Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3797/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ************** nömrəli, ##.##.2023cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, ##.##.2023-cü il tarixədək 16.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ************** nömrəli, ##.##.2023cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, ##.##.2023cü il tarixədək 3.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, ************** saylı və ##.##.2023-cü il tarixli, ************** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, ************** saylı və ##.##.2023-cü il tarixli, ************** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, ************** saylı qərarına əsasən 16000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh qərarı onunla əsaslandırımışdır ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməlidir. İddiaçı MMC Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, ************** saylı qərarına əsasən 3000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh qərarı onunla əsaslandırımışdır ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulmasına görə 3000 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməlidir. Cavabdehin iddiaçı barəsində tərtib etdiyi ##.##.2023-cü il tarixli, ************** saylı və ##.##.2023-cü il tarixli, ************** saylı qərarları əsassızdır və obyektə yoxlama aparılan və akt tərtib olunan zaman vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, ##.##.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, badamdar qəsəbəsi, Neftçilər 85 ünvanında yerləşən obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Həmin vaxt cavabdehin əməkdaşları tərəfindən əmək müqaviləsi olmadan işçilərin muzdlu işə cəlb edilməsi faktlarına əsasən müvafiq aktlar tərtib olunmuşdur. Cavabdehin əməkdaşları tərəfindən yoxlama aparılan gün Bakı şəhəri, Səbail rayonu, badamdar qəsəbəsi, Neftçilər 85 ünvanında yerləşən obyektdə Cəmiyyətlə Turan Məmmədov adlı vergi ödəyicisi ilə təhviltəslim işləri aparılırdı. Bu səbəbdən ##.##.2023- cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilən aktda adları qeyd olunmuş şəxslərin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Həmin şəxslər vergi ödəyicisi Turan Məmmədov tərəfindən təhvil-təslim məqsədilə obyektə gətirilmiş və ona məxsus muzdlu işçilər olmuşdur. Həmin muzdlu işçilərin vergi ödəyicisi Turan Məmmədova məxsus işçilər olması barədə onun iştirakı ilə müvafik akt tərtib olunmuş və həmin akt cavabdehin əməkdaşlarına təqdim edilmişdir. Lakin cavabdehin əməkdaşları obyektdə yoxlama aparan zaman obyektin vergi ödəyicisi ilə təhvil-təslim işi baş tutmamışdır. Cavabdehin əməkdaşları tərəfindən obyektdə yoxlama aparılan zaman göstərilənlərin videoçəkilişi həyata keçirilməli idi. Lakin həmin günü cavabdehin əməkdaşları tərəfindən heç bir videoçəkiliş həyata keçirilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: T.Məlikov) 2024-cü il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarı - X10 və Əhmədov İlqar Eynal oğlu ilə bağlı tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. İşin araşdırılan halları ilə iddiaçı vergi ödəyicisinin 8 nəfərdən 6-sı ilə əmək münasibətlərində olması, lakin həmin şəxslərlə əmək müqaviləsinin bağlanılmasına dair rəsmiləşdirmə həyata keçirilmədiyi müəyyən edilmişdir. Belə ki, operativ yoxlama zamanı həmin şəxslərdən X3 və X4, özlərinin verdikləri izahatlarında, həqiqətən də, İddiaçı MMC-də işlədiklərini təsdiq etmişlər. Eyni zamanda, bu şəxslər bildiriblər ki, onlarla heç bir rəsmi əmək müqaviləsi bağlanılmamış, heç bir sənəddə imza atılmamışdır. Bu təfərrüatlar hüquqi baxımdan nəzərə alınmalıdır, çünki onların izahatları həmin işin hüquqi əsasını təşkil edir. Qeyd edilən şəxslərin izahatları, öz aralarında qarşılıqlı əlaqə yaratmaqla, onların əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olduqlarını açıq şəkildə göstərir. Əlavə olaraq, adıçəkilən şəxslərin izahatları yalnız onların deyil, həmçinin X3, X5 və X6 da əmək müqaviləsi olmadan işə cəlb edilmələrini təsdiq edir. Bu, İddiaçı MMC-də işləyən digər şəxslərin işəgötürənlə hüquqi münasibətləri, yəni əmək müqaviləsi bağlanmadan həyata keçirilən əmək fəaliyyəti barədə əhəmiyyətli məlumatları təqdim edir. Hətta, həmin şəxslərin özləri izahat verməkdən imtina etsələr də, Z.Qasımov və M.Lələyevanın verdiyi izahatlar, həmin şəxslərin birgə fəaliyyət göstərdiklərini və əmək fəaliyyətlərini qanunsuz olaraq davam etdirdiklərini göstərir. Operativ yoxlama zamanı video çəkilişin aparılmaması, bu ifadələrin hüquqi qüvvəsini heç bir şəkildə azaltmır. Hüquqi baxımdan, izahatların alınma şəraiti və bu ifadələrin hüquqi konteksti daha mühüm əhəmiyyət kəsb edir. Qasımov Zamin və Lələyeva Mina tərəfindən verilən izahatlar, digər şəxslərin əmək müqaviləsi olmadan işləmələrinə dair məqbul dəlil təqdim etməkdədir. Əksər hallarda, izahatların verilməsi, şəxslərin özləri tərəfindən əməl etdiyi və şahidlik etdiyi faktları müvafiq şəkildə təsdiqləyir. Nəzərə almaq lazımdır ki, izahatların düzgünlüyü və mötəbərliyi, yalnız məhz onların veriləcəyi şəraitlə deyil, eyni zamanda bu izahatların məzmunu və hüquqi baxımdan uyğunluğu ilə müəyyən olunur. Bu vəziyyətin hüquqi əhəmiyyəti ilə bağlı qeyd olunur ki, video və ya digər qeydlərin mövcudluğu olmadan da, verilən ifadələrinin əhəmiyyəti müvafiq hüquqi müstəvidə kifayət qədər əhəmiyyət daşıyır. Faktiki olaraq, ifadə verən şəxslərin verdikləri məlumatlar, onların qanunsuz əmək fəaliyyətini açıq şəkildə göstərir və bu da hüquqi mübahisənin həllində əsas dəlil kimi qəbul olunur.
8. Digər iki şəxsə gəldikdə isə, hüquqi baxımdan nəzərə alınmalıdır ki, iddiaçı X1 və X7 İddiaçı MMC-nin işçiləri olmadığını, əksinə, onların X8 ilə əmək münasibətində olduqlarını bildirsə də, faktiki olaraq həmin şəxslər barəsində məlumatlar yoxlama başa çatdıqdan dərhal sonra, yəni 16-##.##.2023-cü il tarixlərində sistemə daxil edilmişdir. Bu fakt özlüyündə adıçəkilən şəxslərin İddiaçı MMC ilə əmək münasibətlərində olduqlarını təsdiq edir. Əks halda, yəni həmin şəxslər X8 işçiləri olsaydılar, onların əmək müqavilələri X8 ilə subicarə müqaviləsi bağlanıldıqdan sonra müvafiq sistemə daxil edilmiş olardı. Başqa sözlə desək, məlumatın yoxlama bitdikdən sonra dərhal sistemə daxil edilməsi, faktiki olaraq, iddiaçının öz təqsirini qəbul etməsi ilə izah olunur. Bu, hüquqi baxımdan, tərəfin mövqeyinin ziddiyyətli olduğunu göstərir və həmin şəxslərin işə qəbul edilməsinə dair mövcud sənədlərin olmadığına dəlalət edir. Hüquqi baxımdan, görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən həmin qərar, vergi orqanlarının da iddia etdiyi 8 nəfərdən yalnız 6 nəfərin əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olması səbəbi ilə əsaslı hesab edilə bilər.
9. Digər şəxslər — X10 və Əhmədov İlqar Eynal oğlu barədə İddiaçı MMCdə əmək müqaviləsi olmadan işlədiklərinə dair hüquqi fakt müəyyən olunmamışdır. Bu şəxslərdən biri olan İ.Əhmədov, öz verdiyi izahatda, ilk dəfə yoxlanışa gəldiyini və həmin müəssisədə heç bir iş fəaliyyətində iştirak etmədiyini bildirmişdir. Bu, hüquqi baxımdan, həmin şəxsin işəgötürənlə əmək münasibətinin mövcud olmadığını təsdiqləyən bir açıqlamadır. Digər tərəfdən, Qasımov Zamin və Lələyeva Mina öz izahatlarında, həmin şəxslərin adlarını qeyd etməmiş və onlarla birlikdə işlədiklərini təsdiqləməmişlər. Bu da hüquqi baxımdan vacibdir, çünki bu şəxslərin işəgötürənlə əlaqədar fəaliyyətini təsdiqləyən mötəbər arqumentlər və ya dəlillər mövcud deyil.
10. Beləliklə, Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarı yalnız X10 və Əhmədov İlqar Eynal oğlu hissəsində tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı hissədə ləğv olunmalı, digər hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
11. Məhkəmə, iddiaçı barəsində qəbul edilmiş digər qərar ilə bağlı isə hesab etmişdir ki, həmin qərar əsaslı olmuşdur. Qaydaların tələblərindən də göründüyü kimi nəzarət kassa aparıtının çekinin qanunvericiliyinin tələblərinə cavab verməsi üçün məsuliyyət əsasən vergi ödəyicisi (sahibkar) və kassa aparatını quran və texniki xidmət göstərən quruma aiddir. Nəzərə alınmalıdır ki, Qaydaların 8.3.16-cı maddəsinin tələblərindən göründüyü kimi nəzarət kassa aparatını düzgün quraşdırmaq, çeki düzgün məlumatlarla təmin etmək və qanunvericiliyin tələblərinə uyğun olaraq fiskal məlumatları qeyd etmək sahibkarın məsuliyyətindədir ki, sahibkar çekin tələblərə cavab vermədiyi halda vergi qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Göründüyü kimi hazırki iş üzrə də bir qayda olaraq məsuliyyət iddiaçının özünə aiddir. Məhkəmə qeyd edir ki,cavabdeh, iddiaçının əhali ilə pul hesablaşmaları qaydalarına riayət etmədiyini bildirərək, iddiaçı tərəfindən göstərilən xidmətin dəyərinin alındıqdan sonra xidmət göstərilən şəxsə NKA çekinin təqdim edilmədiyini, məlumatların yalnız yoxlama başa çatdıqdan sonra sistemə daxil edildiyini və eyni zamanda NKA çekinin Vergi Məcəlləsinin (VM) 50.8-ci maddəsinə uyğun olmadığını əsaslandırmışdır. NKA çekində xidmət göstərilən şəxs tərəfindən 46,20 manat məbləğinin nağd şəkildə ödənildiyi qeyd edilmişdir, lakin həmin çekdə VM-nin 50.8.11-ci maddəsində göstərilən "müştəriyə qaytarılan məbləğ" bölməsi (malın və ya xidmətin dəyərindən artıq ödənilən hissə) göstərilməmişdir. Bu, hüquqi baxımdan ciddi pozuntu olaraq qiymətləndirilir, çünki həmin məbləğin qaytarılmasına ehtiyac olmamış olsa belə, NKA çekində qalıq məbləğin göstərilməməsi, Vergi Məcəlləsinin tələblərinə ziddir. Nəticədə, bu hal NKA çekinin VMnin müvafiq maddələrinə uyğun olmadığını göstərir. Bundan əlavə, iddiaçının özü də inzibati icraat zamanı verdiyi izahatda faktiki olaraq təqsirini qəbul etmişdir. Bu, onun təqsirli olduğunu və hərəkətlərinin hüquqi nəticələrini anladığını və qəbul etdiyini göstərən mühüm bir dəlildir. İddiaçı bu pozuntunun nəyə görə baş verdiyini əsaslandıra bilməmişdir. İddiaçının T.Məmmədovun işçiləri tərəfindən kassaya çək vurulmadığı ilə bağlı təqdim etdiyi dəlillər əsassız hesab olunur. Çünki, faktiki olaraq həmin dövrdə istifadə edilən nəzarət-kassa aparatının çeki Cəmiyyətin adına qeydiyyatda olmuşdur və bu çeki əks etdirən sənəddə, Cəmiyyətin rekvizitləri göstərilmişdir. Bu fakt, nəzarət tədbiri günü həmin obyektdə Cəmiyyətin faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və müvafiq dövrdə fəaliyyət göstərdiyini təsdiq edir. Nəticədə, NKA çeki və onun rekvizitləri, Cəmiyyətin qanuni fəaliyyətinin göstəricisi kimi qəbul olunur. Nəticədə, Məhkəmə hesab etmişdir ki, iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyası tamamilə əsaslı və hüquqi baxımdan düzgün hesab olunmalıdır.
12. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və C.Məmmədov) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı qismən - iddianın qismən təmin edildiyi hissədə (Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarı - X10 və Əhmədov İlqar Eynal oğlu ilə bağlı tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilsin) ləğv edilmiş və iddia həmin hissədə də təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birini instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçı aktda qeyd olunan şəxslərin onun deyil, Turan Məmmədov adlı vergi ödəyicisinin işçiləri olduğunu bildirir. Lakin iş materiallarında olan akta əlavə edilmiş izahatlardan görünür ki, X3 İddiaçı MMC-də 3 gündür ofisiant vəzifəsində işlədiyini, onun tərəfindən hər hansı sənədə imza atılmadığı, daha əvvəllər hər hansı əmək fəaliyyəti ilə məşğul olmadığı, ondan başqa həmin müəssisədə İlqar, Vüsal və Nicat adlı şəxslərin də əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Bundan başqa, X4 izahatında İddiaçı MMC-də mart ayından etibarən qabyuyan vəzifəsində işlədiyini, əmək haqqını nağd şəkildə aldığını, əmək müqaviləsinin bağlanmadığını, ondan başqa həmin müəssisədə Vaqif və İlqar adlı şəxslərin də əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Bundan başqa, Əhmədov İlqar Eynal oğlu izahatında İddiaçı MMC-də işlədiyini, onunla əmək müqaviləsinin bağlanılmadığını təsdiq etmişdir. Eyni zamanda iş materiallarında olan əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişlərindən görünür ki, X5, X6, X10, Əhmədov İlqar Eynal oğlu ilə əmək müqavilələri (işəgötürən X8) operativ vergi nəzarəti keçirilən tarixdən (##.##.2023cü il) sonra - ##.##.2023-cü ildə imzalanmış və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Göründüyü kimi, operativ vergi nəzarəti keçirilən tarixdə həmin şəxslər iddiaçının işçiləri olmuşlar.
16. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş X1 və X7 adına İddiaçı MMC tərəfindən «Əmək və məşğulluq» altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlardan görünür ki, həmin həxslərlə işəgötürən İddiaçı MMC arasında əmək müqaviləsi operativ vergi nəzarəti keçirilən tarixdən (##.##.2023-cü il) sonra – ##.##.2023-cü ildə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı həmin şəxslərlə operativ vergi nəzarəti keçirilən tarixdən 1 gün sonra əmək müqaviləsi bağlamışdır. Bu fakt özlüyündə adıçəkilən şəxslərin İddiaçı MMC ilə əmək münasibətlərində olduqlarını təsdiq edir. Əks halda, yəni həmin şəxslər X8 işçiləri olsaydılar, onların əmək müqavilələri X8 ilə subicarə müqaviləsi bağlanıldıqdan sonra müvafiq sistemə daxil edilmiş olardı. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında X7 və X4 iddiaçının işçiləri olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı aktda adları qeyd olunan işçilərin vergi ödəyicisi Turan Məmmədovun işçiləri olduğunu bildirsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Operativ Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən X8 (VÖEN: **********) ünvan 1 ünvanda yerləşən 1004519152- 17001 kodlu təsərrüfat subyektinin (obyektinin) ##.##.2023-cü il tarixdə qeydiyyata alınması, ##.##.2023-cü il tarixdə qeydiyyatdan çıxarılması barədə məlumat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əliyev Ramil İsrafil oğlu ilə X8 arasında subicarə müqaviləsindən də görünür ki, həmin müqavilə operativ vergi nəzarəti keçirilən tarixdən (##.##.2023-cü il) sonra - ##.##.2023-cü ildə imzalanmışdır. Obyekt operativ vergi nəzarəti keçirilən tarixdən sonra X8 verilmiş, yoxlamadan sonra onun adına qeydiyyata alınmışdır.
17. Göründüyü kimi, qeyd olunan 8 nəfərin iddiaçının işçisi olduğu, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən (iddiaçı) tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapır. Elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bu halın müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
18. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarı iddianın qismən təmin edildiyi hissədə (Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2023-cü il tarixli, ************** nömrəli qərarı - X10 və Əhmədov İlqar Eynal oğlu ilə bağlı tətbiq olunan maliyyə sanksiyası hissəsində ləğv edilsin) ləğv edilməli və iddia həmin hissədə də təmin edilməməlidir.
19. Eyni zamanda cavabdeh tərəfindən operativ vergi nəzarəti zamanı iddiaçının əhali ilə pul hesablaşmaları qaydalarına riayət etmədiyi aşkar edilmişdir. Belə ki, müşahidə zamanı müştəri tərəfindən 2 nəfərlik nahar yeməyi üçün 46,20 manat nağd qaydada ödənildiyi, lakin ödəniş müqabilində müştəriyə NKA çeki təqdim olunmadığı, müştərinin nağd qaydada ödənişinin NKA-ya mədaxil olunmadığı müəyyən edilmiş və yayındırılmış məbləğ ##.##.2023-cü il tarixində saat 14:19-da *** №-li çekdə bərpa olunmuşdur. Eyni zamanda NKA çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müştərinin nağd qaydada ödənişi NKA-ya mədaxil olunmamış, sonradan yayındırılmış məbləğ bərpa olunmuşdur. Bundan əlavə, iddiaçı inzibati icraat zamanı verdiyi izahatında bu faktı təsdiq etmiş, cavabdehin qeyd olunan aktından heç bir şikayətinin olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin çeki Turan Məmmədovun işçiləri vurmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq həmin dövrdə istifadə edilən nəzarət-kassa aparatının çeki iddiaçının adına qeydiyyatda olmuşdur və bu çeki əks etdirən sənəddə iddiaçının rekvizitləri göstərilmişdir. Bu fakt operativ vergi nəzarəti tədbiri keçirilən gün həmin obyektdə iddiaçının faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və müvafiq dövrdə fəaliyyət göstərdiyini təsdiq edir. NKA çeki və onun rekvizitləri iddiaçının qanuni fəaliyyətinin göstəricisi kimi qəbul olunur. Eləcə də yuxarıda qeyd edildiyi kimi, X8 operativ vergi nəzarəti keçirilən tarixdən (##.##.2023-cü il) sonra ##.##.2023-cü il tarixdə həmin obyektdə qeydiyyata alınmış, ##.##.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır, X8 ilə subicarə müqaviləsi də ##.##.2023-cü ildə imzalanmışdır. Obyekt operativ vergi nəzarəti keçirilən tarixdən sonra X8 verilmiş, yoxlamadan sonra onun adına qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyası qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini qeyd olunan hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2- 2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən inzibati aktların ləğv edilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.