Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-38/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə rəy verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)1747/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC tərəfindən 21.08.2019-cu il tarixdə, **********270600 saylı məktubla cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilərək, 5662.66 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını tələb edilmişdir.
2. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində malların (42192.56 manat məbləğində) idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmi ş ƏDV bəyannamələrdə vergiyə cəlb edilən dövriyyələrin göstərilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektlərinin olmadığı müəyyən edilmiş və qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır.
3. Sonradan yaranmış kənarlaşma ilə bağlı iddiaçıya 06.11.2019-cu il və 10.06.2020-ci il tarixli uyğunsuzluq məktubları göndərilmişdir. İddiaçı məktubda müəyyən olunmuş müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və müvafiq sənədlər təqdim etmədiyinə görə, VM-nin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması keçirilmiş, yoxlama ilə iddiaçıya 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 7594,66 m anat vergi borcu hesablanmış, bu barədə qərar qəbul edilmişdir. Hesablanmış vergi məbləğinin ödənilməsinə dair iddiaçıya bildiriş göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, artıq ödənilmiş vergi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edərək ticarət fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin hüquqi şəxslərdən biri də İddiaçı MMC olmuşdur. 31.10.2018-ci il tarixdə Türkiyədən ilk və son dəfə idxa l etdiyi məişət avadanlıqlarını satışa çıxarmış, sonradan qazanc az olduğuna görə şirkətin fəaliyyətini dayandırmaq qərarına gəlmişdir. 20.11.2018-ci il tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. 31.10.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa, 7594.66 manat artıq ödəniş etmişdir. 2019-cu ildə malları idxal etdiyi vaxt yaranan artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Bundan 15 gün sonra “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 fevral 2010-cu il tarixli, 48 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 16 iyul 2019-cu il tarixli, 313 nömrəli Qərar sahi bkarların işinə daha da müsbət təsir etməli idi. Firma fəaliyyətə başladığı ilk gündən ƏDV qeydiyyatında olsa da, cari və dəqiqləşdirilmiş ƏDV bəyannamələri versə də, cavabdeh vergi xidməti tərəfindən 19.08.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəhanəsi ilə analoji hesablama aparılmış və artıq ödənilmiş vəsaitdən 1892 manat silinmişdir. 21.08.2019-cu il və 13.09.2019-cu il tarixlərdə cavabdehə ərizə yazaraq artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. 10.12.2019-cu il tarixdə bəyannamə təqdim edilmədiyinə görə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla yanaşı, 11.10.2019-cu il tarixdə prezidentə və vitse-prezidentə müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətə əsasən 23.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi y anında Lokal Gəlirlər Baş İdarəsinin Səyyar Vergi Yoxlamaları İdarəsinin rəisi və şöbə müdiri onu qəbul etmişdir. Lakin, buna baxmayaraq, müxtəlif bəhanələr gətirərək artıq ödənilmiş vergini verməkdən imtina etmişlər. Bu səbəbdən də, cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 21.08.2019-cu il tarixdə, **********270600 saylı məktubla cavabdehə müraciət edilərək, 5662.66 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması tələb edilmişdir. Həmin müraciətin araşdırılması zamanı 2018-ci il ərzində iddiaçı tərəfindən mallar (42192.56 manat məbləğində) idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələ rində vergiyə cəlb edilən dövriyyələrin göstərilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektlərinin olmadığı müəyyən edilmiş və qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Yaranmış kənarlaşma ilə bağlı cavabdeh tərəfindən iddiaçı müəssisəyə 06.11.2019-cu il tarixli, **********456300 saylı və 10.06.2020-ci il tarixli, **********865900 saylı uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 7594.66 manat vergi hesablanmış və bu barədə iddiaçıya 24.07.2020-ci il tarixli, **********573800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmin qərar hazırda qüvvədədir. Əlavə olaraq hesablanmış vergi məbləğinin ödənilməsinə dair iddiaçıya 27.07.2020-ci il tarixli, **********180400 saylı bildiriş göndərilmişdir, lakin borc məbləği bu günə kimi ödənilməmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyy ə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
7. Bakı İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(112)-450/2021 nömrəli (hakim Aygün Abdullayeva) qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kameral vergi yoxlaması ilə aparılmış hesablamalardan sonra iddiaçının şəxsi hesab vərəqəsində 11 fevral 2021-ci il tarixə, cəmi ödənilməli olan borc məbləğinin 5106,29 manat təşkil etməsi, iddiaçının həmin tarixə şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin mövcud olmadığını göstərir.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)-1747/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Anar Tarıverdiyev ) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müəssisənin şəxsi hesab vərəqəsinə əsasən iddiaçının 21.08.2019-cu il tarixə 5662,66 manat məbləğində artıq ödəməsinin mövcud olduğu, bu ödəmənin ona qaytarılması ilə bağlı vergi orqanına dəfələrlə müraciətin olduğu və vergi orqanının vergi ödəyicisinin razılığı olmadan onun artıq ödəməni sonrakı öhdəliklər üzrə ödəmələrə yönəltmək hüququnun olmadığı nəzərə alındıqd a, müvafiq Qaydalara əsasən cavabdehin həmin artıq ödəmənin iddiaçıya qaytarılması ilə bağlı rəy vermək öhdəliyi yarandığından, iddiaçının bu barədə tələbi əsaslı sayılmalı və təmin olunmalıdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı yazılı etirazın məzmununa uyğundur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəf malları idxal etdikdən sonra həmin malların dərhal əvəzləşdirilməsini tələb etməsinə baxmayaraq, dövlət büdcəsinə çatacaq vergi məbləğini bəyan etməkdən yayınmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qar şı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə
87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir
16. AR Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tə tbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəlik lər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər.
17. İnzibati Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələl ərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. H azırkı mübahisə İddiaçı MMC tərəfindən artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlıdır.
24. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin verginin hesablanması yaxud yenidən hesablanması barədə iddiaçıya heç bir əsaslandırma olmadan sadəcə olaraq bidiriş göndə rməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
25. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququn u təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
26. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir.
27. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsulla rla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
28. Hazırkı mübahis əyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, vergi orqanının adının və ödəmə tarixinin düzgün göstərilməməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının müraciətinin baxılmasından imtina və kameral vergi yoxlamasının keçirilməsi üçün əsas kimi qiymətləndirilə bilməz.
29. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi 21.08.2019-cu il tarixdə onun həqiqətən də mübahisə edilən məbləğdə artıq ödəməsi mövcud olmuşdur. 10.01.2019-cu il tarixə iddiaçının artıq ödəməsinin olduğu iş üzrə materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsi ilə də təsdiq olunur. Artıq ödəmənin olduğu cavabdeh tərəfindən əvvəlcə mübahisələndirilməmişdir.
30. Lakin sonradan cavabdeh tərəfindən iddiaçıya kameral qaydada 2018-ci il üzrə (bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı) 7594,66 manat məbləği ndə vergi hesablandığı üçün, həmin məbləğ və əlavə olaraq hesablanmış 40 manat şəxsi hesab vərəqəsindən silinmişdir. Nəticədə 24.07.2020-ci il tarixə vergi ödəyicisinin artıq ödəməsi mövcud olmamış, əksinə 2012 manat borcu yaranmışdır.
31. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması qərarı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmamış, həmin qərarın qəbulunu şərtləndirən, habelə onun əsasında duran faktlar və normalar göstərilməmişdir.
32. Kassasiya şikayətinin cavabdeh tərəfindən aparılmış hesablamalara münasibətdə Vergilər Məcəlləsinin 87.3.1-i maddəsinin tələblərinin nəzərə alınması ilə bağlı qeyd olunmalıdır ki, həmin maddə 29 noyabr 2019-cu il tarixli Qanunla Vergilər Məcəlləsinə əlavə edilmiş və 01 ya nvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Bu baxımdan riskli vergi ödəyicisi və riskli əməliyyatların meyarları ilə bağlı tələblər iddiaçı münasibətdə şamil oluna bilməz. Hazırkı dövrdə qeydiyyatda olan hər hansı bir anbarının mövcud olmaması iddiaçının ziyanına təfsir edilə bilməz.
33. Məhkəmə kollegiyası hesab edir ki, şəxsi hesab vərəqəsinə əsasən 21.08.2019-cu il tarixə mövcud olan artıq ödəməsinin qaytarılması ilə bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə iddiaçı yuxarıda qeyd olunan səbəblərdən haqlı sayılmalıdır. Odur ki, apelyasiya məhkəməsinin hazırkı mübahisəyə dair iş üzrə gəldiyi nəticə düzgün və əsaslı olmuşdur.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 21(103)-1747/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.