Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3773/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1979-1984-cü illərdə X4 Texnikumunda “Elektrik stansiyaları şəbəkələri və sistemləri” ixtisası üzrə əyani təhsil almış, ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. ##.##.1982-ci il tarixdən ##.##.1983-cü il tarixədək məktəbdə mövsümi olaraq ocaqçı işləmişdir. ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Məktəblərarası Tədris Istehsalat Kombinatında dalandar vəzifəsində çalışmışdır. ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək və ##.##.1985-ci il tarixdən ##.##.1986-cı il tarixədək Tikinti-Təmir Idarəsində betonçu vəzifəsində işləmişdir. ##.##.1986-cı il tarixdən ##.##.1986-cı il tarixədək ** nömrəli Texniki Peşə Məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. ##.##.1986-cı il tarixdən ##.##.1994-cü il tarixədək hazırda “xxxxtikintiquraşdırma” ASC adlanan müəssisədə əl ilə elektrik qaynaqçısı işləmişdir. ##.##.1995-ci il tarixdən ##.##.1996-cı il tarixədək, həmçinin ##.##.1997-ci il tarixdən ##.##.1997-ci il tarixədək Peşə Məktəbində çalışmışdır. ##.##.1997-ci il tarixdən ##.##.2002-ci il tarixədək və ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” ASC-nin Dispetçer və X5 Şəbəkəsi — “X2 Stansiyası” MMC-də X7 sahəsində elektrik montyoru vəzifəsində işləmişdir. “X2 Stansiyası” MMC-də ##.##.2004-cü il tarixdən ##.##.2005-ci il tarixədək elektrik montyoru, ##.##.2016-cı il tarixədək mühəndis işləmişdir. ## ##.2016-cı il tarixdən “xxxx” ASC “xxxx” MMC-də (“X2 Stansiyası” MMC-də) ##.##.2018-ci il tarixədək rabitə bölməsində mühəndis vəzifəsində çalışmışdır. ##.##.2018-ci il tarixdən hal-hazırkı dövrədək elektrik sexində elektrik montyoru peşəsində çalışır. Göründüyü kimi, ümumi iş stajı 25 ildən çoxdur. Ümumi sosial sığorta stajının 25 ildən çox olmasını və Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun iş stajının 12 il 6 aydan çox olmasını nəzərə alaraq cavabdeh orqana 2023-cü ilin oktyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Imtina ilə razı deyil, hesab edir ki, imtina əsassızdır.
3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Mərkəzi Filiala müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin müraciətə baxılaraq, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli *-**-*/*-Ə-******/**** nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Mərkəzi Filiala təqdim edilən “xxxx” ASC xxxx MMC-nin arayışında iddiaçının ##.##.2018-ci il tarixdən bu günədək sözügedən müəssisədə növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Həmin sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları sahəsinə uyğun deyil. Eyni zamanda, iddiaçının sözügedən arayışda növbətçi elektrik montyoru vəzifəsində çalışdığı müddətdə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan elektrik stansiyasının baş idarəetmə lövhəsində işləyib- işləmədiyi barədə məlumat göstərilməyib. Buna görə də həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 19 gün (##.##.1986-##.##.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
4. Şəki Inzibati Məhkəməsinin (hakim: G.S.Şirinova-Əsədova) ## ### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Iddiaçının xüsusi iş stajına münasibətdə cavabdeh onun ##.##.2018-ci il tarixdən bu günədək “xxxx” ASC xxxx MMC-də işlədiyi növbətçi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş ** nömrəli Siyahıda nəzərdə tutulan bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları sahəsinə uyğun olmadığı, eyni zamanda, iddiaçının sözügedən arayışda növbətçi elektrik montyoru vəzifəsində çalışdığı müddətdə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan elektrik stansiyasının baş idarəetmə lövhəsində işləyib-işləmədiyi barədə məlumat göstərilmədiyinə istinad edərək, həmin dövrün güzəştli iş stajı kimi tanınmasından imtina etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ümumilikdə 7 il 8 ay 19 gün müddətində güzəştli iş stajı qəbul edilmişdir (##.##.1986-##.##.1994-cü il tarixləri arasındakı dövr). Cavabdeh orqanın mövqeyindən bəlli olur ki, o, iddiaçının ##.##.2018-ci ildən hazırkı vaxtadək işlədiyi növbətçi elektrik montyoru vəzifəsini güzəştli iş stajı hüququ verən iş kimi qəbul etməmiş və bu səbəbdən iddiaçının müraciətini təmin etməmişdir. 5.2. Məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh iddiadan imtina edərkən və məhkəməyə verilən iddiaya qarşı etiraz təqdim edərkən dəlillərini əsaslandırmaq üçün istinad etdiyi oxşar işlər üzrə Ali Məhkəmənin icmal məktubuna və qərarlarına zidd mövqe nümayiş etdirmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan iddiadan imtina edərkən, iddiaçının ##.##.2018-ci il tarixdən hazırkı vaxtadək sözügedən müəssisədə işlədiyi baş idarəetmə şiti növbətçi elektrik montyoru vəzifəsi ilə Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyorları vəzifəsinin uyğunluq təşkil etməməsi fikrini əsaslandırarkən hər iki vəzifənin və ya işin funksional baxımdan bir-birilə eynilik təşkil edib-etməsini yoxlamamış, məsələyə bu prizmadan deyil, qeyd edilən vəzifələrin ad baxımından bir-birilə eynilik təşkil etməsi mövqeyindən çıxış etmişdir. Başqa sözlə, cavabdeh qurum şəxsin faktiki yerinə yetirdiyi vəzifə funksiyasının qeyd edilən qərarda pensiya hüququ verən işə uyğun olub-olmadığını yoxlamadan, yalnız vəzifə adının fərqliliyini əsas gətirərək pensiya hüququnun tanınmasından imtina etmişdir. 5.3. Toplanmış sənədlərlə müəyyən edilmişdir ki, baş idarəetmə şiti növbətçi elektrik montyoru vəzifəsi güzəştli əmək pensiyası hüququna əsas verən, CO2, səs-küy, işıqlanma, əməyin ağırlığı, yeknəsəkliyi, əsəb, emosional və intelektual gərginlik xüsusiyyətlərinə malik olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 24a bəndinə və 2140200a-19819 vəzifə koduna uyğun olmuşdur. Qeyd edilən vəzifə zərərli iş sahəsi hesab edildiyi üçün iddiaçının vəzifə maaşına 12% əlavə əməkhaqqı ödənilməkdədir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçının ##.##.2018-ci il tarixdən etibarən işlədiyi baş idarəetmə şiti növbətçi elektrik montyoru vəzifəsi həmin vəzifədə qeyd edilən tarixdən ##.##.2023-cü ilə kimi çalışdığı 4 il 10 ay 12 gün, habelə elektrik qaynaqçısı kimi çalışdığı 7 il 8 ay 19 gün müddətləri zərərli sahə kimi qəbul edilməlidir. Iddiaçının 60 yaşı ##.##.2021-ci il tarixdə tamam olsa da, həmin vaxt tələb olunan güzəştli iş stajı olmadığından, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının məhz ##.##.2023-cü il tarixdən təyin olunmasını tələb edir. Göründüyü kimi, ##.##.2023-cü il tarixə iddiaçının qanunvericiliklə tələb olunan azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.T.Məcidov) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1961-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, ##.##.2023-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını tələb etməkdə haqlıdır.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.