Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-379/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər:: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cavabdehnə qarşı (üçüncü şəxs X7) “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2-1(105)-493/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şik ayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu, Qaradağ-Buduq Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə cavabdeh tərəfindən edilən qəsd hərəkətlərə son qoyulması, iddiaçıya məxsus həmin torpaq sahəsinin X1 dair cavabdehin qərarı və alqı-satqının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində həmin torpaq sahəsinə X2 mülkiyyət hüququna dair qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarış, habelə torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(118)-261/2022 nömrəli qərarı ilə (hakim: X5) iddia təmin edilmiş, Xaçmaz rayon Qaradağ-Buduq (Hülövlü) Bələdiyyəsinin 29 aprel 2013-cü il tarixli qərarı ləğv edilmişdir.
3. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(105)-493/2022 nömrəli qərardadı ilə X7 iş üzrə icraata zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş, apellyasiya şikayəti müm kün hesab edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2-1(105)-493/2022 nömrəli qərardadı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X9) Sumqayıt İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia mümkün sayılmamışdır.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
7. İş kassasiya instansiyasına daxil olduqdan sonra kassasiyanın mümkünlüyü yoxlanlarkən məlum olmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 20 sentyabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 29 oktyabr 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur.
8. Bu səbəbdən iddiaçıya müvafiq məhkəmə bildirişi göndərilməklə prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
9. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2-1(105)-493/2022 nömrəli qərardadından şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.
10. Vəsatətdə göstərilmişdir ki, iddiaçı kassasiya şikayətini birbaşa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərmişdir. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 11 noyabr 2022-ci il tarixli, 3/A-14593 saylı məktubu ilə kassasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 91.1-ci maddəsinə əsasən aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra isə Sumqayıt Apellyasiya Məhkəməsindən həmin kassasiya şikayətinə lazımi sənədlər əlavə olunaraq yenidən baxılması üçün Ali Məhkəmənin İnzibati Kollegiyasına göndərilmişdir. Qeyd edilən səbəbdən kassasiya şikayətinin verilməsi müd dəti ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
12. Məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəli r.
13. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzürlü sayıla bilər.
14. Məhkəmə aktının təqdim edildiyi 20 sentyabr 2022-ci il tarixdən iddiaçının sərəncamında 10 gün sərbəst prosessual müddət olmuşdur. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, qərardaddan kassasiya şikayətini 29 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. İddiaçının qanunla müəyyən edilmiş müddətdə kassasiya şiklayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
15. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair vəsatət təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli 2-1(105)-493/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.