Məhkəmə qərarları › İş №2-1(102)-378/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-378/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-378/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 2004-cü ildən 55 yaşdan əmək haqqına əsasən güzəştli şərtlə pensiya təyini giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2102/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı 1949-cu il təvəllüdlü olmaqla 55 yaşını 20.02.2004-cü il tarixdə tamamlamışdır. 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1974-cü ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı əmək kitabçasına, eləcə də SOCAR Baş Ofis Mərkəzi Arxivi tərəfindən verilmiş 15.10.2018-ci il tarixli arayışa əsasən 06.08.1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra X13 İdarəsinə 5-ci dərəcəli qazmaçı peşəsinə işə qəbul edilmişdir. 07.02.1975-ci ildə Texniki İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmiş, 19.12.1975- ci ildə (əmr Ne163/k, 19.12.1975) “Azneft” Birliyinə seminara ezam olunmuş, 20.12.1975- ci ildə qazma üzrə mühəndis kimi işə başlamış, 01.10.1976-cı ildə (əmr Ns131/k,27.09.1976-cı il) 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinə rəis müavini vəzifəsinə keçirilmiş, haqq-hesab cədvəllərində göstərilən qeydə əsasən müvəqqəti olaraq 05.07.1977-ci ildə (əmr N°74/k) mühəndistexnoloq,19.06.1978-ci ildə Texniki İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmiş, 27.04.1981-ci ildə (əmr N° 43/k,27.04.1981-ci il) “Azneft” Birliyinə köçürmə yolu ilə işdən azad olunmuş, 27.04.1981-ci ildə (əmr N° 76/k,27.04.1981 -ci i l) “Azneft” Birliyinin Qazma üzrə İstehsalat şöbəsinə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, 20.12.1984-cü ildə (əmr Ns 239/k, 20.12.1984-cü il) həmin şöbəyə böyük mühəndis vəzifəsinə keçirilmiş, 04.03.1987-ci ildə (əmr Ns 35/k,04.03.1987-ci il) Azərbaycan SSR Nazirlər Sovetinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. İddiaçı əmək kitabçasına əsasən 03.04.1989-20.11.1992, 20.11.1992-02.10.1997, 07.01.1998-16.10.2006-cı ilə qədər müxtəlif vəzifələrdə işləmiş və hazırda da SOCAR Qaz İxracı İdarəsində əmək fəaliyyətini davam etdirir. İddiaçıya 2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh DSMF-nin Xətai rayon şöbəsi 30.11.2018-c i il tarixli məktubla hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığını əsas götürərək müraciətin yerinə yetirilməsindən imtina etmişdir. İddiaçı 30 noyabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.07.1964-ci ildən 01.01.2006-cı ilədək ümumi stajı 40 il 2 ay, 06.08.1974-cü ildən 04.03.1987-ci ilədək xüsusi stajı 12 il 6 ay 28 gün olmaqla ona 01.01.2006-ci ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və hesablama aparılarkən 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 06.08.1974-cü ildən 04.04.1987-ci ilədək neft-qaz sahəsində zərərli sayılan müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 06.08.1974-cü ildə X13 İdarəsinə 5-ci dərəcəli qazmaçı vəzifəsinə qəbul olunmuşdur. Bundan sonra Qazma sahəsində böyük mühəndis, rəis müavini, texnoloq vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifə iddiaçıya güzəştli pensiya hüququ verir. Zərərli sahədə xüsusi stajı 12 il 6 ay 28 gün təşkil edir. O xx.xx.1949-cu il tarixində anadan olmuşdur və 20.04.2012-ci ildə 63 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Bununla belə, onun 01.01,2006-cı ilə kimi həm ümumi (40 il 2 ay ), həm də xüsusi əmək stajı (12 il 6 ay 28 gün) olduğu üçün 55 yaşdan pensiya hüququ vardır. Bununla əlaqədar olaraq o DSMFnin Xətai rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Xətai rayon şöbəsinə güzəştli şərtlərlə pensiya təyin olunması üçün müraciətinə şöbənin 30.11.2018-ci il tarixli imtina məktubunda iddiaçının tələb edilən ümumi və güzəştli iş stajının olmadığını əsas gətirərək güzəştli pensiya hüququnun olmadığını yazmışlar. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddianın maddi hüquqi əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kərimli Rüstəm lətif oğlu, 2-1(82)691/2019 saylı iş) 7 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdi r. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qanunvericiliyə dəyişiklik edilənədək yarandığından ona həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005-ci illərin əmək haqqı əsas götürülməklə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X11 və X9, 2-1(103)-553/2019 saylı iş) 3 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqt isadi kollegiyasının (hakimlər X5-məruzəçi, Məmmədov Xəqani Səyyad oğlu və X6, 2-1(102)-2147/2019 saylı iş) 10 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 3 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi iş üzrə əsl cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X4 və X2, 2-1(103)-2102/2019 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh in apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01,08.1997-ci ilə qədər azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması və 55 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırkı iş üzrə iddiaçıya münasibətdə ödənilir. Cavabdeh 8 noyabr 2019-cu il tarixdə qərarın surətini almış, 19 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edi lməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: SOKAR tərəfindən verilmiş 12 mart 2019-cu il tarixli məktubdan göründüyü kimi, iddiaçı 6 avqust 1974-cü ildən 7 fevral 1975-ci ilə kimi qazmaçı vəzifəsində işləmiş (6 ay 1 gün-güzəştli staj), 20 dekabr 1975-ci tarixdən 5 iyul 1977-ci ilə kimi qazma üzrə mühəndis və RİTS rəis müavini (1 il 6 ay 15 gün) vəzifəsi, cəmi güzəştli iş stajı kimi 2 il 16 gün göstərilmişdir. Bu zaman həmin məktubda həmçinin qeyd edilən təsdiq edilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən siyahılarda olan qeydiyyat nömrələri də qeyd edilmişdir. Arayışlardan göründüyü kimi, iddiaçının həmin qurumda işlədiyi digər peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahısı”nda göstərilməmişdir. İddiaçının bu Siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. “Əmək pensiyaları haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyət orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaol unanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçı zəruri xüsusi sığorta stajına malik olmamalıdır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə icla sının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzu edir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzib ati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı xx xxxxx 1949-cu ildə doğulmuş, 20 aprel 2012-ci ildə ona 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, 1 yanvar 2006-cı ilə qədər 40 il 2 ay ümumi iş stajı, o cümlədən 12 il 6 ay 28 gün güzəştli stajı olduğundan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən 2 nömrəli Siyahı üzrə 55 yaşına çatdığına görə 1 yanvar 2006-cı ildən əmək haqqı nəzərə alın maqla əmək pensiyası təyin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının işləmiş olduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin, göstəricilərin” 23.01.2007-ci il 12 nömrəli siyahısında əksini tapmadığından və onun 12 il 6 ay zərərli iş stajı olmadığından güzəştli şərtlərlə pensiya hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyah ısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı h aqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respub likası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə, daha doğrusu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, iddiaçının 2 saylı Siyahı üzrə 55 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olması üçün iddiaçının 1997-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması müəyyən edilməlidir. 13 iyun 1997-ci il tarixli Qanunla “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırıldığından, yuxarıda qeyd edilən stajlar 1 yanvar 2006-cı ilə qədər mövcud olduğu halda iddiaçının 57 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. Hazırkı vəziyyətdə araşdırılmalı hal iddiaçının ümumi və xüsusi staja malik olması, bu stajların 1 avqust 1997-ci il, yoxsa 1 yanvar 2006-cı il tarixə qədər əldə edilməsidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 1974-cü ildə Azərbaycan Neft və X12 və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmiş, institutu bitirdikdən sonra X13 İdarəsinə 5-ci dərəcəli qazmaçı peşəsinə işə qəbul edilmişdir. 07.02.1975-ci ildə Texniki İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmiş, 19.12.1975-ci ildə (əmr Ne163/k, 19.12.1975) “Azneft” Birliyinə seminara ezam olunmuş, 20.12.1975-ci ildə qazma üzrə mühəndis kimi işə başlamış, 01.10.1976-cı ildə (əmr Ns131/k,27.09.1976-cı il) 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinə rəis müavini vəzifəsinə keçirilmiş, haqqhesab cədvəllərində göstərilən qeydə əsasən müvəqqəti olaraq 05.07.1977-ci ildə (əmr N°74/k) mühəndis-texnoloq,19.06.1978-ci ildə Texniki İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmiş, 27.04.1981-ci ildə (əmr N° 43/k,27.04.1981-ci il) “Azneft” Birliyinə köçürmə yolu ilə işdən azad olunmuş, 27.04.1981-ci ildə (əmr N° 76/k,27.04.1981 -ci il) “Azneft” Birliyinin Qazma üzrə İstehsalat şöbəsinə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, 20.12.1984-cü ildə (əmr Ns 239/k, 20.12.1984-cü il) həmin şöbəyə böyük mühəndis vəzifəsinə keçirilmiş, 04.03.1987-ci ildə (əmr Ns 35/k,04.03.1987-ci il) Azərbaycan SSR Nazirlər Sovetinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. 03.04.1989-20.11.1992, 20.11.1992- 02.10.1997, 07.01.1998-16.10.2006-cı ilə qədər müxtəlif vəzifələrdə işləmiş və hazırda da SOCAR Qaz İxracı İdarəsində əmək fəaliyyətini davam etdirir. İddiaçı SOCAR-da 06.08.1974-07.02.1975-ci illərdə qazmaçı, 07.02.197519.12.1975-ci illərdə böyük mühəndis, 20.12.1975-01.10.1976-cı illərdə mühəndis, 01.10.1976-cı 05.07.1977-ci illərdə rəis müavini, 05.07.1977-19.06.1978-ci illərdə mühəndis, 19.06.1978-27.04.1981-ci illərdə böyük m ühəndis, 27.04.1981-20.12.1984-cü illərdə rəis müavini, 20.12.1984-04.03.1987-ci illərdə böyük mühəndis vəzifələrində (12 il 6 aydan çox) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən iddiaçının istinad etdiyi vəzifələrin (peşələrin) adları aşağıdakı kimi təsbit olunmuşdur: 1. neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (2130100a-11297); 2. bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (böyük mühəndislər) qazma işləri üzrə (2130100b-22247); 3. b uruq qurğularının rəisləri və onların müavinləri (2130100b-24094). Göründüyü kimi iddiaçının “qazma üzrə mühəndis” (2130100b-22247) və “RİTS-nin rəis müavini (2130100b-24094) və eyni idarədə (Texniki İstehsalat şöbəsində) onun “(böyük) mühəndis” (07.02.1975-19.12.1975-ci və 19.06.1978-27.04.1981-ci illər), eyni Xidmətdə (RİTS-RMTX) “mühəndis-texnoloq’’ (05.07.1977-19.06.1978-ci illər), eyni sahəyə aid digər təşkilatda - Azneft” Birliyinin Qazma üzrə İstehsalat şöbəsində ‘‘rəis müavini” (27.04.1981- 20.12.1984-cü illər) və həmin şöbədə “böyük mühəndis” (20.12.1984-04.03.1987-ci illər) vəzifələri güzəştli staja daxil edilir. Qeyd edilən vəzifələrdə iddiaçının ümumi stajı 12 il 6 aydan çoxdur. Apellyasiya məhkəməsinin araşdırmasına görə iddiaçının işlədiyi vəzifələrdə çalışan işçilər vəzifə t əlimatlarına uyğun olaraq mütəmadi şəkildə aparılan işlərə yerində rəhbərlik və nəzarət etmək üçün sözügedən istehsalat sahələrində fəaliyyət göstərməli olurlar və iddiaçının qeyd edilən vəzifə və peşələrə görə bilavasitə icra etdiyi funksional işlər adı çəkilən Siyahıda qeyd edilən 2130100a-11297, 2130100b-22247 və 2130100b-24094 kodları ilə güzəştli pensiya hüququ verən peşələr ilə eynilik təşkil edir. Beləliklə, iddiaçının 1997-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçının 55 yaşı 20 aprel 2004-cü ildə tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin idd iaçıya 2012-ci ildə pensiya təyin edilən vaxt qüvvədə olmuş redaksiyasına görə pensiya “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməli olduğundan, iddiaçıya təyin edilməli olan pensiyanın 1 yanvar 2006-cı ildən hesablanmalı olması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Həmçinin iddiaçının pensiya hüququ 2004-cü ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə pensiyanın əmək haqqı əsasında hesablanması nəzərdə tutulduğundan pensiyanın 20042005-ci illərin əmək haqqına əsasən hesablanmalı olması barədə gəlinən nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiyası 2006-cı ildən 2004-2005-ci illərin əmək haqqı əsasında hesablanarkən 2012-ci ilin aprel ayından tə yin edilib ödənilmiş pensiya məbləği nəzərə alınmalıdır. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasın ın 2-1(103)-2102/2019 saylı, 9 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar