Məhkəmə qərarları › İş №2-1(102)-381/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-381/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-381/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsindən imtina; diaqnoz əlilliyin təyininə əsas vermir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurədddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(107)521/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 130 nömrəli Qərarı ilə iddiaçıya “Sol kürək nahiyəsinin kor qəlpə yaralanması. Boyunun sağ yan səthində və sağ kürək nahiyəsində qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona əlillik təyin edilməsini xahiş etmişdir.

3. İddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAM4A saylı göndərişi əsasında (Forma 088) xx.xx.2022-ci il tarixdə baxılmış və “Boyun və yuxarı qurşağın travmasının nəticələri. Odlu silah yaralanması. Partlayış travması. Boyunun yan səthi, sol və sağ kürək nahiyələrinin çoxsaylı qəlpə yaralanmaları" diaqnozu əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxx 1963-cü ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuşdur. 1978-ci ildə keçmiş SSRİ-də hərbi xidmət keçməyə başlamış, 1980-ci ildə hərb i xidmətimi başa vurmuşdur. 1989-cu ildə könüllü olaraq Qarabağa yollanmış və özünümüdafiə dəstələrinə qoşulmuşdur. 1992-ci ildə yaralanmış və 27 avqust 1992-ci ildə 1 nömrəli Hərbi Səhra Cərrahiyyə Hospitalında müalicə olunmuşdur. Həmin vaxt ona “boyunun sağ yan səthində və sağ kürək nahiyyəsində qəlpə yarası” diaqnozu qoyulmuş və o, həmin diaqnoz ilə müalicə olunmuşdur. Həmin hallar Hərbi Həkim Komissiyasının rəyi ilə təsdiq edilmiş və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07 may 2021-ci il tarixli, 125 nömrəli protokol qərarı ilə onda olan xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı, hərbi travma olduğu göstərilmişdir. Bir müddət hərbi hospitalda müalicə aldıqdan sonra, yaraları tam sağalmamış yenidən cəbhə bölgəsinə qayıtmış və 1995-ci ilə kimi xidm ətdə olmuş, 1995ci ildə tərxis edilmişdir. Onun əsas xəsarətləri qəlpə səbəbli olmuş, sağ qolunun qoltuqaltı hissəsində olan qəlpənin çıxarılması təhlükəli olduğundan həmin qəlpə çıxarılmamış və bədənində qalmışdır..

6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Boyunun yan səthi, sol və saq kürək nahiyələrinin çoxsaylı qəlpə yaralanmaları Yumsaq toxumalarda qalmış yad cisim, Saq kürək sümüyü boynundan içəridə 1.5x0.4 ölçüdə metal qəlpə” diaqnozu araşdırılmışdır. Obyektiv baxış zamanı sağ kürək nahiyəsində çapıq toxuma qeyd olunmuş, hərəkətləri sərbəst və ağrısız icra etmiş, əlillik təyinatına əsas v erən patofunksional pozuntu və hərəkəti məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş ElmiTədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması. Partlayış travması. Boynun yarı səthi, sol və saq kürək nahiyələrinin çoxsaylı qəlpə yaralanmaları. Postravmatik kobud-kelloid acırılı çapıqlar. Saq kürək sümüyü boynundan içəridə 1,5x0,4 ölçüdə metal qəlpə. Sağ bazunun uzaqlaşdırıcı kontrakturası. Daimi ağrı sindromu.” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq ola raq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(116)-2441/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.

8. Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin T52/2023 nömrəli rəyində qeyd olunmuşdur ki, “Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 0344003AAM4A saylı Forma 088 göndərişində qeyd edilən “Yuxarı ətrafın dəqiqləşdirilmiş travmalarının nəticələri, boyun və yuxarı qurşağın travmasının nəticələri, odlu silah yaralanması, partlayış travması, boyunun yan səthi, sol və sağ kürək nahiyələrinin çoxsaylı qəlpə yaraları diaqnoz əyani müayinədə təsdiq ol undu. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.”

9. Şəki İnziba ti Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(116)-520/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyini üçün əsaslardan biri deyildir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(107)-521/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov– sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 19.1, 46.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişdir.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin məhkəməyə ünvanladığı 26 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı əyani müayinə olunmuş və “Boyun və yuxarı qurşağın travmasının nəticələri. Odlu silah yaralanması. Partlayış travması. Boyunun yan səthi, sol və sağ kürək nahiyələrinin çoxsaylı qəlpə yaralanmaları" anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. Göründüyü kimi cavabdeh qurumun verdiyi imtinanın əsas səbəbi iddiaçının qeyd etdiyi xəsarətlərin anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmaması olmuşdur. Halbuki, iddiaçının bədənində olan xəsarətlər (xəstəliklər) məhkəməyə təqdim etdiyi sənədlərlə tam şəkildə təsdiq edilmiş, həmçinin, ekspertin vermiş olduğu rəydə də, iddiaçının göstərdikləri tam şəkildə öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh qurumun verdiyi imtinanın qanunsuz və əsassız olduğu ekspert rəyi ilə tam şəkildə təsdiq edildiyi halda məhkəmələr hazırki iddia tələbini təmin etməmişdir. Hazırki iddia tələbi üzrə işə baxana məhkəmələr iddia tələbi üzrə tam və obyektiv araşdırma aparmamış, sadəcə cavabdeh qurumun etirazında göstərdiklərini qərarında sadalamaqla hazırki qərarı qəbul etmişdir.

16. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 3.1.20-ci bəndinə əsasən bədxassəli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal (C00C97,Z98.8) müvafiq əlillik dərəcəsi təyin edilir.

17. Kassator mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 24, 46.3-cü, İPM-in 32.2, 33.1, 73.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsası nda müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubl ikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiym ətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

21. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə ba xışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

29. İşin araşdırılmış hallarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyas ının xx.xx.2021-ci il tarixli 130 nömrəli Qərarı ilə iddiaçıya “Sol kürək nahiyəsinin kor qəlpə yaralanması. Boyunun sağ yan səthində və sağ kürək nahiyəsində qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona əlilliyin təyin edilməsini xahiş etsə də, lakin cavabdeh tərəfindən onun barəsində təyin olunmuş diaqnoz əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun xəstəliyini nəzərə alaraq barəsində əlilliyin təyin edilməsinə yönəlmişdir.

31. Bununla bağlı qeyd edilməlidir ki, şəxsin əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası t əyin edilmiş və müvafiq rəy alınmışdır. Ekspert rəyində göstərilmişdir ki, iddiaçıya göndərişində qeyd edilən “Yuxarı ətrafın dəqiqləşdirilmiş travmalarının nəticələri, boyun və yuxarı qurşağın travmasının nəticələri, odlu silah yaralanması, partlayış travması, boyunun yan səthi, sol və sağ kürək nahiyələrinin çoxsaylı qəlpə yaraları diaqnoz əyani müayinədə təsdiqini tapsa da, lakin əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

32. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından isə görünür ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təs diq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyini üçün əsaslardan biri deyildir.

33. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd olunan tibbi-sosial ekspert komissiyasının qərarını nəzərə alınaraq hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız olmamışdır.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-21a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2-1(107)-521/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar