Məhkəmə qərarları › İş №2-1(102)-378/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-378/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-378/2021 09.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınmasından imtina; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra – cavabdeh), üçüncü şəxslər üçüncü şəx s1 və Şəki Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2020-ci il tarixli, 2-1(107)-334/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 22.05.2006-cı il tarixli *** saylı sərəncamına əsasən Ünvan1 qərb hissəsindən üçüncü şəxs 1-ə icarə qaydasında dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha. torpaq sahəsi ayrılmışdır. 2. 15.06.2006-cı il tarixli razılaşma protokolu və 18.06.2006-cı il tarixli razılaşma müq aviləsinə əsasən Üçüncü şəxs1 sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha. torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının iddiaçıya həvalə edilməsi barədə razılıq vermişdir.

3. Üçüncü şəxs 1 ilə iddiaçı arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kv.metr ümumi, o cümlədən 10816,5 kv.metr əsas və 284,00 kv.metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında 14.08.2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir.

4. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Üçüncü şəxs1 müqavilə imzalandığı andan Şəki Şəhər İcra Hakimiyyətinin başçısının 22.05.2006-cı il tarixli, ** * saylı sərəncamı ilə Ünvan1 qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01.10.2007-ci il tarixli *** saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini, o cümlədən ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin başçısının 22.05.2006-cı il tarixli, *** saylı sərəncamı ilə Ünvan1 qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiy yəti başçısının 01.10.2007-ci il tarixli *** saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür.

5. Şəki Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli 2(075)-4127/2018 nömrəli qətnaməsi ilə iddiaçının Şəki Şəhər İcra Hakimiyyətinin 22.05.2016-cı il tarixli 1/110 saylı sərəncamı ilə Üçüncü şəxs1 adına Ünvan1 qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəh ər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli *** saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların iddiaçı tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.03.2019-cu il tarixli 2(107)- 684/2019 nömrəli qətnaməsi ilə, Üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş. Şəki Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(075)4127/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli 2(102)-4942/2019 saylı qərarı ilə Üçüncü şəxs1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-684/2019 saylı iş üzrə 05.03.2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək Ünvan1 qərb hissəsində yerləşən qeyri-yaşayış binasına (ticarət cərgəsinə) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir.

9. Cavabdeh 06.11.2019-cu il tarixli *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, təqdim edilən sənədlərin ekspertizası zamanı torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər Üçüncü şəxs1 adına olduğundan və məhkəmə tərəfindən yalnız Ünvan1 qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgəsinin) iddiaçı tərəfindən inşa edilməsi faktı müəyyən edildiyindən, həmçinin Ünvan1 yerləşən 2,0 ha. torpaq sahəsinə Üçüncü şəxs1 adın a verilmiş 23.05.2007-ci il tarixli, *** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında yüklülük çıxarışı ləğv edilərək icarə müqaviləsinin iddiaçı ilə bağlanması öhdəliyinin Şəki Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və tikiliyə mülkiyyət hüququnun iddiaçının adına tanınaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmə tərəfindən tanınmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 06.11.2019-cu il tarixli *** nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli *** saylı sərəncamı ilə Üçüncü şəxs1 adına Ünvan1 qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli, *** nömrəli sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyata alınmasından imtinanın halları göstərilmişdir. Cavabdeh orqanın imtinasında qeyd olunan hallar iddiaçı tərəfindən təqdim edilmiş sənədlə rin mötəbərliyinə şübhə edilməsinə əsas olmamaqla qeydiyyatından imtina üçün qanunvericiliklə sadalanan əsaslarla eynilik təşkil etmir. Habelə, həmin Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları sadalanaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair, qeyri-yaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.2), tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (8.0.10.1) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Cavabdeh inzibati orqanın imtina məktubunda qeyd edilənlər iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün maneə deyildir. Belə ki, iddiaçı təqdim edilməli sənədləri cavabdehə təqdim etmiş, yerli icra hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən tikiliyə baxış keçirilmiş və tikilinin qanunvericiliyin tələblərinə cavab verdiyi qənaətinə gələrək tikilini hazırkı vəziyyətdə qeyri-yaşayış sahəsi kimi istismara qəbul etmiş və bununla da tikilinin istismarına icazə verilmişdir. Göründüyü kimi, iddiaçıya tikilinin istismarına icazə sənədinin verilməməsi onun təqsirindən baş verməmiş və yerli icra hakimiyyəti orqanı tikilinin istismarına artıq icazə vermişdir.

12. Şəki İnzibati Məhkəməsinin 25.02.2020-ci il tarixli 2-1(116)-447/2020 nömrəli qərardadı ilə Üçüncü şəxs1 və Şəki şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin 06.11.2019-cu il tarixli *** nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli *** saylı sərəncamı ilə cavabdeh Üçüncü şəxs1 adına Ünvan1 qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəal iyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli *** saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, sözügedən ərizə 26.02.2020-ci il tarixli 2-1(116)-447/2020 nömrəli qərardad ilə icraata qəbul edilmişdir.

14. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu yazılı etiraz təqdim etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, Şəki Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun prosesə cəlb olunması zərurid ir.

15. Şəki İnzibati Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin ona aid olmasına dair heç bir sənəd yoxdur. Məhkəmə qərarları ilə Şəki şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli *** saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İbrahimov Urfət Əsabəli oğlu tərəfindən tikilməsi hüququ faktı müəyyən edilməsi barədə Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli *** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, iddiaçının adına qeydiyyata a lınması üçün qanunvericiliyin normalarına əsasən tələb olunan sənədləri əvəz etmir.

17. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2020-ci il tarixli, 21(107)-334/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – R.R.Rəfiyev, hakimlər – M.A.Əsədli və İ.H.Şükürov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək Şəki Şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli *** saylı sərəncamı ilə cavabdeh Üçüncü şəxs1 adına Ünvan1 qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üç ün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli *** saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlarına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq və adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki Şəhər İcra Hakimiyyətinin 22.05.2006-cı il tarixli *** saylı sərəncamı ilə üçüncü şəxs1 adına Ünvan1 qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsi ayrılsa belə, həmin torpaq sahəsini 3-çü şəxs Üçüncü şəxs1 sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından istifadə etməmiş, torpaq sahəsinin icarəsində olması formal xarakter daşımış, müqaviləyə əsasən 2006-ci il tarixdən iddiaçının torpaq sahəsi ilə bağlı illik icarə haqqı ödənişlərini öz vəsaiti hesabına aparmış, icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin 01.10.2007-ci il tarixli *** saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlar iddiaçı tərəfindən tikilmişdir. Belə olan halda, hal-hazırda baxılan inzibati iş üzrə 3-çü şəxs Üçüncü şəxs1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəsində 2 hektar torpaq sahəsini iddiaçı torpaq sahəsi üzərində tərəflər arasında bağlanmış m üqaviləyə əsasən iddiaçı öz vəsaiti hesabına əmlak-tikili, qurğu və avadanlıqların tikilməsinə icazə vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, inzibati orqan qanuni tərəflər arasında bağlanmış müqaviə üzrə icarəyə götürülmüş torpaq sahəsi üzərində iddiaçı tərəfindən tikililərin aparılması və başa çatdırılması, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Ünvan1 qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgəsinin) iddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi kimi əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qeyd olunan əmlakların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

20. Məhkəmə qərarı cavabdehə 23.11.2020-ci il tarixində təqdim edilmişdir.

21. Cavabdeh həmin qərardan 22.12.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2020-ci il tarixli, 2-1(107)334/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iş üçün əhəmiyyətli hesab edilən hallar sübut edilmədiyindən qərar ləğv edilməlidir. Belə ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir.

23. Ünvan1 qərb hissəsində yerləşən qeyri-yaşayış binasının (ticarət cərgəsinin) iddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi barədə Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, *** nömrəli qətnaməsi mövcud olsa da, torpaq sahəsinə tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər Üçüncü şəxs1 adınadır. Həmçinin, Ünvan1 yerləşən 2,0 ha. torpaq sahəsinə Ünvan1 adına verilmiş 23.05.2007-ci il tarixli, *** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında yüklülük çıxarışı qüvvədədir. Odur ki, İPM-in 2.2.2, 34.1, 12.1-ci maddəsinin tələbləri nəzərə alınaraq Şəki Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 27.10.2020-ci il tarixli, 2-1(107)-334/2020 nömrəli qərarı ləğv edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir.

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüqu qların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;...

28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zər uri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. Belə ki, hazırkı qərarın 27-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları müəyyən edilmişdir.

33. Həmin Qanu nun 8-ci maddəsi isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasların nədən ibarət olduğunu özündə əks etdirir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən sözügedən maddədə təsbit olunmuş məhz hansı əsasa görə hüququn qeydə alındığı müəyyən edilməlidir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-252/2021 nömrəli, 02.02.2021-ci il tarixli qərarı).

34. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddia tələbinin təmin edilərək iddiaçının mülkiyyət hüququnun qeydə alınması barədə qərar qəbul etmiş, lakin bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasın iddiaçıya şamil olunduğunu və bununla bağlı iddiaçının hansı mötəbər sübutu inzibati orqana və ya məhkəməyə təqdim etdiyini öz qərarında əks etdirməmişdir.

35. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 28-ci bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

36. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan kassasiya şikayəti həmin hissədə təmin oluna bilməz.

37. Odur ki, göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

38. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasının əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından araşdırmalı və Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun qərar qəbul etməlidir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin olsunsun. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2020-ci il tarixli, 21(107)-334/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar