Məhkəmə qərarları › İş №2-1(102)-3809/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3809/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3809/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı iş üzrə QƏRARİ Açar sözlər: (dəymiş ziyana görə zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh X2 publik hüquqi şəxsinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.2023-cü il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, iddiaçı İddiaçı ## ###### 2022-ci il tarixdə işsiz kimi qeydiyyatda alınmışdır.

2. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Bakı Regional Məşğulluq filialının ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, onun işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlarına əsasən sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqları tam ödənmədiyi üçün sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab edilməmişdir.

3. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Bakı Regional Məşğulluq filialının ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, onun işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində sonuncu iş yeriniz üzrə sığorta haqları barədə məlumat aşkarlanmadığı üçün sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır.

4. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Bakı Regional Məşğulluq filialının ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, onun işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində sonuncu iş yeriniz üzrə sığorta haqları barədə məlumat aşkarlanmadığı üçün sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır.

5. Qeyd olunan imtinalardan narazı qalan iddiaçının müvafiq iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, İddiaçı İddiaçı Nazım qızına işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Həmin qərar icra edilmişdir.

6. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Bakı Regional Məşğulluq filialının ##.##.2023-cü il tarixli cavab məktubundan görünür ki, onun Bakı Regional Məşğulluq filialına qarşı “sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iddiası üzrə məhkəmə prossesi yekunlaşdıqdan sonra məhkəmə qərarına uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

7. ##.##.2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"nin "X1"nin Vakansiyaya Göndərişdən görünür ki, iddiaçıya “xxxx” MMC-də arxivçi (tibbi sənədlər üzrə) vəzifəsi təklif olunmuşdur.

8. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə cavabdehin ## #### 2025-ci il tarixli cavab məktubundan görünür ki, cari ilin iyun ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti ## #### 2024-cü il tarixdə, iyul ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti ## ###### 2024-cü il tarixdə, avqust ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti ## ######## 2024-cü il tarixdə onun kart hesabına köçürülmüşdür.

9. İddiaçı İddiaçı qeyd olunan sığorta ödənişlərinin cavabdeh qurumun süründürməçiliyə yol verdiyi üçün ona gec ödənilməsinə istinad edərək cavabdeh X2 publik hüquqi şəxsinə qarşı “zərərin ödənilməsi” tələbi ilə müraciət etmişdir. Həmin tələbi də təmin olunmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı cavabdeh X2 publik hüquqi şəxsinə qarşı “zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin süründürməçiliyi nəticəsində ona ziyan dəymişdir. İşsizlikdən sığorta ödənişini almaq hüququ məhkəmə qərarları ilə təsdiq edilmişdir. İddiaçı hesab edir ki, sığorta ödənişinin verilməsi cavabdeh onunla münasibəti zamanı qanuna zidd hərəkətsizlik və 2 illik qərəzli süründürməçiliyi nəticəsində ona dəyən ziyana görə ən azı 2 milyon manat məbləğində birdəfəlik təzminat ödənilməlidir.

12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun # ###### 2008-ci il tarixli * nömrəli Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir”. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkətin (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün 3 şərt irəli sürülür. Yalnız aşağıdakı 3 şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması və ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. İnzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Apellyasiya şikayətini yuxarıda qeyd olunan hallara uyğun qiymətləndirdikdə cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və belə hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı müəyyən olunmur. Göründüyü kimi, Agentlik iddiaçı İddiaçı hər hansı maddi və mənəvi zərər vurmamış, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilərək Agentlik tərəfindən ona işsizlikdən sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinin sadə təhlilindən müəyyən olunmaqdadır ki, iddiaçı Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyərək əsassız ittihamlar irəli sürmüşdür. Aydın məsələdir ki, maddi ziyanla bağlı iddia tələblərində baş vermiş zərərlə bu zərəri doğurduğu iddia edilən hərəkət və ya hərəkətsizlik arasında səbəb-nəticə əlaqəsi olmalıdır.

14. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.

16. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ## ### 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə sığorta ödənişinin gec alınmasına münasibətdə 2 milyon manat məbləğində zərərin iddiaçıya ödənilməli olub-olmaması ilə əlaqədardır. İddiaçı hesab edir ki, cavabdeh orqanın süründürməçiliyi nəticəsində ona ziyan dəymişdir.

17. Məhkəmə hesab etmişdir ki, cavabdehin orqan tərəfindən iddiaçıya münasibətdə 2 milyon manat məbləğində kompensasiyanın ödənilməsinə əsas ola biləcək hər hansı zərərin vurulduğu aşkar edilmir. Nəzərə alınmalıdır ki, inzibati icraat və inzibati məhkəmə icraatı çərçivəsində cavabdehin müraciəti təmin etmək imtina hüququ mövcuddur ki, həmin hüququn qanunsuz olması barədə məhkəmə qərarından şikayət etmək də cavabdeh orqanın hüququdur. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, inzibati məhkəmə icraatının tərəfi qismində çıxış etmək, qəbul ediləcək qərarlardan yuxarı instansiya məhkəməsinə şikayət etmək inzibati orqanın hüququdur və həmin hüquqdan istifadə edilməsi cavabdehə münasibətdə təzminatın ödənilməsinə səbəb olmur. İnzibati məhkəmə icraatı çərçivəsində müraciətin qanuni və əsaslı olması iddianın təmini üçün əsas yarada bilər ki, iddianın təmin edilməli olması mütləq qaydada cavabdehdən təzminat hüququnun yaranmasına səbəb olmamaqdadır. Əks halda, müraciətin rədd ediləcəyi halda iddiaçıdan təzminat alınması kimi hüququn yaranmasından da söhbət gedə bilər ki, məhkəmə göstərilənlər nəzərə alınmaqla hesab edir ki, sığorta ödənişinin ödənilməli olmasına münasibətdə digər inzibati məhkəmə icraatı üzrə cavabdehin, eləcə də onun Filialının hərəkətlərində zərərin yaranması və ödənilməli olmasına dair hər hansı hal müəyyən edilməməkdədir.

18. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat:

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq isə qeyd etmişdir ki, iddiaçı tələb etdiyi sığorta ödənişlərinin məhz cavabdeh qurumun süründürməçiliyi nəticəsində ona gec ödənilməsini əsas gətirərək ona dəymiş ziyanla bağlı müvafiq təzminatın ödənilməsini tələb edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ona ödənilməsini tələb etdiyi işsizlikdən sığorta ödənişinin verilməsindən cavabdeh qurum imtina etsə də, iddiaçının bu imtinanı mübahisələndirməsi nəticəsində məhkəmələr tərəfindən cavabdeh qurumun həmin imtinasının qanuniliyi yoxlanılmış, onun əsassız olduğu müəyyən edilmiş, lakin bütün bu proseslər zamanı cavabdeh qurum verdiyi imtinanın əsaslı olduğuna istinad edərək inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş şikayətvermə hüququndan istifadə edərək məhkəmə qərarlarını mübahisələndirmiş və nəticədə sonuncu məhkəmə instansiyası tərəfindən işsizlikdən sığorta ödənişinin verilməli olması təsdiqləndiyi zaman artıq müəyyən müddət keçmişdir. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh qurum tərəfindən öz səlahiyyətləri daxilində vətəndaşların müraciətlərinə münasibətdə həmin tələbləri istər təmin, istərsə də onları təmin etməkdən imtina etmək qanunla inzibati orqan olaraq onun səlahiyyət dairəsinə aid edildiyindən, müvafiq imtinalar üzrə verilmiş iddialarla bağlı çıxarılmış məhkəmə qərarlarını isə yuxarı instansiya məhkəmələrində mübahisələndirmək cavabdeh qurumun prosessual hüququna aid olduğundan buna görə onun süründürməçiliyə yol verməsi barədə iddiaçı tərəfin gətirdiyi dəlilləri məhkəmə kollegiyası əsassız sayır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0# ###### 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya maddi və mənəvi zərərin ödənilməsi üçün əsasların olub-olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar