Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3782/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ Açar sözlər: (məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *inz(**)-****/**** saylı, ## ###### 2013cü il tarixli qərarının icra edilməməsinə görə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin cərimə edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəyə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *inz(**)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmək üzərində mülkiyyət hüququnun qeydə alınması və digər tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, xxxx prospekti, 3166-cı məhəllədə “xxxx” MTK-nın həyətində sahəsi 30 kv.metr olan qarajın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması və ünvan verilməklə buna dair iddiaçının adına müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
2. Məhkəmənin qərarı qanuni qüvvəyə minərək icra edilməsi üçün cavabdehə göndərilmişdir.
3. Cavabdeh ##.##.2024-cü il tarixində məhkəməyə daxil olmuş ərizəsində yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyi üçün cavabdehin cərimə edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda həmin ünvanda olan qarajların sahə ölçüləri dəyişilməmişdir. Qarajlardan biri üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur və bununla bağlı çıxarış var. Digər qaraja münasibətdə isə məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 2025-ci il ## #### tarixli, *-*(**)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *inz(**)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qərarının icrasına xitam verilməsi barədə qərardad qəbul edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunun və plenum qərarının yuxarıda qeyd edilən müdəalarından görünür ki, inzibati mübahisələrə dair işlər üzrə inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə qərarının icrası proseduru 3 hissədən ibarətdir: 1. Qərarı inzibati orqana göndərməklə icra üçün müddət müəyyən edilməsi. 2. İnzibati orqan barəsində cərimə tətbiq edilməsi. 3. Qərar əsasında icra vərəqəsi verilməklə qərarın məcburi icraya yönəldilməsi. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin əsasları ondan ibarət olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılarkən məlum olmuşdur ki, qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsi və qərarda göstərilən 30 kv.metr qaraj sökülərək yerində ümumi sahəsi 72,2 kv.metr və tikintialtı sahəsi 82,8 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binası tikilmişdir. Qeyd edilən məsələnin araşdırılması üçün qeyri-yaşayış sahəsinə məhkəmə tərəfindən yerində baxış keçirilmişdir. Baxışda iddiaçının nümayəndəsi iştirak etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ərzidə uzunluğu təqribən 10-12 metr, eni 5-6 metr olan qeyri-yaşayış sahəsi mövcuddur. Qeyri-yaşayış sahəsi təmirsizdir, daxildən arkəsmə ilə iki hissəyə ayrılmışdır və hər hissənin öz giriş-çıxış qapısı vardır. Qapılardan birinin açarı olmadığı üçün ordan içəri daxil olmaq mümkün olmadı. Digər qapıdan içəri daxil olduqda isə qeyri-yaşayış sahəsinin daxildən iki hissəyə ayrıldığı müəyyən edildi. Qeyriyaşayış sahəsinin qapıları bayıra açılan şüşəli qapılar olmaqla, qaraja xas olan xüsusiyyətlərə malik deyil və sahədən qaraj kimi istifadə edilməsi mümkün deyildir. Baxışda iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, qeyri-yaşayış sahəsinin arxasında inşa edilən binanın inşası zamanı qeyri-yaşayış sahəsinə ziyan dəymiş və bu səbəbdən sahə restavrasiya edilmişdir.
9. İşin müəyyən edilmiş hallarından görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *inz(**)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qərarı ilə sahəsi 30 kv.metr olan qarajın üzərində mülkiyyət hüququnun qeydə alınması qərara alınmışdır. İddiaçının dəlillərinə əsasən həmin iki ayrı-ayrı qaraj olmuş və bir qaraj üzərində iddiaçının mülkiyyət hüququ ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən qeydə alınmışdır. Həmin çıxarışın surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Digər qaraj üzərində iddiaçının mülkiyyət hüququ isə məhkəmə qərarına əsasən qeydə alınmışdır. Lakin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərazidə iki ayrı-ayrı qarajlar deyil, vahid qeyri-yaşayış sahəsi mövcuddur. Həmin qeyri-yaşayış sahəsi təyinatına görə qaraj deyildir və hansısa ticarət və ya ictimai iaşə obyekti kimi fəaliyyət göstərə bilər. “İcra haqqında” Qanunun 23.1.5-ci bəndində göstərilmişdir ki, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
10. Göründüyü kimi hazırkı halda iddia tələbi 30 kv.metrlik qaraja münasibətdə təmin edilsə də, həmin qaraj hal-hazırda mövcud deyildir. Həmin qaraj əvvəllər mövcud olmuşsa da, iddiaçı onu sökərək yerində 60-65 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi inşa etmişdir. Məhkəmə qərarında isə həmin qeyri-yaşayş sahəsinə münasibətdə hər hansı müddəa mövcud deyildir. Yəni, iddiaçı öz hərəkətləri nəticəsində məhkəmə qərarının icrasını mümkünsüz etmişdir. Bu səbəbdən iddiaçının ərizəsi əsaslı sayıla və təmin edilə bilməz.
11. Ərizəçi İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilərk cavabdeh orqanın cərimələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(**)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. İşin müəyyən edilmiş hallarından görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *inz(**)-****/**** saylı, ## ###### 2013-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmək üzərində mülkiyyət hüququnun qeydə alınması və digər tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, xxxx prospekti, 3166-cı məhəllədə “xxxx” MTK-nın həyətində sahəsi 30 kv.metr olan qarajın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınması və ünvan verilməklə buna dair iddiaçının adına müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddiaçı məhkəmə qərarının icra edilmədiyini əsas gətirərək ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin cərimə olunmasını xahiş etmişdir.
24. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olmuşdur ki, məhkəmə qərarı ilə iddia tələbi 30 kv.metrlik qaraja münasibətdə təmin edilsə də, həmin qaraj hal-hazırda mövcud deyildir. Həmin qaraj əvvəllər mövcud olmuşsa da, iddiaçı onu sökərək yerində ümumi sahəsi 72.2 kv.m (tikintialtı sahəsi 82.8 kv.m) olan birmərtəbəli qeyri-yaşayış binası inşa etmişdir.
25. Göründüyü kimi, iddiaçı öz hərəkətləri nəticəsində məhkəmə qərarının icrasını mümkünsüz etmişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.