Məhkəmə qərarları › İş №2-1(102)-376/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-376/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-376/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı qərarın və xəbərdarlığın ləğv edilməsitələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2500/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərardadından üçüncü şəxsin verdiyi ka ssasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini X2 5 oktyabr 2018-ci il tarixli “məişət zorakılığı haqqında iş üzrə” 17/2018 saylı qərarının və bunun əsasında verilmiş 12 oktyabr 2018-ci il tarixli 04/06-11-31/1871 saylı xəbərdarlığın əsassız və qanunsuz olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin 24 iyun 2019-cu il tarixli qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında Vəkil2 üçüncü şəxsin adından vəsatətlə müraciət edərək işin Bi nəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1421/2019 saylı, 21 avqust 2019cu il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Vəkil2 həmin qərardaddan apellyasiya şikayəti vermiş və qərardadın ləğv edilərək işin baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadından Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndənin (vəkilin) səlahiyyətlərini təsdiq edən etibarnamə, order əlavə olunmadığından apellyasiya məhkəməsi vəkilin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasının vaxtı və yeri barədə məhk əmə bildirişi göndərmişdir. Üçüncü şəxsə və Vəkil2 bu barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq özü, yaxud səlahiyyətli nümayəndə tərəfindən lazımi qaydada tərtib edilmiş apellyasiya şikayəti təqdim etməmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 9 oktyabr 2019-cu il tarixli qərardadı ilə şikayət mümkün sayılmamışdır. Üçüncü şəxs və Vəkil2 həmin qərardaddan kassasiya şikayəti vermişdir. kassasiya şikayətinin dəlilləri: Vəkil ümumi məhkəmənin icraatında tərəflərin iştirakı ilə olan başqa işdə üçüncü şəxsin vəkilidir. Tərəflərlə bağlı məhkəmələrin icraatında bir neçə iş olmuşdur. Bu işdə etibarnamə və order təqdim etmiş, digər işdə isə sadəcə vəkil olmuşdur. Apellyasiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 90, 91 və 96-cı maddələrinə istinad edilmişdir. əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxsin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 86.1.1-ci maddəsinə əsasən, şikayət daxil olduqdan sonra inzibatiiqtisadi məhkəmə şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlayır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1421/2019 saylı, 21 avqust 2019cu il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Vəkil2 tərəfindən imzalanmış, lakin onun həmin apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Apellyasiya şikayətini imzalayan Vəkil2 səlahiyyətini təsdiq edən sənədlər məhkəmə iclasına təqdim edilməmişdir. İPM-in 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya məhkəməsi apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl üçüncü şəxsin dinlənilmə hüququnu təmin etmiş, bu barədə ona və vəkilə bildiriş göndərmiş, lakin şikayətlə bağlı qeyd edilən nöqsanlar aradan qaldırılmamışdır. Apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Odur ki, şikayət haqlı olaraq mümkün sayılmamışdır. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıd ır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2500/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar