Məhkəmə qərarları › İş №2-1(102)-38/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-38/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-38/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı xxx1un cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-38/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 29.01.2020 Açar sözlər: inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində zərərin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı xxx1un nümayəndəsi xxx2nın və vəkili Ramil Əliyevin iştirakları ilə, iddiaçı xxx1 tərəfindən Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1779/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı xxx1 (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz fəaliyyəti nəticəsində ona vurulmuş 54.740 manat və 540 ABŞ dolları maddi zərərin, 100.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı xxx1 (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz fəaliyyəti nəticəsində ona vurulmuş 54.740 manat və 540 ABŞ dolları maddi zərərin, 100.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, lakin doğum haqqında şəhadətnamədə Özbəkistan Respublikasının Daşkənd şəhəri qeyd edilmişdir. Ona xx xxxxxx 2007-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəkilsiz şəxsiyyət vəsiqəsi verilmiş, yetkinlik yaşına çatdıqdan sonra şəkilli şəxsiyyət vəsiqəsi almaq istəsə də, cavabdeh Miqrasiya Xidməti onu Azərbaycan Respublikası vətəndaşı kimi tanımaqd an imtina etmişdir. Bu səbəbdən iddiaçı bir neçə müvəqqəti və daimi yaşamaq üçün icazə almaq məcburiyyətində qalmış, icazənin və hüquqi yardımların alınması üçün Azərbaycan Respublikası vətəndaşı kimi tanınmaması səbəbindən pullu ali təhsil alması və başqa dövlətin ərazisində hərbi xidmət keçməsi üçün vəsaitlər xərcləmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsinə baxılan zaman cavavdeh tərəfindən məhkəməyə xx xxxx 2018-ci il tarixli, 08/2378M.Z saylı məktub təqdim edilərək, onun “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” xx xxxxxxxx 1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşı olduğunun müəyyən edildiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçı cavabdehlərdən xərclədiyi vəsaitlərin əvəzinin və mənəvi zərərin əvəzinin tutulmasını tələb etmişdir. C avabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası ərazisində əcnəbi olaraq yaşama barədə könüllü şəkildə ərizə təqdim etmiş və Dövlət Miqrasiya Xidməti tərəfindən ona müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi barədə qərarları mübahisələndirməmişdir. İddiaçı köhnə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə deyil, Daxili İşlər Nazirliyinin müvafiq strukturuna müraciət edə bilərdi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1356/2019 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı olan hissədə mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1356/2019 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazisində əcnəbi kimi yaşaması onun müraciəti əsasında baş vermiş, iddiaçı ona daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizəsində Azərbaycan Respublikasının və yaxud digər ölkənin vətəndaşı olması barədə cavabdehə bildirməmiş, cavabdeh isə qanunvericiliklə ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifadə edərək iddiaçıya müvəqqəti və daimi yaşamaq üçün icazə vermişdir. İddiaçı cavabdehin ona daimi və müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair qərarl arını Azərbaycan Respublikası vətəndaşı olması əsası ilə mübahisələndirməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehə bir neçə dəfə müraciət etməsinə baxmayaraq, heç bir vaxt Azərbaycan Respublikası vətəndaşı olduğunu göstərmədiyindən və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb etmədiyindən cavabdehin hərəkətləri nəticəsində ona zərərin dəyməsinə dair dəlilləri əsassızdır, cavabdeh tərəfindən iddiaçıya daimi və müvəqqəti icazələrin verilməsi ilə iddiaçıya vurulduğu iddia edilən zərərlərin səbəbli əlaqəsi müəyyən edilməmiş və cavabdehin iddiaçı qarşısında təqsirli hərəkətləri sübuta yetirilməmişdir. Məhkəmənin qərar və qərardadından iddiaçı apellyasiya şikayəti verərək onların ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunma sını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1779/2019 saylı qərardadı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1779/2019 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5, 6, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 1, 10, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6, 14.1, 32.3, 19.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqra siya Xidmətin diskression səlahiyyətləri əsasında iddiaçının müraciətlərinə baxaraq müvafiq qərarları qəbul etməsi və iddiaçının müraciətlərində Azərbaycan Respublikası vətəndaşı olduğunu qeyd etməməsi səbəbindən cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməməsinə dair gəldiyi nəticə düzgün olmamışdır. İddiaçı Azərbaycan Respublikası vətəndaşı kimi tanınmadığından məcburiyyət qarşısında cavabdehə əcnəbi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün müraciətlər etmiş, cavabdeh isə onun müraciəti əsasında məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv araşdırmalı olduğu halda bunu etməmiş, bununla da inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı hesab edir ki, göstərilmiş cavabdehi n iddiaçının Azərbaycan Respublikası vətəndaşı kimi tanınmamasında və iddiaçının əcnəbi olaraq ölkəni tərk etməli olmasında israrlı olması tərəflər arasında mövcud olmuş digər məhkəmə mübahisəsi ilə öz təsdiqini tapmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1100, 21.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7, 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 385.1.2, 385.1.4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirl ər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı öz tələblərini təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə edilən ödənişləri, ödədiyi cərimələri təsdiq edən sənədləri, notariat xidmətlərinə görə ödədiyi rüsumları təsdiq edən qəbzləri, xx xxxx 2009cu il tarixli, 5 nömrəli orderi (X1 tərəfindən 771100 sumun köçürülməsi haqqında), Azərbaycan İqtisad Universitetin hesabına təhsil haqqı ödənilməsi haqqında mədaxil qəbzlərini, Azərbaycan Respublikasında ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəni, cavabdehə qarşı məhkəmələrdə qaldırdığı iddialar ilə bağlı ödədiyi rüsumları və hüquqi yardım göstərilməsi üçün çəkdiyi xəcləri təsdiq edən qəbzləri, hüquqi xidmət haqqında müqaviləni, əcnəbi vətəndaş kimi Azərbaycan Respublikasında işləmək üçün icazə almadığına görə işə qəbul edilməsindən imtina edilməsi haqqında məktubları, doğum haqqında şəhadətnaməsini, ali təhsil haqqında diplomunu, cavabdehin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında xx xxxxxx 2016-cı il tarixli, 2338/m nömrəli qərarını, həmçinin hazırki tələblərlə məhkəməyə qədər cavabdehə müraciət etməsinə dair məktubunu, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)2070/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli, 2-1(102)-1309/18 nömrəli, xx xxxx 2018-ci il tarixli qərarını, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-654/2018 nömrəli, xx xxxxx 2018ci il tarixli qərardadını, 2-1(103)-1707/17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarını, 1 sayı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)1466/17 nömrəli, xx xxx 2017-ci il tarixli qərarını, iddiaçının valideynlərinin şəxsiyyətlərini və əmək fəaliyyətini təsdiq edən sənədləri təqdim etmişdir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən sübut qismində məhkəməyə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikaslnın ərazisi ndə daimi yaşamaq icazəsinin verilməsi üçün iddiaçının ərizə anketini, iddiaçıya ünvanlanmış 3433 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli, 04/D624 nömrəli, xx xxxxxx 2016-cı il tarixli məktubları, iddiaçı ilə bağlı qəbul etdiyi 2338 nömrəli, xx xxxxxx 2016-cı il tarixli qərarını, AR DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinə ünvanlanmış xx xxxxxxx 2016-cı il tarixli tələbnaməni, vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin xx xxxxxx 2018-ci il tarixli arayışını, iddiaçının xx xxxxxx 2018-ci il tarixli ərizəsini (Azərbaycan Respublikası vətəndaşı olmasına dair arayışın verilməsinə köməklik göstərilməsi haqqında), xx xxxxxxx 2018-ci il tarixli, 2474 nömrəli (Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında) qərarı, iddiaçı barədə məlum atların əks olunduğu sənədi təqdim etmişdir. İddiaçı Özbəkistan Respublikasının Daşkənd şəhərində xx xxxx 1991-ci ildə doğulmuşdur, atası və bacısı Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, anası Özbəkistan Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi vardır. İddiaçı 2005-ci ildən Azərbaycan Respublikasının ərazisində validenləri ilə birlikdə yaşamış və ödənişli ali təhsil almışdır. Cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2011-ci ildən xx xxxx 2016-cı ilə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi verilmiş, həmin müddət başa çatdıqdan sonra iddiaçı 2016-cı ildə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin müddətinin uzadılması üçün cavabdehə müraciət etmişdir. Həmin müraciət təmin edilmədiyi üçün i mtina haqqında qərarın ləğv edilməsi ilə bağlı və iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmışdır. İddiası rədd olunduqdan sonra Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildikdən sonra Bakı Apellyasiya Məhkəməsi iddiaçının apellyasiya şikayətini qismən təmin edərək birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş, iddiaçının iddiasının mümkün sayılmaması haqqında qərar qəbul etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həmin qərar qüvvədə saxlanılmışdır. İddianı mümkün saymamış Bakı Apellyasiya Mə hkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu halda, xx xxxxxx 2007-ci ildə ona Daşkəsən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsinə baxmayaraq, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün cavabdehə müraciət etmiş, 2011-ci ildən 2016-cı ilə qədər olan müddət üçün onun bu müraciəti təmin edilmiş, 2016-ci ildə həmin müddətin uzadılması ilə bağlı müraciəti isə təmin edilməmişdir. İddiaçı cavabdehə təqdim etdiyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün təqdim etdiyi ərizə anketinin 9.1-ci bölməsində iddiaçının vətəndaşı olduğu ölkə barədə ( o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olması barədə) heç bir məlumat göstərilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquqı normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsi hes ab etmişdir ki, iddiaçının əcnəbi kimi onun müaciətləri əsasında müvəqqəti, daimi yaşamaq üçün icazələr verilmiş və iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olması əsası ilə həmin qərarların ləğv olunması ilə bağlı nə cavabdehə, nə də məhkəməyə müraciət etməmişdir. İddia ərizəsində məruz qaldığı zərər kimi sadaladığı xərclərin hər hansı birinin cavabdehin iddiaçıya Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxsə olduğu kimi yaşamaq icazəsinin verilməsi ilə bağlı hərəkətləri ilə hər hansı bir səbəbli əlaqəsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, tələbi təmin edilməmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, o, Azərbaycan Respublikası vətəndaşı kimi tanınmadığından məcburiyyət qarşısında cavabdehə əcnəbi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti və daim i yaşamaq üçün müraciətlər etmiş, cavabdeh isə onun müraciəti əsasında məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv araşdırmalı olduğu halda, qanunvericiliyin tələblərini pozmaqla bunu etməmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89-cu maddəsinə əsasən, inzibati orqa nların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsi yyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. (...); - 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş normaların məzmununa görə iddia qaldıran şəxs zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmalı, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi ödənilməlidir. Beləliklə, mübahəsinin həlli üçün ilk növbədə sadalanmış dispozitiv şərtlərin müəyyən olunması zəruridir. İşin hallarından göründüyü kimi, iddiaçıya xx xxxxxx 2007-ci ildə ona Daşkəsən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsinə baxmayaraq, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə baxılması qayd ası Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində tənzimlənmişdir. Həmin Məcəllənin 4.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir. Məcəllənin 8-ci fəsli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi məsələlərini 52-56-cı maddələrdə nizamlamışdır. Belə liklə, həmin Məcəllənin istinad edilən müddəalarında daimi yaşamaq üçün icazənin verilməsi üzrə hüquq münasibətlərinin subyektləri kimi müvafiq icra hakimiyyti orqanı qismində cavabdeh inzibati orqan və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən edilmişdir. Yəni qeyd edilmiş məsələ üzrə Azərbaycan Respublikası vətəndaşının müraciət edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı baxılan məsələ üzrə müraciət edərkən təqdim etdiyi sənədlərdə özünün Azərbaycan Respublikasının vətəndaşı olduğunu təsdiq edən sənədi əlavə etməmiş və işin hallarından göründüyü kimi, cavabdehə təqdim etdiyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün təqdim etdiyi ərizə anketinin 9.1-ci bölməsində iddiaçının vətəndaşı old uğu ölkə barədə (o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olması barədə) heç bir məlumat göstərilməmişdir. İddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması müəyyən edilmədiyindən, cavabdeh düzgün olaraq Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş qaydada məsələyə baxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad edilmiş qanunverciliyin tələbləri pozulmadığından, həmin orqanın qanunsuz hərəkətləri müəyyən edilməmişdir. Bu isə o anlamı yaradır ki, cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında baxılan məsələnin nəticəsi olaraq sonuncunun əmlakına zərərin vurulması istisna olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə də eyni müddəalar tətbiq edilmə lidir. Bu nəticə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda formalaşmış hüquqi mövqeyindən də irəli gəlir. Bu mövqeyə görə, mənəvi ziyanla bağlı nəticəyə gəlmək üçün maddi ziyanın müəyyən edilməsi üçün nəzərdə tutulmuş meyyarları tətbiq etmək zəruridir, o cümlədən zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir (“Kadikes Latviyaya qarşı” 62393/00 saylı iş, 67-ci bənd). Eyni yanaşma "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqmda" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci (və 2-ci) bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bu müddəaların işin hallarına tətbiqi isə o anlama gətirir ki, cavabdeh qurumun qanunsuz hərəkətləri müəyyən olunmadığından, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsinin də tələb edilməsi əsassızdır. İddiaçı yetkinlik yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı isə məsələnin tənzimlənməsində cavabdehin hər hansı bir səlahiyyəti qanunvericilikdə müəyyən edilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx xxxx 1991-ci ildə doğulmuş və xx xxxxxx 2007-ci ildə ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin müddətə münasibətdə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin bu növləri vardır: 1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi; 2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət və siqəsi. Şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. - 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düş dükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1994-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının on altı yaşına çatmamış vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi orqanlarına həvalə edilmişdir. Maddələrin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiq əsinin növləri 16 yaşına çatanadək vətəndaşa verilən və 16 yaşına çatdıqdan sonra vətəndaşlara verilən şəxsiyyət vəsiqələrinə bölünür ki, onların verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi orqanlarına aid edilmişdir. İddiaçının bildirdiklərinə münasibətdə qeyd olunmalıdır ki, əgər iddiaçıya 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi ilə əvəz edilməsi zəruriyyəti yaranmışdırsa, bununla bağlı cavabdeh inzibati orqana deyil, müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi orqanlarına müraciət etməli idi. Mübahisə yarandığı halda isə, sonuncu inzibati orqana qarşı iddia qaldırmaq hüququna malik olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanl ara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı xxx1 tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1779/2019 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar