Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3833/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. DSMF-nin Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-A-*****/**** nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışları ilə müəyyən olunur ki, X1 ilkin olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ##.##.2008 ci il tarixdə 1 il müddətinə üçüncü, daha sonra eyni səbəbli əlaqə ilə ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək 1 il müddətinə, ##.##.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. X1 əlillik vəziyyətinə X3 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X10: XIII Sinif– Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25- Artropatiyalar => M20-M25 Oynaqların digər zədələnmələri => M24– Oynaqların digər spesifik zədələnmələri; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması; Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir.
3. X3 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin ##.##.2021-ci il tarixli göndərişində (Forma 88) X1 barəsində əsas diaqnoz:- “M24.5 Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması”, Ağırlaşmalar:- “R26 Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəksin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” və “R52.1 Müalicəyə tabe olmayan daimi ağrı sindromu”, Yanaşı xəstəliklər:- “F48.0 Nevrasteniya” kimi müəyyənləşdirilmişdir. Göndərişdə Rengenoqrafiyanın nəticəsi “null, Döş qəfəsinin R/skopiyasında– Ağ ciyərin bronx şəkili güclənib. Ağ ciyər kökü sərtləşib. Sinuslar sərbəstdir. Sağ diz oynağının R/qrammasındasümük tamlığı pozulmuşdur, böyük qamış sümüyünün metaepifizinin köhnə bitişmiş sınığı, oynaq səthinin sklerozlaşması, oynaq yarığının daralması qeyd olunur, oynaq arası hündürlük qalınlaşıb. Nəticə: sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı, sağ diz oynağının kontrakturası və artrozu” kimi qeyd edilmişdir.
4. X2 hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh etdiyi müraciətə sonuncunun ##.##.2023-cü il tarixli *-**-*/*-A****/**** nömrəli məktubu ilə bildirilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciəti əsasında ##.##.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, onun hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Hazırda səhhətidə ağırlaşma əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı diaqnozu “Fəlakət (müharibə) keçirtdikən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə.Ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrösensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd), sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: “Sağ baldır sümüklərinin distal metafizinin qapalı yerdəyişmiş sınıqlarına görə aparılmış (##.##.2023) açıq repozisiya metal lövhə və vintlərlə fiksasiya cərrahi əməliyyatından sonrakı kafi bitişmiş sınıqları, çıxarılmamış metal konstruksiya, aşıq-baldır oynağının çapıq-vətər kontrakturası. “Travmadır, Hərbi Xidmət Dövründə Alınmışdır” Diaqnoz : Hər iki gözün mürəkkəb miopik astiqmatizmi, sağda M 5.0 D və M 1,0 D və M 6,0 D nəticəsində görmə itiliyinin sağda 0,4-ə qədər azaldılması, korreksiya ilə 0,6, solda 0,3-ə qədər azalması, korreksiya ilə 0,4 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəfüssünün cüzidərəcədə pozulması ilə.Ikincili hissəvi adentiya. “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi müəyyənləşdirilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli, **** nömrəli, ##.##.2023-cü il tarixli *** nömrəli hərbi psixiatr komissiyasının rəyində İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, itez-tez dekompensasiyalar, intihar cəhdləri ilə F62.0 olması müəyyən edilmişdir.
7. İddiaçı əlillik vəziyyəti İ********ZJV nömrəli göndərişə əsasən “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi,depressiv daxilolmalar, teztez dekompensasiyalar, intihar cəhdləri ilə.Astiqmatizm,Hər iki gözün miopik astiqmatizmi” diaqnozu əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cvabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməsini və ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35- 60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
Iddiaçının əsaslandırması:
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun xəstəliyi ciddidir, davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə, astiqmatizm hər iki gözün miopok astiqmatizmi diaqnozları təyin edilmişdir. Müharibədə iştirak etmişdir. Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişdir və döyüşdə ağır yaralanmışdır. Lakin haqsızlıq edərək əlillik dərəcəsi təyin edilməmişdir. Halbuki hazırda da çox ağır vəziyyətdədir. O, cavabdehə müraciət etsə də ##.##.2024-cü il tarixdə sms vasitəsilə bildirilmişdir ki, əlillik təyin etməkdən imtina edilib. Halbuki əlilliyini təsdiq edən sənədlər və müayinə aktları vardır.
Cavabdehin etirazı:
11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) keçirtdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə. Ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sağ baldır sümüklərinin distal metafizinin qapalı yerdəyişmiş sınıqlarına görə aparılmış (##.##.2023) açıq repozisiyası, metal lövhə və vintlərlə fiksasiya cərrahi əməliyyatından sonrakı kafi bitişmiş sınıqları, çıxarılmamış metal konstruksiya, aşıq-baldır oynağının çapıq-vətər kontrakturası” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi, sağda 5,0D və M 1,0D və M 6,0D nəticəsində görmə itiliyinin sağda 0,4-ə qədər azalması, korreksiya ilə 0,6, solda 0,3-ə qədər azalması, korreksiya ilə 0,4 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Ikincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023- cü il tarixli *****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, qıcıqlanma, intihar cəhdlərindən şikayətlənmişdir. Əyani müayinə zamanı kobud simulyativ davranış sərgiləmiş, verilən suallara qıcıqlı, halda cavablar vermişdir. “Mənə təyinat olmasa özümü yandıracam” kimi fikirlər irəli sürmüşdür. Ünsiyyət zamanı subordinasiya saxlamamışdır. Emosional labil, intellektual-mnestik funksiyaları yaşına, təhsilinə, sosial-məişət şəraitinə uyğun olmuşdur. Özü intihar cəhdi olaraq avtoqəza etdiyini və sağ ayağının sındığını bildirmiş, lakin X8 ##.##.2023- ##.##.2023-cü il tarixli epikrizində “xəstənin dediyinə görə, evdə yıxılmışdır” qeydi yazılmışdır. Aparılmış müalicələr barəsində formal məlumat vermişdir. Vətəndaş 2017-2023-cü il ərzində MAXE kimi xidmət etmiş və xidməti vaxtın başa çatması ilə tərxis olunmuşdur (H/b-SX 0112780 21-ci səhifə). Həmin dövrlərdə mülki psixiatrik xəstəxanaların çıxarışlarında “işləmir” qeydi aparılmışdır ki, bu da vətəndaşın bu faktı gizlədərək əsassız müraciət etməsini göstərmişdir. Həmçinin travma haqqında arayış təqdim olunmamışdır. Agentliyin həkim-ekspert oftalmoloqun əyani müayinəsi zamanı diaqnoz “(VIS OU=0,1 k/i 0,4) OU-Mürəkkəb miopik astiqmatizm. Ambliopiya” kimi müəyyənləşdirilmişdir. Agentlikdə Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq-55 db, sol qulaq-40 db” kimi müəyyənləşdirilmişdir. Hazırkı psixi vəziyyəti əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir.
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Gəncə Inzibati Məhkəməsinin (hakim: L.K.Əliyeva) 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı iddiaçı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1–ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam öz əksini tapır.
15. Cavabdeh həmin qərarın dəlilləri ilə razılaşmamış və apellyasiya şikayəti verərək Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Isgəndərova və A.V.Bayramov) 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, İddiaçı ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
17. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti X9 ##.##.2024-cü il tarixli göndərişinə əsasən “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə. Astiqmatizm, Hər iki gözün miopik astiqmatizmi” diaqnozu əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Iş materiallarında olan İ********ZJV nömrəli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnozlar, “Əsas diaqnoz- F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə; Yanaşı xəstəliklər– T70.0 Qulağın barotravması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə; H52.2 Astiqmatizm, Hər iki gözün miopik astiqmatizmi.” kimi müəyyən edilmişdir. Forma 88 haqqında məlumat qrafikində qeyd edilmiş iddiaçıya qoyulan XBT- 10 kodu “F62.0” olan əsas diaqnoz göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.7.1-ci bəndində öz əksini tapmışdır.
18. Birinci instansiya məhkəməsi isə maddi hüquq norması kimi “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” XBT-10 kodu “F62.0” qeyd edilmiş 7.5.1-ci bəndin doqquzuncu abzasına əsaslanaraq həmin Əlavənin 7.5.1.1-ci yarımbəndi əsasında iddianı təmin etmişdir. Buna münasibətdə kollegiya qeyd etmişdir ki, ## #### 2023-cü il tarixli *** nömrəli AR Nazirlər Kabinetinin Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.5.1-ci yarımbəndinin birinci-üçüncü, doqquzuncu və onuncu abzasları ləğv edilmiş və Nazirlər Kabinetinin həmin Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir. Yeni redaksiyada verilmiş 7.7.1-ci yarımbəndin ikinci abzasında xəstəliyin adı kimi “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” və XBT-10 kodu “F62.0” təsbit edilmişdir. Buna əsasən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
19. Göründüyü kimi iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan əsas diaqnoz XBT 10 kodu- F62.0 olmaqla, xəstəliyin adı- Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə. müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan Forma 88 haqqında məlumatın “status localis” (yerli vəziyyətin təsviri) bəndində göstərilən məlumatlar qrafikində şəxsin vəziyyəti kimi göstərilmişdir ki, bələdliyi saxlanılıb. Ünsiyyətə həvəssiz olaraq qoşulur, verilən suallara qısa, sakit tonla cavablar verir. Maraq dairəsi daralıb, ətrafda baş verənlərlə maraqlanmır, biganədir. Diqqəti öz daxili həyəcanlarına yönəlib, özünə qapanıqdır. Əhval ruhiyyəsi enikdir. Ruh düşkünlüyü müşahidə edilir. Hər xırda qıcığa güclü reaksiyalar verir. Konfliktlərə meyillidir. Özünü fizioloji olaraq sağlam hesab etmir. Davranış pozğunluğu müşahidə olunur. Tez-tez səbəbsiz əsəbləşir, sayıqlama fikirləri söyləyir. Qarşısındakına və özünə xəsarət yetirmək istəyir, tez özündən çıxır. Yoldaşları ilə ünsiyyət qura bilmir. Başında səs küyün olmasından şikayətlənir. Çox əsəbi və hövsələsizdir. Intihara cəhd edir. Bundan başqa işdə olan “xxxx” PHŞ-nin Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya qoyulan diaqnozun: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə F62.0 olması müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.7.1. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” XBT-10 kodu “F62.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.7.1. bəndin 7.7.1.1. yarımbəndinə əsasən “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” ilə orqanizminin funksiyalarının pozulması faizi 35-60% müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Iş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz, ona aid Forma 88-in “status localis” bəndində göstərilən məlumatlar da nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır.
21. Iddiaçının əlilliyinin səbəbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı diaqnozu “Fəlakət (müharibə) keçirdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Vegetativ damar distoniyası, nevrotik təzahürlərlə. Ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4 (dörd), sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: Bənd 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; Bənd 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
28. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Bənd 7. Psixi və davranış pozuntuları 7.7. Spesifik şəxsiyyət pozuntuları 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi - F62.0 Qiymətləndirmə: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski - 35-60% - 2 il
29. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi üçün əsasların olub-olmaması bağlı məsələ apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmışdır.
36. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də Kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.