Məhkəmə qərarları › İş №2-1(102)-381/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-381/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-381/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “əmrin ləğv edilməsi” t ələbi barədə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1404/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərardadlarından iddiaçının verildiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2017-ci il tarixli xxxx saylı əmrin ləğv olunmasını, eyni zamanda həmin iddia ərizəsində vəsatət verərək iddianın verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı, x x xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim: Z.M.Tağıyev) buraxılmış iddia müddətinin bərpa olunmasından imtina edilmiş və eyni tarixli qərardadla iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən iddia mümkün sayıla bilməz.

4. İddiaçı birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakiml ər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)697/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.Ə.Şəfiyev, hakimlər: Z.M.Quliyev və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2764/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2018-ci ilin dekabr ayında yazdığı, iş materiallarının 3-cü səhifəsində olan ərizəsində göstərmişdir ki, işə bərpa olunması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir və ona işinə yanvar ayında baxılacağı bildirilmişdir. İşin bu halı tələb edir ki, iddiaçının bundan əvvəl sözügedən əmrin ləğv olunması barədə iddia ilə birinci instansiya məhkəməsinə müraciət edib-etməməsi, həmin müraciət əsasında hansı qərarın qəbul edilməsi və s. araşdırılsın. Çünki əgər iddiaçının həqiqətən də bundan əvvəl məhkəməyə müraciət etməsi və həmin müraciətinin mümkün sayılmaması və ya mahiyyəti üzrə baxılıb qərar çıxarılması müəyyən edilərsə, bu hal - hazırki iddianın mümkün sayılmamasının müstəqil əsasını təşkil edəcəkdir. Lakin işin bu əhəmiyyətli halı məhkəmələr tərəfindən araşdırılmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1404/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qə rardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

14. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, MPM-ə əsasən kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Maddi vəziyyətinin aşağı olması səbəbindən öz hesabına vəkil tuta bilmədiyindən dövlət hesabına vəkillə təmin olunması barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Ərizə məhkəmə tərəfindən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi bu barədə xx xxxxxxx 2020-ci il tarixində qərardad qəbul etmiş və x xxxxxx 2020-ci il tarixində qərardadın icra edilməsi üçün onu Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərmişdir. Adı çəkilən qərardadla iş üzrə dövlət hesabına vəkil təyin edilmiş Vəkil isə x xxxxxx 2020-ci il tarixində təqdim edilmişdir. Hal-hazırda ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi və digər müvafiq məhdudiyyətlər səbəbindən qərardadlardan kassasiya şikayətinin hazırlanmasında müəyyən ləngimələr yaranmışdır. Belə ki, kassasiya şikayətinin tərtib edilməsi üçün vəkilin təyin edilməsi, vəkilin iş materialları ilə tanış olması və bundan s onra müvafiq kassasiya şikayətinin tərtib edilməsi müəyyən vaxt aparmışdır. Bu səbəbdən də o, kassasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim edə bilməmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ: Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili ərizənin təmin edilməməsini və buraxılmış müddətin bərpa olunmamasını xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, e lan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə veril ir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi əsassız olduğundan təmin edilməməli, onun şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

19. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

20. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx x 2020-ci il tarixli, 2-1(103)-1404/2020 saylı hər iki qərardadı xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı xx xxxxxxx 2020-ci il tarixdə SS649845375AZ nömrəli qəbzə imza etməklə qərardadları qəbul etmişdir. İddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1404/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: R,M.Həsənov və Ş.Ə.Məhərrəmova) ərizə təmin edilmiş, iddiaçının mübahisələndirilən qərardadlardan kassasiya şikayəti verilməsi üçün vəkillə təmin olunması Azərbaycan Respublik ası Vəkillər X1 həvalə edilmiş, həmin qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmişdir. İddiaçıya hüquqi yardım göstərilməsi üçün xx xxxxxx 2020-ci il tarixdə Vəkil order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

22. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. İddiaçı da kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edir və şikayətin daha əvvəlki tarixlərdə verilməsini mübahisə etmir.

23. Göründüyü kimi, iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə order xx xxxxxx 2020-ci il tarixdə yazılmasına baxmayaraq, kassasiya şikayəti xx xxxxxx 2 020-ci il tarixdə, yəni 10 gündən artıq müddət keçdikdən sonra poçta təhvil verilmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

24. Lakin iddiaçı və vəkili hesab edir ki, müddət üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, müddətin ötürülməsi ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi və digər müvafiq məhdudiyyətlərlə bağlı olmuşdur. Kassasiya şikayətinin tərtib edilməsi üçün vəkilin təyin edilməsi, vəkilin iş materialları ilə tanış olması və bundan sonra müvafiq kassasiya şikayətinin tərtib edilməsi müəyyən vaxt aparmışdır.

25. Məhkəmə kollegiyası ərizəçinin bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasında koro navirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, 2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur. Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli növbəti məlumatı əsasında işlərə baxılması müvəqqəti olaraq təxirə salınmışdır.

26. Beləliklə, göründüyü kimi vəkilə yazılmış order xx xxxxxx 2020-ci il tarixdə olmuş, həmin müddətdə məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə həyata keçirilmişdir. Yəni, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək (14 və xx xxxxxx 2020-ci il həftənin qeyri-iş gününə təsadüf edir) olan müddətdə iddiaçının vəkili iş materialları ilə tanış ola və müvafiq kassasiya şikayətini tərtib edə bilərdi.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, hazırkı şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

28. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1404/2020 nömrəli qərardad larından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar