Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3796/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İdris qızının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İdris qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının qızı Bağırzadə Fidan Azad qızına sağlamlıq imkanları məhdud uşaq olması ilə əlaqədar ##.##.2012-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində 2 il müddətinə, ##.##.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində 2 il müddətinə, ##.##.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində 3 il müddətinə və ##.##.2019cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində isə 3 il müddətinə əlillik təyin edilmişdir.
2. Sonradan, ##.##.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində Bağırzadə Fidan Azad qızına əlillik təyin edilməsindən imtina olunmuş, imtinanın əsası kimi diaqnoz və ağırlaşmaların əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Daha sonra səhiyyə müəssisəsinin ##.##.2024-cü il tarixli R********IEN nömrəli göndərişi ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və “xxxx” səbəbindən tibb müəssisəsinə geri göndərilmiş, eyni tarixdə aparılmış digər qiymətləndirmə nəticəsində isə diaqnozun əlillik əlaməti təyin etmədiyi əsas gətirilərək əlillik təyin edilməsindən yenidən imtina olunmuşdur.
3. İddiaçının həmin qərarlardan narazılığı əsasında əlavə əyani müayinə aparılmış və ##.##.2024-cü il tarixli əyani müayinə aktında göstərilmişdir ki, təqdim olunmuş tibbi sənədlər və obyektiv vəziyyət əsasında Bağırzadə Fidan Azad qızının tibbi sənədlərində qeyd edilən Q74.0 kodlu diaqnozu ilə faktiki vəziyyəti arasında uyğunluq müəyyən olunmamış, həmin halın əlillik təyininə əsas vermədiyi qənaətinə gəlinmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 3 **-*/*-*-*****/**** saylı ##.##.2024-cü il tarixli qərarının Bağırzadə Fidan Azad qızına aid hissədə ləğv edilməsi, Bağırzadə Fidan Azad qızına ##.##.2024-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Bağırzadə Fidan Azad qızı anadangəlmə əlildir. Bu barədə cavabdehə müraciət etmişdir və əlillik təyin edilmişdir. Lakin hazırda əlillik əsassız olaraq dayandırılıb. Bu dövrdə övladının pensiyası kəsilib, ona görə ki, imtina almamışdır və ona məlumat verilməmişdir. Müayinə olunarkən ** nömrəli poliklinikada bildirdilər ki, qızının pensiyası kəsilib. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən əlilliklə bağlı arayışı çıxartmaqla imtina barədə məlumat əldə etdi.
6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 43 ünvanında qeydiyyatda olan qəyyum İddiaçı İdris qızının müraciəti əsasında övladı Bağırzadə Fidan Azad qızının (FİN-7WT91ZY) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin R********IEN nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və “xxxx” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir).” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Səhiyyə müəssisəsinin R********IEN nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “xxxx” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Bağırzadə Fidan Azad qızının hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Q74.0 Çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın(ların) anadangəlmə anomaliyaları, çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın anadangəlmə anomaliyaları.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyininə əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir (DƏƏTE) qərarı verilmişdir”.
7. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Bağırzadə Fidan Azad qızının əyani müayinədən keçirilməsi və onda olan xəstəlikdən irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsir dərəcəsinə dair rəy verilməsi cavabdeh orqana həvalə edilmişdir.
8. Həmin qərardadın icrası ilə əlaqədar Bağırzadə Fidan Azad qızı ##.##.2024cü il tarixdə cavabdeh orqanda əyani müayinədən keçirilmiş, aparılmış obyektiv müayinə zamanı onda sağ əlin anadangəlmə inkişaf qüsuru və II daraq sümüklərinin inkişafdan qalması müşahidə olunsa da, əlin tutma funksiyasının pozulmadığı, əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar edilmədiyi göstərilmişdir. Bu əsasla cavabdehin Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-*****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Bağırzadə Fidan Azad qızına münasibətdə “diaqnozun təsdiqini tapmaması” əsası ilə əlillik təyin edilməsindən imtina olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmətibbi ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli T ***/**** saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-3. Azyaşlı F.A.Bağırzadənin adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Q74.0 Çiyin qurşağı daxil olmaqla yuxarı ətrafın (larm) anadangəlmə anomaliyaları. Ağırlaşma: M20.0 Barmaqların deformasiyaları. M24.6 Oynağın ankilozu. Q71.3 Əlin və barmağın (barmaqların) anadangəlmə olmaması. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, daimi qulluq və köməyə ehtiyac var” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. ##.##.2024 cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə zamanı sağ əlin anadangəlmə inkişaf qüsuru, II daraq sümüklərinin inkişafdan qalması müşahidə edilmiş, əlin tutma funksiyası pozulmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. X1 Travmatologiya və Ortopediya İnstitutu PHŞ-ə göndərilərkən ona “Sol əlin anadangəlmə inkişaf qüsuru, oliqodaktiliya, II daraq sümüyünün proksimal metafizində barmaq falanqaları ilə birgə III daraq sümüyünün rudiment hissəsinə köçürülməsi, fraqmentin mil ilə osteosintezi, sinostozu, III barmağın braxidaktiliyası, IV barmağın mikrodaktiliyası, II barmağın laterala doğru əyilməsi, əlin funksiyasının pozulması. XBT-Q71.3; Q74.0; M20.0; M24.6; Z73.6.” diaqnozu qoyulmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilərək, Tibbi-Sosial ekspert komissiyasının *-**-*/*-*-*****/**** saylı ##.##.2024-cü il tarixli qərarı Bağırzadə Fidan Azad qızına aid hissədə ləğv edilmiş, Bağırzadə Fidan Azad qızına ##.##.2024-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli qərardan müayinə zamanı əvvəllər əlillik təyinatına əsas verən xəstəliklərin mövcud olduğu görünür. Həmin xəstəliklərin isə hazırda onda olubolmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən Bağırzadə Fidan Azad qızının sağlamlıq vəziyyətinin təyininə dair ##.##.2024-cü il tarixdə tərtib edilmiş T ***/**** saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, ona “Sol əlin anadangəlmə inkişaf qüsuru, oliqodaktiliya, II daraq sümüyünün proksimal metafizində barmaq falanqaları ilə birgə III daraq sümüyünün rudiment hissəsinə köçürülməsi, fraqmentin mil ilə osteosintezi, sinostozu, III barmağın braxidaktiliyası, IV barmağın mikrodaktiliyası, II barmağın laterala doğru əyilməsi, əlin funksiyasının pozulması. XBT- Q71.3; Q74.0; M20.0; M24.6; Z73.6.” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində ##.##.2024-cü tarixli R*******IEN nömrəli (Forma TQS №***) göndərişdəki xəstəliklərdən Bağırzadə Fidan Azad qızının hazırda əziyyət çəkməsi inkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 13.1.2-ci yarımbəndin “XBT 10 (kod)” sütununda “Q68.1-Q71.3” sözləri “Q68.1-Q71” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 13-cü bənd- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri 13.1.2-ci yarımbənd- “Q68.1-Q71 yuxarı ətrafların anadangəlmə deformasiyası, olmaması”, 13.3-cü yarımbənd– “M24.6 Oynağın ankilozu” və həmin bənddə 13.5.1-ci yarımbənd– “Q87.8 başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş anadangəlmə inkişaf qüsuru sindromları” xəstəlikləri əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Beləliklə, cavabdeh Bağırzadə Fidan Azad qızına əlilliyin təyinindən imtina olunaraq onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, 2009-cu il təvəllüdlü Bağırzadə Fidan Azad qızı uşaqlıqdan xəstəliklə mübarizə aparmasına, müxtəlif xəstəxanalarda müalicə almasına, əməliyyat olunmasına baxmayaraq sağalmamış, səhhətində hər hansı bir müsbət dəyişiklik olmamışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən məhkəmə tibbi ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” PHŞ tərəfindən verilmiş T ***/**** saylı ekspert rəyinə əsasən F.A.Bağırzadə ##.##.2024-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda aparılmış müayinələr əsasında ona “Sol əlin anadangəlmə inkişaf qüsuru, oliqodaktiliya, II daraq sümüyünün proksimal metafizində barmaq falanqaları ilə birgə III daraq sümüyünün rudiment hissəsinə köçürülməsi, fraqmentin mil ilə osteosintezi, sinostozu, III barmağın braxidaktiliyası, IV barmağın mikrodaktiliyası, II barmağın laterala doğru əyilməsi, əlin funksiyasının pozulması (XBT kodu ilə Q71.3; Q74.0; M20.0; M24.6; Z73.6)” diaqnozu qoyulmuşdur. Hal-hazırda onda əsas xəstəlik olan Q71.3 xəstəliyi olsa da, onun ağırlaşması olan yuxarı ətrafların anadangəlmə tam olmaması və ya yuxarı ətrafın birtərəfli tam olmaması hallarına rast gəlinməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) ****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” PHŞ tərəfindən verilmiş T ***/**** saylı ekspert rəyinə əsasən vətəndaş F.A.Bağırzadə məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və ##.##.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona XBT 10 üzrə kod: “Q71.3, Q74.0, M20.0, M24.6, Z73.6-sağ əlin anadangəlmə inkişaf qüsuru, oliqodaktiliya, II daraq sümüyünün proksimal metafizində baramaq falanqaları ilə birlikdə, III daraq sümüyünün rudiment hissəsinə köçürülməsi, fraqmentin mil ilə osteosintezi, sinastozu, III barmağın braxidaktiliyası, II barmağın laterala doğru əyilməsi, əlin funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. Hal-hazırda əsas xəstəlik olan Q71.3 xəstəliyi olsa da, onun ağrılaşması olan baş barmaq daxil olmaqla, üç barmağın olmaması halına rast gəlinmədi. Lakin, əlin tutma funksiyasının bir qədər pozulmasına səbəb olan qüsurlu vəziyyət aşkar edildi.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: C.Məmmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və P.hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış əlavə olaraq aşağıdakıları qeyd etmişdir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, meyarlar üzrə müvafiq qiymətləndirmə qrafasında müəyyən edilən hallar Fidan Bağırzadəyə münasibətdə təyin edilmiş diaqnozda müşahidə edilməməsi səbəbindən, ona əlillik (orqanizm funksiyalarının faiz göstəriciləri ilə) təyin olunmasından imtina edilir. Halbuki, sözügedən meyarlar qəbul edilənə qədər, yəni ##.##.2012-ci il tarixdən ##.##.2022-ci il tarixədək hər il artırılmaq şərti ilə Fidan Bağırzadəyə eyni diaqnoz üzrə əlillik təyin edilmişdir. Başqa sözlə, cavabdeh təşkilatın yanaşması ona dəlalət edir ki, Fidan Bağırzadədə ##.##.2012-ci il tarixdən sonra müşahidə olunan xəstəliyə görə inzibati orqan tərəfindən 10 ildən artıq müddətə əlillik təyin edilməsinə, yəni meyarlarda həmin diaqnozun öz təsdiqini tapmasına baxmayaraq, sonradan həmin diaqnoza əlavə edilmiş qiymətləndirmə meyarları 10 ildən artıq müddətə əlil hesab edilmiş şəxsin reabilitasiyasına səbəb olmuşdur. Bu isə reabilitasiya sözünün anlayışı ilə uyğunluq təşkil etmir. Belə ki, reabilitasiya sözünün hərfi mənası itirilmiş funksiyaların, sağlamlığın və ya hüquqların bərpasıdır. Bu termin səhiyyədə xəstəlik, travma, əməliyyat və ya əlillikdən sonra orqanizmin maksimal dərəcədə bərpasını və funksiyaların yenidən qurulmasını əhatə edir.
20. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
27. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə mövqeyi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına və qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
34. “İnzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.
35. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.
36. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbisosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X3 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.
37. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
38. Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
39. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.
40. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
41. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.
42. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.
43. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
44. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.
45. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.
46. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.
47. Cavabdehin də kassasiya şikayətinin əsas dəlilini eyni məsələ, yəni diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilənin qanunsuz olması təşkil etdiyindən, yuxarıda göstərilən əsaslarla həmin dəlili məhkəmə kollegiyası əsassız hesab edir.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.