Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3779/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qar şı 30 iyul 1970-ci il tarixdən 20 iyun 1989-cu il tarixədək Lənkəran rayon Şağlaser kənd “Lenin” adına sovxozda fəhlə, 01 iyul 1989-cu il tarixdən 01 yanvar 1997-ci il tarixədək “Cil” tərəvəzçilik sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə Lənkəran rayonu, Cil kəndində anadan olmuşdur. Cavabdeh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı 30 iyul 1970-ci il tarixdən 20 iyun 1989-cu il tarixədək Lənkəran rayon Şağlaser kənd “Lenin” adına sovxozda fəhlə, 01 iyul 1989-cu il tarixdən 01 yanvar 1997-ci il tarixədək “Cil” tərəvəzçilik sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Milli Arxiv İdarəsinin Dövlət X1 01.03.2019cu il a/84 sayl ı arxiv arayışı ilə sübut olunur ki, iddiaçı Lənkəran rayon Şağlaser kənd “Lenin” adına sovxozun 30 iyul 1970-ci il tarixli, 339 saylı əmri ilə 7 saylı sovxoza müvəqqəti fəhlə qəbul edilmişdir. 20 iyun 1989-cu il tarixli 105 saylı əmri ilə 10 yeni yaradılmış “Cil” tərəvəzçilik sovxozuna fəhlə köçürülmüşdür. “Cil" tərəvəzçilik sovxozunun 01 iyul 1989- cu il tarixli 4 saylı əmri ilə 34 köçürülmə yolu ilə sovxoza fəhlə qəbul edilmişdir. “Cil” tərəvəzçilik sovxozunun 01 yanvar 1997-ci il tarixli 01 saylı əmri ilə 2 sovxoz fəhləliyindən azad edilmişdir. 1970-1994-cü illərdə əmək haqqı almışdır, o cümlədən 1988-1994-cü illərdə əmək haqqı arxiv arayışında qeyd edilən kimi olmuşdur. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X1 01.03.2019-cu il a/84 saylı arxiv arayışına əsasən İddiaçı Lən kəran rayon Şağlaser kənd “Lenin” adına sovxozda 1970-1975-ci illərdə arayışda qeyd edilən kimi əmək haqqı almışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X1 01.03.2019-cu il a/84 saylı arxiv arayışına əsasən Zamanova X2 rayon Şağlaser kənd “Lenin” adına sovxozda 1970-1984-cü, “Cil” tərəvəzçilik sovxozunda 19851994-cü illərdə əmək haqqı almışdır. “Cil” tərəvəzçilik sovxozunun 01 yanvar 1997-ci il tarixli 01 saylı əmri 2 sovxoz fəhləliyindən azad edilmişdir. Ona yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, sənədlərinə Pensiya təyinatı komissiyasında baxılmış və ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsinin xxx saylı (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 30 iyul 1970-ci il tarixdən 20 iyun 1989-cu il tarixədək Lənkəran rayon Şağlaser kənd “Lenin” adına sovxozda fəhlə, 01 iyul 1989-cu il tarixdən 01 yanvar 1997-ci il tarixədək “Cil” tərəvəzçilik sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhə ri Xətai rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25.06.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxxx (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin2xxx-cu il tarixli qərarının dəyişdirilməsi, iddiaçının 1970ci ilin iyun-iyul ayları, 1971-ci ildən 20 iyun 1989-cu il tarixədək Lənkəran rayon Şağlaser kə nd “Lenin” adına sovxozda fəhlə, 01 iyul 1989-cu il tarixdən 01 yanvar 1997-ci il tarixədək “Cil” tərəvəzçilik sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 61 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,qanunvericilik şəxsin əmək stajını təsdiq edən sənəd olaraq əmək kitabçasını müəyyən etmiş, lakin məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışlarına istinad etməklə sosial sığorta stajı müəyyən etmişdir. İddiaçının ümumilikdə 10 il əmək haqqı aldığı müəyyən olunur ki, bu da yaşa görə əmək pensiyası almaq üçün tələb olunan sığorta stajı üçün kifayət etmir. İddiaçının qeyd etdiyi dövrlərdə əmək ha qqı almadığına və həmin dövrlər üçün məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə həmin dövrlər onun sosial sığorta stajına daxil edilməməlidir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2130/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək b ildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15.10.2019-cuil tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,iddiaçı Minarə Zamanova və nümayəndəsi İslam Zamanov məhkəmə iclasına vəkilsiz gəldikləri üçün işə onların iştirakı olmadan b axılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,qanunvericilik şəxsin əmək stajını təsdiq edən sənəd olaraq əmək kitabçasını müəyyən etmiş, lakin məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışlarına istinad etməklə sosial sığorta stajı müəyyən etmişdir. İddiaçının ümumilikdə 10 il əmək haqqı aldığı müəyyən olunur ki, bu da yaşa görə əmək pensiyası almaq üçün tələb olunan sığorta stajı üçün kifayət etmir. İddiaçının qeyd etdiyi dövrlərdə əmək haqqı almadığına və həmin dövrlər üçün məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə həmin dövrlər onun sosial sığorta stajına daxil edilməməlidir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2007-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndində nəzərdə tutulmuşdur ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, qəbul edilmiş normativ aktda stajın iki hissədən ibarət olduğu qeyd edilmiş dir - 01.01.2006-cı ilədək ümumi iş stajı, həmin tarixdən sonra isə sosial sığorta stajı. Ümumi iş stajının anlayışı 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 638 saylı 25.11.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, ya xud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, qanunvericilikdə 01.01.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsinin mümkünlüyü müəyyən edilmişdir. İş materiallarından isə görünür ki, iddiaçının ümumi iş stajı barədə əmək kitabçası olmasa da məhkəməyə əmək fəaliyyəti barədə arxiv arayışları təqdim etmiş, əla və edilmiş arxiv arayışlarında iddiaçının qızlıq soyadı “Tağıyeva” deyil, “Eyvazova” kimi qeyd edildiyindən iddiaçıdan arxiv arayışlarının onun əmək fəaliyyəti ilə bağlı olduğunu təsdiq etmək üçün sübut tələb edilmişdir. Bununla yanaşı Milli Arxiv İdarəsinin Dövlət X1 arxiv arayışlarından iddiaçının 05.07.1970-ci ildə sovxoza müvəqqəti fəhlə qəbul edildiyi, 20.07.1989-cu il tarixli 105 nömrəli əmri § 10 yeni yaradılmış “Cil“ tərəvəzçilik sovxozuna fəhlə köçürüldüyü, “Cil“ tərəvəzçilik sovxozunun 01.07.1989-cu il tarixli 4 nömrəli əmri § 34 köçürülmə yolu ilə sovxoza fəhlə qəbul edildiyi, “Cil“ tərəvəzçilik sovxozunun 01.01.1997-ci il tarixli 01 nömrəli əmri § 2 sovxoz fəhləliyindən azad edildiyi müəyyən edilir. Belə olan halda iddiaçının ona yaşa görə pensiya təyin edilməsi üçün 25 il tam iş stajı olduğu müəyyən olunur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 15.10.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi dəyişdirilmədən qüvvədə saxlanılsın. Kollegiyasının xxxx nömrəli qərarı
Məhkəmə qərarları › İş №2-1(102)-3779/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3779/2019
27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver