Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-380/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, prosessual müddət Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 21(103)-970/2021 saylı qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 3, ev 2-də 0,01248 kv metr sahədə yerləşən 109 kv metr fərdi yaşayış evinə görə iddiaçıya 180.000 manat məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 4 iyul 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmi n edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kasasiya şikayəti verərək apelyasiya məhkəməsinin 4 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 18 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 4 iyul 2019-cu tarixli qərarı ləğv edilmiş iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə yeni qəra r qəbul edilməklə iddia qismən təmin edilmiş, Cavabdehndən əlavə 20.230 manat məbləğində pul tutulub iddiaçının xeyrinə ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh kasasiya şikayəti verərək apelyasiya məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 8 dekabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 avqust 2020-cu tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 avqus t 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı 4 noyabr 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış həmin qərardan tərtib etdiyi kasasiya şikayətini 8 dekabr 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir.
11. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir. Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçıların a şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin a xımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qə rardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...
13. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.
14. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya məhkəməsinin mövqeyi
15. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqs ədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 23 fevral 2022-ci il tarixə təyin edilmiş, bu barədə iddiaçıya 28 dekabr 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir.
16. İddiaçı 4 noyabr 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış, həmin qərardan tərtib etdiyi kasasiya şikayətini 8 dekabr 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir.
17. İddiaçının kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti 3 dekabr 2021-ci il tarixdə bitmiş, o, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.
18. Kasasiya şikayəti iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır
19. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.