Məhkəmə qərarları › İş №2-1(102)-381/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-381/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-381/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinin mərhum atasına məxsus olmasına dair arayışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “bağ sahəsinin onun mərhum atasına məxsus olmasına dair arayışın ve rilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1354/2021 saylı, 8 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 18.03.2016-cı il tarixli arxiv arayışa əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 15.05.1992-ci il tarixli, 39 saylı protokolu) 707 saylı, 18.05.1992-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamdan çıxarışdan görü nür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 saylı qətnaməsinə əsasən vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılması qərara alınmışdır. Sıyahının 157-ci bəndində X6 – Pirşağı ərazisindəki 218 saylı BTK qeyd edilmişdir.

2. Bakı şəhəri icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X4 bağlar sahəsindəki 218 saylı kooperativ tərəfindən verilmiş 157 saylı orderdən görünür ki, X6 Bakı şəhər icraiyyə komitəsinin 18 may 1992-ci il tarixli 707 saylı qərarına əsasən Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1243b saylı bağ sahəsi ayrılmışdır.

3. İddiaçı sözügedən ünvanda yerləşən bağ sahəsi üzərində hüquqların mərhum atasının ad ına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh onun tələbinin təmin edilməsindən imtina edərək 31 may 2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçı bağ sahəsinin yerini tanımadığından və bağ sahəsinə dair arxiv cizgisi olmadığından bağ sahəsinin yerini təyin etmək mümkün olmamış, bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Buna görə də müraciətin təmin edilməsindən imtina edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 20 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 1243B saylı ümumi sahəsi 0.12 ha olan bağ sahəsinin onun mərhum at asına məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X6 Bakı Şəhər İcraiyyə Komitəsinin 18 may 1992-ci il tarixli 707 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsindən 0,12 ha torpaq sahəsi ayrılmış və onun adına Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X4 bağlar sahəsindəki 218 nömrəli kooperativi tərəfindən 157 nömrəli order tərtib edilmişdir. Atası sağ olarkən Pirşağı bağlar sahəsində onun bağ sahəsinin olduğunu bildirsə də, həmin bağ sahəsinin yerini onlara göstərməmişdir. Atası öldükdən sonra həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati o rqana müraciət etmiş, lakin sonuncu onun müraciətindən imtina edərək bildirmişdir ki, bağ sahəsinin yerini tanımadığından və bağ sahəsinə dair arxiv cizgisi olmadığından bağ sahəsinin yerini təyin etmək mümkün olmamışdır. Həmçinin bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Bağ sahəsinin yerini tanımasalar da həmin bağ sahəsinə dair atasının adına verilmiş hüquqmüəyyənedici sənəd (order) mövcuddur. Bağ sahəsinə dair arxiv cizgisinin olmaması və bağ sahəsinin nömrəsinin sxematik xəritədə öz əksini tapmaması onun deyil, inzibati orqanın səhvi ucbatından olmuşdur. Cavabdeh tərəfindən verilmiş imtina tamamilə qanunsuz və əsassızdır.

6. İşə birinci instansiya məhkəməsində baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 218 nömrəli BTK üzvlərinin siyahısında X3 adının olması müəyyən edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X9, 2-1(112)-2228/2020 saylı iş) 2 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə bağ sahəsi üzərində iddiaçının mərhum atasının hüquqlarının qeydə alınması üçün qanunla müəyyən edilmiş sənədlər mövcud olmadığından, mərhum X3 adı Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 Bağlar sahəsindəki 218 nömrəli kooperativin üzvlərinin siyahısında olmadığından, həmçinin torpaq sahəsi bu günədək istifadədə olmamaqla, torpaq sahəsinə dair arxiv cizgisi olmadığından iddia tələbi təmin edilə bilməz. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə ar aşdırması zamanı sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən imtinanın verilməsi üçün əsas olmuş sənədlərin, 218 nömrəli bağ tikinti kooperativinə aid qovluğun məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu verilmişdir. 11. 13.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən bağ sahəsi Bakı İcraiyyə Komitəsinin 707 saylı 18.05.1992-ci il tarixli qərarı və 157 saylı order əsasında Hacı Hüseynova verilmişdir. Lakin 218 nömrəli BTK üzvlərinin siyahısında X3 adının olması müəyyən edilməmişdir. Həmçinin sorğuya cavab məktubundan müəyyən olunur ki, sözügedən bağ sahəsinə dair cizgi arxiv qovluğunda aşkar edilməmiş və bağ nömrəsi sistematik xəritədə öz əksini tapmadığından həmin sənədin surətinin verilməsi mümkün olmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X2 və X8, 2-1(103)-1354/2021 saylı iş) 8 oktyabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 2 iyun 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum atası X1 üzvlüyündə olması öz təsdiqini tapmasa da, verilmiş order mövcuddur, lakin həmin order əsasında bağ sahəsinin yerinin iddiaçı tərəfindən göstəril məməsi, həmçinin həmin torpaq sahəsinin yerləşmə cizgisinin mövcud olmaması səbəbindən məhkəməyə təqdim edilməməsi iddiaçının tələbinin təmin olunmasını mümkünsüz edir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi təmin olunsa belə, sözügedən torpaq sahəsinin harada yerləşməsinə dair hər hansı sənəd mövcud olmadığı üçün həmin torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi də qeyri-mümkündür. Belə olan halda iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq məhkəmə qərarı icrası mümkün olmayan məhkəmə aktına çevrilə bilər ki, bu da yolverilməzdir.

14. İddiaçı 13 noyabr 2021-ci il tarixdə qərarın surətini almış, 2 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qa rşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

15. İşdə olan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş, 18.03.2016-cı il tarixli, S-104-112 saylı arxiv arayışından görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 1992-ci ilə dair sərəncamlar kitabında Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 15.05.1992-ci il tarixli, 39 saylı protokolu) 707 saylı, 18.05.1992-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamdan çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 saylı qətnaməsinə əsasən, vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılması qərara alınmışd ır. Siyahının 157- ci bəndində İddiaçının mərhum atasında Pirşağı ərazisində bağ sahəsinin ayrılması göstərilmişdir. Kooperativ üzvü kimi qeydə alıb-almamaları İddiaçının günahı deyil və buna görə İddiaçı heç bir məsuliyyət daşıya bilməz. 16. 13.07.2021-ci il tarixində məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna əsasən, əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən bağ sahəsi Bakı İcraiyyə Komitəsinin 707 saylı, 18.05.1992-ci il tarixli qərarı və 157 saylı order əsasında Hacı Hüseynova verilmişdir. Lakin 218 nömrəli BTK üzvlərinin siyahısında X3 adının olması müəyyən edilməmişdir. Yəni cavabdehin özü bağ sahəsinin iddiaçının atasına verilmiş olmasını etiraf edir. Məhkəmə isə, dövlət orqanları tərəfindən hansısa prosessual xarakterli hərəkətlərə riayət olunmayıb deyə, həmin hərəkətlərə görə vətəndaşın heç bir məsuliyyət daşımadığını nəzərə almadan vətəndaşı mülkiyyət hüququndan məhrum edir.

17. İddiaçı tərəfindən dəfələrlə məhkəməyə bildirilmişdir ki, orderdə göstərilən ünvanı məhkəməyə göstərməyə hazırdır. Məhkəmə isə baxış keçirməyə belə ehtiyac duymadan iddiaçının bağ sahəsinin yerini bilməməsi nəticəsinə gəlmiş, bu nəticəyə necə gəlmiş olduğunu isə qərarda əsaslandırmamışdır. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair veri lən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 20. “Torpaq islahatı haqqında” Qanun: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: (-). Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (-). Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hə rəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

22. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış ke çirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcbu ridir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 15.05.1992-ci il tarixli, 39 saylı protokolu) 707 saylı, 18.05.1992-ci il tarixli sərəncamından çıxarışa əsasən iddiaçını atasına fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılması qərara alınmışdır. Sıyahının 157-ci bəndində X6-Pirşağı ərazisindəki 218 saylı BTK qeyd edilmişdir.

27. Hə mçinin Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X4 bağlar sahəsindəki 218 saylı kooperativ tərəfindən verilmiş 157 saylı orderin surətindən görünür ki, iddiaçını atasına Bakı şəhər icraiyyə komitəsinin 18 may 1992-ci il tarixli 707 saylı qərarına əsasən Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1243b saylı bağ sahəsi ayrılmışdır. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18.05.1992-ci il tarixli sərəncamı və 218 saylı kooperativ tərəfindən verilmiş 157 saylı order bağ sahəsinə hüququn qeydə alınması (iddiaçıya arayışın verilməsi) üçün qanuni əsasdır.

29. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2ci maddəsinə görə qeydiyyat orqanın a verilən ərizəyə həm də torpaq sahəsinin planı və ölçüsü əlavə edilməlidir.

30. İddiaçıda belə sənəd mövcud olmamışdır.

31. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə order əsasında bağ sahəsinin yerinin iddiaçı tərəfindən göstərilməməsi, həmçinin həmin torpaq sahəsinin yerləşmə cizgisinin mövcud olmaması səbəbindən məhkəməyə təqdim edilməməsi iddiaçının tələbinin təmin olunmasını mümkünsüz edir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi təmin olunsa belə, sözügedən torpaq sahəsinin harada yerləşməsinə dair hər hansı sənəd mövcud olmadığı üçün həmin torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi də qeyri-mümkündür. Belə olan halda iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq məhkəmə qərarı icrası mümkün olmayan məhkəmə aktına çevrilə bilər ki, bu da yolverilməzdir.

32. İ şdə olan 157 nömrəli orderdə iddiaçının atasına ayrılan 0,12 ha bağ torpaq sahəsinin 1243 “b” nömrəli bağ olduğu qeyd edilmişdir.

33. Məhkəmə iclasının protokollarından görünür ki, iddiaçı bağ torpaq sahəsinin yerini bildirə bilməmişdir.

34. İddiaçı bağ torpaq sahəsinə dair hüququn mərhum atasına məxsus olması barədə cavabdehdən arayış istəmiş, lakin bağ torpaq sahəsinin naturada mövcudluğunu göstərə bilməmişdir.

35. Torpaq sahəsinin iddiaçının atasına ayrılması barədə sərəncam və order verilən vaxt (9 noyabr 1991-ci ildən 8 avqust 1999-cu ilədək) qüvvədə olmuş Torpaq Məcəlləsinin 23-cü maddəsinin birinci bəndində qeyd edilir ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetləri nin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir.

36. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

37. İddiaçının atasına bağ torpaq sahəsi ayrılması ilə əlaqədar yer quruluşu orqanlarının sahənin yerdə müəyyən olunmasının, torpaq sahəsinin yerləşmə cizgisinin, plan-sxemin mövcud olması sübuta yetməmişdir.

38. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələbləri təmin edildiyindən, mübahisə o lunan bağ torpaq sahəsinin naturada yeri müəyyən olunmadığından kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1354/2021 saylı 8 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar