Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-379/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçılar İddiaçı14 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( daşınmaz əmlakın qabaqcadan qeydiyyatı barədə arayış ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçılar İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X1, İddiaçı12, İddiaçı13, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qız ının, İddiaçı16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər “Mars-M” firması və "xxxx" ASC) qarşı “arayışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 2-1(103)-1711/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 120 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə “Mars-M” firmasının adına qeydiyyata alınmışdır, Bakı şəhəri N ərimanov rayon İcra Hakimiyyəti başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “MarsM” firmasına məxsus qeyri-yaşayış binasının sökülərək, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. “Mars-M” firması tərəfindən həmin bina sökülmüş, əvəzində inşa ediləcək tikili üzərində ümumi sahəsi 16100,5 kv. metr olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmışdır. “Mars-M” firması ilə bağlanmış müqavilələrə əsasən iddiaçıların satın aldıqları qeyriyaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması həmin qeydiyyatla bağlı mümkün olmadığı üçün, iddiaçılar həmin daşınmaz əmlakla bağlı reyestr arayışının (qeydiyyat nömrəsi ** ********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi barədə cavabdehə müraciət etmişlər. Lakin müraciətləri cavabdeh tərəfindən təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “Mars-M” firması ilə iddiaçılar arasında alqı-satqı müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrə əsasən, iddiaçılar ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirz əmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyri-yaşayış sahələri əldə etmişlər. Sonradan cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair “Mars-M” firmasına “Hüquqların qabaqcadan qeydiyyatı barədə” arayış verilmişdir. Daha sonra isə dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyriyaşayış binası və 0,2704 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə 09.07.2015-ci il tarixində yüklü edilmişdir. İddiaçılar cavabdeh tərəfindən “Mars-M” firmasına qeyd edilən əmlakla bağlı “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşınmaz əmlakın dövlət reyestrindən arayış ver ilməsini qanunsuz hesab edirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147-ci maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 68,9,10,11,12,14,15,17-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 2.0.1, 3.0.85 və 3.0.6-cı yarımbəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 7-ci hissəsinin tələblərinə əsasən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün aşağıdakı sənədlər tələb edilir: müşayiət məktubu, xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd, mənzil sertifikatı; hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, dövlət rüsumunun təsdiq edilməsi barədə sənəd, plan cizgi, ərizə (hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), tikintiyə icazə sənədləri. Həmin sənədlər olmadığı halda qeydiyyatın aparılması qanunsuzdur.
4. Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)-823/2021 saylı qərarı ilə (hakim M. Hacıbəyova) iddia rədd edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçıların ləğv edilməsini tələb etdikləri arayışın verilməsi üçün hüquq sahibi kimi qeyd edilmiş “Mars-M” firması tərəfindən ərizə ilə cavabdehə müraciət edilmişdir, həmin ərizə hüquqi şəxsin blankında yazılmış və “Mars-M” firmasının möhürü ilə təsdiq edilmişdir. Belə ərizənin mütləq qaydada çap edilmiş şəkildə tərtib olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qovluqda plan-cizgi adlı sənəd vardır və qanunvericilikdə həmin plancizginin müraciət edən şəxs tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi nəzərdə tutulmamışdır. Hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas–torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış da mövcuddur, habelə tikintiyə icazə verilməsi barədə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 09.07.2008-ci il tarixli, 327 nömrəli sərəncamı da hüququn qabaqcadan qeydiyyatı zamanı tikintiyə icazə sənədi kimi təqdim edilmişdir, hüququn qabaqcadan qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd də mövcuddur. Həmin sənədin 25.12.2010-cu il tarixindən, qeydiyyatın isə 24.12.2010-cu ildə aparılması ilə bağlı iddiaçı tərəfin bildirdiklərinə münasibətdə isə qeydiyyatı aparan orqan qeydiy yatın aparılması haqqında sənədin dövlət rüsumu ödənildikdən sonra verilməsini bildirir və bu halın qanunvericiliyə zidd olması müəyyən olunmur. Belə ki, qeydiyyatın aparılması tarixinin qeydiyyatın aparılması barədə arayışın verilməsi tarixi ilə üst–üstə düşməsi, habelə arayış verildikdən sonra rüsumun ödənilməsi hazırda müəyyən edilməmişdir..
6. İddiaçılar apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 2-1(103)-1711/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Elşən Kazımov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarix li, 2-1(112)-823/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğundur. Eyni zamanda qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar çıxarılarkən maddi və prosessual hüquq normalarının ciddi pozuntularına yol verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Ka ssasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Etirazda Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 21(103)-1711/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi nə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 17.1 Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Maddə 17.2 Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Maddə 17.3 Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüqu q əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Maddə 17.4 Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Maddə 17.5 bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikinti si başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir.
16. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusu na əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
19. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsin in “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Hazırkı mübahisədə iddiaçıların hüquqi marağı daşınmaz əmlak üzərində hüququn “Mars-M” firmasının adına qabaqcadan qeydə alınması barədə cavabdeh tərəfindən verilmiş arayışın ləğvinə nail olmaqdan ibarətdir.
21. Bununla bağlı işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, Bakı şəhəri, S. Vurğun küçəsi,120 ünvanında yerləşən “Mars-M” firması "xxxx" X3 Müəssisəsinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən “Mars-M” firması ünvan 5 ünvanında yerləşən "xxxx" X3 Müəssisəsinə məxsus əmlakın mülkiyyətçisidir. 22. “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” haqqında” 12.10.2009-cu il tarixli, 2308 nömrəli müqaviləyə əsasən “Mars-M” firması Bakı şəhəri, S. Vurğun küçəsi,120 ünvanında yerləşən 2704 kv.metr torpaq sahəsini satın almışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, S. Vurğun küçəsində 0,19426 ha torpaq sahəsində yerləşən 120 nömrəli, 1627,3 kv.metr ümumi, 374,4 kv.metr əsas, 1252,9 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə daşınmaz əmlakın dövlət rey estrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi 16.06.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə “Mars-M” firmasının adına qeydiyyata alınmışdır.
23. Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən “Mars-M” firmasına məxsus qeyri-yaşayış binasının sökülərək, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. “Mars-M” firması cavabdehə ünvanlanmış 04.12.2010-cu il tarixli, 39 nömrəli məktubla ünvan 6 ünvanında yerləşən və tikilməkdə olan qeyri-yaşayış binasının qabaqcadan qeydiyyatının aparılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvanında yerləşən, ümumi sahəsi 16100,5 kv.metr olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ “Mars-M” firmasının adına qabaqcadan qeydə alınmış və bu barədə mübahisələndirilən arayış verilmişdir.
24. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara və Mülki Məcəllənin 139-cu maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə a lınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Bu qərarın 13-cü bəndində istinad olunmuş normaya görə, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmçinin tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Mülkiyyət hüququnun qeydiyya tı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyriyaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Həmin qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şami l edilir.
26. Bu qərarın 12-ci bəndində istinad olunmuş normaya görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.
27. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “Mars-M” firmasının ona məxsus torpaq sahəsi üzərində tikintisi başa çatmamış qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun yuxarıda istinad olunan normalara uyğun qabaqcadan dövlət qeydiyyatı həyata keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hüquqların qabaqcadan qeydiyyatı haqqında müvafiq arayış verilmişdir. Bundan sonra “Mars-M” firması ilə "xxxx" ASC ar asında bağlanmış sonrakı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-yə həmin əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə, “əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən məlumatsız olduğu hallarda da əldə edən mülkiyyətçi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişsə və ya bilməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları pozulmur”.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən qabaqcadan dövlət qeydiyyatı haqqında arayışın ləğv edilməsinə dair iddiaçıların tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır. Kassasiya şikayətində istinad edilən dəlillər hazırkı mübahisəyə münasibətdə mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması hüququnu istisna edən hal kimi qiymətləndirilə və qabaqcadan dövlət qeydiyyatı haqqınd a arayışın ləğv edilməsinə səbəb ola bilməz. Bu baxımdan apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və düzgündür.
30. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 2-1(103)-1711/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.