Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-38/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) 01.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2022-ci il tar ixli, 2-1(103)1509/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********706800 saylı əmri ilə Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi İdarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olmuş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, işdən çıxarılması haqqında 2 avqust 2021-ci il tarixli əmr ləğv olunmaqla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi İdarəsinin 8-ci şöbəsinin sabiq baş dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işdən azad olunana qədər Dövlət Vergi Xidmətinin X8 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi İdarəsinin 8-ci şöbəsinin sabiq baş dövlət vergi müfəttişi olmuşdur. 70 baldan 70-ni də toplayaraq, xx.xx.2011-ci il tarixində vergi orqanlarında xidmətə qəbul olunmuş, xidmət dövründə dəfələrlə rəhbərlik tərəfindən müxtəlif vəzifələrə irəli çəkilmiş, rütbə və təşəkkürlə təltif olunmuş, 4 müxtəlif şöbənin rəisi, 2 idarənin rəis müavini, 1 şöbənin rəis müavini olmu ş, sonuncu dəfə 5 ay əvvəl kiçik vergi xidməti müşaviri rütbəsi ilə təltif olunmuşdur. İşlədiyi müddət ərzində vergidən yayınan hüquqi və fiziki şəxslərin müəyyən edilməsi, onların qanuna uyğun olaraq vergiyə cəlb edilməsi istiqamətində lazımi tədbirlər görmüş, eyni zamanda onların vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədlərinin qaydaya salınması istiqamətində tövsiyələr vermişdir. Lakin cari ilin iyul ayında Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Korrupsiyaya qarşı mübarizə şöbəsi tərəfindən ona qarşı kobud qanun pozuntusu baş vermiş, hüquqları pozulmuşdur. Belə ki, 02 iyul 2021-ci il tarixdə iddiaçı ilə bağlı ciddi araşdırma aparmadan, zəruri faktlar, sübutlar toplanmadan, vergi ödəyicisi olmayan şəxsin, həmin şöbənin əməkdaşlarının təhriki ilə yazdığı ərizə əsasında, 02 avqust 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən xaric edilmişdir. Bununla da qanun normaları kobud şəkildə pozulmuşdur. Belə ki, hər hansı qanunazidd əməli olmasa da, işəgötürən belə saydığı halda da, dərhal ona ən sərt cəzanı tətbiq etməməli idi. İddiaçının əmək fəaliyyətində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddəsində göstərilənlər baş verməmişdir. Barəsində hər hansı cinayət təqibi mövcud deyildir. İnzibati xətaya gəldikdə isə, əmrdə tərəfindən hər hansı inzibati xətanın törədilməsi barədə, bunun nədən ibarət olması barədə hər hansı sübut mövcud deyildir.
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçının sonuncu tutduğu Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Sa hə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsindən vergi orqanlarında xidmətinə Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Vəzifədən azad olunmasına səbəb Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə fərdi sahibkar X2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Zövq” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı onun yol verdiyi pozuntuların aşkar edilməsi olmuşdur. Belə ki, həmin tədbirlər zamanı vergi ödəyicisinin qardaşı X1 v ə əmək müqaviləsi üzrə işçisi X3 vergi orqanı əməkdaşları tərəfindən vergidən yayınma hallarına himayədarlıq edilməsinə dair bildirdiyi məlumatlar Xidmətin Daxili təhlükəsizlik Baş idarəsində araşdırılarkən aidiyyəti şəxslərdən, o cümlədən İddiaçı alınmış yazılı izahatlar və toplanmış dəlillər əsasında vergi orqanında işləyərkən, qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etdiyi, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi müəyyən edilmişdir. Bu hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə iddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Bütün bunlar, xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-2185/2022 nömrəli (hakim M.C.Qarayeva) qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkə məsi qeyd etmişdir ki, cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmrinin qanunsuz sayılmasına əsas olan halların mövcudluğu müəyyən olunmur. Başqa sözlə, cavabdeh tərəfindən İPM-in 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq həmin əmrin qəbulunu zəruri edən faktiki şərtlər sübuta yetirilmişdir. Belə olan halda həmin əmrin iddiaçının qanunla qorunan hüquqlarını pozması müəyyən olunmur.
7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 21(103)-1509/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və H.Ü.Həmidov) ilə iddiaçın ın apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-2185/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin iclasları zamanı telefon zəngləri barədə heç bir araşdırma aparılmamış, iddiaçıya bu barədə sual verilməmişdir.
12. Apellyasiya məhkəməsi vergi orqanı işçisinin vergi ödəyicisi i lə telefon əlaqəsində olmasını qanun pozuntusu kimi qiymətləndirərkən hər hansı qanun normasına istinad etməmişdir.
13. İddiaçı barəsində araşdırma Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Korrupsiyaya qarşı mübarizə şöbəsi tərəfindən aparılsa da, heç bir fakt müəyyən olmadığından İddiaçı qarşı müvafiq sanksiya tətbiq oluna bilməmişdir. Məhz bundan sonra intizam pozuntusu adı altında işdən xaric olunmuşdur.
14. Məhkəmə əmrdə istinad edilməyən qanun normasına istinad etmişdir ki, bu da qanunların pozulması, iddia predmetindən kənara çıxılmasıdır.
15. Belə ki, məhkəmənin yazdığı və qanunsuz əmrə qanuni don geydirmək istədiyi əmrdə ümumiyyətlə “Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydaları”nın 4.4-cü bəndinə və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə istinad olunmur.
16. Şikayətdə “Dövlət Vergi orqanlarında Xidmət haqqında Əsasnamənin” 46-cı maddəsinə, Əmək Məcəlləsinin 4, 12, 70, 72, 84-cü maddələrinə, Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********153000 nömrəli daxili əmrinə, Azərbaycan Respublikası Vergilər Nazirinin **********0883100 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməyə istinad edilərək şikayətin təmin edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdehin kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2-1(103)1509/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası nın Əmək Məcəlləsi Maddə 10. “a” bəndi. əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir.”
19. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 31.0.2. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəsidir.
20. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli (№) Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” Maddə
34. Vergi orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etməyə və vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təminatlarını yerinə yetirməy ə borcludur. 21. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları” 2.0. Bu Qaydalar aşağıdakı dəyərləri rəhbər tutmaqla əməkdaşların etik davranış qaydalarını müəyyən edir: 2.0.2. Vicdanlılıq və dürüstlük – vəzifə funksiyalarının şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə səmərəli yerinə yetirilməsi, onların icrası zamanı həqiqi faktların, hadisələrin və məlumatların üzə çıxarılması və aidiyyəti üzrə təqdim edilməsi; 3.2.1.Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. 3.2.2.Əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. 3.10.1. Əməkdaş vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır. 3.10.2. Əməkdaşın vəzifə funksiyaları ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda, o, həmin maraqların xarakteri barədə birbaşa rəhbərin ə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə yazılı məlumat verməyə borcludur. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə
58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə
70. Mübahisələndirmə haqq ında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu b arədə proses iştirakçılarına məlumat verilir..... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məh kəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. İddiaçının vergi orqanlarında xidmətinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmr cavabdeh tərəfindən onunla ə saslandırılmışdır ki, iddiaçının xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi barədə daxil olmuş məlumat əsasında Dövlət Vergi Xidməti Aparatının Daxili təhlükəsizlik Baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma nəticəsində Xidmətin Bakı şəhəri X8 üzrə Baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olan iddiaçının qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etməsi, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması və verg idən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi müəyyən edilmişdir. Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci və 5-ci abzaslarının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.1-ci, 4.2-ci, 4.8-ci 4.9-ci və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.1-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci yarımbəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.6-cı yarımbəndinə əsasən iddiaçının vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi qərara alınmış və bu barədə müvafiq əmr verilmişdir.
31. Bu qərarın 23-cü bəndində istinad olunan normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiri lir.
32. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati məhkəmə iş üzrə obyektiv qanunauyğun qərar qəbul etməyə borcludur. Bu inzibati məhkəmənin qanuna və konstitusiyaya, eləcə də inzibati orqanların idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasından irəli gəlir. Mübahisə üzrə obyektiv qanunauyğun və əsaslı qərarın qəbul olunması üçün inzibati məhkəmə işin düzgün həlli məqsədlərinə xidmət edən zəruri faktiki və hüquqi halları, həmin hallara tətbiq edilməli olan normaları xidməti vəzifəsinə görə müəyyən etməyə borcludur.
33. Belə mübahisələrə baxılması zamanı həmçinin nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından dövlət qulluğu, o cümlədən dövlət qulluğunun xüsusi növü olan vergi orqanlarında xidmət Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur.
34. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs həm də qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejiminə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur.
35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından yuxarıda istinad edilən qanunvericilik normalarında təsbit olunmuş davranış standartlarının iddiaçı tərəfindən pozulduğu iş üzrə materiallarla sübuta yetirilir.
36. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən X2 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Zövq” adlı obyektdə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Həmin tədbirlər zamanı müəyyən olunmuşdur ki, iddiaçı onun vəzifə səlahiyyətlərinə aid olmadığı halda, təhkim edildiyi ərazidə yerləşən obyektin sahibi X4 ilə bir neçə dəfə telefon danışığı aparmış, ona görüş yeri təyin etmiş, onunla davranışında korrupsiya hallarına şərait yaradan hərəkətlərə yol vermişdir. Həmçinin tədbir zamanı vergi ödəyicisinin qardaşı X4 və əmək müqaviləsi üzrə işçi X5 tərəfindən vergidən yayınma hallarına iddiaçı tərəfindən himayədarlıq olunması barədə vergi orqanı əməkdaşlarına məlumat verilmişdir.
37. Xidməti araşdırma zamanı İddiaçının verdiyi və işə əlavə olunmuş izahatlardan görünür ki, on a verilən - “Siz qanunsuzluğu aşkar etdiyiniz zaman hansı işləri görmüsüz?” sualına cavab olaraq, şifahi xəbərdarlıq etdiyini, “Həmin obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə şifahi və yazılı formada məruzə etmisinizmi?” sualına cavab olaraq - obyekt sahiblərinin sənədləşməni özlərinin təqdim edəcəyini, X1 onunla xx.xx.2021-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında görüşmək istəsə də, sonuncunun görüşə gəlmədiyini bildirmişdir.
38. Eyni zamanda, iddiaçı izahatlarında xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarət tədbiri keçirilərkən X1 ona zəng etdiyini bildirmiş və bunu əraziyə onun təhkim edilməsi ilə əlaqələndirsə də, xx.xx.2021-ci il tarixdə saat 13:59-da, xx.xx.2021-ci il tarixdə saat 11:12-də, xx.xx.2021-ci il tari xdə saat 20:05-də iki dəfə, saat 23:10-da bir dəfə X4 ilə telefon vasitəsi ilə əlaqə saxladığını təsdiqləmiş, bunu X1 obyekti sənədləşdirmədən yayınmaq üçün xahiş etməsi və ondan velosiped almaq istəməsi ilə izah etmişdir.
39. Halbuki, qanunvericiliyə əsasən iddiaçının səlahiyyətləri vəzifəli şəxs kimi təhkim olunduğu ərazidə yerləşən obyektdə müşahidə aparmaq, aşkar etdiyi nöqsanları rəsmiləşdirməklə məhdudlaşmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2016-cı il tarixli, **********876400 nömrəli əmri ilə təsdiq edilmiş “Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən ona təhkim olunmuş ərazidə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllə nin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi məqsədilə vəzifəli şəxs kimi, təhkim olduğu ərazidə müşahidə aparılması üçün sahədə fəaliyyət göstərən vergi ödəyiciləri, onların obyektləri barədə vergi orqanında olan məlumat bazasından son tarixə olan siyahını əldə etməli, müşahidə zamanı siyahıda göstərilməyən obyekt aşkar edildikdə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərilməsi, NKA quraşdırılmaması və ya ciddi hesabat blanklarının mövcud olmaması hallarının aşkar edilməsi məqsədilə obyektə daxil olmaq, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada araşdırmaları davam etdirməli və zəruri hallarda vergi orqanlarında olmayan və özünün müəyyən edə bilmədiyi məlumatların əldə olunması üçün müvafiq orqanlara sorğularla müraci ət etmək, müşahidə bitdikdən sonra isə aşkar olunmuş faktlar barədə qeydlər aparmağa, onları ümumiləşdirərək ətraflı məlumat hazırlayıb qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi üçün (operativ vergi nəzarətinin keçirilməsi üçün qərarın qəbul olunması) müvafiq xidməti məruzə ilə aidiyyəti struktur vahidinin rəisinə müraciət etmək – iddiaçının xidməti vəzifəsindən irəli gələn borcudur.
40. Lakin işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı istinad olunan “Qaydalar”ın qeyd olunan tələblərinə əməl etməmiş, apardığı müşahidə zamanı gördüyü faktiki halları məlumat formasında kağız daşıyıcıda şöbə rəisinə təqdim etməklə öz xidməti vəzifəsini bitmiş hesab etmişdir. Yəni, ona təhkim olunmuş ərazidə vergi ödəyicilərinə məxsus obyektlərdə həmin vax t aşkar etdiyi faktiki məlumatların vergi orqanında olan uçot baza məlumatları ilə (rəsmi məlumatlarla) müqayisəli şəkildə təhlilini aparmamış, vergi ödəyicilərinin vergi qanunvericiliyinin hər hansı pozuntusuna yol verilib-verilmədiyini müəyyən etmək üçün sözügedən “Qaydalar”ın tələb etdiyi formada müvafiq araşdırma aparmaqla nəticələri barədə ətraflı məlumat hazırlayıb rəhbərliyə təqdim etməli olduğu halda, üzərinə düşən bu vəzifəsinin icrasından yayınmış, vergi orqanı əməkdaşı kimi, vergi ödəyicisi ilə davranışında onun və xidmət etdiyi qurumun adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verərək onunla maddi nemətlər əldə edilməsinə yönələn hərəkətlərə yol vermişdir. İddiaçının bu hərəkətləri yuxarıda istinad olunan normalarla müəyyən olunmuş xidməti davranış qaydalarının ciddi po zuntusu kimi qiymətləndirilməlidir.
41. Qanunvericiliyin yuxarıda istinad olunan maddələri anlamında yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
42. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etm işdir ki, cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmrinin qanunsuz sayılmasına əsas olan halların mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur. Belə olan halda həmin əmr qanunsuz sayıla və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan inzibati akt kimi qiymətləndirilə bilməz.
43. İnzibati prosessual qanunvericiliyin yuxarıda istinad edilən 70.1-ci maddəsi anlamında inzibati akt yalnız qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Konkret halda isə cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan qanunsuz əmrin qəbul edildiyi işin müəyyən olunmuş halları ilə təsdiqini tapmır.
44. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işdə olan sübutları tam v ə hərtərəfli araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2022-ci il tarixli, 21(103)-1509/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.