Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3787/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının təyin edilməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya ##.##.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi və həmin vaxtdan ötən dövr üzrə ödənilməli olan məbləğlərin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı ##.##.2006-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Iddiaçının atası X2 oğlu, anası isə Qüdrətova Əminədir.
2. Iddiaçının adına “xxxx” MMC ilə bağlanmış 1806601941 əmək müqaviləsi mövcuddur. Həmin müqaviləyə əsasən iddiaçı həmin MMC-də “ofisiant” vəzifəsində çalışır və aylıq əmək haqqı 200 manat təşkil edir.
3. AZ-II ****** nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X3 ##.##.2011ci ildə anadan olmuşdur. Onun atası X2 oğlu, anası isə Qüdrətova Əminədir.
4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən Gudratova Amina Gürcüstan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbidir.
5. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi * saylı Bakı DOST Mərkəzinin ## ##### 2025-ci il tarixli arayışına əsasən Gudratova Aminanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən ##.##.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-****/****- *** nömrəli hökmünə əsasən X2 oğlu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2022-ci il tarixli *(***)-***/****-*** nömrəli qərarına əsasən qeyd olunan hökm müdafiəçinin və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış və həmin tarixdə qanuni qüvvəyə minmişdir.
7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanı ##.##.1967-ci il təvəllüdlü X2 oğlunun adına qeydiyyata alınmışdır. Gudratova Aminanın adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
8. Iddiaçının anası Gudratova Amina Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə ərizə ilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin ##.##.2024-cü il tarixli məktubu ilə “ailə üzvünün məşğulluğunun öz təsdiqini tapmaması” səbəbi göstərilməklə Gudratova Aminanın müraciətindən imtina edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı Gudratova Amina Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müraciət etdiyi tarixdən onun ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ötən dövr üzrə ödənilməli olan məbləğlərin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək hazırkı inzibati iş üzrə cavabdeh Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
12. Daha sonra məhkəmənin qərardadı ilə əsl olmayan iddiaçı Gudratova Amina əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Gudratova Amina həyat yoldaşı (əri) həbs olunduqdan sonra 2023-cü ilin aprel ayında ailəsinə ünvanlı sosial yardım təyin edilməsi üçün müraciət etmiş və ona yardım təyin edilmişdir. 2024-cü ilin fevral ayında övladının işə girməsi ilə əlaqədar haqlı olaraq aldığı yardım dayandırılmışdır. Sənədlərini toplayıb ünvanlı yardım (VEMTAS) altsistemi vasitəsi ilə ##.##.2024-cü il tarixində yenidən müraciət etmişdir. Vemtas tərəfindən müraciəti yoxlanıldıqdan sonra maddi məişət şəraitinin yoxlanılması məqsədi ilə evinə monitorinq baxışı həyat keçirilmişdir. Monitorinq baxışı keçirildikdən sonra onun məşğulluğunun olmaması səbəbindən müraciətinə imtina verildi. 2023-cü ildə yardım aldığı vaxt nəyə görə məşğulluğu ilə bağlı imtina verilmədiyini soruşduqda isə DOST mərkəzi tərəfindən daxili təlimat gəldiyini bildirmişlər. Nazirliyin verdiyi daxili təlimatın vətəndaşa aid olmadığını bildirməyinə baxmayaraq Nazirliyin verdiyi daxili təlimatı əsas gətirərək imtina vermişlər.
14. Cavabdehin iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının anası Gudratova Amina təmsilçi qismində VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün ##.##.2024-cü il tarixli *************** nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və ##.##.2024-cü il tarixdə maddiməişət şəraitinin müayinəsi nəticəsində ailə üzvünün məşğulluğunun öz əksini tapmaması əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir. Belə ki, ##.##.2024-cü il tarixli müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının anası A.Gudratovanın əmək fəaliyyəti ilə məşğul olmadığı aşkar edilmişdir. Beləliklə, qeyd olunmuş hal təmsilçinin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. Gudratova Amina Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbi statusuna malik olsa da, ailə ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır, beləliklə ailə üzvüdür. Hətta, VEMTAS vasitəsilə sosial yardımın təyinatı üçün ilkin müraciət zamanı ailəni təmsil edən şəxs statusunda A.Gudratova qeyd edilmişdir. A.Gudratova əmək qabiliyyətli şəxs olduğundan və barəsində Qanunun 3-cü maddəsində qeyd edilən hallardan heç biri olmadığından (əmək qabiliyyətsiz olması faktını təsdiq edəcək) təmsil etdiyi ailəyə sosial yardımın təyin edilməsi üçün qanunvericiliyə əsasən məşğul şəxs olması tələb olunur. Sosial yardım təyin edilən zaman Qanunda göstərilən şəxslər nəzərə alınmasa da, onların gəlirləri ailəyə sosial yardım teyin edilməsi zamanı nəzərə alınmalıdır. Qeyd edilən norma sosial yardımın təyin edilməsi zamanı ailə tərkibində nəzərə alınmayan şəxslərin dairəsini müəyyən edir, yəni mahiyyət etibarilə gəlirləri nəzərə alınan şəxslərin kateqoriyasını müəyyən etmir. A.Gudratova İddiaçı və X1 ilə bir evdə yaşayaraq, birgə təsərrüfat aparırır. Sosial yardımın ünvanlılıq prinsipi sosial yardımın yalnız aztəminatlı ailələrə təyin olunmasını nəzərdə tutur. Göründüyü kimi ailənin aztəminatlı olması, ailə üçün ehtiyac meyarının müəyyən edilə bilməsi üçün ailə tərkibində olan hər bir əmək qabiliyyətli üzvün məşğulluğunun müəyyən edilməsi vacibdir. Işin hallarından da göründüyü kimi A.Gudratovanın məşğulluğunun müəyyən edilməməsi ailənin ehtiyac meyarının və onlara təyin ediləcək sosial yardımın məbləğinə birbaşa təsir edir. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icrahakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür.
15. Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş, iddiaçı İddiaçı cavabdehə müraciət edilən ##.##.2024-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi və həmin vaxtdan ötən dövr üzrə ödənilməli olan məbləğlərin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, normativ aktların tələblərinə görə ailənin ümumi gəlirinin hər bir ailə üzvünə düşən hissəsinin məbləği ölkə üzrə ehtiyac meyarından aşağı olduqda, ailəyə həmin hissənin ehtiyac meyarından aşağı olan hissəsi məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilir. Ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasında əcnəbilər (Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər istisna olmaqla) və cəzaçəkmə müəssisəsində olan şəxslər nəzərə alınmırlar. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının anası Gudratova Amina Gürcüstan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbidir. Eyni zamanda iddiaçının atası X2 oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Belə olan halda iddiaçının valideynləri ünvanlı sosial yardımın təyin edilməsi zamanı ailə üzvləri sırasına aid edilə bilməzlər. Iddiaçının qardaşı X3 isə ##.##.2011-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Iddiaçı isə əmək müqaviləsinə əsasən 200 manat məbləğində əmək haqqı alır ki, həmin məbləği 2 ailə üzvünün sayına böldükdə, hər ailə üzvünə 100 manat düşür. Bu isə 2025-ci il üçün hər ailə üzvünə müəyyən edilmiş ehtiyac meyarının həddindən aşağıdır.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
22. Kassator təkrar olaraq qeyd edir ki, Gudratova Amina Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbi statusuna malik olsa da, ailə ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır, beləliklə ailə üzvüdür. Hətta, VEMTAS vasitəsilə sosial yardımın təyinatı üçün ilkin müraciət zamanı ailəni təmsil edən şəxs statusunda A.Gudratova qeyd edilmişdir. A.Gudratova əmək qabiliyyətli şəxs olduğundan və barəsində Qanunun 3-cü maddəsində qeyd edilən hallardan heç biri olmadığından (əmək qabiliyyətsiz olması faktını təsdiq edəcək) təmsil etdiyi ailəyə sosial yardımın təyin edilməsi üçün qanunvericiliyə əsasən məşğul şəxs olması tələb olunur.
23. Kassasiya şikayətində “Ünvanlı dövlət sosial yardımı” Qanunun 1.0.5, 3, 6, 7 və 9-cu maddələrinə, Inzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
25. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu”: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ... Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Maddə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər 9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
26. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, cavabdeh kassasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçının anası Gudratova Amina Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbi statusuna malik olsa da, ailə ilə birlikdə yaşayır, birgə təsərrüfat aparır, beləliklə ailə üzvüdür, hətta VEMTAS vasitəsilə sosial yardımın təyinatı üçün ilkin müraciət zamanı ailəni təmsil edən şəxs statusunda A.Gudratova qeyd edilmişdir.
35. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.2006-cı il təvəllüdlüdür və VEMTAS vasitəsilə sosial yardımın təyinatı üçün ilkin müraciət zamanı iddiaçı yetkinlik yaşına çatmadığından ailəni təmsil edən şəxs statusunda onun anası A.Gudratova qeyd edilmişdir.
36. Bundan başqa, iddiaçının anası A.Gudratovanın Gürcüstan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbi olması işin mübahisəsiz halıdır. Hətta cavabdeh belə bu halı mübahisələndirməmiş, A.Gudratovanın Azərbaycan Respublikasından müvəqqəti yaşayan əcnəbi olmasını qəbul etmişdir.
37. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 9.0.6-cı maddəsinə əsasən əcnəbilər sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində nəzərə alınmırlar. Qanunvericilik əcnəbilərlə bağlı sadəcə bir istisna hal göstərmişdir, o da əcnəbinin Azərbaycan Respublikasının ərazisində daimi yaşayan statusunda olması ilə bağlıdır.
38. Göründüyü kimi cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.