Məhkəmə qərarları › İş №2-1(102)-380/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-380/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-380/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Qanuni nümayəndə, X6, xx.xx.2017-ci il təvəllüdlü X8, Abdullayeva Tahirə Novruz q ızının, X2 və Həsənova Günel Kamil qızının ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən 7 saylı evin 45 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)608/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarından üçüncü şəxs Abdullayeva Tahirə Novruz qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 saylı evin 45 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı Qanuni nümayəndə, X6, X8, Abdullayeva Tahirə Novruz qızının, X2 və Həsənova Günel Kamil qızının Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 saylı evin 45 saylı mənzildən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, Qanuni nümayəndə, X6, X8, X2, X1, Həsənova Günel Kamil qızının yaşayış yeri üzrə qeydiyyatdan ç ıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Odur ki, göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Qanuni nümayəndə, X6, xx.xx.2017-ci il təvəllüdlü X8, Abdullayeva Tahirə Novruz qızının, X2 və Həsənova Günel Kamil qızının ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən ev 7 saylı evin 45 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən 7 saylı evin 45 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzili "xxxx" KB ASC-dən alqı-satqı müqaviləsi əsasında almışdır. Sonradan ona məlum olmuşdur ki, 3-cü şəxslər onun mənzilində pasport qeydiyyatındadır. Üçüncü şəxslər mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onların mənzil üzərində heç bir hüququ yoxdur və onların mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, onun müraciətinə müsbət cavab verməyən cavabdeh müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyin i məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

6. Cavabdeh iddiaya qarşı yazılı münasibət bildirərək qeyd etmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1155/2023 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, Qanuni nümayəndə, X6, xx.xx.2017-ci il təvəllüdlü X8, Abdullayeva Tahirə Novruz qızının, X2 və Həsənova Günel Kamil qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən 7 saylı evin 45 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirli yi Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxslər – Qanuni nümayəndə, X13, xx.xx.2017-ci il təvəllüdlü X16, Abdullayeva Tahirə Novruz qızı, X9 və Həsənova Günel Kamil qızı Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən 7 saylı evin 45 nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslıdır.

9. Üçüncü şəxs Abdullayeva Tahirə Novruz qızı qərardan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2023 nömrəli mülki iş üzrə yekun qərarının qanuni qüvvəsini alanadək i nzibati işin icraatın dayandırılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-608/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X10 və X17) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1155/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

12. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a ) Kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə qeyd edilir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həlinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məlikəmə baxışını dayandırmalıdır.

14. Belə ki, X3 və X11 cavabdehlər “X15” ASC-yə, "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə icra idarəsinə və İddiaçı qarşı Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən 7 saylı evin 45-ci mənzilə dair hərracın nəticələri barədə xx.xx.2020-ci il tarixli, 39Mİ4 saylı protokolun və həmin mənzilə dair hərrac protokolu əsasında bağlanmış (“X15" ASC ilə)xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı arasında “X15" ASC ilə Sumqayıt şəhəri, 42 məhəllə ünvanda yerləşən 7 saylı evin 45-ci mənzilinə Sumqayıt şəhəri, 4 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış və 49-1495 sayla qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmişdir, iddiaçı X3 eyni zamanda Sumqayıt inzibati Məhkəməsinə iddia tələbinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxıldığından mübahisənin mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək iş üzrə icraatın dayandırılması barədə ərizə ilə müraciət etmişdir. Sumqayıt inzibati Məhkəməsinin 2-1 (118)-1155/2023-cü il ta rixli qərardadı ilə iş üzrə yekun qərar qəbul edilənədək iş üzrə icraat dayandırılmışdır, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-326/2023 nömrəli qətnaməsi ilə iddiaçılar X3 və X4 cavabdehlər “Külək" MMC, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri üzrə icra idarəsinə qarşı (üçüncü şəxs qismində İddiaçı cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt inzibati Məhkəməsinin qərarının nəticəsi (üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması) Nəsimi Rayon Məhkəməsinin iddiaçıların tələbi üzrə çıxarılan (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) yekun qərarından asılıdır. Hazırki q ətnamə apelyasiya instansiyası məhkəməsində baxıldığından inzibati işin icraatı dayandırılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respub likasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə

148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı... 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daş ınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüqu qdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə

228. Yaşayış binasının tərkib hissəsin dən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. Yaşayış yeri və oldu ğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.... Ma ddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məh kəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil e tdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağ ıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanda yerləşən 7 saylı evin 45 nömrəli mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına yönəlmişdir.

28. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara istinad etməklə bildirir ki, iddiaçının mövqeyi qanuni və əsaslıdır. Belə ki, əvvəla qeyd edilən mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır.

29. Bundan əlavə xx.xx.2023-cü il tarixli Sumqayıt şəhəri İcra Hakimiyyəti “Əmək Mənzil-tikinti Kooperativi”nin arayışından görünür ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında (AN-1 ******* nömrəli 15 iyul 2022-ci il tarixli) "Əmək" mənzil tikinti kooperativinə məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, mənzil 45-i şəxsi mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan şəxslər xx.xx.1986-cı il təvəllüdlü Qanuni nümayəndə, xx.xx.2001-ci il təvəllüdlü X13, xx.xx.2017ci il təvəllüdlü X16, xx.xx.1968-ci il təvəllüdlü Abdullayeva Tahirə Novruz qızı, xx.xx.1967-ci il təvəllüdlü X9, xx.xx.1991-ci il təvəllüdlü Həsənova Günel Kamil qızı həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq həmin mənzilin alqı-satqı müqaviləsindən sonra həmin mənzildə yaşamırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-326/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X3 və X4 cavabdehlər “Külək" MMC, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri üzrə icra idarəsinə qarşı (üçüncü şəxs q ismində İddiaçı cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin ya şayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

31. Eyni zamanda şikayətdə İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinə istinad edilməklə qeyd edilir ki, Sumqayıt inzibati Məhkəməsinin 2-1 (118)-1155/2023-cü il tarixli qərardadı ilə iş üzrə yekun qərar qəbul edilənədək iş üzrə icraat dayandırılmışdır, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-326/2023 nömrəli qətnaməsi ilə iddiaçılar X3 və X4 cavabdehlər “Külək" MMC, "xxxx" Kommersiya Bankı ASC və Sumqayıt şəhəri üzrə icra idarəsinə qarşı (üçüncü şəxs qismində İddiaçı cəlb edilməklə) "daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın ləğv edilməsi hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt inzibati Məhkəməsinin qərarının nəticəsi (üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması) Nəsimi Rayon Məhkəməsinin iddiaçıların tələbi üzrə çıxarılan (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) yekun qərarından asılıdır. Hazırki qətnamə apelyasiya instansiyası məhkəməsində baxıldığından inzibati işin icraatı dayandırılmalıdır.

32. Şikayətin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, İPMin 7.2-ci maddəsinin məzmunundan aydın olur ki, yalnız inzibati icraat üzrə mübahisənin həllinin mülki iş üzrə məsələnin həllindən asılı olduğu halda inzibati icraat dayandırılmalıdır. İndiki halda isə inzibati icraat üzrə mübahisənin həlli üçüncü şəxsin istinad etdiyi mülki mübahisənin həllindən asılı olmamaqla, hazırki icraatın nəticəsinə birbaşa təsiri mövcu d deyildir. Mülki iş üzrə məhz hərracın nəticələrinə dair protokol, bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əşyalarının geri qaytarılması tələbi irəli sürülmüşdür. Müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin mənzilə dair tutmanın yönəldilməsi, açıq hərracdan satılması məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

33. Bundan əlavə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarından göstərilmiş mövqe ilə razılaşaraq bildirir ki, nə qədər ki, müvafiq mənzilə dair iddiaçının mülkiyyət hüququna dair qeydiyyat qüvvədədir, həmin qeydiyyat mübahisələndirilməmişdir, indiki halda üçüncü şəxsin istinad etdiyi mülki mübahisənin yekunu hətta üçüncü şəxsin xeyrinə həll edilmiş olsa belə, ha zırki mübahisənin nəticəsinə birbaşa təsiri olmamaqla, üçüncü şəxsin hüquqlarının bərpasının qeyri-mümkün olması və ya çətinləşməsinə səbəb olmasına gətirib çıxartmır.

34. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati mübahisənin həlli mülki iş üzrə mübahisənin həllindən birbaşa asılı olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, üçüncü şəxsin iş üzrə icraatın dayandırılmasınının əsası kimi istinad etdiyi halın əsas kimi qiymətləndirilməsi özlüyündə vicdanlı alıcı qismində çıxış edən iddiaçının əsas konstitusion hüququ kimi çıxış edən mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Bu hal isə özlüyündə mülkiyyətin toxunulmazlığı, mülkiyyət hüququnun qorunması, müdafiəsi, mülkiyyət hüququnun həyata keçirilməsinə əsassız müdaxilənin yolverilməzliyi, mülkiyyətdən maneəsi z istifadə olunması ilə bağlı qanunvericiliyin norma və prinsiplərinə ziddir.

35. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan o, özünə məxsus yaşayış evində qeydiyyatda olan, həmin mənzilə dair istifadə və ya başqa əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı üçüncü şəxslərin mübahisəli mənzilə hər hansı əmlak hüququnun (istifadə, icarə və s.) olduğu müəyyən edilməmişdir. Odur ki, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır və 3-cü şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaması qanuna zidd olduğundan, mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdu r.

36. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Abdullayeva Tahirə Novruz qızı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-608/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar