Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-382/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirl ər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1835/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.
2. Yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş, həmin akt əsasında xx.xx.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında iddiaçıya 2017-2018-ci illərin mənfəət vergisi üzrə, 2016-2019-cu illəri n ƏDV üzrə, 2018ci ilin ÖMV üzrə ümumilikdə 1 975 423.29 manat əlavə vergi və 846 838.11 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı şəhəri LGBİ-nin 30 oktyabr 2020-ci il tarixli **********141299 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC xx.xx.2014-cü ildə təsis edilib və əsas fəaliyyət növü dərman vasitələrinin və kosmetik məhsulların ölkəyə idxal edərək, topdan satış mərkəzlərinə topdan satışını hə yata keçirməkdir. Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə qurmuş, vergi hesabatlarını vaxtında verməklə dövlət büdcəsinə vergiləri vaxtlı-vaxtında ödəmişdir.
5. Bakı şəhəri LGBİ tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul olunmuş, həmin qərarla iyul 2016-iyun 2019-cu il dövrləri əhatə edən vergi yoxlaması keçirilmişdir. Yoxlama barədə qərar qəbul edildikdən təxminən 12 ay ərzində heç bir yoxlama getməmişdir, yəni yoxlama müddəti müxtəlif bəhanələrlə ya uzadılmış, ya da dayandırılmışdır. **********189123-nömrəli səyyar vergi aktı isə xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Akt və aktın çıxarılmasına əsas olmuş ekspert “MBA LTD" MMC-nin 10 sentyabr 2020-ci tarixli rəyi onlara təqdim edi lmiş, tərəflərindən həmin səyyar akt, ekspert rəyi ilə razılaşmadıqları və yazılı şəkildə etirazlarını bildirəcəklərinə dair qeyd aparmaqla götürülmüş, səyyar vergi aktına və ekspert rəyinə olan etirazları vergi orqanına təqdim edilmişdir. Təqdim etdikləri etiraza onların iştirakları olmadan baxılmış və xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmişdir.
6. Bakı şəhəri LGBİ-nin xx.xx.2020-ci il tarixli **********141299 nömrəli qərarına əsasən yoxlamanın əhatə edildiyi dövr üzrə vergilərin ümumilikdə 2006803.63 manat (əlavə dəyər vergisinin 1039856,95 manat, mənfəət vergisinin 966915,99 manat və ödəmə mənbəyində tutulan vergi məbləği 30,69 manat) azaldılması və ƏDV-nin 35253,75 manat artıq hesablanması müəyyən olunmuş və ümumilikdə 1.003.521,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cəm h alda həmin qərarla iddiaçıya 2.818.387,99 manat vergi hesablanıb və xx.xx.2020-ci il tarixdə **********137200 nömrəli tələbnamə elektron-vergi idarəsi tərəfindən göndərilmişdir. 7. "xxxx" MMC-nin inzibati icraat qaydasında vergi orqanının sifarişi ilə rəy vermək səlahiyyəti olmamışdır və verdiyi rəy etibarsızdır. İddiaçı QSC topdan satış ilə məşğuldur və öz brendi əsasında ölkəyə dərman vasitələri və kosmetik vasitələr idxal edir, bazarda həmin malları topdan satan yeganə subyektdir, ona analoji tətbiq etmək obyektiv cəhətdən qeyri-mümkündür. Ekspert rəyində qeyd edilən dərman vasitələrinin tam əksəriyyəti və bütün növ kosmetik məhsullar yalnız İddiaçı QSC tərəfindən idxal edilir. Beləliklə, vergi orqanının bazar qiyməti müəyyən edərkən analogiya tətbiq etməsi hüquqaziddir, çünki bazarda İ ddiaçı QSC ilə məhz həmin dərman vasitələri və kosmetik məhsulların topdan satışı ilə məşğul ola biləcək şirkət və ya müəssisə yoxdur.
8. Qiymətləndirmə cədvəlində qeyd edilən mallardan “after shave gel; after shave balm; Bronchicum 6,5 q/130 q elixir; Kuka lozenqest № 18; Qlyukoza 10% 200 ml; Qlyukoza 10% 400 ml; Qlyukoza 40% 20 ml №10; Qlyukoza 5% 200 ml; Qlyukoza 5% 400 ml; Qlyukoza 5% 500 ml; Qlyukoza 40% 10 ml; № 10” istisna olmaqla qalan bütün malların bazarda yeganə idxalçısı İddiaçı QSC-dir.
9. İddiaçı QSC-nin ümumi satışı 5.852.476 manat dəyərində göstərilərək, bunun 1.527.616 manatı Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən mallar sırasına aid edilmişdir. Belə ki, İddiaçı QSC tərəfindən satışı həyata keçirilən mallar sırasında sözügedən səyyar vergi a ktında iddia edilən sayda Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən mallar olmaması səbəbilə yuxarıda qeyd edilən məbləğ şişirdilmişdir və həqiqəti əks etdirmir.
10. Bundan əlavə, İddiaçı QSC tərəfindən Tarif Şurası tərəfindən tənzimlənən malların satışı Tarif Şurası qiymətlərindən aşağı qiymətə təqdim edilməmişdir və bu səbəbdən də sözügedən səyyar vergi yoxlaması aktında göstərilən kənarlaşma iddiası əsassızdır.
11. Səyyar vergi aktında iyul 2016-cı il tarixindən avqust 2017-ci il tarixinədək müddətlər üçün əlavə dəyər vergisinin hesablanması VM-nin 56.1-ci və 85.4-cü maddələrinin müddəalarına əsasən müddətin keçməsi ilə əlaqədar olaraq əsassızdır. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndinə əsasən əvvəlcə xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə qərarla ekspertizanın keçirilmə si “Azərekspertiza” Birliyinə həvalə edilmiş, ekspert ayrılmış, lakin aktda qeyd olunmuşdur ki, ekspert rəyinin alınmasına zərurət yaranmamışdır. Lakin səyyar vergi yoxlaması aktının tərtib edilməsindən bir müddət əvvəl, yəni xx.xx.2020-ci il tarixdə ekspertiza təyin edilmiş və rəy verilməsi heç bir səlahiyyəti olmayan "xxxx" MMC-yə həvalə edilmişdir. Mütəxəssis araşdırma apararkən müqayisə üsulundan istifadə etmiş və qiymətləri ona görə müəyyən etmiş, lakin qiymətlər hesablanarkən analogiyalar düzgün nəzərə alınmamışdır. Cavabdehin etirazları:
12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********188907 saylı qərarına əsasən İddiaçı QSC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödəni şlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə müəssisə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatı zamanı dərman vasitələrinin topdansatışı ilə məşğul olmuşdur.
13. Bununla yanaşı, Vergi yoxlaması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən götürülmüş, həmçinin vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, ekspert rəyi və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır.
14. Mənfəət vergisinin yoxlanması üzrə: Ve rgi ödəyicisi 2016-2018-ci illər üzrə gəlir və xərcinin uçotunu hesablama metoduna əsasən aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş və yoxlama zamanı araşdırılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin gəlirləri təqdim edilmiş e-VHF, e-QF və ilkin sənədlər əsasında formalaşmışdır. Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi, həmçinin ekspert tərəfindən verilmiş rəyə əsasən ümumilikdə, 2016-cı il üzrə 56693,06 manat, 2017-ci 2082866,10 manat, 2018-ci il üzrə 3696775,28 manat və 2019-cu il üzrə 16142,80 manat (ƏDV-siz) kənarlaşma yaranmışdır. Dövriyyə araşdırılarkən e-VHF və ilkin sənədlər əsasında ƏDV-yə cəlb olunan dövriyyənin (ƏDVsiz) iyul 2 016-cı il üzrə 17692,78 manat artıq göstərildiyi, fevral 2017-ci il üzrə 1793,51 manat və fevral 2019-cu il üzrə 10814,73 manat azaldıldığı müəyyən olunmuşdur. Nəticədə, yoxlama ilə ƏDV-siz 2016-cı il üzrə 39000,28 manat (56693,06 - 17692,78), 2017-ci il üzrə 2084659,61 manat (2082866,10 + 1793,51), 2018-ci il üzrə 3696775,28 manat və 2019-cu il üzrə 16142,80 manat əlavə dövriyyə kənarlaşması olmuş və bu fərqlər mənfəət vergisi (2016, 2017 və 2018) bəyannamələrində gəlirlər hissəsində nəzərə alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Beləliklə, mənfəət vergisi (2016, 2017 və 2018) bəyannamələrində gəlir hissə si e-VHF, e-QF, ilkin sənədlər, ekspert rəyi və Tarif (Qiymət) Şurasına əsasən yaranan əlavə hesablamalardan, mənfəətin xərclər hissəsi isə baza məlumatlarına və vergi ödəyicisi tərəfindən alınmış e-VHF, e-QF, icarə müqavilələrinə əsasən formalaşmışdır. Yalnız mənfəətin xərclər hissəsində malların dəyərinin silinməsi yoxlama ilə əhatə olunan dövrdə (mənfəət vergisi məqsədləri üçün xx.xx.2016-cı il tarixdən) vergi ödəyicisi tərəfindən təqdim olunmuş mallara uyğun olaraq illik orta maya dəyəri və fifo metoduna əsasən digərləri (maya dəyərinin müəyyən edilməsi mümkün olmayanlar) isə satış qiymətləri ilə nəzərə alınmışdır.
15. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi dərman və dərman vasitələrinin topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə əh atə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə yoxlamaya ekspert dəvət olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən topdan satılmış (e-VHF, e-QF və ilkin sənədlər) dərman və dərman vasitələri araşdırılarkən aylar üzrə Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilib-göstərilməməsi araşdırılmışdır. Ekspert tərəfindən verilmiş rəyə əsasən ƏDV-siz 2016-cı il üzrə 56693.06 manat, 2017-ci il üzrə 1822686.13 manat, 2018-ci il üzrə 2436626.08 manat və 2019-cu il üzrə 8855.52 manat, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi nəticəsində isə 2016-cı il üzrə 0.00 manat, 2017-ci il üzrə 260179.97 manat, 2018-ci il üzrə 1260149.20 manat və 2019-cu il üzrə isə 7287.28-manat ƏDV-yə 18 %-lə cəlb olunmalı dövriyyə (ƏDV-siz) kənarlaşma yaranmışdır. Həm ekspert rəyi, həm də Tarif (qiymət) Şurası qiymətlərinə əsasən araşdırma ümumilikdə, 5852477,24 manat (ƏDV-siz) dövriyyə kənarlaşması olmuşdur. Beləliklə, büdcəyə hesablanmalı ƏDV 1053445,90 manat (5852477,24 manat x 18 %) azaldılmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə aylar üzrə təqdim olunmuş e- VHF, e-QF və ilkin sənədlər əsasında formalaşmışdır. Əlavə dəyər vergisi bəyannamələri üzrə dövriyyə araşdırılarkən e-VHF və ilkin sənədlər əsasında ƏDV-yə cəlb olunan dövriyyənin iyul 2016-cı il üzrə 17692,78 manat, ƏDV 3184,70 manat artıq hesablandığı, fevral 2017-ci il üzrə 1793,51 manat, ƏDV 322,83 manat və fevral 2019-cu il üzrə 10814,73 manat, ƏDV 1946,65 manat azaldıldığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV 48644,41 manat olan idxal olunmuş malların əvəzləşdirilməsinin aparılmadığı, ƏDV 606,60 manat isə artıq əvəzləşdirildiyi müəyyən olundu. Yoxlama ilə müvafiq düzəlişlər edilmiş və idxal olunmuş mallar üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi təmin edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) alınmış və iyun 2019-cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış xx.xx.2019-cu il tarixli İB931616 nömrəli, həmçinin xx.xx.2019-cu il tarixli İB658401 nömrəli eVHF və Azərbaycan Qida Təhlükəsizliyi X2 Şəxsdən (VOEN: **********) alınmış və aprel 2019cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış xx.xx.2019-cu il tarixli HX551027 nömr əli e-VHF-lar təkrar əvəzləşməyə salındığı üçün əvəzləşmədən çıxarılmışdır.
16. Ödəmə mənbəyindən tutulan vergi: Vergi ödəyicisi tərəfindən fiziki şəxsdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən və ÖMV-yə cəlb olunmalı icarə haqqı məbləğindən 219,20 manat az göstərilmişdir. Nəticədə, büdcəyə hesablanmalı ÖMV 30,69 manat (219,20 manat x 14 %) azaldılmış və azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 15,35 manat (30,69 manat 50%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Göründüyü kimi vergi orqanı tərəfindən iddiaçı “Altes Union" QSC-də keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişd ir.
17. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********141299 №-li qərarı qismən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 153.144,82 (mənfəət vergisi 2017-ci il üzrə- 17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; ƏDV üzrə-68.812,22 manat;) manat məbləğində əlavə verginin hesablanması və həmin məbləğə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının, həmçinin cəmiyyətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissələri istisna olmaqla, qalan hissədə ləğv olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.
19. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçı müəssisəyə səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mö vcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi).
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın təmin edilmiş hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn ) xx.xx.2022-ci il tarixli, 2-1(103)-1835/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(112)-461/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 23.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümk ün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Şikayətin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
25. Bundan başqa, şikayətdə qeyd edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********159805 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərarı ilə mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********141299 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında düzəliş edilmiş və hesablanmış məbləğ azaldılaraq şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir.
26. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmçinin, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, məhkəmə qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. 27. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ekspert rəyi və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər mövcud olduğu halda və yoxlama ilə hesablamaların əsasını təşkil etdiyi halda, məhkəmənin yoxlanılan dövr üzr ə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcud olduğu və həmin sənədlərin mötəbərliyini təkzib edəcək dəlilin olmadığına istinad etməsi qəti şəkildə anlaşılan deyildir
28. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 38 və 43-cü maddələrini iş üzrə tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Məhkəmə səyyar vergi yoxlamasının növbədənkənar yoxlama olduğunu unudaraq növbəti yoxlama üçün müəyyən edilmiş tələblərə riayət etməməkdə cavabdehi təqsirləndirmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən sənədlərin ona təqdim edilməsi üçün görülən tədbirləri, iş üzrə araşdırma aparmadığı üçün görməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli tələbnamə təqdim edilərək müvafiq sənədlər tələb edilmiş, sənədlərin bir qismi təq dim edildiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən imtina aktı tərtib edilmişdir. Daha sonra, Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış, təqdim edilmiş sənədlər üzrə protokol, təqdim edilməyən sənədlər üzrə isə imtina aktı tərtib edilmişdir.
29. Məhkəmə iddiaçıya təqdim edilməmiş sənədləri təqdim etməsini təklif etmək əvəzinə cavabdehi iş üçün əhəmiyyətini belə nəzərə almadan məhkəməyə müraciət etmədiyinə görə nöqsanlı hesab edərək, keçirilmiş yoxlamanın əsaslarını sarsıtmağa çalışmışdır.
30. Məhkəmə iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini düzgün istiqamətdə tətbiq etməmişdir. Məhkəmə tərəfindən tətbiq olunan bu maddi hüquq normasının müddəalarının tətbiqi üçün işin faktiki halları baxımından əsas yoxdur. Məhkəmə əlaqəli məlumatlar anlayışını düzgün şərh etməmiş, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin məzmununu düzgün təfsir etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əlaqəli məlumatlar hesab olunur. Həmin əlaqəli məlumatlara rəsmi xarakterli olması tələbini məhkəmə şəxsi mülahizəsinə görə vermişdir. Digər tərəfdən, vergilərin hesablanması əsaslarını təşkil edən xx.xx.2020-ci il tarixli ekspert rəyi və Tarif Şurasının müəyyən etdiyi qiymətlər rəsmi əlaqəli məlumatlar olmaqla yoxlamanın düzgün həyata keçirildiyini təsdiq edir.
31. Məhkəmə bir tərəfdən gəldiyi nəticəni əsaslandırmaq üçün vergilərin az hesablanmasının müəyyən edilmədiyini vurğulayır. Digər tərəfdən mübahisələndirilən qərarı qismən ləğv edərək ekspert rəyi ilə müəyyən edilən mənfəət vergisi və ƏDV üzrə ümumilikdə 153.144,82 (mənfəət vergisi 2017-ci il üzrə-17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə- 68.459,20 manat; ƏDV üzrə-68.812,22 manat) manat məbləğ üzrə vergilərin azalmasını müəyyən etmişdir.
32. Məhkəmə kollegiyası mötəbər hesab etdiyi ekspert rəyi üzrə heç bir araşdırma, tədqiqat aparmamış və həmin sübutun qiymətləndirməsini həyata keçirməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması (153.144,82 manat, o cümlədən-mənfəət vergisi 2017-ci İl üzrə 17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; ƏDV üzrə-68.812,22 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 80 manat maliyyə sanksiyası hissələri istisna olmaqla) və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində vergi orqanının mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır.
34. Məhkəmə qərarının qanunsuz və əsassız hesab edilməsini təsdiq edən əsaslardan biri də məhkəmənin ödəmə mənbəyində verginin qanunsuz hesablanması ilə bağlı hər hansı dəlili olmadığı halda, həmin vergini də ləğv etməsi olmuşdur.
35. Həmçinin məhkəmə kollegiyası Vergi Məcəlləsinin 57.1-ci maddəsini əsas götürərək 80 manat maliyyə sanksiyası hissəsində də iddianı təmin etməmişdir. Halbuki vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsas götürülərək 40 manat maliyyə san ksiyası tətbiq edilmişdir.
36. Yuxarıda qeyd olunanlar bir daha təsdiq edir ki, məhkəmə iş üzrə ciddi araşdırma aparmamışdır.
37. Məlumat üçün bir daha bildirilir ki, vergi orqanının xx.xx.2022-ci il tarixli. **********159805 saylı **********159805 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərar (İş materiallarında mövcuddur) qəbul edilərək vergi məbləğləri azaldılmışdır.
38. Həmçinin bildirilir ki, cəmiyyətin direktoru X1 xx.xx.2022-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək müəssisəyə hesablanmış 306.918.64 manat məbləğində vergilərin dövlət büdcəsinə ödədiyinə görə barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata CPM-nin 40.4-cü maddəsinə əsasən, bəraətverici əsas lar olmadan xitam verilməsini xahiş etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən CPM-nin 40.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir.
39. Barəsində şikayət olunan qərar ləğv edilməli, iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunm uş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydas ında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Kassasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
45. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların və ya ümumiyyətlə, izahat verməmələrinin üzərindən sükutla keçə bilməz.
47. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********159805 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərarı ilə mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********141299 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında düzəliş edildiyini və hesablanmış məbləğ azaldılaraq şəxsi hesab vərəqəsində də müvafiq düzəlişlər edildiyini bildirmiş, bu səbəblə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********141299 nömrəli qərarın ləğvinə dair iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə m əsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159805 nömrəli qərar və bununla bağlı digər sənədlər vəsatətlə birgə işə əlavə edilsə də, məhkəmə iclas protokollarında vəsatətin verildiyinə, vəsatətdə və ona əlavə olunmuş sənədlərdə göstərilən faktiki halların məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair məlumat yoxdur (İPMin 64.1, 68.2-ci maddələri). Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmişdir. Başqa sözlə, mübahisələndirilən qərar dəyişdirilmiş məzmunda müzakirə, araşdırma və qiymətləndirmə predmeti olmamışdır.
48. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi yalnız məhkəməmühasibatlıq ekspertizasının rəyinə və birinci instansiya məhkəməsinin qərarındakı əsas lara istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir. İPM-in 87.8-ci maddəsinin tələbindən də göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Hazırkı işdə bu, baş verməmişdir. Belə ki, istər məhkəmənin əsaslandığı ekspert rəyinin mötəbərliyi və əsaslılığı ilə bağlı, istərsə də Vergi Məcəlləsinin 38, 42, 43 və 67-ci maddələrinin müddəalarının tətbiqi ilə bağlı şikayətin dəlilləri araşdırma və müzakirə predmeti olmamışdır.
49. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin ha llarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.
50. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın mümkün sayılmaması tələbinə dair hissədə təmin oluna bilməz.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)1835 /2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.