Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3813/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 60 yaşdan, yəni ##.##.2024-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. ## ###### 2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli siyahı ilə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyi və 25 il ümumi iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyriqanuni və əsassız olaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Imtinanın əsası kimi isə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajının olmaması əsas göstərilmişdir. Bu isə tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, o, 12 il 6 aydan da artıq müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. Ona görə də hesab edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməkdən imtinası tamamilə əsassızdır, cavabdehin bu imtinası ilə onun hüquqları kobud şəkildə pozmuşdur.
3. Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışında iddiaçının ##.##.1985-##.##.2000-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjiquraşdırma” trestinin Abşeron Quraşdırma Idarəsində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. “xxxx” ASC-də aparılan çoxsaylı dəqiqləşmələr zamanı “Qafqazenerjiquraşdırma” trestinin Abşeron Quraşdırma Idarəsindəki peşələrin zərərliliyinə dair verilmiş arayışların həmin müəssisənin iş profilinin “xxxx” ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin həmin müəssisəyə aid “xxxx” ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx” ASC-nin birgə aktları ilə təsdiq edilmişdir. Iş üzrə icraat materiallarına əlavə edilmiş “xxxx” BM-in ##.##.2023-cü il tarixli, AZF-****/**-K nömrəli arayışında iddiaçının ##.##.2002 - ##.##.2004-cü il, ##.##.2011 - ##.##.2011-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu, ##.##.2011 - ##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində layihədə boru işləri üzrə usta, ##.##.2013 - ##.##.2014cü il, ##.##.2017 - ##.##.2019-cu il, ##.##.2020 - ##.##.2022-ci il tarixləri arasındakı dövrlər ərzində boru işləri üzrə nəzarətçi, MQS MMC-nin ##.##.2022-ci il tarixli, ***L nömrəli arayışında isə ##.##.2004-##.##.2007-ci il, ##.##.2007 - ##.##.2010-cu il və ##.##.2010 - ##.##.2011-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə boru quraşdırıcısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda boruçu vəzifəsində işlədiyi dövrlərdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə, boru işləri üzrə usta vəzifəsində işlədiyi dövrdə tikinti və quraşdırma işləri üzrə, boru quraşdırıcısı vəzifəsində işlədiyi dövrdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlərdə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, işlədiyi boru işləri üzrə nəzarətçi vəzifəsi sözügedən arayışda istinad edilən iş icraçıları vəzifəsinə, boru quraşdırıcısı vəzifəsi isə polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə uyğun deyil.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı hüququnun yarandığı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. İddiaçı Cəmiyyətdə işlədiyi 2004-2011-ci illər ərzində həyata keçirilən müxtəlif layihələrdə boru quraşdırılması, bina və qurğuların tikinti-təmiri, dəmir beton və metalkonstruksiya işlərində çalışmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçının ##.##.2024-cü il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. Lakin işdən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajının cəmi 1 il 6 ay 6 gün (##.##.2001 - ##.##.2002-ci il, ##.##.2007 - ##.##.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsini qəbul etmiş, digər dövrləri isə güzəştli staja aid etməmişdir. Cavabdeh bu zaman ona istinad etmişdir ki: 1) ##.##.1985 - ##.##.2000-ci il tarixləri arasındakı dövr ilə bağlı “xxxx” ASC-də aparılan çoxsaylı dəqiqləşmələr zamanı “Qafqazenerjiquraşdırma” trestinin Abşeron Quraşdırma Idarəsindəki peşələrin zərərliliyinə dair verilmiş arayışların həmin müəssisənin iş profilinin “xxxx” ASC-yə uyğun olduğu əsas gətirilərək verildiyi, lakin həmin müəssisəyə aid “xxxx” ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir. 2) “xxxx” BM və MQS MMCdə boruçu vəzifəsində işlədiyi dövrlərdə sənaye dəmir-beton borularının çəkilməsi ilə boru işləri üzrə usta vəzifəsində işlədiyi dövrdə tikinti və quraşdırma işləri üzrə, boru quraşdırıcısı vəzifəsində işlədiyi dövrdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlərdə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. 3) Həmçinin, iddiaçının işlədiyi boru işləri üzrə nəzarətçi vəzifəsi sözügedən arayışda istinad edilən iş icraçıları vəzifəsinə, boru quraşdırıcısı vəzifəsi isə polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə uyğun deyil. 5.2. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Çünki, birincisi, iddiaçının ##.##.1985-##.##.2000-ci il tarixlərində “Qafqazenerjiquraşdırma” trestinin Abşeron Quraşdırma Idarəsində işlədiyi dövr “xxxx” ASC-nin arayışı ilə deyil, Mingəçevir Enerjiquraşdırma ATSC-nin ##.##.2023-cü il tarixli, ** nömrəli arayışı ilə güzəştli iş kimi təsbit edilmişdir. Ikincisi, istər “xxxx” BM, istərsə də MQS MMC tərəfindən verilmiş arayışlarda iddiaçının işlədiyi vəzifələr üzrə əmək funksiyaları sadalanmış, onun sənaye dəmir beton boruların çəkilməsi, polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olduğu öz təsdiqini tapmışdır. Cavabdeh bu halları qəbul etməsə də, əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh iddiaçının işlədiyi boru işləri üzrə nəzarətçi vəzifəsinin arayışda istinad edilən iş icraçıları vəzifəsinə, boru quraşdırıcısı vəzifəsinin isə polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə uyğun olmadığını bildirsə də, hansı hallara əsasən bu qənaətə gəldiyini əsaslandırmamış, həmin vəzifələrin bir-birindən hansı əsasla fərqlənməsini sübut edə bilməmiş, yalnız ad uyğunsuzluğuna istinad etməklə formal əsaslara görə iddiaçının hüququnu pozmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı ##.##.2024-cü il tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.