Məhkəmə qərarları › İş №2-1(102)-377/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-377/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-377/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; inzibati aktın dəyişdirilməsi; əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 29 avqust tarixli, 21(103)-461/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 11 mart 2020-ci il tarixli, 505 saylı arayışında qeyd olunmuşdur ki, 1964-cü il təvəllüdlü İddiaçı 17 avqust 1983-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirərkən hərbi travm a almışdır (Əsas: 591 Noli Hərbi Hospitalın xx.xx.1984-cü il tarixli, 80 No-li xəstəlik şəhadətnaməsi).

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 16 dekabr 2015-ci il tarixli, 3QHM300002 nömrəli təkrar müayinənin nəticələrinə dair arayışa əsasən İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi "Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”; müayinə tarixi xx.xx.2007; TSEK-in diaqnozu: "sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndir ilmə protokoluna əsasən, İddiaçı əlillik vəziyyəti 13 mart 2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik, müddətsiz, İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan audit yoxlaması ilə bağlı təkrar qiymətləndirilmə keçirilərək müəyyən edilmişdir ki, 12 mart 2020-ci il tarixdə aparılan əyani müayinə zamanı, İddiaçı tibbi sənədlərində qeyd edilmiş (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması) mövcud sağlamlıq vəziyyəti ilə (Sağ bud sümüyünün orta q və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Budçanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası) eynilik təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndində uyğun olaraq İİİ (üçüncü) dərəcə əlilliyin təyini üçün əsasdır və məqsədə müvafiqdir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsini qərara almışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksper tiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa əsasən İddiaçı 12 mart 2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”; qiymətləndirmə tarixi xx.xx.2020; diaqnoz: sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Meyar: üçüncü dərəcə əlillik => bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankliozu və ya kəskin kontrakturası (M16.1, M.24,6).

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddiaçının ona ikinci dərəcəli əlilliyin təyin olunmasına dair müraciətinə cavab olaraq 18 may 2020-ci il tarixli, **********3 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 12 mart 2020-ci il tarixli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib qərar veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi-sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-1984-cü illərdə Almaniya Demokratik Respublikasının Drezden şəhərində yerləşən Sovet İttifaqı silahlı qüvvələrinə aid olan N saylı motoatıcı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi müddətdə hərbi nizam naməyə uyğun döyüş tapşırığını yerinə yetirərkən ağır hərbi travma almış, həmin vaxtdan bu günə kimi 2-ci dərəcəli hərbi xidməti vəzifəsini yerinə yetirən əlildir. Onun 1982-1984-cü ildə müddətli həqiqi hərbi xidmət keçən zaman aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 12 mart 2020-ci il tarixdə qanunsuz olaraq onun 2-ci dərəcəli əlilliyini dəyişərək 3-cü dərəcə əlillik etmiş, bunun səbəbini soruşduqda isə ona heç bir cavab verilməmişdir.

8. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2020-ci il tarixdə nəzarət qaydasında Agentlikdə əyani müayinə olunmuş, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun verdiyi “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası” diaqnozunu və onda olan patofunksional dəyişikliklərin ağırlıq dərəcəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edil miş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.7-ci bəndinə müvafiq olaraq “hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının hazırkı sağlıq durumu, onda olan patofunksional dəyişikliklərin ağırlıq dərəcəsi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlilliyin təyininə əsas vermir, üçüncü dərəcə əlilliyin təyini qanuna müvafiqdir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyini zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkəts izliyə yol verilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5481/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertin qarşısında xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş İddiaçı canlı müayinə olunmaqla, onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən olunmasına dair sual qoyulmuşdur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 30 dekabr 2020-ci il tarixli, T368/2020 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən müayinə üçün Səhiyyə Nazirliyinin ElmiTədqiqat Travmatologiya və Ortopediya institutuna göndərilmiş və ona “sağ bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və rekurvasiya deformasiyaları, sol oturaq və qasıq sümüklərinin bitişmiş sınığı, sol sirkə kasası ətrafı osteofitləri, bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaqhərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu qoyulmuşdur, yəni əvvəllər müəyyən edilmiş diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklərin Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinə uyğun olub-olmaması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspertlərinin səlahiyyətlərinə aiddir.

11. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 2-1(112)-1251/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilita siya Agentliyinin üzərinə xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş iddiaçı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş materiallarından, o cümlədən ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda digər xəstəliklərlə yanaşı “bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaqhərəkət sisteminin əhəmiyyətli dərəcədə po zulması” diaqnozu da aşkar olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin ikinci dərəcə əlillik hallarına uyğun gəlir (2.2.8-ci bəndində nəzərdə tutulmuş etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması). Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2021-ci il 17 sentyabr tarixli, 2-1(103)-1405/2021 nömrəli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi isə öz qərarını əsaslandırarkən ekspert rəyinə əsaslanaraq iddiaçıda sözügedən Əsasnamənin 2.2.8-ci bəndində nəzərdə tutulan diaqnoz (aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması) olduğuna görə iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas olduğunu qeyd et mişdir. Və bu ziddiyyətli halın cavabdeh orqan tərəfindən araşdırılmalı olmasına əsaslanaraq inzibati icraatın düzgün aparılmadığı qənaətinə gəlmişdir. Lakin nə müvafiq ekspert rəyindən, nə də iş materiallarından qeyd olunan diaqnoza uyğun xəstəliyin iddiaçıda aşkar olunduğu müəyyən edilmir.

16. Göründüyü kimi, birinci instansiya məhkəməsi araşdırma aparmaq məqsədilə ekspertiza təyin etmiş olsa da, ekspert rəyinin nəticələrini və işin digər faktiki hallarını düzgün qiymətləndirməmiş, ziddiyyətli mövqedən çıxış edərək hesab etmişdir ki, cavabdeh orqanın imtina cavabının faktiki və hüquqi halları tam müəyyən olmadığından iddiaçının tələbini təmin etmək mümkün olmamışdır. Və cavabdeh orqanın üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılması və müvafiq akt ın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. c) birinci instansiya məhkəməsində ikinci icraat

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə iddiaçının əlilliyi nin əyani müayinəyə əsasən qiymətləndirilməsi (əlillik dərəcəsi müəyyən olunurmu, müəyyən olunursa hansı meyar olması barədə) məqsədilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim olunmuş 27 aprel 2022-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada nəzarət qaydasında əyani müayinə olunmuşdur. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu – üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır.

19. Cavabdeh tərəfindən yenidən təqdim olunmuş iddia tələbinə dair etiraz ərizəsində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq olunmuş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair meyarlarına əsasən iddiaçının əli llik dərəcəsi İİİ qrup kimi qiymətləndirilmişdir və iddiaçının Forma 88-də qeyd edilən diaqnozu İİ qrup əlillik dərəcəsi kimi qiymətləndirməyə əsas vermir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, onun həmin an obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu - üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçının “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır.

22. Göründüyü kimi, iddiaçının mövcud sağlamlıq vəziyyətinin əlillik əlaməti 3-cü dərəcəyə əsas verməsi məhkəmə araşdırması zamanı da, əyani müayinə keçirilməklə, yenidən qiymətləndirilmiş və diaqnozun 3-cü dərəcə əlillik dərəcəsi təyin etməsi bir daha öz təsdiqini tapmışdır.

23. Cavabdeh tərəfindən əvvəllər təyin edilmiş müddətsiz əlilliyin yenidən qiymətləndirilməsinin qanunsuz və əsassız olduğuna dair iddiaçının dəlilinə münasibətdə isə məhkəmə eyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020ci il tarixli təkrar qiymətləndirmə protokolundan müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiəsi Fonduna daxil olan audit yoxlaması ilə bağlı təkrar qiymətləndirilmə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə alt ına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

24. Həmçinin iddiaçıya 2-ci qrup müddətsiz təyin edilmiş əlillik dərəcəsinin təyin edildiyi dövrdə də, qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci maddəsində də göstərilmişdir ki, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəy yən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir.

25. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-ci il 28 mart tarixli, 2-1(103)-1513/2023 nömrəli qərarı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tə ləbi təmin edilmiş, İddiaçı təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur.

28. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2007-ci ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş, xx.xx.2020-ci il tarixdə isə ona üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin xx.xx.2007-ci ildə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv edilməsinə dair hər hansısa sübut cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclası zamanı verdiyi izahatında belə bir qərarın mövcud olmadığını bildirmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi nəzərdə tutulmuşdur.

29. Cavabdeh inzibati orqan iddiaçının əlilliyin in əsaslarını mötəbər hesab etmədiyi halda, həmin qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli idi. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur.

30. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. d) kassasiya instansiya məhkəməsində birinci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.S.Məmmədov /məruzəçi/, R.S.Nəbizadə, K.N.Bədəlov) 2023-cü il 10 avqust tarixli, 2-1(102)-1685/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-ci il 28 mart tarixli, 2-1(103)-1513/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

32. Kassasiya instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, apellyasiya məhkəməsi icraatl a bağlı qanunvericiliyin tələblərinə riayət olunmadığına dair nəticəyə gələrkən işin hallarını tam araşdırmamış, belə nəticəyə gəlməyə imkan verən həcmdə iş üçün əhəmiyyətli hallarınaydınlaşdırmamışdır. 33..... Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020ci il tarixli təkrar qiymətləndirilmə protokolunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı təkrar qiymətləndirmənin keçirildiyi təsbit olunmuşdur.

34. Kollegiya hesab etmişdir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” ki mi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmalı, nəticəsində asılı olaraq cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş 12 mart 2020-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnən yeni icra atın başlanılmasına əsasların mövcud olubolmadığına qiymət verməlidir.

35. Kollegiya həmçinin qeyd etmişdir ki, araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunduğu təqdirdə, mübahisə mahiyyəti üzrə həll olunmalıdır. Bunun üçün məhkəmə işdəki və zərurət olduqda əlavə toplanılacaq sübutları tədqiq etməklə cavabdehin 12 mart 2020-ci il tarixli iddiaçıya İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsinə dair qərarının qanuniliyinə və əsaslılığına qiymət verməlidir. e) apellyasiya instansiya məhkəməsində üçüncü icraat

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.H.Əkbərov /məruzəçi/, Ş.A.Məmmədova, P.A.Hüseynov) 2024-cü il 29 avqust tarixli, 2-1(1 03)-461/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2022-ci il 06 oktyabr tarixli, 2-1(112)-298/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

37. Kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi İddiaçı cavabdeh inzibati orqan tərəfindən yenidən əyani müayinə olunmuş və onun tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda ona vaxtilə təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, bərpa olunmasını xahiş etsə də, işin hazırkı apellyasiya icraatı zamanı nəinki 2-ci dərəcəli əlilliyin təyinatı ilə bağlı hər hansı əsas müəyyən edilməmiş, əksinə cavabdeh tərəfindən təkrar müayinə zamanı iddiaçı barəsində məhkəmə icraatı zamanı qüvvədə olmuş 3–cü dərəcəli əlillik təyinatı da ləğv edilmiş və onun tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

38. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

39. Kassator kassasiya şikayətində apellyasiya şikayətində qeyd edilən dəlillərə istinad etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

40. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzər də tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əli lliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

42. İnzibati Proses sual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Müb ahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

46. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

47. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti 13 mart 2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” müddətsiz İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Daha sonra, Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı olaraq təyin edilmiş əlillik dərəcəsinin əsaslılığının yoxlanılması üçün iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən əyani müayinəyə cəlb edilmişdir. 12 mart 2020-ci il tarixdə aparılan əyani müayinə zamanı Komissiya müəyyən etmişdir ki, İddiaçı tibb i sənədlərində qeyd edilənlər onun mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir. Komissiya təkrar qiymətləndirmə ilə bağlı müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndini rəhbər tutmaqla İddiaçı 12 mart 2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə müddətsiz əlillik təyin edilməsini qərara almışdır.

48. Göründüyü kimi, iddiaçının müddətsiz İİ (ikinci) dərəcə əlilliyinin İİİ (üçüncü) dərəcə müddətsiz əlillik dərəcəsi ilə dəyişdirilməsi 12 mart 2020-ci il tarixdə aparılan əyani müayinə zamanı Komissiyanın gəldiyi nəticə əsasında olmuş, həmin əyani müayinənin aparılmasına əsas isə dax ili audit yoxlaması ilə bağlı olmuşdur.

49. Halbuki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

50. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına a lan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

51. Kassasiya instansiya məhkəməsi əvvəlki apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərkən də məhz qeyd etmişdir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyü nü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Odur ki, təkrar baxışda apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmalı, nəticəsindən asılı olaraq cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş 12 mart 2020-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olub-olmadığına qiymət verməlidir.

52. Təkrar apellyasiya baxışı zamanı cavabdeh inzibati orqandan özünün əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olunması barədə sübutların məhkəməyə təqdim olunması dəfələrlə tələb olunsa da, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda isə cavabdehin iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdi rilməsinə yönəlmiş 12 mart 2020-ci il tarixli qərarı qanuni hesab edilə bilməz.

53. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyənetməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

54. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin ed ilməsinə yönəlmişdir. Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan baş qa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.

55. İşin hallarından isə məlum olur ki, cavabdeh yuxarıda qeyd olunan şərtlərdən birincisinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən özünün əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmaması, əgər belə sübutlar varsa, onların nədən ibarət olması əsaslandırılmamışdır.

56. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, i ddia tələbi təmin edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 29 avqust tarixli, 2-1(103)-461/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı İİ dərəcə müddətsiz əlilliyinin dəyişdirildiyi 2020-ci il 12 mart tarixindən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar