Məhkəmə qərarları › İş №2-1(102)-378/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-378/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-378/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filia lı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 noyabr tarixli, 2-1(103)-1571/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 20 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, idarəyə təqdim edilən 1983-cü il 3 may tarixli iddiaçının l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan Bakı Metropoliteninin Yol xidmətində 2006-cı il 1 noyabr - 2014-cü il 18 iyu l tarixləri arasındakı dövr ərzindən işlədiyi yol fəhləsi peşəsi və 2014-cü il 18 iyul tarixdən bu günədək işlədiyi yol montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmadığı, eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə al ınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 35802,57 manat təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 6 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 20 iyul tarixli imtinasının qeyri-qanuni hesab edilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2020-ci il 20 iyul tarixli imtinasının qeyri-qanuni hesab edərək iddiaçının 60 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli, 2-1(112)-5726/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı rəsmi əmək fəaliyyətinə 1983-cü ildən başlamış, 2006-ci il 1 noyabr tarixdən 2014-cü il 18 iyul tarixədək yeraltı, xüsusi zərərli iş şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yol xidmətində yol fəhləsi peşəsində, 2014-cü il 18 iyul tarixdən isə hazıradək həmin QSC-nin yol xidmətində yol montyoru peşəsində i şləyir. Xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə cavabdehə müraciət etmiş, cavabdehin 2020-ci il 22 iyun tarixli cavabı ilə sənədlərin tam şəkildə təqdim olunmadığına əsassız olaraq istinad edərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Sənədlərin tam şəkildə tərəfindən təqdim olunmasına baxmayaraq müraciətindən imtina edildiyindən həmin tələblə cavabdehə təkrarən müraciət etmiş, cavabdeh idarənin 2020-ci il 20 iyul tarixli cavabı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə, xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol fəhləsi və yol montyoru p eşələrinin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısına daxil edilmədiyinə istinad edərək buna hüququmun olmasına baxmayaq ona güzəştli şərflərlə pensiya təyin edilməsindən növbəti dəfə imtina olunmuşdur. Tələb olunan əmək stajına malik olmağı cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdən də artıq, 13 il 08 ay işləməsi haqqında "xxxx" QSC-nin 2020-ci il 15 may tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına xüsusilə zərərli əmək şəraiti üzrə güzəştli şərtlərlə təyin olunacaq əmək pensiyalarına görə pensiya kapita lına da güzəştlərin tətbiq edilməsinə baxmayaraq cavabdehin müraciətdən imtina etməsi qeyri-qanunidir. İddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olmağı cavabdehə təqdim edilmiş əmək kitabçası və “Bakı Metropoliteni" QSC-nin 2020-ci il 15 may tarixli arayışı ilə tam təsdiq olunur. Cavabdehin 2020-ci il 20 iyul tarixli, **********4 saylı imtinası Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarının 21.5-ci bəndinə əsasən metropolitenlərdə - “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, metropoliten müəssisələrinin briqadirləri, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər, bütün adlarda ustalar (böyük ustalar və ustaların köməkçiləri) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısına daxil edilmişlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 mart tarixli, 2-1(112)-1354/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab et mişdir ki, iddiaçının işlədiyi yol montyoru peşəsi yol fəhləsi hesab edilir və həmin yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqında müvafiq qaydada ödənc hesablanır. Bu səbəbdən də, iddiaçının işlədiyi yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər maddəsi ilə tənzimlənir. İddiaçının 2020-ci il 2 oktyabr tarixə isə ümumilikdə xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 11 ay 02 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39.600 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının pensiya yaşını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydas ı: 65 yaş – 60.5 yaş (hazırda olan yaşı) =4.5 x 12= 54 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 198 ay x 200 manat (minimum pensiya məbləği) = 39.600 manat. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39.600 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 3.797,43 manat fərq ilə 35.802,57 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının ona pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 noyabr tarixli, 2-1(103)-1571/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq bildirmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fərdi hesabın sığorta hissəsində qeyd alınan pensiya kapitalı haqqında arayışa əsasən iddiaçının 2006-cı ildən olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13.078,96 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 25.831,02 manat olmaqla cəmi pensiya kapitalı 38.909,98 manat təşkil edir. İddiaçının 60 yaşının tamam olduğu 2020-ci il 11 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39.600,00 manat məbləğində hesablanmışdır. Hazırkı halda iddiaçının fərdi hesabı nın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, habelə iddiaçının "xxxx" QSC-də işlədiyi fəhlə peşələri (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassas iya şikayətində qeyd edilmişdir ki, 27 ildən artıq ümumi iş stajına malik olmaqla həmin stajın 14 ilə yaxın müddətini əmək şəraiti xüsusilə zərərli və ağır olan iş şəraitlərində çalışması iş materialları ilə öz təsdiqini tapmış, 1983-cü ildən əmək fəaliyyətinə başlamasından əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyamın minimum məbləği olan tələbə cavab verməsi, iddiaçının digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə bir başa ziddir və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Halbuki, əsassız tələb olunan pensiya kapitalından da artıq məbləğ də tərəfindən toplanılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən təl əb olunaraq tədqiq olunan arayışa əsasən yol montyoru peşəsi yol fəhləsi hesab edilir və həmin yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına müvafiq qaydada ödənc hesablanır, yol montyoru vəzifəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarıxli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci bəndi ilə tənzimlənir və iddiaçının 2020-ci il 2 oktyabr tarixə ümumilikdə xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 11 ay 02 gün təşkil edir.

15. Həmçinin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və g östəricilərin Siyahısı”nın 21.5-ci bəndinin təsiri altına düşməsi haqqında mütəxəssis arayışının nəzərə alınmamasının səbəblərinin nədən ibarət olmasının qəbul edilmiş qərarda göstərməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Həmin arayışa əsasən yol montyoru peşəsi yol fəhləsi hesab edilir və həmin yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına müvafiq qaydada ödənc hesablanır, yol montyoru vəzifəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarıxli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci bəndi ilə tənzimlənir və iddiaçının 2020-ci il 2 oktyabr tarixə ümumilikdə xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 11 ay 02 gün təşkil edir. Lakin məhkəmə qeyd olunanların hərtərəfli, tam və obyektiv araşdırılmasını, o cümlədən həmin hallarla bağlı zəruri prosessual tədbirlərin görülməsini təmin etməmiş və prosessual hüquq normalarının tələblərini pozaraq onların düzgün tətbiq etməmişdir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşdüyü halda, cavabdeh inzibati orqan tələbini əsaslandıran halları sübut edə bilməmişdir.

16. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübut lar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Lakin birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının iddia tələbinin əsassızlığını təsdiq edən hər hansı sübuta istinad etməmiş, formal əsaslarla iddianı rədd etmişdir. Halbuki, iddiaçı 2017-ci il 1 iyul tarixədək 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajını toplamış, 57 yaşı isə 2017-ci il 11 may tarixdə tamam olmuşdur. Bununla bağlı qanunvericiliyə sonradan edilmiş dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdırdığına görə, ona münasibətdə tətbiq edilə bilməzdi.

17. Həmçinin şikayət üzrə işə yenid ən baxan apellyasiya instansiyası məhkəməsi işlədiyi yol fəhləsi və yol montyoru peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 23 saylı qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən edilmədiyini və “tələb olunan” 39.600,00 manat pensiya kapitalının olmasının qeyd etmiş, həmin kapital məbləğindən də artıq pensiya kapitalının toplanılması nəzərə alınmayaraq maddi hüquq normalarının tələbləri pozulmuş və bütün bunlarda qanunsuz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddi a tələbinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habel ə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, apellyasiy a baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında arayışa əsasən iddiaçının cəmi pensiya kapitalı 38.909,98 manat təşkil edir. İddiaçının 60 yaşının tamam olduğu 2020-ci il 11 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39.600,00 manat məbləğində hesablanmışdır. Hazırkı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, habelə iddiaçının "xxxx" QSC-də işlə diyi fəhlə peşələri (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 68.2,82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

25. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən etmişdir ki, iddiaçının işlədiyi yol montyoru peşəsi yol fəhləsi hesab edilir və həmin yol fəhləsinin tuneldə hər ge cə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqında müvafiq qaydada ödənc hesablanır. Bu səbəbdən də, iddiaçının işlədiyi yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər maddəsi ilə tənzimlənir. İddiaçının 2020-ci il 2 oktyabr tarixə isə ümumilikdə xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 11 ay 02 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, lakin fərdi hesabın sığorta hissəsində qeydə al ınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur.

26. Göründüyü kimi, birinci instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajını iddianın rədd edilməsinin əsası kimi qəbul etməmiş, əksinə, iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olduğunu müəyyən etmişdir.

27. İşə iddiaçının şikayəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi, bu qənaətin əksinə olaraq, işəgötürən tərəfindən təqdim olunmuş və iddiaçının gördüyü işlə bağlı məlumatları əks etdirən arayışları qərarında təsvir etsə də, həmin məlumatlara hər hansı münasibət bildirmədən, iddiaçının "xxxx" QSC-də işlədiyi fəhlə peşələrinin (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda müəyyən edilmədiyi nəticəsinə gəlmiş, lakin bu qənaətini qərarında əsaslandırmamışdır.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının güzəştli staja malik olması ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini özü-özlüyündə təmin etmir və fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləği ilə bağlı şərtin də ödənilməsi tələb olunur.

29. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş 2021-ci il 17 sentyabr tarixli izahat-məktubda iddiaçının, ən azından həmin tarixə 38909,98 manat məbləğində, yəni tələb olunan 39600,00 manat məbləğdən cəmi 690,02 ma nat az olduğu göstərilmişdir. Məktubda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 №-li Fərmanı ilə təsdiq olunmuş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na da istinadla qeyd olunmuşdur ki, sığortaolunanlar xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər (Qaydanın 3.4-cü bəndi).

30. Həmin Qaydaya uyğun olaraq iddiaçı çatışmayan məbləği ödəməklə (onun əmək fəaliyyətini davam etdirdiyi və əmək haqqından məcburi sosial sığorta haqqı hesablandığı nəzərə alındıqda, həmin məbləğdən də az və ya kapitalın tamamlandığı halda, hər hansı əlavə məbləğ ödəmədən) ona güzəştli şərtlərlə əmək pensiyası təyin ol unmasını tələb edə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarındakı güzəştli stajla bağlı göstəriş fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləği ilə bağlı şərtin ödənildiyi halda da iddiaçını (pensiya kapitalı məbləğinin tamamlandığı vaxtda) güzəştli şərtlərlə əmək pensiyası almaq hüququndan məhrum edir.

31. İddiaçının kassasiya şikayətinin dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi “tələb olunan” 39600 manat pensiya kapitalı məbləğindən də artıq pensiya kapitalının toplandığını nəzərə almamışdır. Bu dəlilin təsdiqi halında, iddiaçı hazırkı icraatda, ən azından güzəştli stajla bağlı şərtin onun tərəfindən (inzibati orqana müraciət edənədək) ödənildiyini və digər şərtin ödənildiyi - pensiya kapitalı məbləğinin tamamlandığı vaxtdan on a güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia edə bilər.

32. Yuxarıda da qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi işəgötürən tərəfindən təqdim olunmuş və iddiaçının gördüyü işlə bağlı məlumatları əks etdirən arayışlara hər hansı münasibət bildirmədən iddiaçının işlədiyi fəhlə peşələrinin (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda müəyyən edilmədiyi nəticəsinə gəlmiş, lakin bu qənaətini qərarında əsaslandırmamışdır.

33. Beləliklə, İPM-in 12.1, 58.7, 68.2, 82 və 87.8-ci maddələrinin tələbləri apellyasiya in stansiyası məhkəməsi tərəfindən pozulduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 noyabr tarixli, 2-1(103)-1571/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar