Məhkəmə qərarları › İş №2-1(102)-383/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-383/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-383/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı “X10 Təsərrüfatı LTD” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin verilməsi müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı “X10 Təsərrüfatı LTD” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X4, X5, X6) “plan-ölçünün ilkin hüquqmüəyyənedici sənədlərə uyğun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2355/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü şəxs X1 verilmiş xx.xx.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; 3-cü şəxs X2 verilmiş xx.x x.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; 3-cü şəxs X3 verilmiş xx.xx.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə, həmin məlumatların faktiki yerləşmə yeri və iddiaçı “X10 Təsərrüfatı LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X11 Yatağı”nın ərazisi üzrə deyil, üçüncü şəxslərə verilmiş ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2022 nömrəli, 3 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.Hacıbəyova) iddia təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv e dilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2355/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov /sədrlik edən və məruzəçi/, A.Hüseyn və S.Bəktaşi) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdi. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayə t vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış proses sual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

9. Kassasiya ş ikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarı 28 oktyabr 2022-ci il tarixdə cavabdehə təqdim olunmuş, lakin cavabdeh tərəfindən kassasiya şikayəti 29 noyabr 2022-ci il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitə şöbəsinə təqdim olunmuşdur.

13. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildi rişdə müddətin buraxılmasının səbəbləri göstərilməklə həmin çatışmazlığın 6 fevral 2022-ci il tarixədək aradan qaldırılması və müddətin bərpasına dair ərizə verilməsi təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.

14. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş məktubda qeyd edilmişdir ki, kassasiya şikayəti xx.xx.2022-ci il tarixində sürətli poçt daşıma üzrə kuryer xidmətinə təhvil verilmiş və xx.xx.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin məsul şəxsi tərəfindən poçt qəbzində göndərişin alınması hissəsində “Qırxlarova” və imza yazılmaqla təhvil alınmışdır.

15. Məhkəmə kollegiyası məktuba əlavə edilmiş poçt qəbzi ilə bağlı qeyd edir ki, təqdim edilmiş qəbzin “Smart Express” tərəfindən tərtib edildiyi görünür. Lakin qəbzin üzərində həmin müəssisənin rekvizitləri (məsələn, VÖEN-i, hüquqi şəxs kimi adı və forması) göstərilməmiş, qəbzə müvafiq möhür vurulmamışdır. Bundan əlavə, qəbzin üzərindəki əlaqə nömrəsinin xidmət xaricində olduğu müəyyən olunmuş, eləcə də müəssisə və onun fəaliyyəti barəsində hər hansı məlumat əldə edilməsi mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası təqdim edilmiş poçt qəbzini mötəbər və etibarlı sənəd hesab etmir.

16. Beləliklə, kassasiya şikayətinin verilməsi üçün müddətin onun tərəfindən buraxılmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, istinad olunan prosessual hüquq normalarına və məhkəmə pre sedentlərinə əsasən kassasiya mümkün sayılmamalı, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır..

18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2355/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar