Məhkəmə qərarları › İş №2-1(102)-376/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-376/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-376/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yetkinlik yaşına çatmayan övladının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçının yetkinlik yaşına çat mayan övladının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi tələbinə dаir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2377/2021 nömrəli iş üzrə 10.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının övladı Əliyev İbrahim Farid oğlu 18 noyabr 2011-ci il tarixdə doğulmuşdur. Hazırda orta məktəbin üçüncü sinfində oxuyur. Uşaq anadangəlmə xəstəliyi ilə əlaqədar olaraq, 2012-ci ildə H.Əliyev Fondu hesabına açıq ürək əməliyyatı keçirmişdir. 18 aprel 2013-cü il tarixdə “Anadangəlmə ürək qüsüru - Fallo tetreadası“ diaqnozu ilə iki il müddətinə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Təkrar müa yinədən keçmək şərti ilə 18 yaşadək müavinətə təyin edilmişdir. Sonradan 5 mart 2015-ci il, 5 mart 2017-ci il tarixlərdə AR Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnaməsinə əsasən 05 mart 2020-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müddəti müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 128 nömrəli qərarına əsasən 2020-ci il martın 1-dən əlilik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sağlamlıq imkanları məhdudluq müddəti Azərbaycan Respublikası ərazisində xüsusi pandemiya ilə əlaqədar olaraq 01 iyul 2020-ci il tarixədək uzadılmışdır. İddiaçının övladı Əliyev İbr ahimov Farid oğlu 5 mart 2013-cü il tarixdən 1 iyul 2020-ci il tarixədək Binə qəsəbəsində yerləşən 29 saylı Poliklinikada həkim müayinəsindən keçirilmiş, cavabdeh orqan tərəfındən sağlamlıq imkanlarının məhdudluğu haqqında qərarla təsdiq edilmiş və Naxçıvan MR-ə göndərilmişdir. Heç bir problem olmadan ona müvafiq müavinət təyin olunaraq ödənilmişdir. Ötən ilin mart – aprel aylarında 2 dəfə övladı İbrahim Əliyev həkim müayinəsindən keçirilərək forma 88 cavabdehə göndərilmiş və birinci “imtina” səbəbi: sənəd natamam doldurulmuş, ikinci “imtina” səbəbi: Qeydiyyatda olduğu tibb müəsisə müraciət edilməsi tövsiyyə edilir. İmtinalara görə Naxçıvana MR-na getmək istəyi yaransa da, məlum “Pandemiya”, sərt qarantin rejimləri, təyyarələrin uçuşlarının dayandırılması səbəbindən uşaq yaşadığı ünvan 1 ü nvanına qeydiyyata alındı. Pirallahı poliklinikasında uşaq üçün verilən forma 88-ə yenidən 3-cü “İmtina” səbəbi: Qeydiyyatda olduğu tibb müəsissəsinə müraciət edin” olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 18 noyabr 2011-ci il tarixdə doğulmuş övladı Əliyev İbrahim Farid oğlunun 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə aktın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi o nunla əsaslandırılmışdır ki, o, arvadı (uşağın anası) və uşağı pandemiya dövründə haqsız münasibətlə üzləşmişlər. O işsiz, 3 körpə uşaq, maddi çətinliklər içərisində yaşayırlar. Xəstə uşağa dərmanlar alınmalı, ayda bir dəfə müayinə olunmalıdır. Ancaq cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qanunla ona çatası müavinəti almaq mümkün deyil. Məsul şəxslərə bildiriləndə ki, uşaq üçün forma 88-in doldurulmasına onlar məsuliyyət daşıyırlar, yenidən heç bir faydası olmadı. 1 iyul 2020-ci il tarixədək uşağın sağlamlıq imkanının məhdudluğu təsdiq edilmişdir. Bundan sonra, ardıcıl olaraq 7 dəfə forma-88 ilə cavabdehə müayinə göndərilmiş verilən cavablarda isə əsassız olaraq imtina olmuşdur. Hesab edilir ki, TibbiSosial Ekspert Komissiyasının imtinaları əsassız və qanunsuz olmu şdur. Belə ki, TibbiSosial Ekspert Komissiyaları tərəfindən əlilliyin (əlilliyin müəyyən edilməsi (əlillik dərəcəsinin, əlillik müddətinin, əlillik səbəbinin, əmək zədəsi və peşə xəstəliyi ilə bağlı peşə əmək qabiliyyətinin itirilməsi faizinin və əlavə xərclərə ehtiyacının, əmək zəmanətinin) və 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi ilə bağlı münasibətləri əhatə edir. Xidmətin hüquqi əsası "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin təs diq edilməsi haqqında AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı, «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 5 fevral 2016-cı il tarixli 36 nömrəli AR Nazirlər Kabinetinin Qərarı və AR Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə AR Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli Qərarı ilə tənzimlənir. AR Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»yə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən vətəndaşların əlillik vəziyyə ti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin 3.1.2-ci bəndinə əsasən əli lliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir.

4. Birinci instansiya məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)4572/2021 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 18 noyabr 2011-ci il tarixdə doğulmuş övladı Əliyev İbrahim Fərid oğlunun 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nətic əyə gələrkən, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndlərinə,, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1, 1.1, 1.2, 1.5, 3.1-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 01.07.2021-ci il tarixli, 2-1(112)-4572/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bund an sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 10.11.2021-ci il tarixli, 2-1(103)-2377/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 01.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 10.11.2021-ci il tarixli, 2-1(103)-2377/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnoz əsasında şəxsin sağlamlıq imkanları məhdud hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə və inzibati orqanın əvəzinə qərar qəbul edilə bilməz. Məhkəmə yalnız inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul etdiyi qərarı ləğv edib yenidən baxılması üçün İnzibati orqana qaytara bilər, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olu nmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Ona görə də, İbrahim Əliyevin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İbrahim Əliyev səhiyyə müəssisə tərəfindən ətraflı müayinə edildikdən sonra, xəstəliyin sağlamlıq imkanlarının məhdudluğunun təyininə əsas verən ağırlaşmaları aşkar edildiyi halda yeni göndəriş rəsmiləşdirilərsə, əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir.

11. Qeyd edilməlidir ki, Agentliyin göndərişin natamam doldurulması ilə bağlı imtina edilmə barədə qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin göstərişinə əsasən inzibati aktdır.

12. Əlavə olaraq qeyd edilməlidir ki, göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Yəni səhiyyə müəssisəsi öz işinə laqeyd yanaşmayıb göndərişi tam doldursa idi göstərilən müddətin buraxılması halı baş verməyəcəkdi. Bu halda İddiaçı oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verib tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana gö rə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Bu halda İddiaçı oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verib tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur.

13. Bakı Apellyasiya Məhkəməsi əsassız olaraq qeyd etmişdir ki, göndərişin natamam və yalnış doldurulması əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh kimi Agentlik tərəfindən Qaydada nəzərdə tutulmayan əsaslarla bir neçə dəfə iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsindən imtina ed ilmişdir ki, bununla da Azərbaycan Respublikası Qanununvericiliyinin tələblərinə əməl edilməmişdir. Məhkəmə işin hallarını tam araşdırmadığı üçün belə nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni standart ifadələr kimi qərarın əsaslandırıcı hissəsinə yazmaqla yekunlaşmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul etmək əvəzinə, Agentliyin qərarını iddiaçının hüquqlarının pozulmasına səbəb olan cavabdeh orqanın imtinası kimi qiymətləndirib, səhv nəticəyə gəlməklə maddi hüquq normalarım pozaraq iddianı əsassız olaraq təmin etmişdir. Buna görə Apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunaziddir.

14. İddiaçı kassasiya şikayətinə qarşı ərizə ilə müraciət edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»: bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları mə hdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. bənd 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: 3.1.32. Ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli İİ-İİİ dərəcəli ürək çatışmazlığı ilə (İ00-İ09.9,İ20-İ52.8);

16. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”: bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; bənd 2.1. Strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; bənd

3. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbə bi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir.

17. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17.Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhk əmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Cavabdeh kassasiya şikayətində yazır ki, göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Yəni səhiyyə müəssisəsi öz işinə laqeyd yanaşmayıb göndərişi tam doldursa idi gös tərilən müddətin buraxılması halı baş verməyəcəkdi.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir.

25. Belə ki, iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21 iyun 2021-ci il tarixli “Əyani müayinə aktı”na əsasən əlilliyin qiymətləndirilmə nəticəsindən narazı olan Əliyev İbrahim Farid oğlu 2 saylı TSEK-in həkim ekspertləri tərəfindən evdə əyani müayinə edilmişdir. Müəyyən olundu ki, Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğu səhiyyə müəssisəsinin 0053003AADWF saylı Göndərişi əsasında 27 aprel 2020-ci il tarixdə qiymətləndirilmiş və imtina qərarı verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: Fallo-tetradası. Fallao-tetradasının korreksiyası, əməliyyatdan sonrakı vəziyyəti İ – İİ dərəc ə TÇ, İİ dərəcə PÇ. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Dəri və dərialtı toxumalar: dərisi təmizdir, solğundur. Ağız-burun üçbucağında, ətraflarda akrosioz var, döş sümüyü üzərinə torakomiya səbəbli dəri qalınlaşması – çapıq var. Limfa vəzləri: pereferik limfa vəzləri əllənmir. Sümük əzələ sistemi: inkişafı yaşa uyğundur. Tənəffüz sistemi: sağ ağciyər üzərində sərt tənəffüs formasında tək-tək krepitasiyalar, solda ürək tonlarının səsindən başqa heç bir şey eşidilmir. Ürək-damar sistemi: ürəyin sərhədləri iki tərəfdə genişlənmişdir. Auskultasiya zamanı bütün nöqtələr üzərində kobud sistola – diaostolik küy eşidilir: PS - 81/1 dəqiqə, ritmik, A/T 110/65 mm c.s. Həzm sistemi: Dili nəmdir. Qarnı yumşaq, ağrısızdır. Defekasiya aktı sərbəstdir. Sidik və cinsiyyət si stemi: bel nahiyəsi pekusiya zamanı az ağrılıdır. Diurezdə ləngimə var, amma sərbəstdir. Status localis: uşaq anadangəlmə xəstədir. 14 noyabr 2012-ci il tarixdə ETCM-də açıq ürək əməliyyatı olunub. Hal-hazırda uşağın vəziyyəti ağırdır. Təngnəfəslikdən, ümumi halsızlıqdan, tezyorulmadan, aşağı ətraflarda şişkinlikdən əziyyət çəkir. 7 iyul 2021-ci il tarixdə ürək köçürməsi əməliyyatı planlaşdırılır. Müayinələrin nəticəsində səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnoz təsdiqini tapır, xəstənin hazırkı vəziyyəti AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 3.1.32-ci bəndinə müvafiq olaraq 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu təyinatı na əsas verir.

26. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Mərkəzi Klinikanın epikrizinə əsasən, İbrahim Əliyevə 14.07.2021-ci il tarixdə ümumi anesteziya altında SDQ-nin tətbiqi ilə “Redo-Sağ mədəcik və Pulmonar arteriya arasında şuntun yaradılması” əməliyyatı icra olunmuşdu.

27. Bundan başqa cavabdeh kassasiya şikayətində qeyd edir ki, diaqnoz əsasında şəxsin sağlamlıq imkanları məhdud hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə və inzibati orqanın əvəzinə qərar qəbul edilə bilməz.

28. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.

29. Belə ki, iş materiallarına əsasən iddiaçının 2011-ci il təvəllüdlü övladı Əliyev İbrahim Fərdi sağlamlıq imkanlarının məhdudluğu əvvəlki dövrdə mü əyyən edilmiş və bu məhdudluğun müddəti 1 iyul 2020-ci ilədək olmuşdur. İddiaçının övladına aid müvafiq sənədlər tibb müəssisəsi tərəfindən bir neçə dəfə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Agentlik) göndərilmiş, lakin qurum uşağın sağlamlığının məhdudluğunun müəyyən olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi “sənədlər tam doldurulmamışdır”, “tibb müəssisəsinə müraciət olunması tövsiyə edilir” göstərilmişdir.

30. Cavabdeh orqanın mütəxəssislərinin verdiyi rəydə (əyani müayinə aktında) iddiaçının 2011-ci il təvəllüdlü övladı İbrahim Əliyevin xəstə qismində hazırkı vəziyyətinin sağlamlıq imkanlarının məhdudluğu təyinatına əsas verməsinin müəyyən olunduğu bildirilir. Məhkəmə kollegiyası hesab edir ki, həmin aktda müayinələrin nəticələri üzrə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozun təsdiqini tapdığı və xəstənin hazırkı vəziyyətinin AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 3.1.32-ci bəndində göstərilən hala uyğunluğu vurğulanmışdır. 31. “İnzibati icraat haqqında” Qanun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

32. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçü n əsas ola bilməz.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan inzibati icraatı tam aparmamış, iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 15-17-ci bəndlərinə əsasən, iddiaçının 2011-ci il təvəllüdlü övladı Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Xidmətinin) imtinası qanunvericiliyin tələblərinə zidd və iddiaçının yetkinlik yaşına çatmayan övladının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının övladı Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğu barədə ilkin müraciət 1 iyul 2020-ci il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən və əvvəllər müəyyən edilmiş məhdudluğun son müddəti də həmin vaxta bitdiyindən, qeyd olunan tarixdən müəyyən olmalıdır.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 10.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11.2021-ci il tarixli, 2-1(103)-2377/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar