Məhkəmə qərarları › İş №2-1(102)-379/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-379/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-379/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: İİİ qrup müharibə əlilinə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulan əlavənin ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2274/2019 saylı, 1 noyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona TibbiSosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-01 nömrəli, 059494 nömrəli arayışı ilə iddiaçıya 25.07.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişd ir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 nömrəli, 372683 nömrəli arayışa əsasən iddiaçıya 13.07.2007-ci il tarixdən müddətsiz, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08.04.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş və 01.02.2016-cı il tarixdən vəzifə maaşı – 570.00 manat, rütbə maaşı – 134.00 manat, xidmət illərinə görə - 30 faiz əlavə - 211,20 manat, ixtisas dərəcəsinə görə - 15 faiz əlavə - 85.00 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası – 64.00 manat ol maqla cəmi təminat xərcliyi 1064.70 manat təşkil edir. Ona həmin təminat xərcliyinin 31 xidmət ilinə uyğun olaraq 88 faizi, yəni 936.94 manat məbləğində pensiya düzgün hesablanaraq aprel ayından ödəniləcəkdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25.01.2019-cu il tarixli ərizədə qeyd edilir ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı müraciətinə əsasən “Müharibə veteranı” habelə, 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə barəsində tərtib edilmiş 8 yanvar 2019-cu il tarixli “məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Bu səbəbdən iddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “V” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyasının 150 faizi məbləğində əlavənin təyin olunması və 25.07.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20.02.2019-cu il tarixli məktubda qeyd edilir ki, iddiaçının 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna istinad edərək qeyd etdiyi əlavələr 01.01,2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7-cı maddəsində əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəli yinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilən hərbi qulluqçuların əmək pensiyasına həmin Qanunun 20-ci maddəsində qeyd olunan qulluq stajına görə əlavələr tətbiq edilir. Bununla əlaqədar olaraq əmək pensiyası qulluq stajına görə əlavələrlə birlikdə 1007,12 manat təşkil edir. Əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin isə qulluq stajına görə əlavələri alan şəxslərə şamil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. İddiaçı 22 fevral 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və 25.07.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdən “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Ona həmin vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilmiş və o, hal-hazırda həmin pensiyanı almaqda davam edir. 2004-cü ildə ona səbəb əlaqəsi “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş 2-ci dərəcəli, 25.07.2005- ci ildən isə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. 2007-ci il tarixdən isə 3cü dərəcəli əlillik qrupu ona müddətsiz olaraq təyin edilmişdir.31 dekabr 2005-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” bəndinə və 01 yanvar 2006-cı il tarixdən bu günədək qüvvədə olan “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 11.2.1 maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar.31 dekabr 2005-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçuların pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə hesablanır. 2016-cı ildən başlayara q o, dəfələrlə cavabdehə ərizə ilə müraciət edərək 2003-cü ildə ehtiyata buraxılarkən qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “v” yarım bəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü dərəcəli əlillik qrupu olan hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə hesablanmasını xahiş etsə də ona həmişə imtina cavabı verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və onun müraciətinə əsasən onun müharibə veteranı və 3-cü qrup (daha sonra isə 2-ci qrup) hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı əlil olmasına dair məlumatlar da qeyd edilməklə barəsində tərtib edilmiş yeni “Məlu mat vərəqəsi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Lakin, bundan sonra da, cavabdeh ona 20.02.2019-cu il tarixli məktubla imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-1559/2019 saylı iş) 4 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin ed ilməsi və 25.07.2005-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı 2003-cü il tarixdə ehtiyata buraxıldığından, ona 25 iyul 2005-ci il tarixdə 3-cü qrup əlillik dərəcəsi təyin edildiyindən, bununla da iddiaçının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulmuş pensiya hüququ “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə artıq yaranmış olduğundan iddia əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, MəmmədovVidadi Məmməd oğluvə X5, 2-1(103)-2274/2019 saylı iş) 1 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərə k 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına tərtib edilmiş “məlumat vərəqi”ndə iddia tələbinə dair hər hansı bir yenilənmiş məlumat öz əksini tapmamışdır. Cavabdeh 5 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdən “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Ona həmin vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir.2004-cü ildə n ona səbəbli əlaqəsi “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş 2-ci qrup, 25 iyul 2005-ci ildən isə 3-cü qrup əlillik təyin edilmişdir.2007-ci il tarixindən isə əlillik müddətsiz olaraq təyin edilmişdir. İddiaçıya əlillik təyin olunan zaman “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun ilə tənzimlənirdi. Qanunun 15-ci maddəsinin “v” yarımbəndində təsbit olunur ki, xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları üzərinə müharibə əlilləri və iştirakçıları üçün -3-cü qrup əlillərə yaşa görə minimum pensiyanın 150% məbləğində əlavə edilir. Mülki prosessual qanunvericiliyin 217-ci maddəsinin tələbinə əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəs inin “v” yarımbəndinə uyğun olaraq 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyanın üzərinə yaşa görə minimum pensiyanın 150% məbləğində hesablanaraq iddiaçıya ödənilməlidir. Qərar qəbul edən məhkəmə isə qanunvericiliyin bu tələbinə heç bir əhəmiyyət verməmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə göndərilmiş 8 yanvar 2019-cu il tarixli iddiaçının adına olan hərbi qulluqçunun pensiya təminatı üzrə ZE seriyalı 55710 nömrəli “Məlumat vərəqi”nin 27-ci bəndində iddiaçının 3-cü qrup əlil olması və müharibə əlili olduğu üçün “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarimbəndinin ona şamil edildiyi göstərilir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayəti n təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün ə saslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan və xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu kimi pensiyasının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavənin təyin olunması və 25.07.2005-ci il tarixdən hesablanaraq ona ödənilməsini xahiş edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin mübahisə olunmayan hallarına görə iddiaçı 1959-cu ildə doğulmuşdur, 6 noyabr 2003-cü ildə ona xidmət illərinə görə pensiya təyin edilmişdir. 25.07.2005-ci il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup, daha sonra isə 13.07.2007-ci il tarixdən müddətsiz, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq 3-cü qrup əlillik dərəcəsi verilmişdir. 31 dekabr 2005-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndinə əsasən müharibə əlilləri və iştirakçıları sırasından olan xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçuların pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 150 f aizi məbləğində əlavə hesablanır. İddiaçın barəsində tərtib edilmiş məlumat vərəqlərindən görünür ki, pensiya təyin edilərkən pensiyaya əlavələr adlanan 27-ci bölmədə müharibə əlili olduğuna görə (maddə 15v) yarımbölmənin qarşısında manatla hər hansı məbləğ yazılmamışdır, həmin yarımbölmədə manatla yazılmalı olan yerlər boş saxlanılmışdır. Bu o deməkdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulan əlavə iddiaçıya hesablanmamışdır. İddiaçının “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulan müharibə əlilləri və iştirakçıları sırasından olan xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçu olması işdə olan sənədlərlə də təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədə olduğu müddət üçün iddiaçıya Qanunun 15-ci maddəsinin “v” yarımbəndində nəzərdə tutulan əlavənin hesablanıb iddiaçıya ödənilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun 30 noyabr 2007-ci il tarixədək qüvvədə olduğundan və bu Qanun 30 noyabr 2007-ci ildə qüvvədən düşdükdən sonra hərbi qulluqçuların pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanunla tənzimləndiyindən, “Əmək pensiyaları haqqında” Qanunda hərbi qulluqçuların pensiyasının hesablanması zamanı müharibə əlilləri və iştirakçıları sırasından olan xidmət illərinə görə pensiya alan 3-cü qrup əlil hərbi qulluqçuların pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində əlavə hesabla nması nəzərdə tutulmadığından, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun bu sahədə nəzərdə tutulan müddəalarının 30 noyabr 2007-ci ildən başlayaraq iddiaçıya tətbiq edilməsi, həmin əlavələrin ödənilməsi taleyi də apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bi lər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışın a göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2274/2019 saylı, 1 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar