Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3799/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; məhkəmə qərarı əsasında verilmiş çıxarışın mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “planölçünün və onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Üçüncü şəxs adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, *** nömrəli BTK nəzdində **** saylı bağ sahəsinə (Yeni qaydalarla AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 8-ci Mərdəkan küçəsi, giriş 12) dair torpaq sahəsinin ##.##.2022-ci il tarixli plan-ölçüsünün və onun əsasında aparılmış ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakim E.Abdullayev) ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakimlər A.Oruczadə – məruzəçi, G.Abbasova və E.Əliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki: - Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə hazırkı iş üzrə üçüncü şəxsin cavabdehə qarşı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması barədə iddiası təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1998ci il tarixli, *** nömrəli qərarına əsasən Bakı şəhəri Mərdəkan bağlar sahəsində, *** nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan ***B nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığı üçün cavabdehə göndərilmiş və icra olunaraq həmin torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. - Eyni zamanda Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022ci il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Üçüncü şəxs) Bakı şəhəri Mərdəkan bağlar sahəsində, *** nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan ***B nömrəli bağ sahəsinin üçüncü şəxs ayrılmasına əsas olmuş Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli, *** nömrəli qərarının və Bakı şəhəri Bağlar Təsərrüfatı idarəsinin ** nömrəli orderinin etibarsız sayılması barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. - Həmçinin Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Şüvəlan Köçəri bağları massivində yerləşən, sahəsi 0,12 hektar olan bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. - Hazırda üçüncü şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati akt əsasında aparılsa da, həmin qeydiyyatın aparılması məhkəmə qərarına əsasən təmin edilmişdir. Yəni, həmin məhkəmə qərarı ləğv edilmədən üçüncü şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrindəki qeyd də ləğv edilə bilməz. Həmin məhkəmə qərarı isə qanuni qüvvəsini aldığı üçün onun əsaslığına qiymət verilməsi hazırkı məhkəmə baxışının predmeti deyildir. - Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı üçüncü şəxsin daşınmaz əmlakın xeyrinə dövlət reyestrində aparılmış qeydi onun düzgün aparılmaması səbəbindən, yəni plan-ölçünün düzgün verilməməsi səbəbindən mübahisələndirir. Belə olan halda iddiaçı plan-ölçünün verildiyi torpaq sahəsi üzərində hüquqlarının mövcud olduğunu əsaslandırmalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə iddiası qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən təmin edilməmişdir. Yəni, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
11. Belə ki, kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli; ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * nömrəli qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
12. Formalaşmış məhkəmə təcrübəsinə əsasən tələblərin bir-biri ilə əlaqəsi, birbirindən asılılığı, həll edilməsinin xronoloji ardıcıllığı və mərhələliyi baxımından əsas tələbə qiymət verilmədən asılı tələbə baxıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- **/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).
13. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeydiyyat hüquqmüəyyənedici sənədlər əsasında aparılır və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada, hüquqmüəyyənedici sənədin qüvvədə qaldığı müddət ərzində onun əsasında əldə edilmiş hüquq və həmin hüququn reyestrdə aparılmış qeydiyyatı da hüquqi cəhətdən mötəbər hesab olunur. İddiaçı çatmaq istədiyi məqsədə həmin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın uğurlu olması ilə nail ola bilərdi (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarları).
14. İş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1998-ci il tarixli, *** nömrəli qərarına əsasən üçüncü şəxsə ayrılmış, bundan sonra Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə üçüncü şəxsin cavabdehə qarşı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması barədə iddiası təmin edilmiş, Bakı şəhəri Mərdəkan bağlar sahəsində, *** nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan ***B nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığı üçün cavabdehə göndərilmiş və icra olunaraq həmin torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
15. Göründüyü kimi, hazırda üçüncü şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati akt əsasında aparılsa da, həmin qeydiyyatın aparılması məhkəmə qərarına əsasən təmin edilmişdir. Yəni, həmin məhkəmə qərarı ləğv edilmədən üçüncü şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrindəki qeyd də ləğv edilə bilməz. Həmin məhkəmə qərarı isə qanuni qüvvəsini aldığı üçün onun əsaslığına qiymət verilməsi hazırkı məhkəmə baxışının predmeti deyildir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.