.1-ci maddəsinin ikinci cümləsi baxımından işin artıq keçdiyi prosessual mərhələ, baxılma müddəti, sübutların hazırkı iş üzrə əldə edilməsi imkanları və dayandırmanın mübahisənin ağlabatan müddətdə həllinə təsiri də qiymətləndirilməli idi.

29. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli iclasda icraatın dayandırılmasına zərurət görməməsi, ## ######## 2025-ci il tarixli iclasda isə ekspertin dindirilməsini və bundan sonra zəruri prosessual addımların atılmasını nəzərdə tutması xüsusi əhəmiyyət daşıyır. ## ######## 2025-ci il tarixli qərardadda məhkəmənin əvvəlki qiymətləndirməsini dəyişdirən konkret yeni hal, həmin tarixədək davam etdirilməsi mümkün hesab edilən araşdırmanın artıq niyə məqsədəuyğun olmadığı və digər işlərin nəticəsinin gözlənilməsinin nə üçün zəruri olduğu göstərilməmişdir.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallara əsasən hazırkı iş üzrə icraatın dayandırılması üçün IPM-in 7.1-ci maddəsinin şərtlərinin mövcudluğu müəyyən edilməmiş, eyni zamanda təkrar ekspertiza keçirilməsi barədə vəsatətin prosessual taleyi yekunlaşdırılmamışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

31. Işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda göstərilən prosessual pozuntuları nəzərə almalı, həll edilməmiş prosessual məsələlərə qanunvericiliyin tələblərinə uyğun münasibət bildirməklə işə baxılmasını davam etdirməlidir.

32. Icraatın dayandırılması məsələsi yenidən meydana çıxarsa, apellyasiya instansiyası məhkəməsi IPM-in 7.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin konkret olaraq mövcud olub-olmadığını və iş üzrə icraatın davam etdirilməsinin məqsədəuyğunluğunu həmin normanın tələbləri əsasında qiymətləndirməlidir.

33. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar