Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-38/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 21(103)-2002/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.“İştirak Evi” İctimai Birliyinin təsis yığıncağının 16 iyul 2023-cü il tarixli protokoluna və qərarına əsasən, təsisçilər iddiaçılar İddiaçı1 və İddiaçı2 olmaqla “İştirak Evi” İctimai Birliyi təsis edilmiş və onun Nizamnaməsi təsdiq edilmişdir. Birliyin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən birliyin tam adı, azərbaycan dilində “İştirak Evi” İctimai Birliyi, ingilis dilində “Participation House” Public Association; 1.3-cü bəndinə əsasən Birliyin hüquqi ünvanı: ünvan 1qsədi hüquq peşəsinin maraqlarının və insan hüquqlarının təmin olunması istiqamətində strateji məhkəmə və qeyri-məhkəmə işlərini aparmaq, hüquq sahəsində ixtisaslaşmış tədqiqatlar aparmaq və bu tədqiqatları dərc etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etməkdən ibarətdir. Qeyri-kommersiya hüquqi şəxsi olaraq Birliyin əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil. Birlik daimi məqsədlə təsis edilir. 2.Cavabdeh tərəfindən İddiaçı1 “İştirak Evi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılaraq 28 avqust 2023-cü il tarixli məktubla bildirilmişdir ki, “təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları (ictimai birliklər v ə fondlar) haqqında” Qanunun 3.1-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılmışdır. Məsələyə nöqsan aradan qaldırılacağı təqdirdə baxılacaqdır”. 3.Azərbaycan Respublikasının Ədliyyə Naziriyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “İştirak Evi” ictimai birliyinin dövlət qeydiyyatından imtinasının qanunsuz hesab edilməsi və ictimai birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair bildirilir ki, Qurumun təsis sənədləri xx.xx.2023cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Qeyd etmək lazımdır ki, Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat 4.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı cavabdehin 28 avqust 2023-cü il tarixli, 3-16-5/2-13-6346/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “İştirak Evi” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin istinad etdiyi hüquq normasını qeyri-hökumət təşkilatlarının ümumi adlandırma qaydası (müddəası) adlandırmaq olar. Bu ümumi adlandırma müddəasının iki tələbi var: QHT-nin adlandırılmasında onun təşkilatihüquqi forması göstərilməlidir (formal tələb); QHT-nin adlandırılmasında onun fəaliyyətinin xarak teri göstərilməlidir (substantiv tələb). Substantiv tələb QHT-nin fəaliyyət xarakterinə aiddir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinin təhlili həmçinin onu nümayiş etdirir ki, QHTnin fəaliyyət xarakteri müəyyən edilərkən bu abstrakt formada, vakuumda həyata keçirilməməlidir. Bunu müəyyən etmək üçün həmçinin QHT-nin nizamnaməsi və təsis sənədləri nəzərdən keçirilməlidir. Çünki substantiv tələb formal tələbdən fərqli olaraq qanununvericiliyin ümumi normalarına riayət edilməsini müəyyən etməyə deyil, məhz QHTnin konkret fəaliyyətinin nədən ibarət olmasına fokuslanır. Bu tələbdə məqsəd QHTnin aşkar bəyan edilmiş məqsədləri ilə adlandırılması arasında bariz ziddiyyəti aradan qaldırmağa çalışmaq və QHT-lərin dövlə t reyestrində dəqiqliyə nail olmaqdır. Bu halda isə QHT-nin nizamnaməsi və onun təsis sənədləri nəzərdən keçirilərək məhz həmin sənədlərin kontekstində konkret olaraq QHT-nin ümumi adlandırma müddəasının substantiv tələbinin bu cür şərhi həmçinin Qanunun 13.1-ci maddəsini nəzərdən keçirilməsi vasitəsilə aydınlaşdırıla bilər. Belə ki, həmin normaya əsasən: “Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının.... fəaliyyətinin məqsədləri... müəyyən edilməlidir.” Bu normadan göründüyü kimi QHT-nin nizamnaməsinə dair tələblərdən biri onun fəaliyyət məqsədlərinin göstərilməsidir. Fəaliyyət məqsədləri QHT-nin nail olmağa çalışdığı amallar və hədəflərdir (aims and objectives). Bu baxımdan fəaliyyət məqsədləri həmçinin QHT-nin fəaliyyət xarakterini müəyyən etməyə imkan verir. İdd iaçıların təsis etdiyi qurum “İştirak Evi” adlanır. Həmin adlandırma vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığı ilə əlaqədar olaraq belə seçilib. Həmin addan görünür ki, iddiaçılar vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığını qarşılarına məqsəd kimi qoyublar. İddiaçıların təsis etdikləri təşkilatın təsdiq edilmiş Nizamnaməsinin 2.1 və 2.2-ci bəndlərində təşkilatın məqsəd və vəzifələri göstərilir. Həmin müddəadan açıq-aşkar görünür ki, təşkilatın fəaliyyət məqsədi görəcəyi digər işlərlə yanaşı, əsasən vətəndaşların, o cümlədən gənclərin ictimai-siyasi proseslərdə iştirakçılığını təşviq etməkdən ibarətdir. Təşkilatın fəaliyyət məqsədləri və istiqamətlərindən görünür ki, təşkilat vətəndaşların ictimai-siyasi iştirakçılığını optimallaşdırmaq üçün fəaliyyət həyata keçirm ək istiqamətində çalışır. Buna uyğun olaraq isə adını “İştirak Evi” kimi müəyyən edib. Bu təhlildən də görünür ki, təşkilatın adı onun fəaliyyət xarakterinə uyğundur. Bundan əlavə, cavabdeh imtinasını əsaslandırmayıb. Belə ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırılmayıb. Cavabdeh “fəaliyyət xarakteri” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyib. Nəticə etibarilə, cavabdehin imtinası həm “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə ziddir, həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş normaların pozuntusudur. 6.Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılm ışdır ki, qurumun təsis sənədləri xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. Qeyd etmək lazımdır ki, Qanunun 17.3-cü maddəsinə əsasən qeyrihökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. 7.Bakı İnzibati Məhkəmə sinin 2-1(112)-2761/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi rədd edilmişdir. 8.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qurumun təşkilati-hüquqi formaya uyğun adı olması hissəsini mübahisələndirmir. İşin hallarından da görünür ki, iddiaçılar təşkilati-hüquqi forma kimi ictimai birlik növündə qeyri-hökumət təşkilatını təsis etməyi nəzərdə tuturlar. Hazırkı mübahisə qurumun fəaliyyət xarakteri ilə bağlıdır. Məhkəmə iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi halla bağlı qeyd edir ki, qanunun imperativ tələbindən göründüyü kimi, ictimai birliyin məhz adında onun fəaliyyətinin xarakteri göstərilməlidir. Göründüyü kimi, qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakterinin göstərilməsi tələbi təkcə, “ Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun deyil, eyni zamanda hüquqi şəxslərlə bağlı normaları tənzimləyən Mülki qanunvericilikdə də nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyri-kommersiya qurumlarına münasibətdə bu imperativ tələbin mahiyyəti ondan ibarətdir ki, ictimai birliyin adına nəzər yetirilərkən onun hansı məqsədlərlə fəaliyyət göstərməsi, başqa sözlə qanunun dispozisiya şərtlərində qeyd edildiyi kimi, fəaliyyətinin xarakterinin nədən ibarət olması onun Nizamnaməsindən deyil, məhz adından müəyyən edilməsidir. Çünki qeyri-kommersiya hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi kommersiya hüquqi şəxslərindən fərqli olaraq mənfəət əldə etmək deyil, digər məqsədlər daşıyır. Bu fəaliyyətin xarakteri isə onun adında əks olunmalıdır k i, ilkin təəssürat zamanı qeyri-kommersiya qurumun hansı məqsədlərlə fəaliyyət göstərməsini (fəaliyyətinin xarakteri) müəyyən etmək mümkün olsun. İddiaçılar bildirir ki, qanunun bu tələbi substantiv tələbdir və birliyin fəaliyyətinin xarakteri nizamnaməsində əks olunub. Məhkəmə təkrar olaraq bildirir ki, qeyri-kommersiya qurumunun adından onun fəaliyyətinin xarakteri müəyyən edilməlidir. Çünki qurumun Nizamnaməsi onun adını ilkin olaraq eşidən (görən) şəxslər üçün əlçatan deyildir. Məhkəmə ictimai birliyin adı kimi seçilən “iştirak evi” ilə bağlı qeyd edir ki, həmin ad iki sadə sözün birləşməsindən ibarətdir. Həmin sözlərin təhlili aparılarkən qeyd etmək lazımdır ki, “iştirak” sözü - ərəb sözü olub, şərik, müştərək sözləri ilə eyni mənalarda istifadə edilir. Azərbaycan dilinin orfoqrafik l üğətində, “iştirak” sözü - bir işdə başqaları ilə birlikdə fəaliyyət göstərmə, iş görmə mənasında işlədilir. Göründüyü kimi, iştirak sözü fel olmaqla hər hansı bir hərəkəti bildirir və müxtəlif mənalarda işlənə bilər. Göründüyü kimi, iştirak sözü işlədildiyi yerə görə müxtəlif mənalar kəsb edir. İddiaçılar təsis etdikləri ictimai birliyin adının vətəndaşların ictimai-siyasi proseslərdə iştirakçılığı ilə əlaqədar olaraq belə seçildiyini bildirirlər. Lakin cavabdehin məktubunda göstərilən nöqsanı aradan qaldırmaq (misal üçün: birliyin adını “ictimai-siyasi proseslərdə (və ya məqsədlərlə) iştirak evi” adlandırmaqla yenidən cavabdehə müraciət etmək) əvəzinə məhkəmədə iddia qaldırmışlar. 9.İddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri digər hal, yəni cavabdehin “İnzibati icraat haqq ında” Qanunun tələblərinin pozması ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qanunun sadalanan normalarında göründüyü kimi, istinad edilən normalar, “İnzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması” və “İnzibati aktın əsaslandırılması” adlanmaqla inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı mübahisədə isə, cavabdehin mübahisələndirilən hərəkəti inzibati akt formasında deyil, faktiki hərəkətlə olmuşdur. Qanunun 1.2-ci maddəsinə görə, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iddianın növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. Hazırkı işdə isə, iddiaçıların müraciəti inzibati aktın qəbul edilməsinə yönələn (məcburetmə haqqında) tələb olmadığından, cavabdehin imtinası inzibati akt formasında deyil, faktiki xarakterli hərəkətlə bağlı olmuşdur. Bundan başqa imtina məktubunda imtinanın faktiki və hüquqi əsasları göstərilmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2002/2024 nömrəli, 7 iy un 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.A.Hüseynov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və M.C.Qarayeva) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2761/2024 nömrəli, 19 yanvar 2024cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
13. İddiaçılar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2002/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiy a şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qanunda “qeyri-hökumət təşkilatı” anlayışına ictimai birliklər və fondlar daxildir. Maddə 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının ad larından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. Maddə 16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 16.2. qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 17.1. qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanu nu: Maddə 5.1. hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsis etmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ü nvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüqu qi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.3. hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. 11.5. hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 9 6.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi qeyri-hökumət təşkilatının qeydiyyata alınması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
24. İddiaçıların hüquqi marağı qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından ibarətdir.
25. Qeyd edilməlidir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi forma sını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.
26. Hazırkı mübahisənin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, təşkilatın əsas məqsədi hüquq peşəsinin maraqlarının və insan hüquqlarının təmin olunması istiqamətində strateji məhkəmə və qeyri-məhkəmə işlərini aparmaq, hüquq sahəsində ixtisaslaşmış tədqiqatlar aparmaq və bu tədqiqatları dərc etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq e tməkdən ibarət olsa da, sözügedən məqsədləri təşkilatın adından müəyyən etmək mümkün olmur.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən Birliyinin adının müəyyənləşdirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin tələbləri gözlənilmədiyindən, həmin tələbə riayət edilməməsi isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3 və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmaqda haqlı olmuşdur.
28. Beləliklə, qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irə li gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2002/2024 nömrəli, 7 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.