Məhkəmə qərarları › İş №2-1(102)-3801/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3801/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3801/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın mülkiyyət növünün “xüsusi mülkiyyət” kimi göstərilməsi və həmin qeydlərə uyğun olaraq yeni çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Kamilov İbad Tərxan oğlu və digərləri) qarşı “torpağın mülkiyyət növünün “xüsusi mülkiyyət” kimi göstərilməsi və həmin qeydlərə uyğun olaraq yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarının arxiv surətindən görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində 2,5 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə əlavə olunmuş cizgi əsasında Kamilov İbad Tərxan oğlunun istifadəsinə ayrılmış, həmin torpaq sahəsinin cizgisi təsdiq edilmişdir.

2. Bakı şəhəri Biləcəri bələdiyyəsinin ##.##.2014-cü il tarixli, *** saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin *** saylı ##.##.2005-ci il tarixli qərarı ilə vətəndaş Kamilov İbad Tərxan oğlunun adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ayrılmış 25 000.0 kv.metr torpaq sahəsinin həmin bələdiyyənin ***/ə saylı ##.##.2014-cü il tarixli qərarı ilə istifadəsində olan torpaq sahəsindən məhəllədaxili və ara yollara çıxılmaqla faktiki 2500.0 kv.metr torpaq sahəsi öz adında qalmaqla 2100.0 kv.metr torpaq sahəsinin onun adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş İddiaçı adına keçirilmiş, həmin torpaq sahəsinin cizgisi təsdiq edilmişdir.

3. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısını vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında ## ######## 2017-ci il tarixli *** №-li Sərəncamından görünür ki, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi – 1399,2 kv.m. olan 2 (iki) mərtəbəli qeyriyaşayış obyektinin təqdim edilmiş layihə əsasında sənədləşdirilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xxxxndə qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət”, hüququn növü “istifadə”, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar”, ölçüsü 0,146 ha qeyd edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli ************* saylı məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair verilmiş sənədlərdə müvafiq düzəliş edilməsi ilə bağlı müraciətinə baxılmış vahid elektron kadastr bazasına əsasən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğu qeyd olunaraq təmin edilməsindən imtina edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/***** saylı ekspertiza rəyində qeyd edilmişdir ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx" publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsinin ##.##.2025-ci il tarixli, *-**- *-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaq sahəsi faktiki olaraq 2107.0 kv.m təşkil edir. Faktiki olaraq torpaq sahəsi üç tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı, bir tərəfdən az hissəsi mişar daş hasar və qalan hissəsi üzərindəki tikilinin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyektləri (fabrik) mövcuddur. Arxiv texniki pasportunda qeyd olunan “A” literli tikili faktiki olaraq mövcuddur. -Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə üzərindəki tikili 001011007082-06301 reyestr nömrəsi ilə İddiaçı adına qeyri-yaşayış binası kimi xüsusi mülkiyyət olaraq qeydiyyata alınmışdır. Sözügedən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında xxxx Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “xxxxndə ********** nömrəsi ilə ## ####### 2019-cu il tarixli qeydlərdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanlı torpaq sahəsinin ölçüsünün 2100 kv.metr, torpağın mülkiyyət növünün “xüsusi mülkiyyət” kimi göstərilməsi və həmin qeydlərə uyğun olaraq ona xxxxndən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləcəri bələdiyyəsinin *** saylı, ## #### 2005-ci il tarixli qərarı ilə vətəndaş Kamilov İbad Tərxan oğlunun adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 25000 kv.m torpaq sahəsinin 2100 kv.m hissəsi Biləcəri bələdiyyəsinin ## ###### 2014-cü il tarixli, *** saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə notarial qaydada iddiaçının adına rəsmiləşdirilmişdir. Ayrılmış torpaq sahəsində iki mərtəbəli qeyri-yaşayış binası inşa etdirmiş, abadlaşdırma və quruculuq işləri həyata keçirmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ## ######## 2017-ci il tarixli, *** saylı sərəncamı ilə qeyri-yaşayış binasının təqdim edilmiş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır. Torpaq və əmlak vergisi vaxtında və lazımi qaydada ödənilmiş, Biləcəri bələdiyyəsi tərəfindən verilən arayışlarla vergi borcunun olmadığı təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ ## ####### 2019-cu ildə xxxxndə ********** nömrəsi ilə qeydə alınmışdır. Hazırda iddiaçıya məlum olmuşdur ki, dövlət reyestri xidmətindən xxxxndən çıxarışın tərtib edilməsi zamanı dövlət reyestri məlumatlarında səhvə yol verilərək qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi qeyd edilmişdir. Halbuki həmin torpaq sahəsi Biləcəri Bələdiyyəsinin ## ###### 2014-cü il tarixli, *** saylı qərarı ilə iddiaçıya verilmiş və qeydiyyata alınmışdır. ## #### 2022-ci il tarixli ərizə ilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında xxxx məlumatlarında düzəliş edilməsi və müvafiq düzəlişlərlə xxxxndən çıxarışın təqdim edilməsi barədə müraciətinə cavabdeh ## ######## 2022-ci ildə iddiaçıya çatmış ## ######## 2022-ci il tarixli, ************ saylı məktubu ilə səbəb kimi sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olması göstərilməklə imtina olunmuşdur. ## ######## 2022-ci ildə Biləcəri bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən torpaq sahəsi üzərində sərəncam vermək hüququnun əsası barədə məlumat verilməsi üçün bələdiyyəyə verdiyi müraciətə Biləcəri bələdiyyəsinin 01.**/**-*** saylı, ## ######## 2022-ci il tarixli cavabında Biləcəri bələdiyyəsinin ərazisinə dair xəritənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmədiyindən torpaqların növünün müəyyən edilməsinin mümkün olmadığı cavabı verilmişdir. ## ######## 2022-ci il tarixli müraciətlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsinin Kamilov İbad Tərxan oğlunun adına ayrılmasına dair sənədlərin (qərar, sərəncam, torpaq ayırma sənədləri və s.) və həmin ünvanda yerləşən 2100 kv.m torpaq sahəsinin iddiaçının adına keçirilməsinə dair sənədlərin (qərar, sərəncam, torpaq ayırma sənədləri və s.) surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Biləcəri Bələdiyyəsinin ## ######## 2022-ci il tarixli, 01.**/**-*** saylı məktubu ilə aşağıdakı sənədlər təqdim edilmişdir: Biləcəri Bələdiyyəsinin hüdudları daxilində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair Kamilov İbad Tərxan oğlunun Biləcəri Bələdiyyəsinə ## #### 2005-ci il tarixli ərizəsi; Biləcəri bələdiyyəsi tərəfindən təsdiq edilmiş Kamilov İbad Tərxan oğlunun adına ayrılan torpaq sahəsinin eskizi; Torpaq sahəsinin eskizinin təsdiq edilməsinə razılıq verilməsi barədə X1 Rayon İcra Hakimiyyətinə ## #### 2006-cı il tarixli müraciəti; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Kamilov İbad Tərxan oğlunun adına ayrılması haqqında Biləcəri Bələdiyyəsinin *** saylı, ## #### 2005-ci il tarixli qərarı; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 2100 kv.m torpaq sahəsinin İddiaçı adına ayrılmasına dair ## ###### 2014-cü il tarixli ərizə; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 2100 kv.m torpaq sahəsinin bələdiyyə fonduna qaytarılması və iddiaçının adına keçirilməsinə dair Kamilov İbad Tərxan oğlunun ## ###### 2014-cü il tarixli notarial ərizəsi; Biləcəri Bələdiyyəsi tərəfindən təsdiq edilmiş iddiaçının adına ayrılan torpaq sahəsinin eskizi. Torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçıya ayrılması haqqında Biləcəri bələdiyyəsinin ##.##.2014-cü il tarixli, *** saylı qərarı. Təqdim edilən sənədlərdən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 25000 kv.m torpaq sahəsi Biləcəri bələdiyyəsinə aid olmuşdur və hazırda da vəziyyət belədir. Torpaq sahəsi Biləcəri Bələdiyyəsinin ərazisində yerləşməklə qeydiyyata alınmışdır və müvafiq qaydada torpaq və əmlak vergisi ödənilir. daşınmaz əmlakın dövlət reyestr məlumatlarında düzəliş edilməli yeni çıxarış verilməlidir.

9. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair verilmiş sənədlərdə müvafiq düzəlişin edilməsi ilə bağlı ********** nömrəli, ##.##.2022-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Göstərilən torpaq sahəsi vahid kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ##.##.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “xxxx haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – T.Məlikov).

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Bu mənada, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi iddiaçıya mübahisəli torpaq sahəsi ayrılan dövrdə (2014-cü ilin dekabr ayında) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, qalan digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada xxxxndə qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməli idi. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunun göstərilən tələblərinə müvafiq qaydada həyata keçirilməmişdir. Çünki Biləcəri bələdiyyəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin müəyyən hissəsini iddiaçının adına rəsmiləşdirərkən, bu barədə müstəqil qərar vermək səlahiyyətinə malik olmamışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Məmmədova, hakimlər – C.Məmmədov, P.Hüseynov).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, dəlillər və iş üzrə mübahisəli halların araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmə kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/***** saylı ekspertiza rəyinə əsasən də iddia edilən sahənin bələdiyyə ərazisi olmaması, sahənin dövlət mülkiyyəti torpağı olması müəyyən edilmişdir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin müəyyən edilmiş hallarına görə, Biləcəri Bələdiyyəsinin *** saylı, ## #### 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Kamilov İbad Tərxan oğluna tərəfindən dəyəri ödənilməklə ayrılmışdır. Həmin torpaq sahəsinin 2100 kv.m. hissəsinin iddiaçının adına keçirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuş, torpaq sahəsinin əldə olunması üçün iddiaçı tərəfindən razılaşdırılmış məbləğdə vəsait ödənilmiş və Kamilov İbad Tərxan oğlu torpaq sahəsinin onun adına keçirilməsinə ## ###### 2014-cü ildə notarial qaydada razılıq vermişdir. Beləliklə, 2100 kv.m torpaq sahəsi Biləcəri Bələdiyyəsinin ## ###### 2014-cü il tarixli, *** saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçının adına rəsmiləşdirilmiş və qeydə alınmışdır. Torpaq və əmlak vergisi vaxtında və lazımi qaydada ödənilmiş, Biləcəri bələdiyyəsi tərəfindən verilən arayışlarla vergi borcunun olmadığı təsdiq edilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində abadlaşdırma və quruculuq işləri həyata keçirilməklə, iki mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. ## ###### 2017-ci ildə Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən texniki təhlükəsizlik tələblərinə cavab verən qeyri-yaşayış binasının mövcud vəziyyətdə istismarına icazə verilmiş və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ## ######## 2017ci il tarixli, *** saylı sərəncamı ilə qeyri-yaşayış binasının təqdim edilmiş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır. Sözügedən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün bütün zəruri sənədlər İdarəyə təqdim edilmiş və onun mülkiyyət hüququ ## ####### 2019-cu ildə xxxxndə ********** nömrəsi ilə qeydə alınmışdır. 2100 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə əldə olunması və sonradan iddiaçı ilə razılaşmaya əsasən, iddiaçıya əvəzi ödənilməklə satılması və tərəflər arasında razılaşmaya uyğun notariat qaydasında ## ###### 2014-cü ildə yazılı ərizə verilməsi, bələdiyyə tərəfindən müvafiq sənədləşmə aparılması, torpaq üzərində qeyri-yaşayış sahəsinin tikilməsinə və onun istismarına icazə verilməsinə, torpaq sahəsinin və əmlakın bələdiyyə tərəfindən qeydiyyata alınmasına, vergi öhdəliyinin yerinə yetirilməsinə baxmayaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatına dair dövlət reyestrindən çıxarışında yanlışlığa yol verilmiş, qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətdə olması göstərilsə də, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 0,0146 ha, torpaq sahəsinin mülkiyyət növü “dövlət mülkiyyəti” kimi göstərilmişdir.

17. Birinci instansiya məhkəməsinin “iddiaçıya mübahisəli torpaq sahəsi ayrılan dövrdə (2014-cü ilin dekabr ayında) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla qalan digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi” kimi qeyri-səhih mövqeyi məhkəmənin işin faktiki hallarına qeyri-ciddi yanaşmasına, işdən bixəbər olmasına dəlalət edir.

18. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı həmin torpaq sahəsini ## #### 2005-ci ildə alqı-satqı yolu ilə əldə etmiş Kamilov İbad Tərxan oğlundan dəyəri ödənilməklə almış və Kamilovun notarial təsdiq edilmiş ərizəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyatı üçün bələdiyyə tərəfindən sənədləşmə işləri həyata keçirilmişdir. Yəni mübahisəli torpaq sahəsi artıq 2005-ci ildə mülkiyyət hüququ ilə fiziki şəxsə satılmış, uzun müddət həmin şəxsin mülkiyyətində olmuş, ## ###### 2014-cü ildə iddiaçının adına keçirilmişdir. Belə ola halda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ##.##.2007-ci il tarixdə edilmiş dəyişikliyin iddiaçının tələbinə münasibətdə tətbiqi əsaslı və qanuni hesab edilə bilməz.

19. Mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti olmasına dair cavabdehin mövqeyi uydurma olmaqla, iş üzrə hər hansı mötəbər dəlillə öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehin torpaq sahəsinin dövlət mülkiyyəti olması ilə bağlı mövqeyinin ## ###### 2014cü ildə mübahisəli torpaq sahəsi Biləcəri bələdiyyəsinin qərarı ilə iddiaçının adına keçirildikdən sonra, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında ## ######## 2017-ci il tarixli *** №-li Sərəncamı ilə, iddiaçının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi – 1399,2 kv.m. olan 2 (iki) mərtəbəli qeyri-yaşayış obyektinin təqdim edilmiş layihə əsasında sənədləşdirilməsinin qərara alınması, habelə bələdiyyənin qərarı və digər sənədlər əsasında cavabdehin qeydiyyatı həyata keçirməsi ilə təkzib edildiyini nəzərə almamış, iş üzrə mühüm hallara bilərəkdən hüquqi qiymət verməmişdir. Əks halda cavabdehin iddia etdiyi kimi, torpaq sahəsi dövlət mülkiyyətində olsaydı, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri bələdiyyəsinin ona aid olmayan torpaq sahəsinə dair qəbul etdiyi qərar əsasında tikilmiş obyektin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə qərar qəbul etməz, cavabdeh isə obyekt üzərində hüquqların dövlət qeydiyyatı haqqında sənəd verməkdən imtina edərdi. Lakin işin faktiki vəziyyəti tamamilə fərqli olmuş, Biləcəri bələdiyyəsinin ilkin olaraq ## #### 2005-ci ildə Kamilov İbad Tərxan oğluna alqısatqı yolu ilə ayrılmış torpaq sahəsinin ## ###### 2014-cü ildə iddiaçının adına keçirilməsi barədə qərarları Binəqədi Rayon İcra Hakimiyyəti və cavabdeh tərəfindən qəbul edilmişdir. Sonradan çıxarışın tərtib edilməsi zamanı səhvə yol verilmiş, iddiaçının müraciəti əsasında bu səhvi düzəltmək yerinə, əsassız tələblərdən çıxış edərək torpağın dövlət mülkiyyəti olması ilə bağlı əsassız mülahizələr irəli sürülmüşdür. Məhkəmə bu maddə əsasında iddianın qiymətləndirilməsində səhvə yol vermişdir. Hansı sənədlərin qanunla uyğun gəlmədiyi barədə məhkəmənin qənaəti uydurma xarakter daşıyır. Bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dəlalət edən sübutlarsənədlər

20. təqdim edilmişdir. Lakin məhkəmə həmin sənədləri və məlumatları təhrif etmişdir. Belə ki, bələdiyyə iddiaçıya torpaq sahəsi ayırmamış və satmamışdır. 2014-cü ilin oktyabr ayından etibarən bələdiyyə torpaqlarının satılması qaydasının dəyişdirilməsinin iddiaçının torpaq sahəsi əldə etməsi ilə heç bir əlaqəsi olmamışdır. İddiaçı torpağı başqa şəxsdən əldə etmişdir. İddiaçının əldə etdiyi torpaq sahəsi 2100 kv.m daxil olmaqla ## #### 2005-ci ildə *** saylı qərarla Kamilov İbad Tərxan oğlunun adına ayrılmış 25000 torpaq sahəsinə aid olmuş və iddiaçı torpaq sahəsi addan-ada keçirilməklə sənədləşdirilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarının uyğun gəlməyən hüquq normasını tətbiq etməklə pozuntuya yol vermişdir. Halbuki məhkəmə qətnaməsinin əvvəlki səhifələrində işin bu halı düzgün qeyd edilmişdir.

21. Ekspertiza ilə bağlı bildirilməlidir ki, mülkiyyət növünün və əmlakın mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı hansı xüsusi bilik tələb edən məsələ olması, habelə ekspertizanın kim və necə aparması sual yaradır. Ekspert maraqlı şəxsdən heç bir əsası və əsaslandırılması olmayan mütəxəssis rəyi almış və bunu ekspertiza rəyinə köçürərək nəticəyə gəlmişdir. Hər hansı texniki, torpaq ayırma və yer quruluşu sənədlərinə istinad belə olunmamış və beləliklə qeyri-obyektiv və xəyalı məlumatlara söykənmişdir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “xxxx haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.

24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 9.1-ci maddəsinə əsasən (Həmin Qanunun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan), bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər

25. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin : 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10- cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 22-ci bəndinə görə, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada xxxxndə qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini xxxxndən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi-qeyd məhkəmənindir) göndərir. 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10- cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi ... 146.3. xxxxndə qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin xxxxndə qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırda iddiaçının tələbi torpaq sahəsinin mülkiyyət növünə düzəliş edilməsi kimi qoyulsa da, iddiaçının hüquqi marağı və məqsədi 2100 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız, apellyasiya instansiya məhkəməsinin mövqeyini isə haqlı hesab edərək bildirir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində sadalanmış mövcud qanunvericiliyə əsasən, daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “xxxx haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər.

35. Hazırkı halda isə iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Bu mənada, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi iddiaçıya mübahisəli torpaq sahəsi ayrılan dövrdə (2014-cü ilin dekabr ayında) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla qalan digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada xxxxndə qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməli idi.

36. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, hazırkı işin hallarından iddiaçıya torpaq sahəsi ayrılması qanunun göstərilən tələblərinə müvafiq qaydada həyata keçirilməsi müəyyən edilməmişdir. Çünki Biləcəri bələdiyyəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin müəyyən hissəsini iddiaçının adına rəsmiləşdirərkən, bu barədə müstəqil qərar vermək səlahiyyətinə malik olmamışdır.

37. Baxılan işdə isə torpağı iddiaçının adına rəsmiləşdirmiş Biləcəri Bələdiyyəsinin bunun üçün təsdiqedici sənədlər əsasında həmin səlahiyyətə malik olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

38. Digər tərəfdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı bələdiyyə tərəfindən ona torpaq sahəsi ayrılmadığını (satılmadığını) vurğulayaraq, torpaq sahəsinin ## #### 2005-ci ildə *** saylı qərarla Kamilov İbad Tərxan oğlunun adına ayrılmış 25000 torpaq sahəsinə aid olduğunu və bələdiyyə tərəfindən torpaq sahəsinin ancaq addan-ada keçirilməklə sənədləşdirilməsini irəli sürmüşdür.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nəzərinə çatdırır ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarının arxiv surətindən görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində 2,5 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə əlavə olunmuş cizgi əsasında Kamilov İbad Tərxan oğlunun istifadəsinə ayrılmışdır.

40. Lakin sonradan həmin bələdiyyənin ##.##.2014-cü il tarixli, *** saylı qərarı ilə Bələdiyyənin *** saylı ##.##.2005-ci il tarixli qərarı ilə vətəndaş Kamilov İbad Tərxan oğlunun adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ayrılmış 25000.0 kv.metr torpaq sahəsinin həmin bələdiyyənin ***/ə saylı ##.##.2014-cü il tarixli qərarı ilə istifadəsində olan torpaq sahəsindən məhəllədaxili və ara yollara çıxılmaqla faktiki 2500.0 kv.m torpaq sahəsi öz adında qalmaqla 2100.0 kv.metr torpaq sahəsinin onun adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının adına keçirilmişdir.

41. Göründüyü kimi, hazırda məhkəmə predmeti olan torpaq sahəsi faktiki olaraq bələdiyyənin ##.##.2014-cü il tarixli, *** saylı qərarı əsasında iddiaçının adına keçirilmişdir.

42. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, iddiaçı ilə üçüncü şəxs arasında olan razılaşmanın mahiyyətindən, eləcə də iddiaçı tərəfindən irəli sürülmüş digər halların mövcudluğundan (vergilərin ödənilməsi və s.) asılı olmayaraq bu razılaşma ##.##.2014-ci il tarixdə bələdiyyəyə torpaq sahəsinin rəsmiləşdirilməsi səlahiyyətini verməməkdədir.

43. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçı həmin torpağı gah üçüncü şəxsdən aldığını, gah da 2014-cü il tarixdə Bələdiyyə tərəfindən onun adına rəsmiləşdirildiyini bildirməklə, dolayısı yolla ziddiyyətləri özü də təsdiq etməkdədir.

44. Belə ki, torpağın 2005-ci ildə üçüncü şəxsə satıldığı həqiqətən uyğun hesab edilərsə, bu zaman torpağın mülkiyyətçisi bələdiyyə deyil, üçüncü şəxs olmalı idi. Odur ki, iddiaçı torpağı 2014-cü ildə üçüncü şəxsdən qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi əsasında almalı idi.

45. Bundan başqa, apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.

46. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar