Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-38/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünlüyü, iddia müddəti ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi, iddiaçının vəkili Sultanov Əli Adil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğv edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 avqust tarixli 2-1(103)-1361/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2010-cu il tarixli ** saylı əmrlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş və məktəb rəisinin xx.xx.2012-ci il tarixli, ** nömrəli əmri ilə hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə hərbi məktəbdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı məhkəməyə müraciət edərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “xx.xx.2012-ci il tarixli ** nömrəli əmrin ləğv edilməsi, həmin ə mrdən “hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə” yazısının dəyişdirilməsi, Taborun İntizam Şurası və Ali İntizam Şurasının protokollarının ədalətsiz və əsassız hesab edilməsi, həmin şura üzvlərinin cəzalandırılması və dəymiş mənəvi zərərin əvəzi kimi 20000 manat təzminat ödənilməsini xahiş etmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin onun barəsindəki sözügedən qərarları qanunsuz və əsassız olmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 fevral tarixli 2-1(112)-2297/2020 saylı qərarı (hakim – M.Qarayeva) ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı sözügedən əmrin mübahisələndirilməsi ilə bağlı qanununvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, o, mübahisələndirdiyi akt ın qəbul olunmasından 9 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 20000 manat məbləğində pulun ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir və bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. 5.İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 avqust tarixli 21(103)-1361/2020 saylı qərardadı ilə (sədrlik edən və məruzəçi hakim - M.Tağızadə, hakimlər - Ü.Mayılov və V.Ağayev) iddiaçının apelyasi ya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 fevral tarixli 2-1(112)-2297/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixli ** nömrəli əmri hazırkı halda mübahisələndirməklə qanunla müəyyənləşdirilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Beləliklə, hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur.
8. İddiaçı həmin qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a) Kasasiya şikayətinin dəlillər i
9. İddiaçının kasasiya şikayətinin dəlillərinə görə onun məktəbdən xaric edilmə barədə əmrdən məlumatı olmamış, bununla bağlı hər hansı sənəd ona təqdim edilməmişdir. Bundan başqa, iddiaçının cavabdehə etdiyi müraciətlər də uzun müddət cavablandırılmamış, xx xxxxx 2018-ci il tarixli məktubda tələb olunan sənədlərin xidməti xarakter daşıdığı bildirilməklə verilməsindən imtina edilmiş, xx xxxxxx 2019-cu il tarixli cavabda isə sənədlərin məhkəməyə müraciət ediləcəyi halda veriləcəyi bildirilmişdir. Odur ki, məhkəmələrin müddətin ötürüldüyü ilə bağlı gəldiyi qənaətlər əsassız olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının vəkili kasasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 24.4 Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasınd an 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəy işdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın xüsusi mümkünlük şərti olan qanunla müəyyən olunmuş müddət daxilində iddia qaldırmaq şərtinə əməl etməmişdir. Bununla bağlı işin hallarından göründüyü kimi mübahisələndirilən inzibati akt xx xxxxxx 2012-ci il tarixdə qəbul edilsə də, iddiaçı hazırkı tələblə məhkəməyə xx xxxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. İş materiallarında olan iddiaçının özü tərəfindən yazılmış ərizə və şikayətlərin məzmunundan aşkar şəkildə müəyyən olunur ki, o, məktəbdən xaric edilmə barədə əmrdən və onun məzmunundan məlumatlı olmuşdur. Lakin iddiaçı qanunla müəyyənləşdirmiş müddətləri ötürməklə məhkəməyə müraciət etmişdir.
18. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, i ddiaçı İPM-in 24.4-cü maddəsinə də əməl etməmişdir. Belə ki, o, mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır.
19. İddiaçının tələbi mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə də mümkünsüzdür. Belə ki, həmin tələb mübahisələndirilən inzibati aktın qanuniliyinə qiymət verilməsindən asılıdır, eləcə də bununla bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət etmədən öncə ilkin olaraq cavabdehə də müraciət edilməmişdir.
20. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 avqust tarixli 21(103)-1361/20 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.