Məhkəmə qərarları › İş №2-1(102)-3807/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3807/2025

08.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3807/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tibbi-Sosial Ekspert Komissiyasının qərarının ləğv edilməsi; sağlamlığın 61-80 % pozulması ilə bağlı əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, *** nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri, Xəzər RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun ##.##.2015-ci il tarixli məktubunda barəsində cinayət işi və təqsirləndirici material olmadığı qeyd edilmiş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi M.Nağıyev adına X1 xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Boyunun sağ ön səthinin yumşaq toxumalarının dəlib keçən güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nın Bakı şəhər Xəzər Rayon Idarəsinin ##.##.2015-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2015-ci il tarixli *** nömrəli arayışı, M.Nağıyev adına X1 xəstəxanasından verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-c bəndinin a) yarımbəndi. MN MHHK-nın *** nömrəli, ##.##.2015-ci il tarixli protokolu.

2. Iddiaçıya aid ##.##.2016-cı il tarixli, *******0002 akt nömrəli qiymətləndirmə nəticəsindən görünür ki, X13: XIII Sinif–Sümük əzələ sisteminin və birləşdirici toximanın xəstəlikləri=>M40-M54-Dorsopatiyalar=> Beynəlxalq Təsnifatı: M50-M54 - Digər dorsopatiyalar=>M50 – Boyun şöbəsinin fəqərəarası disklərin zədələnməsi... Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Posttravmatik boyun-çiyin radikuliti davamlı kökcük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Boyunun dəlib keçən güllə yaralanmasından birinci işlənməsi, tikilməsi əməliyyatından sonrakı vəziyyət. Vertebrobazilyar arterial sistem sindromu. Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: 2.2 Ikinci dərəcə əlillik => DIGƏR: Posttravmatik boyun-çiyin radikuliti kökçük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatmazlığı, tez-...Ilkin əlillik Müddət: 1 il; Növbəti qiymətləndirmə tarixi: ##.##.2017-ci il.

3. Iddiaçıya aid ##.##.2017-ci il tarixli, *******0003 akt nömrəli qiymətləndirmə nəticəsindən görünür ki, X13: Beynəlxalq XIII Sinif – Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M40-M54 Dorsopatiyalar=> Beynəlxalq Təsnifatı: M50 - M54- Digər dorsopatiyalar=> M50 – Boyun şöbəsinin fəqərəarası disklərin zədələnməsi... Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Posttravmatik boyun-çiyin radikuliti davamlı kökcük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Boyunun dəlib keçən güllə yaralanmasından birinci işlənməsi, tikilməsi əməliyyatından sonrakı vəziyyət. Vertebrobazilyar arterial sistem sindromu. Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: 2.2 Ikinci dərəcə əlillik => DIGƏR: Posttravmatik boyun-çiyin radikuliti kökçük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatmazlığı, tez-...Təkrar əlillik müddət: 5 il; Növbəti qiymətləndirmə tarixi: ##.##.2022-ci il;

4. ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin II barmağının çapıq toxuması, açıcıbükücü kontrakturanın olması ilə. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıq toxumaları. Sol qamış sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası. Incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası. Daimi ağrı sindromu. Dayaq hərəkət funksiyasının pozulması. Boyun çiyin radikuliti (güllə yaralanmasından sonrakı ağırlaşma olaraq) kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.

5. X15 ##.##.2023-cü il tarixli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin II barmağının çapıq toxuması, açıcı-bükücü kontrakturası. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıq toxumaları, sol qamış sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası, incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.

6. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə, kognitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.

7. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli, **** nömrəli tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Istanbul NS Klinikasının ##.##.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Baş beynin ümumi, subatrofik dəyişiklikləri. Sol vertebral arteriyanın intrakranial segmentinin hipoplaziyası. Hər iki alın, gicgah və təpə paylarında, semioval mərkəzlərdə səpələnmiş görünümdə, millimetrik ölçülərdə postişemik glioz ocağları" kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

8. Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarında göstərilmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyası (bundan sonra - Komissiya) ##.##.2024-cü il tarixində vətəndaşın müraciətinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli, *******AAHLJ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli, Q********RLI nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2015-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Boyunun sağ ön səthinin yumşaq toxumalarının dəlib keçən güllə yarası (##.##.1994)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrıları, ürəkbulanma, sol ətraflarının hərəki məhdudluğundan və keyləşməsindən şikayətlənmiş, boynun sol yan tərəfində səthi köndələn xətvari çapıq izlənilmişdir. Nevroloji status yaşına uyğun, ətraflar simmetrik, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmiş, funksional sınaqları rahat yerinə yetirmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş ##.##.2023-cü il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda gücsüzlük, yüksək təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutmasını sol əlin keyimə hissi kimi izah etmişdir. Müayinə zamanı boyunun sol yarısında, sol pəncə nahiyəsində çapıq toxumalar izlənilmiş, sol əlin II barmağının kontrakturası qeydə alınmış, əlin tutma funksiyası pozulmamışdır. Yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. 12 cüt kranial sinirlərin patologiya müşahidə edilməmiş, Romberg vəziyyətində dayanıqlı olmuş, serebellar sınaqları düzgün icra etmiş, əlillik təyinatına əsas verən ocaqlı nevroloji patologiya aşkarlanmamışdır. Ekspertiza üçün əhəmiyyətli olan, qıcolma tutmalarını təsdiqləyən instrumental müayinələri təqdim etməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafını yerə basmaqda çətinlik çəkdiyini, qulaqlarından iltihab gəldiyini, yuxarı ətraflarında hərəki məhdudluq olduğunu, yuxusuzluqdan əziyyət çəkdiyini, ~30 ildir özünü xəstə hesab etdiyini bildirmişdir. Müayinə zamanı boyunun sol tərəfində köndələn istiqamətdə ~8-9 sm ölçülü, sol baldırın aşağı 1/3-də, sol əlin II barmağında çapıqlar izlənilmiş, sol əlin falanqarası oynağında (II barmaqda) kontraktura aşkarlanmış, digər bütün oynaqlarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, bütün motor hərəkətlər tam, reflekslər bütün ətraflarda canlı alınmış D=S, əzələ gücü tam, parez, iflic aşkarlanmamışdır. Psixi statusunda bələdliyi, tənqidi istiqaməti saxlanılmış, zahirən sakit, mimikası canlı, geyimi səliqəli izlənilmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, yuxusuzluq, qulağında küy olduğunu və bu səbəbdən, psixiatrik müalicə aldığınını qeyd etmiş, hazırda emosional labil izlənilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1958-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. ## ###### 2016-cı ildən ona II qrup müharibə əlilliyi (əlillik vəsiqəsi № ******) təyin edilmiş və əlilliklə bağlı pensiyaya çıxmışdır. Lakin ##.##.2023-cü ildə əlilliyi ləğv edilmişdir. Belə ki, ##.##.2023-cü ildə onun barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi və ətraflı “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir ki, o, da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi postravmatik boyun çiyin radikuliti davamlı ağrı kökcük sindromu ilə. Vertebrobazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı, tez-tez təkrarlanan vegetativ damar krizlərlə” göstərilmiş və bu diaqnoz ilə 2016-cı ildən əlillik təyin edilmiş və həmin vaxtdan da indiyədək əlillik pensiyası almışdır.

11. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək, Bakı Xəzər Tibb Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiyası ilə zədələnməsi postravmatik boyun çiyin radikuliti davamlı ağrı kökcük sindromu ilə. Vertebrobazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı tez-tez təkrarlanan vegetativ damar krizlərlə. Məzkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2015-ci il tarixli, *** nömrəli qərar verilmişdir. Həmin qərarla “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda gücsüzlük, yüksək təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir, Anamnestik məlumatlarında qıcolma tutmasını sol əlin keyimə hissi kimi izah etmişdir. Müayinə zamanı boyunun sol yarısında, sol pəncə nahiyəsində çapıq toxumalar izlənilmiş, sol əlin II barmağının kontrakturası qeydə alınmış, əlin tutma funksiyası pozulmamışdır. Yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. 12 cüt kranial sinirlərin patologiya müşahidə edilməmiş, Romberg vəziyyətində dayanıglı olmuş, serebellar sınaqları düzgün icra etmiş, əlillik təyinatına əsas verən ocaglı nevroloji patologiya aşkarlanmamışdır. Ekspertiza üçün əhəmiyyətli olan, “gıcolma tutmalarını təsdigləyən instrumental müayinələri təgdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı o,aşağı ətrafını yerə basmaqda çətinlik çəkdiyini, qulaqlarından iltihab gəldiyini, yuxarı ətraflarında hərəki məhdudluq olduğunu, yuxusuzluqdan əziyyət çəkdiyini, ~30 ildir özünü xəstə hesab etdiyini bildirmişdir. Müayinə zamanı boyunun sol tərəfində köndələn istiqamətdə ~8-9 sm ölçülü, sol baldırın aşağı 1/3 də, sol əlin II barmağında çapıqlar izlənilmiş, sol əlin falanqarası oynağında (II barmaqda) kontraktura aşkarlanmış, digər bütün oynaqlarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, bütün motor hərəkətlər tam, reflekslər bütün ətraflarda canlı alınmış D=8, əzələ gücü tam, parez, iflic aşkarlanmamışdır. Psixi statusunda bələdliyi, tənqidi istiqaməti saxlanılmış, zahirən sakit, mimikası canlı, geyimi səliqəli izlənilmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, yuxusuzluq, qulağında küy olduğunu və bu səbəbdən psixiatrik müalicə aldığınını qeyd etmiş, hazırda emosional labil izlənilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Xəzər Tibb Mərkəzinin ##.##.2022 - ##.##.2022-ci il tarixli çıxarışında diaqnoz “Odlu silah yaralanmasından sonra sol əlin II barmağının çapıq toxuması. Açıcıbükücü kontrakturası. Sol baldırın aşağı 1/3-nin tış səthinin dartıcı çapıq toxuması. Solgamış sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Valgus deformasiyası. Sol incik sinirinin neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 Institutunun ##.##.2023-cü il tarixli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin II barmağının çapıq toxuması, açıcı-bükücü kontrakturası. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıq toxumaları, sol gamış sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası, incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin II barmağının çapıg toxuması, açıcı-bükücü kontrakturanın olması ilə. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıq toxumaları. Sol qamış sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası. Incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası. Daimi ağrı sindromu. Dayaq hərəkət funksiyasının pozulması. Boyun çiyin radikuliti (güllə yaralanmasından sonrakı ağırlaşma olaraq)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2023- ##.##.2023-cü il tarixli çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, kognitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Istanbul NS Klinikasının ##.##.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Baş beynin ümumi, subatrofik dəyişiklikləri. Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplaziyası. Hər iki alın, gicgah və təpə paylarında, semioval mərkəzlərdə səpələnmiş görünümdə, millimetrik ölçülərdə postişemik glioz ocağları” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, TSEK tərəfindən vətəndaşın əyani müayinəsi həyata keçirilmiş və barəsində “Baş beynin ümumi, subatrofik dəyişiklikləri. Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplaziyası. Hər iki alın, gicgah və təpə paylarında, semioval mərkəzlərdə səpələnmiş görünümdə, millimetrik ölçülərdə postişemik glioz ocaqları” diaqnozu obyektiv müayinə zamanı öz təsdiqini tapmamış və barəsində “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

12. Bakı Inzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddia təmin edilərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X11- Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının ləğv edilməsi və ##.##.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və X10 Hüquqi Şəxsin üzərinə qoyulması qərara alınmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi ilə yanaşı, ona ikinci dərəcə əlilliyin, yəni sağlamlığın 61-80 % pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “iddiaçıya əlilliyin sağlamlığın 61-80% pozulması ilə bağlı ##.##.2024-cü il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 16.1. Işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2024-cü il tarixli, *** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 13 – ## ##### 1994-cü il tarixlərdə M.Nağıyev adına X1 Xəstəxanasında “Boyunun sağ ön səthinin yumşaq toxumalarını dəlib-keçən güllə yarası” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən nəticə həmin nahiyədə aşkar edilmiş çapıq toxumanın varlığı ilə təsdiq olunur. SN-nin “xxxx” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda konkret hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Xəzər Tibb Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, İ********UIZ saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnoz ona stasionarda müalicələri zamanı kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş xəstəlik xroniki hala keçdiyindən, hazırda onun həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Sözügedən ekspert rəyindən də göründüyü kimi, göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Lakin cavabdeh qurum məhkəmənin qənaəti ilə razılaşmadığı üçün apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası tərəfindən iddiaçıda mövcud olan xəstəlik və diaqnozların ona müvafiq əlillik təyin edilməsi üçün əsas olub-olmaması məsələsi bir daha araşdırılmışdır. Bu istiqamətdə aparılan araşdırmalar zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan “xxxx” X2 ## ###### 2025-ci il tarixli məktubla bildirmişdir ki, xəstə İddiaçı ##.##.2024-cü il tarixdə “xxxx” X5muş, ona digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, yumşaq toxumalarda qalmış yad cisim, oynağın ankilozu, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, qamış sümüyü cisminin (diafizinin) sınığı, sümük sınığının pis bitişməsi, digər rubrikalarda təsnif olunmayan valqus deformasiyası, bayır dizaltı peroneal sinirinin zədələnməsi, incik sümüyünün baldır səviyyəsində travması, əlin və ya pəncənin sallanması (qazanılma), müalicəyə tabe olmayan daimi ağrı, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, bazu kələfinin zədələnməsi diaqnozu qoyulmuşdur. xxxx X5 ekspertiza keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, bununla əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx X3 müraciət edilə bilər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində ekspertiza keçirilərkən zərurət olduğu halda ekspert rəyinin verilməsində müəssisədən mütəxəssisin ayrılması mümkündür. 16.2. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya ilkin olaraq ##.##.2016-cı il tarixdə 1 il müddətinə və ##.##.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Iddiaçıya sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə əlillik təyinatından imtina olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli *******AAHLJ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir. Ona görə də iddiaçının əlillik təyinatından imtina edilmişdir. Lakin yuxarıda qeyd edilən ekspert rəyindən və məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan “xxxx” X2 ## ###### 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı 13 – ## ##### 1994-cü il tarixlərdə M.Nağıyev adına X12 “Boyunun sağ ön səthinin yumşaq toxumalarının dəlib-keçən güllə yarası” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən nəticə həmin nahiyədə aşkar edilmiş çapıq toxumanın varlığı ilə təsdiq olunur. SN-nin “xxxx” PHŞ müalicə müəssisəsi olmadığından, onun hazırda konkret hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin Tibbi-sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Xəzər Tibb Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, İ********UIZ saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnoz ona stasionarda müalicələri zamanı kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş xəstəlik xroniki hala keçdiyindən, hazırda onun həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Göründüyü kimi, “Bakı Xəzər Tibb Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, İ********UIZ saylı Forma 088 göndərişdə və sözügedən ekspert rəyi ilə də qeyd olunan diaqnozlar təsdiqlənmişdir. Bununla da, iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də, öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. 16.3. Işin apellyasiya baxışı zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi qərarında cavabdeh inzibati orqanın qərarının ləğv edilməsini və ##.##.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və X10 Hüquqi Şəxsin üzərinə qoyulmasını göstərsə də, sağlamlığın pozulma dərəcəsini dəqiq göstərməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının hüquqi marağı nəzərə alınaraq ona hüquqi yardım edilmiş və tələbini dəqiqləşdirmək təklif olunmuşdur. Bununla bağlı, iddiaçı ##.##.2025-ci il tarixdə ərizə verərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, 3-17-4/3-3 ****/**** nömrəli qərarının ləğv edilməsi ilə yanaşı, ona ikinci dərəcə əlilliyin, yəni sağlamlığın 61-80% pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin dəqiqləşdirmə ərizəsi məhkəmə kollegiyasının müvafiq qərardadı ilə icraata qəbul olunmuşdur. Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslandırmaya görə Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarını ləğv etməkdə və ##.##.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və X10 Hüquqi Şəxsin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəldiyindən, iddiaçının sağlamlığının pozulması dərəcəsini dəqiq müəyyən etməməsi prosessual pozuntu kimi qəbul edilmir.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Qaydaların 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “26” dekabr tarixli “19-1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərininmüəyyən olunması barədə Təlimat”ın: 1.1-ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRI-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. Həmin Təlimatın 2.1-ci bəndinə əsasən tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra–Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra - xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Həmin Təlimatın 3.1-ci bəndinə əsasən şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Həmin Təlimatın 3.2-ci bəndinə əsasən hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Həmin Təlimatın 3.3-cü bəndinə əsasən hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. Həmin Təlimatın 3.4-cü bəndinə əsasən xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK na göndərilir. Həmin Təlimatın 3.5-ci bəndinə əsasən hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1.Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə sağlamlığın 61-80 % pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

33. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

34. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

36. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar