Məhkəmə qərarları › İş №2-1(102)-377/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-377/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-377/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.02.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli, 2-1(103)-1602/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul et di. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək alınan ixtisasın ölkə ərazisində tanınmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 22 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının X2 Universiteti tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabi netinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78C1F899942660 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 9 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bağlanmış dövlətlərarası müqaviləyə əsasən diplomun nostrifikasiya olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən 2019-cu il 30 iyun tarixdə Dağıstan Dövlət Unive rsiteti tərəfindən ona verilmiş diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 mart tarixli, 2-1(112)-1063/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə Anadolu Universitetindən, X2 Universitetinə köçürülmüşdür. 2019-cu tədris ili DDTU-ni bitirmiş, diplom aldıqdan sonra müvafiq qaydada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlətlərarası müqavilədə, diplomların qarşılıqlı tanınması qanununa əsasən diplomun nostrifikasiyası (qeydə alınması) üçün onlayn qaydada cavabdehə müraciət etmişdir. Cavabdehin nümayəndələri onlay n müsahibədən sonra bildirmişdilər ki, onun həmin ölkədə olduğu müddətdə, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri mümkündür və tədris (rus) dilini bilməyi qənaətbəxş deyildir. Hesab edilməlidir ki, iradlar əsassızdır. Belə ki, tədris müddətini universitet təyin edir, tədris yükünün tənzimlənməsi əlavə vaxtın ayrılması, universitetin səlahiyyətindədir. Tədris dilini bilmək məsələsi barədə, iddiaçının rus dilini bilmək səviyyəsi, tədris müddətində universitet tərəfindən qənaətbəxş hesab olunmuşdur. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ekspert qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində iddiaçının Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası X2 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür (Rusiya Federasiyası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” ida rələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2015-2019-cu illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Rəydə eyni zamanda qeyd olunmuşdur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, Rusiya Federasiyası X2 Universitetinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Ekspert qrupu tərəfindən həmçinin iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini, p roblemi analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini (Rus dili) tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Ekspert rə yinə əsasən, iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qeyd olunanlar və ekspert komissiyasının rəyi əsasında iddiaçının adına Rusiya Federasiyası X2 Universiteti tərəfindən verilmiş 100524 ******* nömrəli 2019-cu il 19 iyun tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Qeyd olunan normativ hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 1 aprel tarixli, 2-1(112)-1063/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi X2 Universiteti tərəfind ən iddiaçının adına verilmiş 2019-cu il 30 iyun tarixli, 100524 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır.

10. Cavabdeh həmin qərardan apellyasi ya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli, 2-1(103)-1602/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 1 aprel tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd olunmuşdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçının 2016-cı ildə Anadolu Universitetindən X2 Universitetinə qanuni əsaslarla köçürülməsi müəyyən edilməmişdir. Bununla yanaşı, iddiaçının Anadolu Universitetində təhsil alması barədə bakalavr diplomu və diploma əlavədə hər hansı qeyd mövcud deyildir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhk əmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya verilmiş Rusiya Federasiyası X2 Universiteti tərəfindən verilmiş 100524 ******* nömrəli 2019-cu il 19 iyun tarixli bakalavr diplomunun hüquqi əsasının olmadığı müəyyən edilmişdir. İddiaçıya verilmiş diploma əlavədən müəyyən olunmuşdur ki, iddiaçı sözügedən universitetdə qiyabi təhsil almış, iddiaçı təhsil aldığı müddət ərzində, yəni birinci və ikinci kurslarda, ümumiyyətlə, həmin ölkədə olmamış, üçüncü kursda 20 gün, dördüncü kursda 13 gün, beşinci kursda 11 gün tədris prosesində olmuşdur. İddiaçı tərəfindən də həmin müddətlərdə Rusiya Federasiyasında olduğu mübahisələndirilməmişdir. İşdə olan sənədlərlə iddiaçının xarici ölkədə (Dağıstanda) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. İdd iaçının Rusiya Federasiyasının X2 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd etmişdir ki, cavabdehin diplomu tanımaqdan imtina etməsi qanuni və əsaslı olmuşdur.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, X2 Universiteti tərəfindən verilmiş 2019-cu il 19 iyun il tarixli Diploma əlavədə təsdiq olunur ki, İddiaçı Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi X2 Universitetinin ’'İqtisadiyyat” ixtisası üzrə təhsil aldığı zaman müvafiq olaraq tədris olunan fənlərdən əla, çox yaxşı, yaxşı, kafi və yetərli qiymətlər almışdır. Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi X2 Universitetini tərəfindən verilmiş 2019-cu il 30 iyun tarixli, 100524 ******* saylı diplom Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən 518041 nömrə ilə 2019-cu il 4 oktyabr tarixdə Haaqa Konvensiyasına əsaslanan “Apostil” möhürü ilə leqallaşdırılmışdır. Həmçinin Rusiya Federasiyası Ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi X2 Universiteti tərəfindən verilmiş 2021-ci il 26 mart tarixli, 13/21 saylı arayışda qeyd olunmuşdur ki, iddiaçı Anadolu Universitetindən köçürmə yolu ilə X2 Universitetinə 2017-ci il 23 may tarixli, 858 saylı əmrlə qəbul edilmiş və təhsil müddəti ərzində rus dilini bilmə səviyyəsi tələblərə cavab vermişdir. Bundan başqa, '"Qanun redaksiyası” MMC-nin verdiyi sertifikatdan da görünür ki, iddiaçı Azərbaycan Respublikasının hökuməti və BMT İnkişaf Proqramının MKTS layihəsi çərçivəsində və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş "Azərbaycanda rus dilinin öyrənilməsi və inkişaf perspektivləri" seminarında iştirak etmişdir. X2 Universiteti tərəfindən ona verilmiş diplomun mötəbərliliyini tam təsdiq edən dəlillər və sənədlərin saxta və ya şübhə doğuran olması barədə nə cavabdeh tərəf, nə də ki, işə baxan apellyasiya kollegiyası konkret sübutlar ortaya qoymamışdır.

15. Məhkəmə Kollegiyasının qərarında və cavabdehin apellyasiya şikayətində göstərilir ki, Rusiya Federasiyasının X2 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi mümkün deyil. Qeyd olunur ki, iddiaçı təhsilin 1-ci və 2-ci kursunda ümumiyyətlə Dağıstan Respublikasında olmamış, sonrakı 3 ildə isə az müddətlərdə tədris prosesində olmuşdur. Belə ki, iddiaçının təhsilin 1-ci və 2-ci kurs ilində Dağıstan Respublikasında olmamasının iddia olunması absurddur. Qər arı çıxarmış məhkəmə kollegiyası işdə olan sənədlərlə tanış olmamışdır. İddiaçı köçürmə yolu ilə X2 Universitetinin 3-cü kursuna qəbul edilmiş və 2017-2019-cu illərdə orada qiyabi təhsil almış və 1-ci, 2-ci kursda iddiaçının orada olması mümkün deyil. Bundan başqa, təhsil zamanı tədris yükünü yerinə yetirilib-yetirilməməsi təhsil alman universitet tərəfindən müəyyən edilir və X2 Universitetinin verdiyi diplom və diploma əlavə buna sübutdur. Həmçinin qərarda ona istinad olunmuşdur ki, guya nostrifikasiya proseduranda müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İş materiallarında nə belə bir ekspert qrupu, nə də ki, onun rəyi haqqında heç bir sənəd yoxdur. Əksinə, iddiaçı tərəfindən məh kəməyə təqdim olunmuş iş materiallarında olan yuxarıda sadalanan mötəbər sənədlər iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmasını müəyyən edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın (bundan sonra mətndə - Qaydalar): 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 2.3-cü bəndinə əsasən, a li təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az o lduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

18. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saz iş): 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr də rəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır; 7-ci maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Re spublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmi n oluna bilməz.

23. Sazişin istinad edilən maddələrinin tələbindən göründüyü kimi, yalnız əyani təhsil alındıqdan sonra verilmiş diplomlar Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır.

24. İddiaçı qiyabi təhsil almışdır.

25. Məhkəmə kollegiyası nəzərə alır ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində Azərbaycan Respublikasında qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur (13.1.2-ci maddə). Lakin istinad edilən Sazişdə qiyabi təhsil aldıqdan sonra verilmiş diplomların Rusiya Federasiyasında və Azərbaycan Respublikasında qeyd-şərtsiz tanınması nəzərdə tutulmamışdır. Belə olan halda, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekv ivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz.

26. Eyni ilə, iddiaçıya verilmiş diplomun Azərbaycan Respublikasında tanınması da həmin Qaydaların müəyyən etdiyi ümumi tələblərə uyğun olaraq həyata keçirilməlidir.

27. Həmin Qaydaların 3.2-ci bəndinin məzmunundan göründüyü kimi, Qaydalar “ekspertiza“ proseduruna xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınmasını da aid etmişdir. Buna görə də, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəasının tətbiqi “ixtisasın tanınması”na münasibətdə də istisna edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir.

29. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

30. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur.

31. İddiaçının təhsil aldığı ölkədə olduğu müddət (2017-2019-cu illər üzrə: İİİ tədrisi ilində 20 gün, İV tədri s ilində 13 gün, V tədris ilində 11 gün) nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edilən tədris yükü yerinə yetirilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 oktyabr tarixli, 2-1(103)-1602/2021 nömrəli qərarı dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar