Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-383/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması, inzibati akta qarşı iddia qaldırma müddəti) Hakimlər: Səyyad Kərimov-sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11.2021-ci il tarixli, 2-1(103)-2796/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 27 may 2019-cu il tarixli, Ə416-001-19 saylı əmri ilə “Polis haqqında” Qanunun 5-ci və 13-cü, “Daxili İşlər orqanları əməkdaşlarının etik davranış” Kodeksinin 12,17,19 və 20-ci maddələrinin tələblərini pozaraq daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Daxili İşlər Nazirliyinin X6 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 Alayının 31.05.2019-cu il tarixli, Ə2 09 ş/H-033-19 nömrəli əmri ilə polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşlarının adına ləkə gətirən hərəkət törətdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. 3. 27 may 2019-cu il tarixli, Ə416-001-19 saylı əmr 31.05.2019-cu il tarixdə iddiaçının iştirakı ilə X6 Alayının şəxsi heyətinə və 5-ci patrul bölüyünün polis əməkdaşlarına elan edilmişdir.
4. İddiaçının xidmətə bərpa edilməsi barədə müraciətləri ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Daxili Təhqiqatlar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.12.2019-cu il tarixli məktubda, iddiaçının xidmətdən əsassız xaric olunması və yenidən xidmətə qəbul ed ilməsi barədə eyni məzmunlu müraciətlərinə baxıldığı, barəsində qəbul edilmiş qərarın əsaslı olduğu və həmin qərarın dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuş, qərardan narazı qaldığı halda məhkəməyə müraciət hüququ ona izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 09.04.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 31.05.2019-cu il tarixli, Ə209 ş/h-033-19 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28.04.2005-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirl iyində polis nəfəri kimi xidmətə başlamışdır. 31.05.2019-cu il tarixli əmrlə xidmətdən xaric edildiyi günə qədər, heç bir qüsura yol vermədən, heç bir töhmət, xəbərdarlıq və digər intizam tənbehi almadan xidmət etmişdir. Hətta, xidmət etdiyi müddətdə bir neçə dəfə təşəkkürnamə və digər mükafatlar almışdır. 2019-cu ilin əvvəllərində onun barəsində daxili təhqiqat başlanılmış və bir müddət araşdırma getmişdir. Daxili təhqiqatın nə ilə bağlı olduğu konkret olaraq ona bildirilməmişdir. Bu əsnada iddiaçının anası X1, həyat yoldaşı X2 və digər yaxın tanışlarından izahatlar alınmışdır. Hətta, araşdırmanın gedişində onun şəxsi həyatına dair məlumatlarla onu şantaj etmək hədəsi də olmuşdur. Yalnız təhqiqatın sonunda və şifahi şəkildə ona bildirilmişdir ki, xidmətdə olduğu zaman kimlərləsə (ona məlu m olmayan şəxslərlə) “qanunsuz sövdələşməyə” girmiş və polis adına ləkə gətirən hərəkətlərə yol vermişdir. İddiaçının belə sövdələşməyə girməsi xidmətin təşkili və nəzarət mexanizmləri səbəbindən qeyri-mümkündür. Belə ki, polis nəfəri olaraq heç vaxt tək xidmət aparmamışdır, hər zaman təhkim edilmiş əraziyə ən azı iki polis nəfəri olaraq çıxırdılar və növbəli xidmət aparırdılar. Bu vəziyyətdə isə, iddiaçının təkbaşına hansısa qanunsuzluq etməyi və qərar qəbul etməyi mümkün deyildir. Onun fəaliyyəti müntəzəm olaraq yuxarı rəislər tərəfindən yoxlanılmış və xidmət kitabçasında hər gün üzrə yoxlamalar imzalanmaqla təsdiq edilmişdir, həmin müddətdə onun barəsində hər hansı təqdimat və şikayət olmamışdır. Onun və digər post-patrul xidməti aparan polis nəfərinin hansısa qərar qəbul etmək, kimin ləsə sövdələşməyə girib, hansısa şəxsə imtiyaz təqdim etmək kimi səlahiyyəti yoxdur. Post-patrul xidməti, yalnız onlara təhkim edilmiş ərazidə fasiləsiz müşahidələr aparmaq və qanunsuzluqlar barədə həmin əraziyə məsul olan sahə müvəkkilinə xəbər verə bilər və ən yaxşı halda, sahə müvəkkili vəzifəli şəxs olaraq hansısa qərar qəbul edə bilər. 31.05.2019-cu il tarixdən sonra ona şifahi şəkildə bildirilmişdir ki, polis adına ləkə gətirən hərəkətə yol verməyi səbəbindən xidmətdən xaric edilmişdir. Lakin, nə qədər tələb etsə də, əmri ona rəsmən təqdim etmədilər. Əmrin verilməməsinə görə isə, məhz hansı əsasla və nə səbəbə işdən azad edilməsi uzun zaman (təqribən 2 ilə yaxın müddətdə) ona naməlum qalmışdır. Hətta, bu hallara görə o dəfələrlə X5 və Nazirliyin digər vəzifəli şəxslərinə xidmətə bərp a olunmaq üçün (çünki əmr ona təqdim edilmədiyindən məsələni mübahisələndirmək istəmir və mübahisəni sülh yolu ilə həll etmək istəyirdi) şəxsən yazılı müraciətlər etmişdir. Hər dəfəsində də, ona eyni məzmunlu cavab verilirdi, lakin məhz əmrin surəti ona təqdim edilmirdi. Əmrin surətini təkidlə istəyəndən sonra isə, ona yazılı və şifahi formada bildirilirdi ki, əmrin surətinin alınması üçün məhz X6 Alayına gəlməyi vacibdir. Yəni, hər vəchlə əmrin surəti ona verilmirdi. Dəfələrlə yazılı tələbindən sonra, 31.05.2019-cu il tarixli əmrin surəti 12.03.2021-ci il tarixdə poçtla rəsmi qaydada ona təqdim edildi. Həmin əmrdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirə n hərəkət törətdiyinə görə) xidmətdən xaric edilməsini görmüşdür. Ona görə də, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-5661/2021 nömrəli qərardadı ilə (hakim M. Hacıbəyova) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmr barədə uzun müddət ərzində məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2021-c i il tarixli, 2-1(103)-2796/2021 nömrəli qərardadı ilə (hakimlər H. Həmidov - sədrlik edən və məruzəçi, E. Nağıyeva və C. Yusifov) apelyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş məktublardan görünür ki, İddiaçı cavabdehin onun barəsində verdiyi 27 may 2019-cu il tarixli əmr haqqında 2019-cu ilin dekabr ayında məlumatlı olmuş, lakin məhkəməyə 09 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Belə olduqda, iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət iddiaçı tərəfindən üzrsüz səbəbdən buraxılmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübah isələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ma ddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. İş üzrə iddiaçı a pelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılma lıdır.
19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətini n dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda, həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludu r.
21. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunmuşdur ki, “İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.”.
23. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə qaldırılmasıdır. Qanunvericilikdə iddianın növündən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.
24. Mübahisəyə dair işin hallarından görünür ki, hazırkı iddia yux arıda istinad olunan normalar anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar iddia müddətinə tabedir və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Odur ki, hazırkı mübahisə üzrə mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
25. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əmr Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 27 may 2019-cu il tarixli, Ə416-001-19 saylı əmrinə əsasən Azərbaycan Respublikası D axili İşlər Nazirliyinin X6 Alayı tərəfindən 31.05.2019-cu il tarixdə qəbul edilmişdir. Həmin əmrlə Daxili İşlər Nazirliyinin X6 Alayının 5-ci Patrul Bölüyünün polis nəfəri İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
26. İddiaçının mübahisələndirilən əmrdən məlumatlı olduğu iş üzrə materiallarla, o cümlədən və həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə olunmuş sənədlərlə tam təsdiq edilir. Belə ki, iş üzrə materiallardan və həmin sənədlərdən görünür ki, cavabdeh tərəfindən 17.12.2019-cu il tarixdə iddiaçının müraciətinə cavab olaraq, onun daxili işlər orqanlarında xidmətdən əsassız xaric edilməsi barədə eyni məzmunl u təkrar müraciətlərinə baxıldığı, haqqında qəbul olunmuş qərarın əsaslı olduğu və narazı qaldığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu barədə ona məlumat verilmişdir. Bununla bağlı cavabdehlə iddiaçı arasında yazışmalara dair müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir. 27. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxsə məlum olduğu andan hüquqi qüvvəyə minir.
28. İddiaçı məlumatlı olmasına və cavabdeh tərəfindən hüquqi müdafiə vasitələri barədə məlumatlandırılmasına rəğmən, 17.12.2019-cu il tarixdən məhkəməyə müraciət etdiyi 09 aprel 2021-ci ilə qədər keçən müddət ərzində həmin əmri mübahisələndirməmişdir. İddiaçı tərəfindən kassasiya şikayətində qeyd edilən əmrin müddət ötürülməklə mübahisələndirilməsinin üzürlü səbəbləri də göstərilməmiş və ümumiyyətlə, bu məsələdən bəhs olunmamışdır. Odur ki, qanunla müəyyən olunmuş müddət ərzində həmin əmrin mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması iddiaçının məsuliyyət sferasına aid edilməlidir.
29. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
30. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasi bətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Nəzərə alınmalıdır ki, müddətlə bağlı tələbə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə dövlət idarəçiliyində sabitliyi və hüquqi müəyyənliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə hazırkı mübahisəyə münasibətdə iddia yu xarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
32. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2-1(103)-2796/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.