Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3777/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mövcudluğu müəyyən edilməyən inzibati aktın mübahisələndirilməsi; iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/** nömrəli qərarından görünür ki, Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir.
2. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, **-P/** nömrəli məktubundan görünür ki, İddiaçı adına 1 ha torpaq sahəsi ayrılmasına dair bələdiyyənin **/** nömrəli, ##.##.2006-cı il tarixli qərarı, bələdiyyənin **/** nömrəli, ##.##.2007-ci il tarixli qərarı ilə ləğv edilmişdir və həmin qərarın yenidən bərpa edilməsi bələdiyyənin səlahiyyətləri xaricindədir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Mərkəzinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Xocasən Bələdiyyəsinin ##.##.2006-cı il tarixli **/** nömrəli və ##.##.2007-ci il tarixli **/** nömrəli qərarları X2 qeydiyyatdan keçməmişdir.
4. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, **/*** nömrəli məktubundan görünür ki, İddiaçı adına ##.##.2006-cı il tarixli, **/** nömrəli qərarla 1 ha torpaq sahəsi ayrılması və həmin qərarın bələdiyyənin ##.##.2007-ci il tarixli, **/** nömrəli qərarı ilə ləğv edilməsi barədə məlumat aşkarlanmışdır. Icarəyə, istifadəyə, eləcə də mülkiyyətə verilməsinə dair bələdiyyə tərəfindən qəbul olunmuş qərarlar mühafizə olunması məqsədi ilə “Milli arxiv fondu haqqında” Qanuna əsasən ##.##.2018-ci il tarixində Milli Arxiv Idarəsinə təhvil verilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2024-cü il tarixli, *-**-*F/*-***/**** nömrəli məktubundan görünür ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. X1 tərəfindən Dövlət Arxivinin Bakı filialına təhvil verilmiş saxlanma vahidlərinin siyahısına qərarların ləğv edilməsi barədə siyahı əlavə edilmişdir. Məktuba əlavə edilmiş Xocasən Bələdiyyəsində ləğv edilmiş qərarlar barədə məlumatdan görünür ki, bələdiyyənin İddiaçı 1 ha torpaq sahəsinin ayrılması barədə ##.##.2006-cı il tarixli **/** nömrəli qərarı bələdiyyənin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarı ilə ləğv edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xocasən Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, **/** nömrəli qərarı ilə Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin tam dəyəri müəyyən edilmiş və həmin torpaq sahəsinə görə Xocasən Bələdiyyəsinin bank hesabına 8000.00 (səkkiz min manat) ödəmiş və buna dair ona qəbz təqdim edilmişdir. Qərarın ləğv edilməsi barədə onun məlumatı olmamış, yalnız istifadəsində və sahibliyində olan torpaq sahəsini özəlləşdirmək məqsədilə ASAN Xidmətin Arxiv bölməsinə müraciət edərkən məlumat almışdır. Bundan sonra Xocasən Bələdiyyəsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və qərarın ləğv edilməsinə dair qərarın ona təqdim olunmasını tələb etmişdir. X1 bildirmişlər ki, sənədlər onlarda deyil, arxivə təhvil verilmişdir.
8. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. 9.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, konkret halda iddiaçının hazırkı iddia vasitəsilə hüquqi müdafiəyə ehtiyacı yoxdur. Çünki işin halları ilə iddiaçının mübahisələndirdiyi inzibati aktın mövcud olması müəyyən edilmir. Inzibati icraat haqqında normalardan aydın olur ki, inzibati aktın hüquqi qüvvəyə malik olması üçün onun yazılı formada tərtib edilməsi kifayət etmir. Bunun üçün həmçinin həmin inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim edilməlidir. Yalnız həmin andan inzibati akt qüvvəyə minir və təqdim edilən məzmunda hüquqi qüvvəyə malik olmaqla etibarlı sayılır. Iddiaçı cavabdehin ##.##.2007-ci il tarixli **/** saylı qərarı ilə ona torpaq sahəsinin ayrılması barədə ##.##.2006-cı il tarixli **/** saylı qərarın ləğv edildiyini bildirməklə, həmin əlverişsiz inzibati aktın ləğvini xahiş etsə də, adıçəkilən qərar mövcud deyil. Istər cavabdehin, istərsə də, Dövlət Arxivinin Bakı filialının məhkəməyə ünvanlanmış məktublarından görünür ki, Xocasən Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarı aşkar edilməmişdir. Belə olan halda, aydın olur ki, həmin qərar yazılı inzibati akt kimi mövcud deyil, maraqlı şəxsə təqdim olunmamış, hüquqi qüvvəyə minməmişdir. Iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddianı cavabdehin ##.##.2023-cü il tarixli məktubunda bələdiyyənin **/** nömrəli, ##.##.2006-cı il tarixli qərarının **/** nömrəli, ##.##.2007-ci il tarixli qərar ilə ləğv edilməsi barədə məlumatına istinad edərək qaldırmışdır. Cavabdehin bu məktubu hazırkı iddianın qaldırılması üçün kifayət deyil. Çünki cavabdehin özü də məktubda istinad edilən **/** nömrəli, ##.##.2006-cı il tarixli qərarın mövcud olmasını sübuta yetirə bilmir.
11. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat 12.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
16. Kassator bir daha göstərir ki, Xocasən Bələdiyyəsinin ##.##.2007-ci il **/** nömrəli qərarı ilə iddiaçıya 1 ha torpaq sahəsinin ayrılmasına dair ##.##.2006-cı il tarixli, */** nömrəli qərarının ləğv edilməsi barədə məhkəməyə təqdim edilmiş, həmçinin də məhkəmənin sorğusuna verilmiş cavabda göstərilməsi iddiaçının inzibati aktı mübahisələndirməyə dair subyektiv hüququnun olmasını təsdiq edir. Qeyd olunan məsələyə əks yanaşma isə iddiaçının hüquqlarının pozulmasına xidmət edəcəkdir. Yəni, bu gün məhkəməyə təqdim olunmayan, lakin bütün rəsmi sənədlərdə iddiaçının mövcud hüquqlarını qeydiyyat nömrəsi və tarixi qeyd olunmuş qərarın gələcəkdə qüvvədə olması kimi qiymətləndirilməsinə gətirib çıxara bilər ki, bu da iddiaçının mülkiyyət və sahiblik hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər.
17. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 71-ci maddələrinə, Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Xocasən Bələdiyyəsinin ##.##.2007-ci il tarixli **/** nömrəli qərarının mübahisələndirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən işin hallarına əsasən iddiaçı tərəfindən mübahisələndirilən bələdiyyə qərarının mövcud olması öz təsdiqini tapmamışdır. Iş materiallarında həmin qərarın qəbul edilməsini təsdiq edən hər hansı sənəd, protokol və ya digər mötəbər sübut mövcud deyildir. Cavabdeh bələdiyyə tərəfindən də belə bir inzibati aktın qəbul edilməsi təsdiq olunmamışdır.
28. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
29. Mübahisələndirmə haqqında iddianın predmeti yalnız hüquqi nəticələr yaradan mövcud inzibati akt ola bilər. Mövcud olmayan, qəbul edilməmiş və ya hüquqi dövriyyədə mövcudluğu təsdiq edilməyən akt məhkəmə nəzarətinin predmeti hesab edilə bilməz. Belə olan halda məhkəmənin həmin aktın qanuniliyini yoxlaması hüquqi cəhətdən mümkün deyildir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.