Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3779/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Hüseyinağa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Hüseyinağa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə mübahisədə yeni açılmış hallarla bağlı ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı Hüseyinağa oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək, daxili işlər orqanlarında xidmətdə olduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə prokurorluq orqanlarında xidmət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla, ##.##.2006-cı il tarixdən ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi, habelə pensiyanın hesablanması zamanı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə alınması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ### 2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ##.##.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, M.H.Camalzadəyə dair icraatın təzələnməsi və * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Mehman Camalzadə ##.##.1981-##.##.1984-cü il tarixləri arasındakı dövr ərzində SSRI Daxili Işlər Nazirliyinin Xarkov yanğın texniki məktəbində kursant olduğu illərin daxili işlər orqanlarında xidmət illəri kimi qəbul edilərək, həmçinin daxili işlər orqanlarında güzəştli xidmət illəri də nəzərə alınmaqla prokurorluq orqanlarında ümumi iş stajının 25 il 6 ay 17 gün hesablanması, həmçinin bu barədə arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı məhkəmədə iddia qaldırmışdır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin # ##### 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ## #### 2015-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə təmin edilmişdir. Mehman Camalzadənin kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin InzibatiIqtisadi Kollegiyasının # ###### 2015-ci il tarixli *-*(***)-****/** nömrəli qərarı ilə təmin edilməmişdir. ##.##.1981 ##.##.1984cü il tarixləri arasında kursant olduğu illərin nəzərə alınmaqla prokurorluq orqanlarında ümumi iş stajının 25 ildən artıq müəyyən edilməsinin mümkün olmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmasına baxmayaraq, Mehman Camalzadə analoji iddia ilə pensiyasının yenidən hesablanması, habelə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldırmışdır. * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsi tərəfindən sözügedən iddia tələbinə dair daha əvvəl məhkəmə çəkişməsinin və qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması araşdırılmadan ## ### 2017-ci il tarixli *-*(**)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmışdır. Bununla əlaqədar ona ## ##### 2017-ci il tarixində (hətta məhkəmə qərarının da qüvvəyə minməsindən əvvəl) ## ###### 2005-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Mehman Camalzadənin prokurorluq orqanlarında iş stajına dair faktlara iki ayrı məhkəmə çəkişməsində iki fərqli hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin # ###### 2015-ci il tarixli 2-1(102) ****/** nömrəli qərarı ilə Mehman Camalzadənin Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı ##.##.1981- ##.##.1984-cü il tarixləri arasındakı dövr ərzində Xarkov yanğın texniki məktəbində kursant olduğu illərin prokurorluq orqanlarında xidmət illərinə daxil edilməsi tələbi əsassız hesab edilsə də, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli 2 1(81)- ****/**** nömrəli qərarında həmin sığorta stajı nəzərə alınmaqla, pensiyasının təyin edilməsi tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2004-cü il tarixli Qərarına əsasən işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisiyal əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən prokurorluq orqanlarında azı 25 il (# #### 2017-ci il tarixindən sonra 35 il) qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var idi. Həmin Qanunun 9.4.2-ci maddəsinin # #### 2017ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını (# #### 2017-ci il tarixindən sonra 17 il 6 ay) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. Mehman Camalzadənin prokurorluq orqanlarında stajının 25 ildən az (21 il 17 gün (daxili işlər orqanlarında 9 il 3 ay 28 gün təqvimi xidmət illəri və prokurorluq orqanlarında 11 il 8 ay 19 gün qulluq illəri)) təşkil etdiyi və prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən onun sabiq prokurorluq əməkdaşı kimi pensiya hüququ yoxdur.
5. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı ilə (hakim S.Qənbərova) İddiaçı Hüseyinağa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla” bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Işin hallarından görünür ki, Mərkəzi Filial artıq ##.##.2023-cü il tarixdən * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 0# ##### 2015-ci il tarixli *-*(**)-***/**** nömrəli qərarının Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## #### 2015-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə ləğv edildiyindən və həmin qərarın Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 0# ###### 2015-ci il tarixli *-*(***)-****/** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmasından məlumatlı olmuş, lakin həmin qərara istinad edərək hazırkı ərizə ilə bir ilə yaxın müddət keçdikdən sonra, ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla vermişdir. Həmin müddətin bərpasını isə IPM-in 103.3-cü maddəsi istisna edir.
7. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiya məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayəti yeni açılmış hallara dair ərizəyə uyğun əsaslandırılmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
13. Inzibati Prosessual Məcəllə: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
Maddə 104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur
19. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub- olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
20. IPM-in tələbinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. ( IPM-in 103.1, 103.2 və 103.3-cü maddələri)
21. Iş materiallarından görünür ki, Mərkəzi Filial artıq ##.##.2023-cü il tarixdən * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 0# ##### 2015-ci il tarixli 2-1(81)- ***/**** nömrəli qərarının Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## #### 2015-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə ləğv edildiyindən və həmin qərarın Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 0# ###### 2015-ci il tarixli *-*(***)-****/** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmasından məlumatlı olmuşdur. Lakin, ərizəçi hazırkı ərizə ilə bir ilə yaxın müddət keçdikdən sonra ##.##.2024-cü ildə məhkəməyə müraciət etmişdir.
22. Göründüyü kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunan müddəti buraxmışdır. Qanunverici həmin müddətin bərpa edilməsini nəzərdə tutmur.
23. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.