Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-382/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi dövrdə almadığı məzuniyyət haqqının ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.202 1-ci il tarixli, 2-1(103)-1195/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2000-2011-ci illərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, 2011-2017-ci illərdə isə Cəlilabad Hərbi Məhkəməsinin hakimi vəzifələrində çalışmış, 19.04.2017-ci ildə son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir.
2. İddiaçı, cavabdeh inzibati orqana müraciət edərək 2011-2017-ci illərdə hakim vəzifəsində işlədiyi müddətlərdə ödənilməmiş məzuniyyət haqqının ona ödənilməsini xahiş etmiş, cavabdeh 20.05.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı 2019-cu il sentyabr ayının 1-dən “Məhkəmələr və hakimlər haqqında” Qanuna 12.07.2019-cu il tarixində edilmiş dəyişikliyə əsasən verilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə 12.07.2019-cu il tarixdə edilmiş dəyişiklik hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqının verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.12.2019-cu il tarixli 468 nömrəli Qərarına əsasən 01.09.2019-cu il tarixdən verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149.İİİ hissəsinə zidd olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149.Vİİ hissəsinə əsasən 08.10.2010-cu ildən 19.04.2017-ci ilə kimi olan dövrə görə iddiaçıya məzuniyyət haqqı verl məsi və 08.10.2010-cu ildən 01.01.2011-ci ilə kimi Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində, 01.01.2011-ci ildən 19.04.2017-ci ilə kimi Cəlilabad Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyi dövrə görə iddaçıya məzuniyyət haqqının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 08.10.2010-cu ildən 12.07.2019-cu il tarixinə kimi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsində “hakimlərə məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinətin verilməsi”nin qeyd edilməsi məzuniyyət haqqının verilməməsi anlamını vermir, məzuniyyət haqqı məzuniyyətə çıxan hakimlərə verilməlidir və Qanuna edilmiş sonuncu dəyişiklik bu məsələyə aydınlıq gətirmişdir. Eyni zamanda, Azərbaycan R espublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göstərilənlərə əsasən cavabdehin imtinası əsassız olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 24.11.2020-ci il tarixli 2-1(112)-5662/2020 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia rədd edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hakimlik səlahiyyətlərinə 19.04.2017-ci ildə xitam verilmiş, “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsini nəzərdə tutan dəyişikliklər isə 12.07.2019-cu ildə edilmiş və həmin dəyişikliklər 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyət haqqının verilməs i ilə bağlı qeyd olunan normalar qüvvədə olmamış, iddiaçının hakimlik fəaliyyətinə xitam verildikdən sonra qanunvericiliyə dəyişikliklər edilmişdir. Bundan əlavə, iddiaçı hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyətlə əlaqədar bütün ödənişləri almışdır.
7. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 21(103)-1195/2021 nömrəli qərarı ilə (sədrlik edən – Vidadi Məmmədov, hakimlər – Raqib Qurbanov və Vüsalə Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24.11.2020-ci il tarixli 2-1(112)-5662/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-1195/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Nazirlər Kabinetinin 07.10.2019cu il tarixli Qərarında hakimlərə məzuniyyət haqqının 01.09.2019-cu ildən verilməsi Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə zidd olduğundan, hakimlərə məzuniyyət haqqı 01.09.2019-cu ildən yox, 08.10.2010-cu ildən verilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 12.07.2019-cu il tarixli Qanunun 1.2-ci maddəsinə əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilmişdir və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: “Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesabla nması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın 1.1-i bəndinə əsasən bu Qayda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir. Həmin qərarın 2-ci bəndinə əsasən bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir
15. İnzibati Prosessual Məcəllə Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilmə si tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Hazırkı qərarın 13-14-cü bəndlərində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsini nəzərdə tutan dəyişikliklər 12.07.2019-cu ildə edilmiş, 01.09.2019-cu il tarixindən qüvvəyə minmiş dir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlumdur ki, iddiaçının 19.04.2017-ci ildə hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyət haqqının verilməsini nəzərdə tutan qeyd olunan normalar qüvvədə olmamış, iddiaçının hakimlik fəaliyyətinə xitam verildikdən sonra qanunvericiliyə qeyd olunan dəyişikliklər edilmiş və hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsi tətbiq edilmişdir. Ona görə də məhkəmələr haqlı olaraq iddia tələbini təmin etməmişdir.
20. Qanunun geriyə tətbiqi ilə bağlı kassatorun dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyət haqqının verilməsini nəzərdə tutan qeyd olunan normalar qüvvədə olma dığı, iddiaçının hakim kimi fəaliyyətdə olduğu dövrdə məzuniyyətlə əlaqədar bütün ödənişləri aldığı üçün, öz növbəsində iddiaçının hakimlik fəaliyyətinə xitam verildikdən sonra hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqının verilməsini nəzərdə tutan normalar qanunvericiliyə əlavə edildiyi və məzuniyyət haqqı məhz işləyən hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən ödəniş olduğu üçün hazırki iddia tələbi ilə əlaqədar olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi tətbiq oluna bilməz.
21. Beləliklə, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzə rinə düşən tərəf kimi iddiaçı məzuniyyət haqqının ona ödənilməli olmasını sübut edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-1195/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 21(103)-1195/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.