Məhkəmə qərarları › İş №2-1(102)-38/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-38/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-38/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasına görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.m üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın cavabde hdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(105)269/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.055522 ha yaşayış məntəqəsi torpağı üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının mülkiyyətində olan 0.055522 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatlara əsasən GPS mövqe təyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun tikintisi altına düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.m üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol çəkilişi həyata keçirilmiş və torpaq sahəsi həmin yolun altında qalmışdır. 02 sentyabr 2020-ci il tarixdə məktubla cavabdehə müraciət edərək, torpaq sahəsinə görə ona kompensasiya hesablanıb ödənilməsini tələb etmiş, lakin müraciətinə heç bir cavab verilməmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Agentlik tərəfindən 2015-2016-cı illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən, 4515 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsi yolun tikintisi altına düşdüyündən, Əmlak Məsələləri Dövlət Komitəs inin müvafiq qurumu tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeyd aparılmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilmiş, daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyərinə 20 faiz əlavə edilməklə, ümumilikdə 79793,40 manat məbləğində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və s onuncu tərəfindən alınmışdır. Daha sonra iddiaçı qalan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və qalan torpaq sahəsinin 0.55522 ha hissəsinə çıxarış əldə etmişdir. Beləliklə, iddiaçının iddiada qeyd olunan qalan torpaq sahəsi avtomobil yolunun tikintisi altına düşmədiyi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Lakin iddiaçı qalan torpaq sahəsinin 0.55522 ha hissəsinin yerini müəyyən edə bilmədiyindən cavabdehə müraciət edərək bildirmişdir ki, onun həmin torpaq sahəsi də yolun tikintisi altına düşmüşdür və ona görə də həmin torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdir.

6. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5971 nömrəli 31 mart 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, elektron kadastr məlumat bazasına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.055522 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsinin mərkəz hissəsində tikinti altına düşür.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-36/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0.055522 ha ölçülü torpaq sahəsinə görə dövlət ehtiyacları üçün geri alınma əsası ilə (kompensasiya iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"na əsasən, 4515 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsinə görə hesablanmış və ödənilmiş kompensasiyaya uyğun hesablanmalı və ödənilməlidir) kompensasiya hesablanması və iddiaçıya ödənilməsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, torpaqların yolların çəkilməsi məqsədilə alınması dövlət ehtiyacı hesab edilir və dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinə görə isə alınmanın təsirinə məruz qalmış şəxsə kompensasiyanın ödənilməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçıya daha əvvəl ödənilmiş kompensasiyaya uyğun kompensasiya hesablanmalı və ödənilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və G.İ.Cabbarova) 12 may 2023-cü il tarixli, 2-1(105)-269/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2-1(118)-36/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmiş, iddiaçının mülkiyyətində olan 0.055522 ha torpaq sahəsinin tikinti altına düşməsi ilə əlaqədar ona ümumilikdə, 16656.60 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmış və əlavə olaraq bildirmişdir ki, işin hallarından görünür ki, iddiaçının mülkiyyətində olmuş 4515 kv.m torpaq sahəsinin ümumi sahələri 57.04 kv.m, 310.6 kv.m və 2292.14 kv.m, cəmi 2659.78 kv.m olan hissəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinə münasibətdə cavabdeh orqan tərəfindən iddiaçıya dəyən ziyana görə (1 kv.m üçün bazar qiymətinə 20 faiz əlavə də daxil 30 manat olmaqla), ümumilikdə, 79793,40 manat pul ödənilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş qəbzlərinə əsasən, 09 fevral 2016-cı il tarixdə iddiaçının ******************** nömrəli bank hesabına 1711,20 manat, 9318 manat, 68764,20 manat olmaqla, ümumilikdə 79793,40 manat pul ödənilmişdir. Cavabdeh də iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus 4515 kv.m torpaq sahəsinin 2659,78 kv.m hissəsinin yolun tikintisi altına düşdüyünü və bununla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablandığı, kompensasiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 faiz əlavə edilməklə, 79793,40 manat dəyərində müəyyən edildiyi və hesablanmış 79793,40 manat məbləğində kompensasiyanın iddiaçının b ank hesabına köçürüldüyünü qeyd etmişdir. Hazırda isə iddiaçı həmin torpaq hissəsinin 0.055522 ha hissəsinin yolun tikintisi altına düşməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb edir. Göründüyü kimi, 2659.78 kv.m və hazırda mübahisələndirilən 0.055522 ha torpaq sahələrinin iddiaçının mülkiyyətində olmuş 4515 kv.m. torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, habelə, 2659.78 kv.m torpaq sahəsinin yolun tikintisi altına düşməsi və həmin torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 1 kv.m üçün 30 manat məbləğində kompensasiya ödənilməsi tərəflər arasında mübahisələndirilmir. İddiaçı iddia tələbində torpaq sahəsinin hər 100 kv.m hissəsi üçün 3500 manat məbləğində kompensasiyanın ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin ona əvvəllər yolun tikintisi altına düşmüş torpaq sahəsinə görə hesablanmış və ödənilmiş kompensasiyaya uyğun ödənilməsi (1 kv.m üçün 30 manat) qənaətinə gəlmiş, iddiaçı isə məhkəmənin həmin qərar ilə razılaşaraq qərardan apellyasiya şikayəti verməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında tikinti altına düşən torpaq sahəsinin hər kv.m-nə görə ödənilməli olan məbləğlə (1 kv.m üçün 30 manat) bağlı mübahisə olmadığından, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Beləliklə, kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus 0.055522 ha torpaq sahəsi də layihə çərçivəsində yolun tikintisi altına düşdüyündən, h əmin hissəyə münasibətdə də iddiaçıya eyni qaydada, 16656,60 manat (555.22 kv.m x 30 =16656,60) məbləğində kompensasiya ödənilməlidir. Birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, iddiaçıya ödənilməli olan kompensasiyanın konkret məbləğini müəyyən etməmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əla vələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı 17. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müva fiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;... Maddə

7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan i stifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyas ı alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə

54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə

55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağı n əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab ed ilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası m əhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması nəticəsində ona kompensasiya ödənilməsi və kompensasiyanın məbləği ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəru ri hesab edir.

26. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.055522 ha yaşayış məntəqəsi torpağı üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür.

27. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya məxsus 2659.78 kv.m torpaq sahəsinin yolun tikintisi altına düşməsi səbəbindən dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmış, kompensasiya məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 faiz əlavə edilməklə, 79793,40 manat məblə ğində müəyyən edilərək iddiaçının bank hesabına köçürülmüşdür. Bu fakt nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Habelə, məhkəmə araşdırmaları zamanı kompensasiyası ödənilən 2659,78 kv.m torpaq sahəsinin hazırkı mübahisə predmeti olan 0,055522 ha torpaq sahəsindən fərqli torpaq sahəsi olması öz təsdiqini tapmışdır.

28. Cavabdeh inzibati orqanın iddiaya qarşı etiraz dəlili ondan ibarət olmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ünvanlanmış 25 iyun 2019-cu il tarixli məktubda qeyd edilir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində layihə işlənilən zaman iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2009cu il tarixli, **********06 nömrəli dövlət reyestrindən çıxarışa və JN-3600 nömrəli “Torpağa mülkiyyət hüququna dai r” Dövlət Aktına əsasən ümumilikdə, 4515 kv.m torpaq sahəsinin 2659,78 kv.m hissəsi yolun tikintisi altına düşmüş və bununla bağlı layihə çərçivəsində 71 və 72 nömrəli kadastr planından çıxarışlar işçi qaydada aidiyyəti üzrə "xxxx" ASC-nə təhvil verilmişdir. Vətəndaşa (iddiaçıya) məxsus torpaq sahəsindən yuxarıda göstərilənlərdən əlavə torpaq sahəsi yolun tikintisi altına düşmür.

29. Qeyd olunan ziddiyyətli məqamlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5971 nömrəli, 31 mart 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, elektron kadastr məlumat bazasına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.055522 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsinin mərkəz hissəsində tikinti altına düşür.

30. Hazırki qərarın 15-17-ci bəndlərində sadalanan qanunvericiliyik normalarının tələbləri baxımından, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq, alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daş ınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

31. Kompensasiya məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında tikinti altına düşən torpaq sahəsinin hər kv.m-nə g örə ödənilməli olan məbləğlə (1 kv.m üçün 30 manat) bağlı mübahisə olmadığından, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Beləliklə, iddiaçıya məxsus 4515 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsinə görə 2016-cı ildə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin 1 sotu üçün 3000 manat ümumilikdə, 79793,40 manat məbləğində kompensasiya ödənildiyindən, hazırda 0.055522 ha torpaq sahəsi də layihə çərçivəsində yolun tikintisi altına düşdüyündən, həmin hissəyə münasibətdə də iddiaçıya eyni qaydada, 16656,60 manat (555.22 kv.m x 30 =16656,6) məbləğində kompensasiya ödənilməlidir.

32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsasla nmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(105)-269/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar