Məhkəmə qərarları › İş №2-1(102)-3785/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3785/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3785/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh X9 (üçüncü şəxslər X5 və qeyriləri) qarşı “qərarın etibarsız hesab edilməsi” və Iddiaçı X5 cavabdeh Biləcəri Bələdiyyəsinə (üçüncü şəxslər iddiaçı1 və qeyriləri) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

1. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ###### 2005-ci il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmişlər.

2. Məhkəmənin qərardadları ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, Biləcəri Bələdiyyəsi, üçüncü şəxs3 (sonradan üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

3. Bakı Inzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə iddiaçı2 və iddiaçı1 iddiası təmin edilmiş, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs torpaq sahəsinin ayrılmasına dair X9 ## ###### 2005-ci il tarixli qərarı etibarsız hesab edilmişdir.

4. Məhkəmənin ## #### 2022-ci il tarixli qərardadı ilə X4 və Hacıyev Islam Zahid oğlunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

5. Məhkəmənin qərardadları ilə X3 və üçüncü şəxs1 şirkəti də üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

6. Həmçinin, iddiaçı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, 1031 və **** nömrəli qərarlarının etibarsız hesab edilməsini xahiş etmişdir.

7. Məhkəmənin qərardadları ilə Dövlət Neft Şirkəti, iddiaçı1 və iddiaçı2, X9 həmin iddiaya dair iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

8. Bakı Inzibati Məhkəməsinin qərardadı ilə *-*(***)-***/**** saylı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı qərarların etibarsız hesab edilməsinə dair iş, məhkəmənin icraatında olan *-*(***)-**/**** saylı iddiaçı1 və iddiaçı2 cavabdeh X9rşı qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işlə birləşdirilmişdir.

9. Bakı Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadı ilə iddialar mümkün sayılmamışdır.

10. Hal-hazırda Maraqlı şəxs və X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələrini və qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər.

11. Vəsatətdə qeyd edilmişdir ki, X9 qərarı əsasında ayrılmış torpaq sahəsi ilkin alqı-satqı müqaviləsi əsasında ərizəçi Maraqlı şəxs qardaşı üçüncü şəxs3 satılmış, 2020ci ildə həmin torpaq sahəsinin bir hissəsində yaşayış evi inşa edilmişdir və həyat yoldaşı (digər ərizəçi Səkinə Qasımlı) ilə birlikdə həmin evdə yaşayırlar. ## ##### 2025-ci il tarixli məhkəmə bildirişindən məlum olmuşdur ki, evin sökülməsi ilə əlaqədar iddia qaldırılmışdır. Həmin vaxt məlum olmuşdur ki, bələdiyyə qərarının etibarsızlığı ilə əlaqədar iddia üzrə qanunla qorunan hüquqlarına toxunan qərardad qəbul edilmişdir. Evin kim tərəfindən inşa edilməsi, faktiki istifadə ilə bağlı araşdırma aparılmamış, ərizəçilərə heç bir məlumat verilməmişdir.

12. Bakı Inzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) ## ### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin əsaslandırması: 13.1. Işin faktiki halları ilə də müəyyən edilir ki, hazırkı iş materiallarında, eləcə də mübahisələndirilən bələdiyyə qərarları da daxil olmaqla, ərizəçilərin hər hansı hüququnu müəyyən edən sənəd mövcud deyildir. Qeyd olunmalıdır ki, hazırkı ərizənin təmini üçün ərizəçilərin qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilərsə, ilkin olaraq qorunması nəzərdə tutulan marağın nə ilə bağlı olması müəyyən edilməlidir. Hazırkı halda isə həmin maraq mülkiyyət hüququ və ya istifadə hüququ ilə bağlı ola bilər. Ərizəçilərin isə adıçəkilən torpaq sahəsinə həmin hüquqlarının mövcudluğundan söhbət gedə bilməz. Belə ki, torpaq sahəsinə dair mübahisələndirilən bələdiyyə qərarları iddiaçı1, iddiaçı2 və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adındadır. Ərizəçilər torpaq sahəsi ilə əlaqədar ilkin alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs qismində cəlb edilmiş şəxsin qohumlarıdır. Nəzərə alınmalıdır ki, həmin sahədə fərdi yaşayış evinin inşa edilib, ərizəçilərin faktiki olaraq orada yaşaması, həmin şəxslərin faktiki marağına aid olmaqla, yuxarıda göstərilən qanunla qorunan maraq çərçivəsinə daxil deyildir. 13.2. Özbaşına tikintiyə hər hansı əmlak hüququnun mövcudluğu istisna edilir. Həmin istisnadan istisna isə torpaq sahəsinin şəxsin mülkiyyətində olması ilə əlaqədardır ki, hazırkı halda ərizəçilərin istinad etdiyi torpaqayırma barədə bələdiyyə qərarı tamamilə başqa şəxsin, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına olan ## ###### 2005-ci il tarixli bələdiyyə qərarıdır. Nə qədər ki, nə torpaq sahəsinə, nə də inşa edilmiş özbaşına tikiliyə ərizəçilərin hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir, hazırkı işə mahiyyəti üzrə baxılmasına əsas yaradan, qanunla qorunan marağın mövcudluğundan söhbət gedə bilməz. 13.3. Təkcə qanunla qorunan maraqların pozuntu halı yox, eləcə də bu pozuntunun şəxslərə hansı vaxtdan məlum olduğu da əsaslandırılmalıdır. Hazırkı işin faktiki hallarından da görünür ki, inzibati məhkəmə mübahisəsi ## #### 2021-ci il tarixdən başlamış, ərizəçinin qardaşı üçüncü şəxs3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, iş üzrə həmin tarixdən sonra torpaq sahəsinə məhkəmə tərəfindən, eləcə də ekspertiza və mütəxəssis rəyləri alınarkən də baxış keçirilmişdir Bundan əlavə, məhkəmə tərəfindən aidiyyəti icra nümayəndəliyi, bələdiyyələrə evdə faktiki kimin yaşayıb-yaşamaması, hansı tarixdən kimin yaşaması barədə sorğular verilmiş, sorğulara cavabda torpaq sahəsinin mübahisəli olduğu, baxışın keçirildiyi, 6-cı polis bölməsinə əvvəllər müraciətlər olduğu, hasarda söküntü işlərinin aparıldığı və s. kimi halların müşahidə edildiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, həmin nüanslar inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi baxımından əhəmiyyət daşıyır. Belə ki, ərizəçilər 2020-ci ildə torpaq sahəsinin bir hissəsində yaşayış evi inşa etdiklərini və faktiki orada yaşadıqlarını qeyd etmişlər. Mübahisənin ## #### 2021-ci il tarixdən başlanması nəzərə alınmaqla, baxışların, müayinələrin keçirildiyi, üçüncü şəxs qismində də qardaşının iştirak etdiyi inzibati mübahisədən ərizəçilərin məlumatsız olması inandırıcılıq əlamətinə malik deyildir. 13.4. Fərdi yaşayış evində faktiki yaşayan şəxsin yaşadığı əraziyə müntəzəm olaraq aidiyyəti dövlət orqanı əməkdaşları və digər şəxslər gəlir, baxış keçirir və digər prosedur hərəkətlər edirsə, həmin şəxsin məlumatsız olması, həmin şəxslərin faktiki yaşamama halında ağlabatanlıq xüsusiyyətinə malikdir. Yaşayırsa, həmin şəxslərin icraatdan məlumatsız olması inandırıcılıq xüsusiyyəti daşımır. Qeyd olunanlar baxımından məhkəmə hesab edir ki, ərizəçilərin hüququ mövcud olmadığından, olduğu təqdirdə belə pozuntu halından uzun müddət keçməsi, qərarın qəbulundan və icraatın gedişatından xeyli sonra icraata qoşulma istəyi, məhkəmə qərarlarının sabitliyinin qorunması baxımından nəzərə alınmalı olduğundan ərizə rədd edilməlidir.

14. Ərizəçilər qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və N.X.Nəbizadə) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Ərizəçi Maraqlı şəxs kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a)kassasiya şikayətinin dəlilləri

18. Ərizəçinin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmə barədə ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixi qərarı “... Işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. ... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.”

22. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı “37... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ...

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki IPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlb edilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. ...

48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə IPM-in 48-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir. ...

50. Cəlbetmə barədə vəsatət IPM-in 28.1-ci maddəsinə əsasən iş hər üç məhkəmə instansiyasının icraatında olduğu müddətdə həmin məhkəmələr tərəfindən mübahisə üzrə yekun qərar çıxarılanadək verilə bilər. Müvafiq olaraq vəsatətlə bağlı cəlbetməyə dair qərar da həmin məhkəmələr tərəfindən özlərinin icraatı yekunlaşanadək qəbul oluna bilər....”

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələnüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam dirildiyi24. olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Avropa Insan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, ərizəçilərin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar