Məhkəmə qərarları › İş №2-1(102)-377/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-377/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-377/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N975-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N-ci Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(NN5)-6N9/2N22 nömrəli, 29 sentyabr 2N22-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçıya məxsus ******* №-li hərbi biletə əsasən o, xx.xx.N-cü il tarixdən xx.xx.N7-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

3. Cavabdeh inzibati orqan xx.xx.2N2N-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, təqdim olunmuş sənədlərə əsasən iddiaçının hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N-cü i l tarixdən sonraya) təsadüf etdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı N4 oktyabr 2N2N-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N-ci Qarabağ döyüşlərində iştirak etdiyi üçün ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N may N-cü ildə Xaçmaz RHKdan, N nömrəli hərbi hissəyə xidmətə çağırılmışdır. 2 mart N5-ci ildə N nömrəli hərbi hissənin tərkibinə göndərilmişdir. N dekabr N6-cı ildə döyüş tapşırığını yerinə yetirən zaman düşmə nin mina partlayışı zamanı bədəninin 3 yerindən qəlpə yarası və kəllə beyin travması almışdır. Hal-hazıradək qəlpənin biri kürək nahiyyəsindədir, çıxarılması təhlükəli olduğu üçün çıxarılmamışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli (N3 noyabr 2NN6-cı il 438 nömrəli qərar) Qərarı ilə təsdiq edilmiş müharibə veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci hissəsinin 8-ci yarımbəndinə əsasən ona müharibə veteranı adı və statusu verilməlidir. Belə ki, istinad edilən Əsasnamədə nəzərədə tutulmuşdur ki, N2 may N-cü il tarixdən sonra müharibə veteranı adı yalnız döyüş zamanında hərbi xidmət keçərkən, yaxud döyüş zamanında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavas itə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir.

6. Şirvan İnzibati Məhkəməsinin 2-N(N2N)-N8N7/2N2N nömrəli, 25 oktyabr 2N2N-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etmiş olduğu yazılı etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə istinad edərək bildirmişdir ki, göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası il ə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin son a çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sqnədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.

8. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə isə, Mərkəzi Arxiv tərəfindən sorğulara əsasən təqdim edilmiş xx.xx.2N2N-ci il tarixli 9/2-4537 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin NN-xx.xx.N6-cı il tarix li əmrlərində İddiaçı yaralanması və müdafiə nazirinin NN-xx.xx.N6-cı il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyild ir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütöv lüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2NN7ci il tarixli 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında" Azərba ycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-5N6/2N22 nömr əli, 28 iyun 2N22-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikasının bütövlüyü uğrunda N-ci Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. NN. Birinici instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçının şəhid statusu verilmiş X6 ilə eyni vaxtda mina partlayışında yaralanması öz təsdiqini tapmışdır. X4 şəhid statusu verildiyi halda, iddiaçıya müharibə veteranı adının verilməməsi inzibati icraatın qəbul edilmiş prinsiplərindən olan bərabərlik prinsipi ilə də ziddiyət təşkil edir. NN. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat N2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(NN5)-6N9/2N22 nömrəli, 29 sentyabr 2N22-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-5N6/2N22 nömrəli, 28 iyun 2N22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. N4. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri N5. Kassasiya şika yətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri N6. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N7. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, NN-ci il oktyabrın 9-dan N-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və m edallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 22 sentyabr 2NN8-ci il tarixli 422 saylı Qərara əsasən – “Müharibə veteranı" adı və vəsiqəsini verilməsi üçün zəruri olan hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşİərdəki iştirakı sübut edən sənədlər təqdim olunmalıdır. Qeyd: Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Re spublikasının Nazirlər Kabinetinin xx.xx.2NN8-ci il tarixli 422 N–li Qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər" sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda "sözləri və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları sözlərindən sonra döyüşlərdə itirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda sözləri əlavə edilmişdir. N9. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: (25 dekabr NN-ci il tarixli) Maddə

3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi: -Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqla rı, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə N8. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ -N8.N Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. 2N. İnzibati Prosessual Məcəllə:... Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda NN gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2N. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan l azımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüqu qi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kolleg iyası aşağıdakıları qeyd edir.

27. Belə ki, cavabdeh imtinasının, eləcə də kassasiya şikayətinin əsas dəlilli ondan ibarətdir ki, təqdim olunmuş sənədlərə əsasən, iddiaçının hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N-cü il tarixdən sonraya) təsadüf etdiyinə görə və Mərkəzi Arxiv tərəfindən sorğulara əsasən təqdim edilmiş xx.xx.2N2N-ci il tarixli 9/2-4537 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin NN-xx.xx.N6-cı il tarixli əmrlərində onun yaralanması və müdafiə nazirinin NN-xx.xx.N6-cı il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar olunmamışdır.

28. İş materiallarında olan arxiv arayışından görünür ki, Xaçmaz RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli N34 №-li əmrilə (əsas: § 2, sıra 28, səh N74, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü MAT-a təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N mart N5-ci il tarixli 53 Ne-li əmrilə İddiaçı (əsas: § 4, sıra 349, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “xx.xx.N5", sıra 27, səh 8N, məlumatda adı Söhrab yazılmışdır, hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) xx.xx.N975-çi il təvəllüdlü X2 Xaçmaz RHKdan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N3 mart N5-ci il tarixli 62 Ne-li əmrilə şəxsi heyətin siyahısına daxil olması barədə məlumat vardır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı 7N2 №-ii hərbi hissə komandirinin N3 mart N5-ci il tarixli 62 №-ii əmrilə (əsas: § 5, sıra 348, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N9 №-li əmrində (əsas: səh 26, § 4, § 4, sıra N, əmrdə atasının adı yazılmamışdır) 5 MAT-un hərbi qulluqçusu çavuş İddiaçı 2N4 №-li tibb taburuna müalicəyə göndərildiyi üçün ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 47 №-li əmrilə (əssa: səh 7N, § 4, sıra 4) sıravi Yaqubov X5 Hərbi Hospitaldan qayıtmış hesab edilər ək 5 MAT-da ərzaq təminatına daxil edilmişdir.

29. Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis edildiyi üçün xx.xx.N975-ci il təvəllüdlü çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 286 №-li əmrilə (əsas: səh 55, § N, sıra 4N) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir. 3N. N №-li hərbi hissə komandirinin N dekabr N6-xx.xx.N7-ci il tarixli əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. 7N2 №li hərbi hissə komandirinin xx.xx.N6-xx.xx.N6-cı il tarixli “Döyüş sənədləri" qovluğunda İddiaçı və X6 barəsində məlumat aşkar edilməmişdir. 3N. İddiaçının əslini təqdim etdiyi N4 MAB-in komandir əvəzi All ahverənov və 5 MATun komandiri Məmmədov tərəfindən imzalanmış və 7N2 saylı hərbi-hissənin möhürü ilə təsdiqlənmiş xidməti xasiyyətnamədə iddiaçını intizamlı əsgər kimi xarakterizə edən məlumatlarla yanaşı göstərilmişdir ki, “...N dekabr N6-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı zamanı 3 yerdən qəlpə yarası almışdır. Sağaldıqdan sonra 7N2 №li hərbi hissəyə qayıtmışdır”.

32. Bundan əlavə, işin 72-75-ci səhifələrində olan və mötəbərliyi şübhə doğurmayan tibbi və qeydiyyat sənədlərindən də görünür ki, iddiaçı mina partlaması nəticəsində aldığı xəsarətlərlə əlaqədar Mərkəzi Hərbi Hospitalda müalicə olunmuşdur. Yuxarıda istinad olunan arxiv arayışında isə N №-li hərbi hissə komandirinin xx.xx.N7- ci il tarixli 47 №-li əmrilə iddiaçının Mərkəzi Hərbi Hospitaldan qayıtmış hes ab edilərək 5 MAT-da ərzaq təminatına daxil edildiyi öz təsdiqini tapır.

33. Kollegiya hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladı ğı inzibati aktın qəbuluna (hərəkətin imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

34. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut etmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

35. Belə ki, aşağı instansiya məhkəmələrində araşdırma zamanı iddiaçının ambulator, stasionar kartasından çıxarış, həmçinin şahid ifadələr i ilə onun mina partlayışı nəticəsində yaralananması öz təsdiqini tapmışdır. İddiaçı ilə eyni zamanda mina partlaması zamanı X3 şəhid olması və ona şəhid statusunun verilməsinin iş materialları ilə təsdiqini tapması, onunla eyni vaxtda yaralanmış İddiaçı da döyüş tapşırığını yerinə yetirərkən yaralanmasını təsdiq edir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyilə razılaşır ki, X4 şəhid statusu verildiyi halda, iddiaçıya müharibə veteranı adının verilməməsi inzibati icraatın qəbul edilmiş prinsiplərindən olan bərbərlik prinsipinədə ziddiyət təşkil edir.

36. İşin yuxarıda qeyd edilən hallarına məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçu olması yuxarıda istinad edilənmötəbər sübutlarla öz təsdiqini tapdığından N nömrəli hərbi hissə komandirinin əmrlərində onun yaralanması və müdafiə nazirinin NN- xx.xx.N6-cı il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatların aşkar edilməməsi cavabdehin ona münasibətdə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinaya əsas ola bilməz

37. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüqüuq normaları pozulmadığından qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(NN5)-6N9/2N22 nömrəli, 29 sentyabr 2N22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar