Məhkəmə qərarları › İş №2-1(102)-3832/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3832/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3832/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə; apellyasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan ərazi İdarəsinə (üçüncü şəxslər: X8 və digərləri) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadlarından Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində bildirilir ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı və X4 kitabında ##.##.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və Məmmədova (Alışova) Almaz Əmirxan qızının adına tərtib edilmiş A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun tərəflərindən GPS aləti vasitəsi ilə plana alınan koordinatları (0.2178 ha) və A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatları (0.2175 ha) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur; A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatları ilə naturada faktiki istifadə edilən torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, islahat zamanı ayrılmış torpaq sahəsi ilə naturada faktiki istifadə olunan torpaq sahəsi eynidir. Lakin tərtib edilmiş A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar texniki səhv olaraq Sarıcalar kəndində yerləşən Dövlət mülkiyyətində saxlanılan pambıq tədarükü məntəqəsinin yerləşdiyi əraziyə vurulmuşdur. A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların yerləşdiyi torpaq sahəsi iddiaçı və ailə üzvləri tərəfindən istifadə olunmur. Həmin ərazi Dövlət mülkiyyətində saxlanılmaqla istifadəsiz ərazidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflərindən GPS aləti vasitəsi ilə naturada plana alınan və 0.2178 ha müəyyən edilən mübahisəli həyətyanı torpaq sahəsi üzərində 908013063893-10301 Reyestr nömrəli çıxarışla İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmış və həmin torpaq sahəsinin 0.1261 hektarı üçüncü şəxs Üçüncü şəxs istifadəsindədir.

2. ## #### 2005-ci il tarixli, ** nömrəli qərardan, ##.##.2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə Saatlı rayonu Sarıcalar kənd YAİK-nın ##.##.2004-cü il tarixli, * saylı protokolu təsdiq edilmiş, İddiaçı 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi X4 kitabında ## ### 2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi üzrə iddiaçıya Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə (dəqiqləşmə) məhkəməyə müraciət edərək “Saatlı rayon Aqrar İslahat Komissiyasının ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı əsasında ona Saatlı rayonu Sarıcalar kəndində ayrılmış 2175,87 kv.m ölçüdə torpaq sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Şirvan İnzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs, X8, X9, X7, X2, X3, X5 və Saatlı rayon Sarıcalar bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – F.Abbasov).

6. Qərardan narazı qalan üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2020-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı “Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi” hissəsində qismən ləğv edilmişdir (sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov, A.Novruzova).

9. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçıya Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinin bir hissəsi hər-hansı hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxs tərəfindən istifadə edilir. Qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin məhz qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir.

10. Hazırkı işin faktiki halından, həmçinin birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün vəzifə və öhdəlik yaratmır. Başqa sözlə, AİK həmin torpaq sahəsinin iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. Həmin torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəticəsində qanunla qorunan maraqlarına toxunması halını sübut etmək üçün üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli idi. Üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi və uzun müddət istifadə edilməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil.

11. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarından Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmiş və Üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilmişdir.

12. Məhkəmə kollegiyası bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəticəsində qanunla qorunan maraqlarına toxunması halını sübut etmək üçün üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli idi. Üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi və uzun müddət istifadə edilməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil. Bu baxımdan, birinci instansiya məhkəməsi Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən, üçüncü şəxs Üçüncü şəxs birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ istisna edilir.

13. Üçüncü şəxs Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, bu qərardad iddiaçının qanunsuz şəkildə birinci instansiya məhkəməsində beş il davam edən məhkəmədə haqlı olmadığını sübut olunduğu aşkara çıxarılacağı üçün Şirvan Apellyasiya Məhkəməsinin və Şirvan İnzibati Məhkəməsinin qərarlarının gələcəkdə ləğv etməsinə gətirib çıxaracağına görə qərəzli olaraq çıxarılmış qərardaddır. Belə ki, apellyasiya icraatı zamanı Şirvan İnzibati Məhkəməsində 5 il davam edən pozuntuları ətraflı qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsində keçən dörd iclasın hamısında iddianın qanunsuz olmasını, ona aqrar islahat zamanı heç bir torpaq verilmədiyini və Aqrar İslahata dair hüquqmüəyyənedici sənədlərin olmadığı sübut olunmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası (xüsusən də vaxtilə iddiaçının qanunsuz iddiasını Şirvan İnzibati Məhkəməsində icraata və bu qanunsuz iddianı mümkün saymayaraq 3 il davam etdirən hakim Samir Həsənov) Şirvan İnzibati Məhkəməsinin qanunsuz qərarının gələcəkdə Ali Məhkəmədə ləğv olunması ehtimalının olduğunu anlayıb, onun üçüncü şəxs kimi Ali Məhkəmədə bu qanunsuz qərarı ləğv etmək fürsətinin önünü kəsmək üçün belə bir qərardadı qəbul etməyə məcbur qalmışlar (xüsusən də Samir Həsənovun böyük fikir rəyinin təsiri ilə).

15. Qeyd olunmalıdır ki, 2008-ci ildən ev tikib yaşadığı həyətyanı torpaq sahəsinə iddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia qaldırmaqla bildirmişdir ki, guya o, iddia etdiyi torpaq sahəsini 2005-ci ildə aqrar islahat qərarı ilə əldə etmişdir. Lakin indiyə kimi keçən instansiyalar zamanı iddiaçı 2005-ci il aqrar islahata dair Dövlət Aktını və onun (Cizgi) Plan ölçü sənədi təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ##.##.2009-cu il tarixində qanunsuz şəkildə əldə etdiyi, A ****** nömrəli “torpaq sahəsinin planı və ölçü”nün verilməsinə (guya) əsas olan hüquqmüəyyənedici sənədləri iddia edilən torpağın Dövlət Aktını və ilkin X1ının bu günə kimi ortalığa gətirilib çıxarmamış, iddia edilən torpağın Dövlət Aktını və ilkin X1 Cizgisi, Sxemi"nin məhkəməyə təqdim edilib göstərilməsi (həmçinin vəsatətlərlə) istənilsə də, məhkəmədə yalnız qanunsuz yollarla iddiaçıya təqdim olunan ##.##.2009-cu il tarixli, A ****** nömrəli "Torpaq sahəsinin planı və ölçü” göstərilmişdir.

16. Birinci instansiya məhkəməsində işi icraata qəbul edən hakim Samir Həsənov tərəfindən X6, ** saylı Şirvan Ərazi İdarəsinə və eyni zamanda Kadastr və Reyestrə sorğular verilsə də, iddiaçıya aid aqrar islahata aid Dövlət Aktının və Plan Cizginin olmadığı bildirilmişdir. Həmçinin Saatlı Rayon Sarıcalar Bələdiyyəsinə və həmin kəndin Ərazi Dairəsinə də verilmiş vəsatətlər və sorğular zamanı iddiaçının adına heç bir həyətyanı torpağın olmadığı bildirilmişdir. Daha sonra hakim tərəfindən həmin torpaq sahəsinə ekspertiza təyin edilmişdir (iddiaçı tərəf bu ekspertizanın keçirilməsinə qəsdən bir neçə dəfə mane olmuş, bu barədə iş materiallarında iki dəfə yazılı akt tərtib olunmuşdur). Nəticədə bir daha aşkara çıxmışdır ki, ##.##.2009-cu il tarixli, A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçü”nün koordinatları onun istifadəsində olan torpaq sahəsinə düşmür. Həmin koordinatlar iddiaçı “Plan-ölçü”nü 2009-cu ildə qanunsuz şəkildə əldə etdiyi üçün iddia etdiyi torpaq sahəsindən, (istifadəsində olan torpaq sahəsindən) 82 metr şimal-qərb istiqamətində yerləşən dövlətə aid Pambıq Tədarükü məntəqəsinin sahəsidir və onun koordinatlarıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İlk öncə nəzərə alınmalıdır ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli iki qərardadı mövcuddur. Birinci qərardad Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində qismən ləğv edilməsi, ikinci eyni tarixli qərardad isə Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmayaraq onun qəbulundan imtina edilməsi ilə bağlı olmuşdur.

26. Kassasiya şikayətindən göründüyü kimi, Üçüncü şəxs qərardadın ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etsə də, kassasiya şikayəti verən şəxsin marağının onun apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti hər iki qərardadın ləğv edilməsi ilə bağlı olmuşdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, İPMvə 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə in 28.127. icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

28. Ümumi qaydaya görə, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.

29. Belə ki, iş materiallarında olan ## #### 2005-ci il tarixli, ** nömrəli qərardan, ##.##.2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə Saatlı rayonu Sarıcalar kənd YAİK-nın ##.##.2004-cü il tarixli, * saylı protokolu təsdiq edilmiş, İddiaçı 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi X4 kitabında ## ### 2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi üzrə iddiaçıya Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

30. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində bildirilir ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı və X4 kitabında ##.##.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və Məmmədova (Alışova) Almaz Əmirxan qızının adına tərtib edilmiş A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun tərəflərindən GPS aləti vasitəsi ilə plana alınan koordinatları (0.2178 ha) və A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatları (0.2175 ha) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur; A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatları ilə naturada faktiki istifadə edilən torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, islahat zamanı ayrılmış torpaq sahəsi ilə naturada faktiki istifadə olunan torpaq sahəsi eynidir. Lakin tərtib edilmiş A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar texniki səhv olaraq Sarıcalar kəndində yerləşən Dövlət mülkiyyətində saxlanılan pambıq tədarükü məntəqəsinin yerləşdiyi əraziyə vurulmuşdur. A № ****** olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların yerləşdiyi torpaq sahəsi iddiaçı və ailə üzvləri tərəfindən istifadə olunmur. Həmin ərazi Dövlət mülkiyyətində saxlanılmaqla istifadəsiz ərazidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflərindən GPS aləti vasitəsi ilə naturada plana alınan və 0.2178 ha müəyyən edilən mübahisəli həyətyanı torpaq sahəsi üzərində 908013063893-10301 Reyestr nömrəli çıxarışla İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır və həmin torpaq sahəsinin 0.1261 hektarı üçüncü şəxs Üçüncü şəxs istifadəsindədir.

31. Üçüncü şəxs isə mübahisəli torpağın, habelə onun üzərində inşa etdirdiyi evə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olması işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır.

32. Apellyasiya məhkəməsi düzgün olaraq bildirmişdir ki, üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi və uzun müddət istifadə edilməsi hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil.

33. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadları kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar