Məhkəmə qərarları › İş №2-1(102)-3808/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3808/2019

27.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3808/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçıxxx cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Qasım Şalıyevin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçıxxx cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbə sinə (Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.10.2019-cu il tarixli, 2-1(103)-2247/2019 saylı qərardadı ilə cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsi DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir) qarşı ona 07.11.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2247/2019 saylı iş üzrə 23.10.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xxx xx.xx.1960-cı il tarixdə Ermənistanın Yerevan şəhərində anadan olmuşdur. Cavabd eh, dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı xxx cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı ona 07.11.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuşdur. 11.07.1978-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif peşələr üzrə çalışdıqdan sonra 28.05.1987-ci il tarixdə İstilik Şəbəkəsi və Su X1 5 saylı Rayon İstilik şə bəkəsinə aparatçı peşəsinə qəbul edilmiş, sonra 13.07.1987-ci il tarixdən 5 saylı Rayon İstilik şəbəkəsində aparatçı peşəsinə keçirilmiş, davamında 02.03.1989-cu il tarixdən 5 saylı Rayon İstilik Şəbəkəsində maşinist peşəsinə keçirilmişdir. Həmin işdən 29.07.1994-cü il tarixdə öz xahişi ilə azad olunmuşdur. Sonrakı dövrdə yenidən, İstilik şəbəkəsi və Su X1 13.12.2000-ci il tarixli əmri ilə 15.12.2000-ci il tarixdən 2 saylı Rayon İstilik Şəbəkəsində hazırlıq dövrü keçməklə qazanlar üzrə maşinist peşəsinə qəbul edilmiş, 17.01.2001-ci il tarixdən sərbəst işə buraxılmışdır. İstilik şəbəkəsi və SU X1 2 saylı Rayon İstilik İdarəsinin 11.04.2001-ci il tarixli əmri ilə, 11.04.2001-ci il tarixdən müddətsiz olaraq qazanlar üzrə maşinist peşəsinə keçirilmiş və «xxxx» ASC-nin 08.07.2005-ci il tarixli əmri ilə öz xahişi ilə 08.07.2005-ci il tarixdə işdən azad olunmuşdur. Davamında 15.07.2005-ci il tarixdə ARDNŞ X2 təsərrüfat şöbəsində qazanxana operatoru vəzifəsinə qəbul edilmiş, 12.11.2012-ci il tarixdə vəzifənin adı «qazanxanaçı» hesab edilmişdir və hazırda da həmin vəzifədə çalışır. Hesab edir ki, ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Birinci instansiya məhkəməsinin 27.11.2018-ci il tarixli, 2-1(81)-3509/2018 saylı (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddia tələbi təmin edilmiş, X3 07.11.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Məh kəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 06.03.2019-cu il tarixli iş № 2-1(103)-478/2018 (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 27.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya insta nsiyası məhkəməsinin 06.03.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16.07.2019-cu il tarixli iş № 2-1(102)2066/2019 (hakimlər Xəqani Məmmədov - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Rahib Nəbizadə) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.03.2019-cu il tarixli, 2-1(103)-478/2018 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 23.10.2019-cu il tarixli iş № 2-1(103)-2247/2019 (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahan gir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 27.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının t əsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “ Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə vəmüəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Bütün yuxarıda göstərilənlərə əsa sən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli və iş № 2-1(103)-2247/2019 nömrəli qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.10.2019-ci il tarixli qərarının qərarının ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Q.Şaliyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.10.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.10.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23.10.2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının fak tlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində q eyd edilmişdir ki, “ Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə vəmüəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş m ateriallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyası təyin olunması üçün müraciət edə bilər. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 32-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən təyin olunur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 01.01.2010-ci il tarixində qüvvədə olan 1-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (01.01.2006) qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəlarına uyğun şərti çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək (01.01.2006) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir. Bu Qanun qüvvəyə mindiyi günədək (01.01.2006) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun əsasında pensiya təyin edilirdi. Həmin Qanunun 71-ci maddəsinin tələbinə görə pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında’’ Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər 01.08.1997-ci tarix ədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin birinci abzasının “b” varım bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 nömrəli siyahı üzrə qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 01.08.1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajının mövcud olması tələb olunur. İş materiallarından görünür ki, iddiaçının 01.08.1997-ci ilə qədər 15 il 04 ay 29 gün ümumi və 07 il 8 ay 01 gün xüsusi iş stajı mövcud olmuşdur. İddiaçının əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixə kimi ümumi əmək stajı 22 il 2 ay 8 gün təşkil edir. “xxxx” ASC-nin 08.05.2018-ci il tarixli 06/68 saylı arxiv arayışı və 04.10.2018-ci il tarixli 18/178 saylı məktubuna əsasən iddiaçının 01.01.2006-cı il tarixə kimi xüsusi əmək stajı 10 il 18 gündür. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, xüsusi stajın hesablanmasında iddiaçının 01.01.2006 dövrü üzrə (5 ay 16 gün) X2 “qazanxana operatoru/qazanxanaçı” vəzifəsində işləməsi də nəzərə alınmalıdır. Bu sahədə iddiaçının işlədiyi peşə AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nda 2140000. Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsindəki 2140000a-13785 kodu ilə “qazan maşinistləri” güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ olan şəxslər nəzərdə tutulmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də ape lyasiya instansiyası məhkəməsinin 23.10.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2019-cu il tarixli 21(103)-2247/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar