Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3793/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Istehsalatda əmək şəraitində baş vermiş bədbəxt hadisənin rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən ##.##.2022-ci il tarixli, **** nömrəli məktubla göndərilmiş sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T ***/**** nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı tibbi sənədlərinə əsasən o, ##.##.2015-ci il tarixdə istehsalatda əmək şəraitində olarkən, qəflətən səhhətində yaranmış pozulma ilə əlaqədar X5 gətirilmiş və anamnestik, laborator instrumental müayinələr (baş beyninin KT müayinəsi) nəticəsində ona “Hipertoniya xəstəliyi III, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozu müəyyən edilərək müvafiq müalicə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən ##.##.2023-cü il tarixli, **** nömrəli məktubla göndərilmiş sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T ***/**** nömrəli ekspert rəyinə əsasən, İddiaçı ##.##.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı X5 tərəfindən həmin tarixdə ona qoyulan “Hipertoniya xəstəliyi III, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi vardır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 3.
4. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
5. “X3 Tresti” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, işin icraatının təzələnməsi, “X3 Tresti”nin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
6. “X3 Tresti” həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. “X3 Tresti” həmin qərardaddan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2 *(***)-****/**** nömrəli qərardadı ilə “X3 Tresti”nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.
9. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X3 Tresti”nin üçüncü şəxs qismində cəlbetmə barədə ərizəsi təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X3 Tresti” iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır.
10. Həmin mərhələdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
11. Bakı Inzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) ## ##### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş T ***/**** saylı ekspert rəyində iddiaçının ##.##.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı X5 tərəfindən həmin tarixdə ona qoyulan “Hipertoniya xəstəliyi III, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olması göstərilmişdir. Cavabdehin və üçüncü şəxsin etirazlarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 T ***/**** nömrəli ekspert rəyi ilə sonuncu T ***/**** nömrəli ekspert rəyi arasında ziddiyyətin olması göstərilsə də, məhkəmə həmin dəlili əsasız sayır. Belə ki, T ***/**** nömrəli ekspert rəyində iddiaçının ##.##.2015-ci il tarixdə istehsalatda əmək şəraitində olarkən qəflətən səhhətində yaranmış pozulma ilə əlaqədar anamnestik, laborator instrumental müayinələr (baş beyninin KT müayinəsi) nəticəsində ona “Hipertoniya xəstəliyi III, beyin sol yarımkürəsinin hemorragik insyultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozu müəyyən edilərək müvafiq müalicə təyin edildiyi qeyd edilmişdir. Sonuncu T ***/**** nömrəli ekspert rəyi isə həmin rəylə hər hansı ziddiyyət təşkil etməmişdir.
13. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs “X3 Tresti” həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
17. Üçüncü şəxs “X3 Tresti” kassasiya şikayətində imtinasının və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
19. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 212. Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi
1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
2. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalının təşkili, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, qüvvədə olan standartları, normaları və qaydaları rəsmi internet saytında yerləşdirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. Maddə 217. Istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları
1. Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”: Işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı (1.2). Istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər (1.3). Istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmətibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr (1.4). Işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X4 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X4 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar Ittifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X4 Xidmətinə məlumat verməlidirlər (1.7). Istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, IZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X4 Xidməti həyata keçirir (1.8). Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır (1.9). Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X4 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X4 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır (2.1). Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada IZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda IZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. Işçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə IZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2) (2.6). Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri IZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə X4 Xidmətinə məlumat göndərir (əlavə 3) (2.7). Işəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır (2.8). Təhqiqat komissiyasının üzvləri təhqiqatın gedişində müəssisənin, onun struktur bölmələrinin rəhbərlərindən, şahidlərdən və digər şəxslərdən yazılı izahatlar almaq hüququna malikdirlər. Təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir. Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir (3.4).
21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, üçüncü şəxs “X3 Tresti”nin kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.