Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3767/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Qusar Rayon Hil Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: subyektiv hüquq; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Qusar Rayon Hil Bələdiyyəsinə qarşı “Qusar rayonu Yasab Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu Yasab Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli, ** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu keçmiş Telman sovxoz direktorunun *** saylı ##.##.1994-cü il tarixli əmri ilə Qusar rayonu, Yasab kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Həmin torpaq sahəsinin eskiz-layihəsi hazırlanmaqla, torpaq ona təhkim edilmişdir. Daha sonra isə onun tərəfindən həmin torpaq sahəsində layihəsi Qusar rayon Icra Hakimiyyəti tərəfindən razılaşdırılmaqla fərdi yaşayış evinin inşa olunmasına başlanmışdır. Əvvəlcə orada yarımçıq tikili inşa olunmuş, 2021-ci ildə isə onun tapşırığı ilə qardaşı X1 tərəfindən tikinti işləri davam etdirilmişdir. 2021-ci ildə Üçüncü şəxs adlı şəxs qardaşı X1 barəsində Qusar rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin guya qardaşı tərəfindən zəbt olunmasını bildirmişdir. Həmin şəxsin ərizəsi əsasında araşdırma aparılmış, araşdırma zamanı o, torpaq sahəsinə dair adına olan hüquqmüəyyənedici sənədləri təqdim etmiş və Qusar RPŞ-nin IB-nin ##.##.2021-ci il tarixli qərarı ilə Üçüncü şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qusar RPŞ-nin IB-də araşdırma aparılarkən məlum olmuşdur ki, Qusar rayonu Yasab Bələdiyyəsi ona məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsinə dair əvvəlcə öz adına çıxarış almış, daha sonra isə həmin torpaq sahəsini Üçüncü şəxs satmışdır. Bundan sonra vəkili vasitəsi ilə aidiyyəti qurumlara sorğular verilmiş və * saylı Xaçmaz Ərazi Idarəsinin ## ##### 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Qusar rayonu Yasab kəndində yerləşən, ##.##.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla Yasab Bələdiyyəsinə məxsus 0,12 ha torpaq sahəsi ##.##.2011-ci il tarixli 4Ə/01- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Üçüncü şəxs adına özgəninkiləşdirilmiş, lakin hal-hazıradək dövlət reyestrində Üçüncü şəxs adına çıxarış işlənməmişdir. Bundan sonra vəkil sorğusuna cavab olaraq * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli *-**-*-**/*-****/**** saylı məktubu ilə Qusar rayonu keçmiş Telman sovxoz direktorunun ##.##.1994-cü il tarixli, *** nömrəli əmri ilə ona verilmiş, Qusar rayonu Yasab kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair Qusar rayonu Yasab Bələdiyyəsinin adına çıxarışın verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Həmin sənədlərə nəzər saldıqda məlum olur ki, Qusar rayonu Yasab Bələdiyyəsi ona verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanılması barədə ## ###### 2010-cu il tarixli ** saylı qərar qəbul etmişdir. Qusar rayon Dövlət Arxivinə vəkili tərəfindən sorğu verilərək Qusar rayon Yasab Bələdiyyəsinin ## ###### 2010-cu il tarixli ** saylı qərarının təqdim olunması xahiş edilmiş və arxiv tərəfindən sorğuya ##.##.2023cü il tarixli cavab məktubu ilə cavab verilərək, qeyd edilən ## ###### 2010-cu il tarixli ** saylı qərarın arxivdə aşkarlanmadığı bildirilmişdir. Qusar rayonu Yasab Bələdiyyəsinin həmin qərarı qanunsuz və əsassız olmaqla onun qanuni mənafeyini, torpaq sahəsi üzərində malik olduğu əmlak hüququnu pozmuşdur. Həmin vaxt hələ bələdiyyələr mövcud deyildi və həmin torpaq sahəsi onun əvəzsiz mülkiyyətinə verilməli olan torpaq sahəsidir. Göründüyü kimi, yuxarıda qeyd etdiyi 0,12 ha həyətyanı torpaq sahəsi islahat zamanı onun mülkiyyətinə verilməli olan torpaq sahəsidir, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hər hansı hüquqi maneə olmamış, hazırda da yoxdur. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu qanun əsasında əldə etmişdir. Belə olan halda, həmin torpaq sahəsi üzərində Qusar rayonu Yasab Bələdiyyəsinin sərəncam səlahiyyəti olmamışdır və bu səbəbdən də, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi üçün müvafiq prosedurlara başlamaq barədə qərar qanunsuz və əsassızdır. Bələdiyyə mülkiyyətinə verilə bilməzdi. Həmin torpaq sahəsinin ona verilməsi, həmin torpaq sahəsinin məhz hansı torpaq sahəsi olması barədə Qusar rayonu Yasab Bələdiyyəsinin özü tərəfindən də sxem çəkilib verilmişdir. Həmin torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahələrinin və fərdi yaşayış evlərinin sahibləri də yaxşı bilirlər ki, həmin torpaq sahəsi uzun müddətdir ki, ona məxsusdur, onun istifadəsindədir.
3. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: R.T.Həsənov) ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
4. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.
5. Apellyasiya instansiyası məhkəməsi əsaslandırması: 5.1. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bələdiyyənin ## ###### 2010-cu il tarixli qərarı ilə 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Iş materiallarından görünür ki, müvafiq daşınmaz əmlakın dövlət kadastr və reyestri xidmətinin idarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubun məzmununda sözügedən torpaq sahəsinə dair ##.##.2010-cu il tarixdə cavabdeh bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, daha sonra üçüncü şəxsin adına özgəninkiləşdirilməsi qeyd edilmişdir, hazırda sözügedən əmlak üçüncü şəxsin mülkiyyətindədir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsinə dair 2010-cu ildə bələdiyyə mülkiyyəti dövlət qeydiyyatına alınmış, daha sonra alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, sonuncu mülkiyyətçi qismində məhz üçüncü şəxs çıxış etmişdir. Iş materiallarından görünür ki, Qusar rayonu XDS-nin ## ###### 1994-cü il tarixli, ** nömrəli qərarı ilə Qusar rayonu Yasab sovxozunun işçisi qismində iddiaçının adına 0,12 ha torpaq sahəsinin ayrılması qeyd edilmiş, adlı siyahıda adı əks olunmuş, torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını müəyyən edən sənəd mövcud olmamışdır. Indiki halda iddiaçı məhz müvafiq XDS-nin 1994-cü il tarixli qərarı əsasında onun adına ayrılmış 0,12 ha torpaq sahəsinin cavabdeh bələdiyyənin müvafiq 2010-cu il tarixli qərarı ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başladığını, daha sonra üçüncü şəxsə satıldığını bildirir. 5.2. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının istinad etdiyi sovxoz tərəfindən onun adına ayrılmış torpaq sahəsinin yerquruluşu sxemində koordinatları əks olunmadığından, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun adına ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən edilməmiş, iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,0514 ha hissəsinin mübahisə predmeti olan qərarla mülkiyyət hüququ qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı həmin rəylə bağlı mütəxəssisin dindirilməsi təmin edilmiş, mütəxəssisin verdiyi izahat əsasında iddiaçının adına ayrılmış torpaq sahəsinin həmin qərara əlavə edilmiş sxemdə döngə koordinatları, texniki göstəriciləri əks olunmadığından, xəritənin texniki qüsurla tərtib edilmiş xəritə kimi dəyərləndirildiyi müəyyən edilmişdir. Göründüyü kimi, indiki halda iddiaçının adına müvafiq qərar əsasında 0,12 ha torpaq sahəsi ayrılması qərar alınsa da, həmin torpaq sahəsinin yerini, koordinatlarını müəyyən edən sənəd mövcud olmadığından, müvafiq qərar əsasında iddiaçının adına ayrılmış torpaq sahəsinin, məhz onun iddia etdiyi torpaq sahəsi olması halının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddianın mümkünlüyü baxımından indiki mərhələdə ilk növbədə müəyyən edilməli olan hal, məhz cavabdeh bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq qərarın iddiaçının hansı qanunla qorunan hüquq və maraqlarını pozub-pozmaması ilə bağlı olan haldır. 5.3. Bununla bağlı, kollegiya qeyd edir ki, iddiaçı cavabdeh bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirməklə bağlı subyektiv hüququnun mövcud olması üçün həmin sənəddə əks olunmuş torpaq sahəsinin onun adına ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi (tam və ya müəyyən hissədə üst-üstə düşməsi halı mövcud olmalı), nəticə etibarilə, iddiaçının həmin torpaq sahəsi ilə hüquqi bağlılığını müəyyən edən sənədlər təqdim edilməli, qanuni sahib qismində çıxış etməsi halı müəyyən edilməlidir. Başqa sözlə, iddiaçı qeyd edilən iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüquqa o halda malik ola bilər ki, müvafiq bələdiyyə qərarının mövcudluğu onun qanunla qorunan hüquq və maraqlarına toxunmuş olsun. Yəni, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının hər hansı hüquqmüəyyənedici sənəd əsasında qanuni sahibliyində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud olduğu halda onun hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud ola bilərdı. Hazırkı halda isə iddiaçı müvafiq qərara istinad edərək, onun adına torpaq sahəsinin ayrıldığını bildirsə də, torpaq ayıran qurum tərəfindən tərtib edilmiş sənədin məzmununda və ya ona əlavə edilən sənədlərdə torpaq sahəsinin yerləşmə yeri, koordinatları, texniki göstəriciləri müəyyən edilməmiş, habelə indiki halda da bu göstəriciləri müəyyən etməyə imkan verən hər hansı sübut - sənəd təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi qərar əsasında qeyd edilmiş torpaq sahəsinin, məhz bələdiyyə mülkiyyəti qeydiyyata alınmış və üçüncü şəxsə satılmış torpaq sahəsi ilə eynilik təşkil etməsi halını müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə, hazırkı mübahisə predmeti olan torpaq sahəsinin, məhz iddiaçının istinad etdiyi qərar əsasında onun adına ayrılmış torpaq sahəsi olması halını müəyyən edən heç bir sübut mövcud olmamışdır. 5.4. Həmçinin, sözügedən torpaq sahəsi faktiki olaraq da üçüncü şəxsin istifadəsində olmuşdur. Indiki halda iddiaçının özünün verdiyi izahatından aydın olur ki, iddiaçı 1994-cü ildə ailə həyatı quraraq, Bakı şəhərinə köçdüyünü, torpaq sahəsindən əkin işləri üçün istifadə etdiyini, 2021-ci ildə qardaşına tikinti işlərini tapşırdığını, tikinti işlərini görməyə başlayanda torpaq sahəsi ilə bağlı mübahisə olduğunu bildiyini qeyd etmişdir. Iddiaçı tərəfindən həmin hala dair hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının onun adına ayrıldığı vaxtdan əmlaka faktiki sahiblik və istifadə etməsi (ev və ya digər tikili inşa edilməsi və ya digər formada faktiki sahiblik) halı da mövcud olmadığından, həmin hal da özlüyündə məhz müvafiq qərar əsasında ayrılmış torpaq sahəsinin hazırkı mübahisə predmeti olan torpaq sahəsi ilə eynilik təşkil etməsi halını müəyyən etməyə imkan verməmişdir. Başqa sözlə, kollegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair cavabdeh bələdiyyə tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmək üçün həmin torpaq sahəsi ilə hüquqi bağlılığının (qanuni istifadəsində və ya sahibliyində olması və ya digər əmlak hüququnun mövcudluğu) mövcudluğuna dair hər hansı sübut mövcud olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinə dair qəbul edilmiş müvafiq bələdiyyə qərarını mübahisələndirmək üçün subyektiv hüququ mövcud olmamışdır. Nəticə etibarilə, iddia tələbində qeyd edilmiş hüquqmüəyyənedici sənədin tərtib edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin iddiaçının hansı hüquq və qanunla qorunan maraq və mənafelərinin pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırkı iddia tələbini irəli sürməsinə dair iddiaçının subyektiv hüququnun olması halı müəyyən edilmədiyindən, prosessual qanunvericiliyin tələbinə əsasən bu hal iddianın mümkün sayılmaması üçün əsas hesab edildiyindən iddia mümkün sayılmamalıdır.
6. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarında və HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 11. 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad edilməklə qəbul edilmiş qərardadlarında (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
12. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki, hazırda sözügedən torpaq sahəsi üçüncü şəxsin mülkiyyətindədir. Iddiaçı müvafiq qərara istinad edərək, onun adına torpaq sahəsinin ayrıldığını bildirsə də, torpaq ayıran qurum tərəfindən tərtib edilmiş sənədin məzmununda və ya ona əlavə sənədlərdə torpaq sahəsinin yerləşmə yeri, koordinatları, texniki göstəriciləri müəyyən edilməmiş, habelə məhkəmə icraatı zamanı da bu halları müəyyən etməyə imkan verən heç bir mötəbər sübut - sənəd təqdim edilməmiş, eləcə də məhkəmə araşdırması zamanı da həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, sözügedən torpaq sahəsi faktiki olaraq da üçüncü şəxsin istifadəsində olmuşdur. Iddiaçının onun adına ayrıldığı vaxtdan əmlaka faktiki sahiblik və istifadə etməsi (ev və ya digər tikili inşa edilməsi və ya digər formada faktiki sahiblik) halı da mövcud olmadığından, həmin hal da özlüyündə məhz müvafiq qərar əsasında ayrılmış torpaq sahəsinin hazırkı mübahisə predmeti olan torpaq sahəsi ilə eynilik təşkil etməsi halını müəyyən etməyə imkan verməmişdir. Odur ki, iddiaçının sözügedən torpaq sahəsi ilə hüquqi bağlılığının mövcudluğu sübuta yetirilmədiyindən, həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmək üçün subyektiv hüququ da istisna edilir.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
15. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
16. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.