Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-377/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı A Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz: “Əmək pensiyaları haqqında” A Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili və cavabdehin vəkili iştirakı ilə Iddiaçı cavabdeh A Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İd arəsinə qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.10.2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçının mərhum həyat yoldaşı 10.12.2003-cü il tarixdə vəfat etmişdir. İddiaçıya həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda mərhum həyat yoldaşının sonuncu xidmət etdiyi vəzifə üzrə vəzifə maaşının 35% məbləğində pensiya alır. İddiaçı “Əmək pensiyaları haqqında” A Respublikasının Qanununda dəyiş ikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli ******nömrəli Qanuna istinad edərək “Əmək pensiyaları haqqında” A Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh imtina məktubu ilə bildirmişdir ki, sözügedən dəyişiklik 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş, iddiaçının pensiya hüququ isə ondan əvvəl yarandığından sözügedən dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilə bilməz. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” A Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli ******n ömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” A Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdeh A Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2-1(81)2210/2019 saylı qərardadına əsasən ilk cavabdeh A Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh A Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2210/2019 saylı, 26 iyul 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək 01.07.2017-ci il tarixdən iddiaçı Iddiaçı ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsinin vəzifəsi cavabdeh A Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi M əhkəməsinin 2-1(81)-2210/2019 saylı, 26 iyul 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.10.2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2210/2019 saylı, 26 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olması barədə yeni qanun iddiaçının vəziyyətini yaxşılaşdırdığından ona da şamil edilməli və iddiaçıya təyin edilmiş pensiya h esablanarkən 01.07.2017-ci il tarixli qanunun tələbləri nəzərə alınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.10.2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə A Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün A Respublikası Dövlət S osial Müdafiə Fonduna göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində A Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Belə ki, “Əmək pensiyaları haqqında” A Respublikası Qanununun 14.1.2 –ci maddəsinə əsasən “ ata, ana, ər, arvad, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. “Əmək pensiyaları haqqında” A Respublikası Qanununa 10 mart 2017-ci il tarixli dəyişikliyə əsasən ailə başçısını itirməyə görə Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ Qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvəl yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə düzgün olaraq əmək pensiyası təyin edilmişdi. Məhz adı çəkilən dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Hərbi qulluqçuların ailə başçısını itirməyə görə pensiya təminatı həminn Qanunun 20.17.1 və 20.17.2-ci maddələri ilə tənzimlənir,hesablanır və ödənilir. “Əmək pensiyaları haqqında” A Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən- “A Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının hüququ qazandığı tarix Qanundan əvvəlki dövrü əhatə etdiyindən iddiaçıya şamil edilməsi qanunvericiliyə uyğun deyildir. Kassator Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə sax lanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşı 10.12.2003-cü il tarixdə vəfat etmiş, iddiaçıya həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, iddiaçı hal-ha zırda mərhum həyat yoldaşının sonuncu xidmət etdiyi vəzifə üzrə vəzifə maaşının 35% məbləğində pensiya alır. İddiaçı “Əmək pensiyaları haqqında” A Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli ******nömrəli Qanuna istinad edərək “Əmək pensiyaları haqqında” A Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh imtina məktubu ilə bildirmişdir ki, sözügedən dəyişiklik 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş, iddiaçının pensiya hüququ isə ondan əvvəl yarandığından sözügedən dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilə bilməz. “Ə mək pensiyaları haqqında” A Respublikası haqqında Qanunun 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, A Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqd arı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, A Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Sözügedən maddəyə 4 iyul 2008-ci il tarixli 669-IIIQD nömrəli A Respublikası Qanunu ilə dəyişiklik edilmiş, 20.17.1-ci və 20.17.2-ci maddələrdə “xəsarət (yara, kontuziya və ya zədə)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir və həmin qanun qüvvədədir. Sözügedən maddəyə 10 mart 2017-ci il tarixli ******nömrəli A Respublikasının Qanunu (“A” qəzeti, 3 may 2017-ci il, № 93, A Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az old uqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində iddiaçının pensiyası ərinin təminat xərcliyinin 80 faizinə çatdırılmış, bununla da hüquqi vəziyyəti yaxşılaşdırılmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə təminat xərcliyinin 35 faizi məbləğində pensiya təyin edilmiş, lakin “Əmək pensiyaları haqqında” A Respublikası Qanununa 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliklərlə təyin edilmiş pensiyanın məbləğində artımlara səbəb ola biləcək dəyişiklik edilsə də, həmin dəyişiklik iddiaçıya münasibətdə tətbiq edilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehin hüquqi mövqeyi onda n ibarət olmuşdur ki, dəyişikliklərin qüvvəyə mindiyi tarix 01.07.2017-ci il il olduğundan, iddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən müraciət təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericiliyin tələbini ifadə edir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, 2017-ci ilin 1 iyulundan əmək pensiyaları haqqında qanunvericiliyə edilmiş dəyişiliklər münasibətdə tətbiq edilməli idi. Məhkəmə kollegiyası həmçinin cavabdehin kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, A Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qü vvəsi geriyə şamil edilir. Həmçinin «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Beləliklə, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olması barədə yeni qanun iddiaçının vəziyyətini yaxşılaşdırdığından ona da şamil edilməli və iddiaçıya təyin edilmiş pensiya hes ablanarkən 01.07.2017-ci il tarixli qanunun tələbləri nəzərə alınmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. A Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və A Respublikası İnzibati-Prosessua l Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2321/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-377/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-377/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver