Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-379/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa olunması, səbəb və əlaqənin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Ti bbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “tibbi sosial komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş onun tam reabilitasiya olunması barədə qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən xəstəlik haqqında hərbi həkim komissiyasının qərarına uyğun olaraq əlillik alt sistemində təyin edilmiş əlillik səbəbinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2- 1(107)-402/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İ ddiaçı xx.xx.2021-ci il tarixdən “Ümumi xəstəlik” səbəbindən “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcə, Ağırlaşma H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcə, yanaşı xəstəliklər F48.0 Nevrastensiya, Asteno-nevrotik təzahürlər, İ67.4 Hipertenziv ensefalopatiya” diaqnozu ilə müddətsiz ilkin üçüncü dərəcəli əlillik təyin olunmuşdur.
2. İddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubda “əlillik” altsisteminə yeni göndəriş daxil olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9585 nömrəli şəhadətnamədə qeyd edilmiş eyni diaqnozun səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədardır. Qəbul zamanı tibbi sənədlər araşdırılmış və sənədlərdə uyğunsuzluq aşkarlanmışdır. Bununla bağlı dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə və tibbi sənədlər ilə yenidən Agentliyə müraciət tövsiyə olunmuşdur.
3. Daha sonra cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə bildiriş ünvanlanaraq NK-nın xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, xx.xx.2023-cü il tarix li müayinə nəticəsində cavabdehin qərarı ilə iddiaçının “tam reabilitasiya olunması” qərara alınmışdır. Altsistemdə olan məlumatlara əsasən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müayinələr nəticəsində iddiaçının “tam reabilitasiya olması” qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023cü il tarixində qəbul edilmiş qərarını ləğv edərək əlilliyinin bərpa edilməsini və əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən əlilliyinin müəyyən edilməsi səbəbini “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq dəyişdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Birinci və X5 iştirakçısıdır. Döyüş tapşırığını icra edərkən travma almış, aldığı travma səbəbindən ağıreşitmə, baş ağrısı, küy, görmə qabiliyyətinin zəifləməsi yaranmışdır. Xəstəliyi əsas verdiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş verilmişdir. İnzibati orqanın 24 avqust 2021-ci il tarixli əlilliyin qiymətləndirilməsi barədə qərarı ilə iddiaçıya ümumi xəstəlik səbəbindən üçüncü qrup əlilik təyin edilmişdir. Həmin qərarda iddiaçının anadan gəlmə lal kar olduğu göstə rilmişdir. İddiaçı anadan gəlmə lal kar olsa idi o, hərbi xidmətə yaralı kimi qəbul edilə və ordu sıralarında xidmət edə bilməzdi. xx.xx.2022-ci il tarixli 9585 №-li xəstəlik haqında şəhadətnaməyə əsasən iddiaçıya “ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini hər iki qulaqda eşitməməsi ilə, astenonevrotik təzahürlər” diaqnozu qoyulmuş, “Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Bundan sonra cavabdeh orqan xx.xx.2022ci il tarixdə iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul edərək ona təyin edilmiş əlilliyi ləğv etmiş, növbəti dəfə xx.xx.2023-cü il tarixdə qərar qəbul edərək iddiaçının tam reabilitasiya olunması tarixini xx.xx.2023-cü ilə dəyişmişdir.
6. Daha sonra iddiaçı iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “tibbi sosial komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş onun tam reabilitasiya olunması barədə qərarların ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən xəstəlik haqqında hərbi həkim komissiyasının qərarına uyğun olaraq əlillik alt sistemində təyin edilmiş əlillik səbəbinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsi” barədə qərar qəbul edilməsini kimi qəbul edilməsini xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(116)-380/2024 saylı protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması ilə əsaslandırmışdır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə və “İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən 10 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 7 nəfərinin əyani müayinəsini həyata keçirmiş, digər 3 nəfərin isə tibbi-ekspert sənədlərini araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Ucar rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0276003AALNE nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.20 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində 3-17-4/2-l6027/2023-nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən eşitməsində problem olduğunu bildirmiş, 4-cü dərəcə neyrosensor ağıreşitməyə aid sənədlər təqdim etmişdir. Obyektiv müayinə zamanı sağ qulağında eşitmə cihazı olmuş, cihazdan daimi istifadə etdiyini bildirmiş, lakin düzgün istifadə edə bilməmişdir. 5-6 metr məsafədən yüksək səs tembri ilə verilmiş sualları cavablandırmış, eşitmə zəifliyi təsdiq edilsə də əlillik səviyyəsində izlənilməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək hər hansı patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən "Tam reabilitasiya olunmasi” barədə qərar qəbul edilsin.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-380/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “tam reabilitasiya haqqında” 01 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
10. Məhkəmə qeyd etmişdir ki, 01 oktyabr 2022-ci il tarixli qərar 19 aprel 2023-cü il tarixdə sonrakı qərarla dəyişdirildiyinə görə hüquqi qüvvəsini itirdiyindən onun ləğv edilməsi icrası mümkün hüquqi nəticəyə səbəb olm ayacaqdır. Buna görə də, sözügedən qərarın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir.
11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-380/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X4) ilə iddia təmin edilmiş, İddiaçı “tam reabilitasiya olunması haqqında” Cavabdeh PHŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Cavabdeh PHŞ-nin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin səbəbəlaqəsinin xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilərkən qoyulmuş diaqnozla (“eşitmənin neyrosesnsor tipli iki tərəfli itirilməsi, koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcə”) Müdafiə Nazirliyi MHHK-nın təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 9585 nömrəli xəstəlik haqqında Şəhadətnamədə qeyd edilmiş diaqnozla aşkar şəkildə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə (a) yarımbəndinə əsasən, xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxarır. İş materiallarında olan Müdafiə Nazirliyi MHHK-nın təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 9585 nömrəli xəst əlik haqqında Şəhadətnamə ilə müəyyən edilir ki, iddiaçıya qoyulmuş “ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini hər iki qulaqda eşitməməsi ilə, asteno-nevrotik təzahürlər” diaqnozunun səbəb əlaqəsində - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Cavabdehin sənədlərdə uyğunsuzluq əsası ilə imtina cavabı verməsinin heç bir hüquqi əsası yoxdur və ümumiyyətlə uyğunsuzluğun nədən ibarət olması aydın deyil. Belə ki, qeyd olunan diaqnozlar biri digərinin fəsadı (ağırlaşması) olaraq ortaya çıxmamış və buna görə də, həmin diaqnozlar arasında səbəbli əlaqənin yoxlanılması zərurəti olmadığından cavabdeh orqan imtinası tamamilə formal xarakterli olmuşdur.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarı n ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(107)-42/2024 nömrəli qərarı (hakimlər X7 (məruzəçi), X3 və X8) ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-380/2024 saylı, 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, aparılmış araşdırmalar zamanı rəsmiləşdirilən göndərişlərdə əlillik təyinatına əsas verən tibbi rəylərin təhrif edilməsi halları müəyyən edilmişdir. Rəylərdəki təhrifi müəyyən etmə məqsədi ilə fakt üzrə araşdırma başlanılmışdır. Araşdırmalar zamanı iddiaçıya təyin edilmiş üçüncü dərəcə əlilliklə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar aşkar edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquql arının pozulması ilə nəticələnməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə et mək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən büt ün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıq lara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1. Qulağın və məməyəbənzər çıxıntının H60xəstəlikləri H95 Qulağın eşitmə pozuntusu törədən Q16 anadangəlmə inkişaf qüs urları Qiymətləndirmə 9.1.1 7 yaşa qədər anadangəlmə və ya 60 müddətsiz qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) 9.1.2 daha sonra qazanılmış (8-18 yaşlarında) 60 müddətsiz eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) 9.1.3 eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, 40 5 il digər tərəf üzrə İV dərəcə 9.1.4 eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz 9.1.5 eşitmənin ikitərəfli tam itirilməsi 60 müddətsiz
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlar ına dair Əsasnamə”
2. Əlilliyin müəyyən olunması meyarları 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir:... 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldır ılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında q əbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı tibbi sosial komissiyası tərəfindən xx.xx.2023-c ü il tarixdə qəbul edilmiş onun tam reabilitasiya olunması barədə qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən xəstəlik haqqında hərbi həkim komissiyasının qərarına uyğun olaraq əlillik alt sistemində təyin edilmiş əlillik səbəbinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilməsinə yönəlmişdir.
28. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də iddiaçının tələbini əsaslı hesab etmişdir.
29. Hazırki halda cavabdeh iddiaçının iddia tələbinin əsassız olması qənaətindədir. Qeyd edilir ki, iddiaçıda olan diaqnozlar əlillik təyin edilməsi üçün əsas vermədiyindən cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixdə qəbul edilmiş iddiaçının tam reabilitasiya olu nması barədə qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq kassasiya şikayətində mübahisələndirilən məsələlərə aşağıdakı kimi münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində qeyd edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir v ə həmin gün ərzində altsistemə daxil edir.
32. Yuxarıda qeyd edilən normadan da göründüyü kimi qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır:
1. TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır; 2. şəxs əyani müayinəyə cəlb olunmalıdır.
33. Normanın tələbindən də göründüyü kimi cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsa slı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
34. Cavabdeh orqan apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də iddiaçıya təyin edilmiş əlilliyin sonradan ləğv edilməsini X2 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilini aparılması, sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurətinin yaranması ilə əsaslandırmışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını, o cümlədən iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsini əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
36. İddia tələbinin “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilərkən qoyulmuş diaqnozla (“eşitmənin neyrosesnsor tipli iki tərəfli itirilməsi, koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcə”) Müdafiə Nazirliyi MHHK-nın təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 9585 nöm rəli xəstəlik haqqında Şəhadətnamədə qeyd edilmiş diaqnozla aşkar şəkildə eynidir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə (a) yarımbəndinə əsasən, xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxarır.
38. İş materiallarında olan Müdafiə Nazirliyi MHHK-nın təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 9585 nömrəli xəstəlik haqqında Şəhadətnamə ilə müəyyən edilir ki, iddiaçıya qoyulmuş “ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini hər iki qulaqda eşitməməsi ilə, asteno-nevrotik təzahürlər” diaqnozunun s əbəb əlaqəsində - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir (iş vər 18-19).
39. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sənədlərdə uyğunsuzluq əsası ilə imtina cavabı verməsinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə qeyd olunan diaqnozlar biri digərinin fəsadı (ağırlaşması) olaraq ortaya çıxmamış və buna görə də, həmin diaqnozlar arasında səbəbli əlaqənin yoxlanılması zərurəti olmadığından cavabdeh orqanın imtinası tamamilə formal xarakterli olmuşdur.
40. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ikinci dərəcə əlillik təyin edərkən, apellyasiya instansiya məhkəməsi də öz növbəsində bu nəticə ilə razılaşarkən səhvə yol vermişlər.
41. Belə ki, 3-4-cü dərəcə ağır eşitmə üçüncü də rəcə əlilliyə uyğun gəlir. TSEK-in xx.xx.2021-ci il tarixli qərarında da iddiaçının xəstəliyinin üçüncü dərəcə əlilliyin təyini üçün əsas olması göstərilmişdir. Heç iddiaçının özü də əlillik dərəcəsi ilə bağlı mübahisə açmamışdır.
42. Lakin buna baxmayaraq birinci və apellyasiya instansiya məhkəmələri iddianı təmin edərkən Cavabdeh PHŞ-nin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin səbəb-əlaqəsinin xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulmuşlar.
43. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı əlilliyin dərəcəsinin təyin olunması hissəsində dəyişdirilməli və iddiaçı barə sində üçüncü dərəcə əlillik müəyyən edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2- 1(107)-402/2024 saylı qərarı əlilliyin dərəcəsinin təyin olunması hissəsində dəyişdirilsin və əlillik üçüncü dərəcə müəyyən edilsin. Qərar iddiaçıya xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.