Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-376/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1138/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kv.m olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evin və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kv.m.-dən ibarət torpaq sahəsinin (tikintialtı + həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatı aparılmaqla, buna dair ona çıxarışın və texniki sənədin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 2-1(112)-7265/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən, ümumi sahəsi 69,40 kv.m olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evə və tərkib hissəsi olan faktiki istifadədəki 1624,5 kv.m-dən ibarət torpaq sahəsinə (tikintialtı+həyətyanı sahə) mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Ə.Qurbanov /sədrlik edən və məruzəçi/, M.A.Məmmədov və V.Ə.Baxışova) 2-1(105)-1138/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7265/2021 saylı 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edil məsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
5. İş kassasiya instansiyasına daxil olduqdan sonra şikayət üzrə kassasiyanın mümkünlüyü yoxlanılarkən məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. Odur ki, müvafiq məhkəmə bildirişi göndərilməklə cavabdehin və vəkilinin (nümayəndəsinin) nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı elektron imza ilə təsdiq edilməklə cavabdehə məxsus şəxsi elektron kabinetində 05 oktyabr 2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti 15 noyabr 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) aylıq müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim olmuşdur. Bu səbəbdən prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi cavabdehə təklif olunmuş, əks halda, verdiyi şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
6. Cavabdeh məhkəmə kollegiyasına kassasiyanın mümkünlüyü barədə ərizə göndərərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)1138/2022-ci il tarixli qərarı poçt vasitəsilə ilk dəfə İdarəyə xx.xx.2022-ci il tarixində daxil olduğundan, İdarənin kassasiya şikayəti vermək hüququ həmin tarixdən yaranmışdır. Qeyd olunan qərardan kassasiya şikayəti xx.xx.2022-ci il tarix ində müvafiq poçt şöbəsinə təhvil verilmişdir. Ərizədə Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə istinad edilərək, qeyd olunanların nəzərə alınması xahiş edilmişdir.
7. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin kassasiya şikayəti 10 noyabr 2022-ci il tarixində poçt şöbəsinə təhvil verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
20. Təqdimetmə Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qey dlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə s ənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
10. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı elektron imza ilə təsdiq edilməklə, cavabdehə məxsus şəxsi elektron kabinetində 05 oktyabr 2022-ci il tarixində yerləşdirilmişdir.
12. Cavabdehin vəkili (nümayəndəsi) qərardan verilmiş kassasiya şikayətini 10 noyabr 2022-ci il tarixində, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) aylıq müddət keçdikdən sonra poçt şöbəsinə təhvil vermişdir.
13. Kassasiya şikayətinin verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət tələbinə əməl edilmədiyindən, müvafiq məhkəmə bildirişi göndərilməklə, qeyd edilən nöqsan (kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürül düyü) cavabdehin və vəkilinin nəzərinə çatdırılmış, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin 23 yanvar 2023-cü il tarixədək məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda bu hərəkətlərin edilməməsinin hüquqi nəticəsi izah edilərək, verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.
14. Cavabdeh kassasiyanın mümkünlüyü barədə məhkəmə kollegiyasına göndərdiyi ərizədə mövqeyini belə əsaslandırmışdır ki, barəsində kassasiya şikayəti verilən məhkəmə qərarı İdarəyə poçt vasitəsilə xx.xx.2022-ci il tarixində daxil olduğundan, şikayət vermək hüququ da həmin tarixdən yaranmışdır və şikayət xx.xx.2022-ci il tarixində müvafiq poçt şöbəsinə təhvil verilmişdir. Cavabdeh bu mövqeyini Azərbaycan Respublikasının MPM-nin 135.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
15. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır.
16. Belə ki, MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
17. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulur ki, MPM-in 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sif arişli poçt göndərişi (məktubu) ilə çatdırılır, lakin bu Məcəllənin 135.6cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna təşkil edir.
18. MPM-in 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6-cı maddəsinə əsasən isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Məhkəmə kollegiyası İPM-in 20.3- cü və MPM-in 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarının cavabdehə təqdimedilmə tarixi həmin qərarın cavabdehin “elektron kabinet”ində yerləşdirildiyi 05 oktyabr 2022-ci il tarixi hesab edilir və kassasiya şikayəti verilməsi müddətinin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Cavabdeh kassasiya şikayətini 10 noyabr 2022-ci il tarixində poçt şöbəsinə təhvil verdiyindən, kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti ötürmüşdür.
20. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsinə baxmayaraq, məhkəməyə prosess ual müddətin ötürülmədiyinə dair sübutlar və ya buraxılmış müddətin bərpasına dair əsaslandırılmış vəsatət təqdim edilmədiyindən, hazırkı şikayət, kassasiya şikayətinin verilməsi üçün İPM-də nəzərdə tutulan tələblərə cavab vermir. Odur ki, cavabdehin verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1138/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı İPM-in 96.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş hesab edilir.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1138/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiy