Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-378/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (14.4.1956-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X1 qarşı “işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci tarixli, 2-1(105)-556/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən, o, xx.xx.1974-cü ildən xx.xx.1974cü il tarixədək Orqanik Məhsullar zavodunda, xx.xx.1980-cı ildən xx.xx.1982-ci il tarixədək 2 saylı Trestin 26 saylı Tikinti İdarəsində, xx.xx.1982-ci ildən xx.xx.1985-ci il tarixədək 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində, xx.xx.1985-ci ildən xx.xx.1986-cı il tarixədək və xx.xx.1987-ci və xx.xx.2004-cü illər arasındakı dövr ərzində 24 saylı Təmir Tikinti İdarəsin də işləmişdir.
2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 24 dekabr 2021-ci il tarixli, məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 1.9.1979-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Sumqayıt şəhər 2 saylı Trestin 27 saylı Təmir Tikinti idarəsində işlədiyi müəssisənin arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “onun xx.xx.1987-ci ildən xx.xx.2004-cü il tarixədək 2 saylı Trestin 24 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. Sumqayıt İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional ərazi filialı ilə əvəz edilmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 11 noyabr 1974-cü ildən 13 noyabr 1976-cı ilədək Qazaxıstanda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 01 sentyabr 1976-ci ildən 14 may 1979-cu ilə kimi Sumqayıt şəhər Politexnik texnikum unun inşaat fakültəsində təhsil almışdır. 11 iyun 1979-cu ildə təyinatla 2 saylı Trestin 27 saylı Təmir-Tikinti İdarəsinə fəhlə kimi qəbul olunmuşdur. 03 yanvar 1986cı il tarixdən 28 iyul 1987-ci il tarixədək dövlət göndərişi ilə Ərəbistan Respublikasına ezam olunmuşdur. 01 sentyabr 1987-ci il tarixdən 29 avqust 2004-cü il tarixədək 2 saylı Trestin 24 saylı Təmir Tikinti İdarəsində işləmişdir. O, xx.xx.2021-ci ildə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ona kifayət qədər sosial sığorta stajına malik olmaması səbəbi ilə imtina cavabı verilmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Sumqayıt şəhər 2 saylı Trestin 27 saylı Təmir Tikinti idarəsində (Sumqayıt Tikinti Quraşdırma-2 ASC) işlədiyini və əmək haqqı aldığını iddia edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Bununla bağlı müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin onun iddia etdiyi dövrlərə dair arxiv sənədləri, o cümlədən əmək haqqı cədvəlləri, əmrlər olmadığından həmin müddətlər mübahisələndirilərək məsələnin müsbət həlli mümkün olmamışdır. İş materiallarında sözügedən əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 12 may 2022-ci il tarixli, 21(118)-834/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən dövrdə istinad etdiyi müəssisədə işləməsi məhkəmə araşd ırması zamanı öz təsdiqini tapmamışdır. Onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə. Məmmədov -sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və Z.T.Məmmədov) 14 oktyabr 2022-ci il tarixli, 2-1(105)-556/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-834/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.2004-cü il tarixədək 2 saylı Trestin 24 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, həmin qeydlərin mötəbərliyin şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şi kayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının müraciətinə verilmiş imtinanın dəlilləri və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Resp ublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövr ü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 19. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, cavabdehin vəkili vəsatətlə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verildikdən sonra iddiaçıya yaşa görə əmək pensiyasının təyin edildi yini bildirmiş, bu səbəblə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyası vəsatəti və ona əlavə olunmuş “X4 Sistemi”ndən çıxarışı nəzərdən keçirib hesab edir ki, həmin sənədin məzmunu iddiaçıya əmək pensiyasının məhz iddia olunan məzmunda və əsaslarla təyin edilməsini müəyyən etməyə imkan vermədiyindən, vəsatətin dəlilləri mübahisənin aradan qalxdığını özü-özlüyündə təsdiq etmir və iş üzrə icraata xitam verilməsi üçün yetərli deyil.
25. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən vəsatətin verilməsindən sonra iddiaçı məhkəməyə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
26. Bununla belə, hazırkı qərar iş üzrə icraata xitam verilməsi b arədə vəsatətin məhkəmə qərarının icrasını təmin edən birinci instansiya məhkəməsinə verilməsi və həll edilməsi imkanına təsir etmir.
27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
28. İddiaçının xx xxxxx 1956-cı ildə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 14 aprel 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.
29. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
30. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının Qanunla tələb olunan sosial sığorta stajı olmadığından iddiaçıya yaşa görə pensiya təyin olunmasını istisna edilir.
31. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının pensiya hüququnun yarandığı 14 aprel 2021-ci il tarixdə qüvvədə olan ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
32. Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəz ərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
33. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən 1974-2006-ci illər arasındakı əmək fəaliyyəti (hərbi xidmətdə olduğu 2 illik müddət də daxil olmaqla) dövrü nəzərə alındıqda, o, 25 ildən artıq iş stajına malikdir.
34. İddiaçının 2006-cı il 1 yanvar tarixədək işlədiyi müəssisələrin arxiv sənədlərinin olmaması iddiaçının əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.
35. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
36. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
37. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrlərini qəbul etməyə bilərdi.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci tarixli, 2-1(105)-556/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.